Məhkəmə qərarları › İş №1(102)-1011/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1011/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1011/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(105)-69/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1982-ci ildə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 2 azyaşlı övladı var), orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli şəhəri, XX Partiya Qurultayı küçəsi, ev 8-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, mənzil 30-da yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Müəalicə Müəssisəsində müalicə alır və cəzasını çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən mü əyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, daşıma, saxlama cinayətini törətmişdir. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Möhsüm» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 39,245 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda təmiz çəkisi 10,153 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021ci il tarixdə saat 21:00-də Sumqayıt şəhəri, 6-cı mikrorayon, Z.Hacıyev küçəsi, 20 saylı evin yaxınlığında Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-yə gətirilmiş və orada xidməti otaq ların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan qısa şalvarın sağ yan cibindən «Prima» markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 39,245 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10,153 qram kustar üsulla külli miqdarda psixotrop maddə olan metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq, götürülmüşdür.

3. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X5 və X3 ibarət məhkəmə tərkibində) 07 oktyabr 2022-ci il tarixli, 1(124)-155/2022 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və onun 7 il 6 ay (yeddi il altı ay) mü ddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 19 avqust 2021-ci il tarixdən hesablanması, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Həmin hökmdən məhkum olunmuş şəxs Məhkum apellyasiya şikayəti verərək barəsində olan cinayət işi bütün sübutları tədqiq edərək ona bəraət verilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir.

5. Sumq ayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət məhkəmə tərkibində) 08 fevral 2023-cü il tarixli, 1(105)69/2023 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-155/2022 nömrəli, 07 oktaybr 2022-ci il tarixli hökmünün təqsirləndirilən şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(105)-69/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Kassasiya şikayətinin dəlilləri qismində təyin edilmiş cəzanın məhkumun şəxsiyyətinə və törətdiyi cinayətin xarakterinə uyğun olmaması qeyd edilərək göstərilmişdir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, ağır qan-damar sistemi xəstəliyi ilə əlaqədar müalicə almasını faktiki olaraq nəzərə almamış, heç bir ağırlaşdırıcı halın olmamasına baxmayaraq ona ağır cəza təyin etmişdir.

8. Kassasiya şikayətinin müəllifləri şikayətlərində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(105)-69/2023 nömrəli qərarının dəyişdirilməsini və barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan minumum həddə cəza təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

10. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. III. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

12. Kassasiya icraatı zamanı məhkəmə icl asında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiya sının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

16. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

17. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(105)-69/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət m əsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

19. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin x arakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

21. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

22. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

23. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

24. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cin ayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

25. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun özünə münasibətdə həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının qismən əsaslı olduğu müəyyən edilir.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətlə ndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldikləri nəticə ilə razılaşmış, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(124)155/2022 nömrəli hökmü ilə təyin edilmiş 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

27. Məhkəmə kollegiyası cəza məsələsini müzakirə edərək apellyasiya instansiyası məhkəməsinin məhkuma münasibətdə cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmır və hesab edir ki, təyin olunmuş cəza cinayətin ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır.

28. Kassasiya məhkəmə kollegiyası Məhkum barəsində olan cəzanı yüngülləşdirən halları, həmçinin cəzasını ağırla şdıran halların isə mövcud olmamasını nəzərə almaqla, daha az müddətə cəmiyyətdən təcrid edilməklə təyin edilmiş cəzanın daha ədalətli olacağını hesab edir.

29. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.

30. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

31. Kassasiya şikayətinin iş materialları ilə müqayisəli təhlilindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamış, məhkumun islah olunması məqsədini və Azərbay can Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilməmişdir.

32. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Məhkum əməlindən səmimi peşmançılıq hissi keçirir, ailəlidir və himayəsində iki azyaşlı övladı var və ailəsinin yeganə qazanc gətirən şəxsidir. Eyni zamanda, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

33. Məhkəmə kollegiyası qeyd edilən halları qiymətləndirərək hesab edir ki, cəzanın məqsədinin təmin edilməsi üçün məhkum barəsində təyin edilmiş cəza endirilməlidir. Bu cəza vasitəsi ilə onun islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.

34. Məhkəmə kollegiyası törədilmiş əməllərin faktiki halla rını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir.

35. Qeyd olunanları yuxarıda sadalanan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağı instansiya məhkəməsinin məhkuma cəzanın qeyd edilən normaların tələblərini düzgün nəzərə alınmaması ilə təyin edildiyi müəyyən edilir.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı məhkuma cəza təyini ilə bağlı hissədə dəyişdirilməli, məhk uma təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən azaldılmaqla, məhkum tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və təqsirkarın şəxsiyyətinə adekvat olaraq cəza təyin edilməsi məqsədəmüvafiqdir.

37. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(105)-69/2023 nömrəli qərarı dəyişdirilməlidir.

38. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirl əndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(105)-69/2023 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi 6 (altı) il müddətinə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar