Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1011/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 aprel 2009-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan R espublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2010-cu il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (sədrlik edən A.K.Orucov, hakimlər: M.A.Bayramov və Ə.N.Bayramovdan ibarət tərkibdə) 17 aprel 2009-cu il tarixli hökmü ilə 25 iyun 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 iyun 2008-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin X7 və qeyriləri təqsirli bilinərək məhkum edilmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 mart 2010-cu il tarixli qərarı ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 aprel 2009-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum mütəşəkkil dəstənin üzvlərindən 2007-ci ilin dekabr və 2008-ci ilin yanvar aylarında satış məqsədi olm adan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 13,816 qram olan 54 ədəd “Ekstazi” adı ilə tanınan “MDMA” psixotrop maddələrini əldə edərək istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2010-cu il tarixli qərarından məhkum və müdafiəçisi birgə kassasiya şikayəti verərək həmin qərarın qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyini vurğulamışdır. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə çıxarılmış hökmdür, məhkəmədə araşdırılmış sübutlara əsasən həm irəli sürülmüş ittihamlar üzrə, həm də hökmdə göstəril miş cinayət əməli üzrə təqsirliliyinm sübuta yetirilmədiyi halda əsassız olaraq ittiham hökmü çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi də bu xüsusatlara heç bır diqqət göstərmədən birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Belə ki, Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib edən heç bir sübut müəyyən olunmamış və əksinə araşdırılmış sübutlarla məhkəmə istintaqı zamanı sonuncunun verdiyi ifadə tam təsdiq olunmuşdur. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolojı Dispanserinin verdiyi rəydən görünür ki, Məhkum narkomaniya və ya toksikomaniya xəstəliyindən əzab çəkmir, bu xəstəliklərdən məcburi müalicəyə ehtiyacı yoxdur. Bildirmək istəyirik ki, 54 ədəd psixotrop maddə qəbul etmiş şəxsdə həmin maddələrdən asılılıq yaranardı və məcburi müalicəyə ehtiyacı olardı. Lakin, yuxarıda göstərildiyi kimi məhkəmə-narkolojı ekspertizanın rəyi ilə Məhkum narkomaniya və ya toksikomaniya xəstəliyindən əzab çəkmədiyi, bu xəstəliklərdən məcburi müalicəyə ehtiyacının olmaması müəyyən olunmuşdur Birinci instansiya məhkəməsinin hökmündə istinad olunmuş çoxlu sayda baxış protokolları və məhkəmə ekspertizalarının rəylərində görünür ki, Məhkum üzərindən heç bir psixotrop maddə aşkar olunması barədə heç bir sübut növü yoxdur və cinayət işi üzrə maddi sübut da mövcud deyildir. Bundan başqa, Məhkum barəsində çıxarılmış hökmdə guya ki, onun şəxsi istehlak miqdarından artıq miqdarda, əldə etdiyi 54 ədəd həbin növünü, adını, xüsusiyyətim, çəkisini müəyyən edən ekspert rəyi iş materiallar ında mövcud deyildir Beləliklə, birinci instansiya məhkəməsi Məhkum qarşı irəli sürülmüş ittihamların təsdiq olunmadığını göstərərək sonuncunun əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərəfindən həmin ittiham Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə əsaslandırılmışdır. Lakin, Məhkum məhkəmə istintaqı zamanı ifadə verərkən göstərmişdir ki, ibtidai istındaq zamanı verdiyi ifadələrini təsdiq etmir, həmin ifadələri də müəyyən psixoloji təzyiqlər əsasında verilmiş ifadələrdir və sonuncunun məhkəmədəki ifadəsi həqiqətə uyğundur. Məhkəməyə bildirməliyik ki, əslində hər hansı cinayətin törədilməsi ilə heç bır əlaqəsi olmayan və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin bəzi əməkdaşlarının qanunsuz fəaliyyətinin qurbanı olmuş Məhkum ikinci ali tə hsil kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının məzunu olmaqla, təhsilini başa vurduqdan sonra Baş X12 İdarəsində xidmətə qəbul olunmuş və polis kapitanı rütbəsinə qədər yüksəlmişdir. İşlədiyi son üç il ərzində Daxili İşlər Nazirliyi tərəfindən keçirilmiş müsabiqələrdə ən gənc və yaxşı xidmət aparan X12 əməkdaşı adını qazanmışdır, bu barədə “XXX” qəzetində barəsində olan məqalələr dərc olunmuşdur. Bundan başqa, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirdiyinə görə mövcud olan üç məharət dərəcəsindən ikisi qazanmışdır. Bütün bunları göstərməkdə məqsəd odur ki, Məhkum bir polis əməkdaşı kimi üzərinə düşən vəzifələri icra etməklə daim asayişin qorunmasında qanunla qadağan edilən əməllərin törədilməsinin qarşısının alınmasında fəal iştirak etmişdir. Barəs ində çıxarılan məhkəmə hökmündə göstərilən halların Məhkum heç bir aidiyyatı yoxdur və o, həmişə belə əməllərə qarşı nifrət hissləri keçirmişdir Kassasiya şikayətində qeyd olunanların nəzərə alınmasını, Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir k i, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları s übuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizli yi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahid ifadələri, əməliyyat tədbirinin keçirilməsinə dair protokollar, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Haz ırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2010-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhb ər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 mart 2010-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1011/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1011/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver