Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1011/2022 30.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 1(1 05)-486/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs xx.xx.1983-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, Zəngilan rayonu Cahangirbəyli kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Səbayıl rayonu, Səlyan şossesi dalan 2, ev 69-da yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Dövlət Təlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək xx.xx.2019-cu il tarixdə Seydiova Minayə Abduləvvəl qızının etibarından sui-istifadə edərək oğlu Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına tələbə olaraq düzəldəcəyinə yalan vəd verib aldadaraq ilkin olaraq həkim komisiyyasından tibbi yoxlamadan uğurlu keçməsi üçün həkimlərə şirinlik verməsi üçün Sumqayıt şəhəri Binəqədi rayonu Cəfər Xəndam küçəsində yerləşən Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin qarşısında 700 (yeddi yüz) manat, xx.xx.2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin nəzdində olan “Polis Akademiyası”-nin qarşısında akademiyada olan polis nəfərlərinə şirinlik vermək üçün 300 (üç yüz) manat, xx.xx.2019-cu il tarixdə Təhsil Nazirliyində olan vəzifəli şəxsə Şahid1 imtahanadək olan prosesslərini həll etməsı adı altında Sumqayıt şəhəri 29-cu məhəllə ev 7/22-in yanında 5000 (beş min manat), xx.xx.2019-cu il tarixdə Şahid1 qəbul imtahanını verdikdən sonra Polis Akademiyasında işləyən yüksək rütbəli məmura şirinlik verməsini bəhanə edərək Sumqayıt şəhəri 29-cu məhəllə ev 7/22-in yanında 12700 (on iki min yeddi yüz) manat pulunu alıb vahid qəsdlə ələ keçirməklə ümumilikdə zərərçəkmiş Minayə Seydiovaya xeyli miqdarda yəni 18700 (on səkkzi min yeddi yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir.
3. Bundan başqa o, təkrarən 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun barəsində “Baş Prokurorluqda” istintaq olunan cinayət işi ilə əlaqədar sonuncuya məxsus olan 5900 (beş min doqquz yüz) manat dəyərində ‟Mitsubişi Pajero İO” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtmobili Baş prokurorluğa məxsus dayanacaqa yerləşdirəcəyini yalan vəd verib aldad araq etibarnamə ilə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda yəni 5900 (beş min doqquz yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir.
4. Bundan başqa o, təkrarən xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun barəsində “Baş Prokurorluqda” istintaq olunan cinayət işinin icraatına xitam verilməsini yalan vəd verib aldadaraq Sumqayıt şəhəri 29-cu məhəllə ev 7/22-in yanında 6000 (altı min) manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda yəni 6000 (altı min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir
5. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-125/2021 saylı, 05 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
6. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 1(105)-486/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-125/2021 saylı, 05 may 2021-ci il tarixli hökmü dəyişdirilmiş,məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərarından məhkum Təqsirləndir ilən şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
9. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində ona daha yüngül cəza təyin edilməsini xahiş edir. 10.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər 10.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qa ydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 12.Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 13.Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməs inin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. 14.Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum Təqsirləndirilən şəxs ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. 15.Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 1(105)-486/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 16.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Kon stitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). 17.Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakte rinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 19.Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 20.Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cü mlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 21.Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs təqsirini etiraf etməklə əməlindən peşman olmasını və səmimi etiraf etməsinin yüngülləşdirən hallar kimi nəzərə alınmasını istisna etməklə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətçi olmasını, hə mçinin ağırlaşdıran hal kimi də cinayətlərin residivinin olmamasını nəzərə alıb ona qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişd irilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 22.Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 1(105)-486/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirlə ndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 1(105)-486/2021 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılsın.