Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1011/2025 29.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 oktya br 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 1(002)43/2024 nömrəli (hakim: Dadaşova Şəfa Əliövsət qızının sədrliyi) hökmü ilə xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirli bilinərək, onun 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 71.5-ci maddəsinə əsasən barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə sınaq müddəti müəyyən olunmaqla 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə sınaq müddətinin ləğv edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən təyin olunmuş hazırkı cəza Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə mü ddətinin başlanğıcının 14 oktyabr 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalında həbs edilməsi, seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir. Həmin hökmlə, həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli 1(103)-2547/2024 nömrəli (hakimlər: Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Ələkbərov Əfqan Qəzənfər oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlamışdır. Belə ki, o, dövlətin maliyyə-vergi sistemində nəzərdə tutulmuş aksiz v ergisinin ödənilməsi ilə bağlı qorunan iqtisadi xarakterli ictimai münasibətlərə zidd olaraq külli miqdarda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 190.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları”nın 2.1.5-ci bəndinə əsasən aksiz markası ilə markalanmalı tütün məmulatları olan siqaretləri belə marka olmadan sataraq qazanc əldə etmək məqsədilə Azərbayca n Respublikası Daxili İşlər Nazirliyinin Baş mühafizə idarəsinin Nəsimi rayon mühafizə idarəsində polis serjantı rütbəsində polis nəfəri vəzifəsində işləyən kürəkəni Təqsirləndirilən şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişdir. Ümumi cinayətkar niyyətə uyğun olaraq aralarında əldə edilmiş razılığa əsasən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istintaqa məlum olmayan vaxt və yerdə əldə edərək Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış bir qutusunun qiyməti 2,50 manat olan 2.000 qutu “Attimo nano aqua blue” markalı, bir qutusunun qiyməti 2,50 manat olan 1.000 qutu “Attimo nano silver” markalı və bir qutusunun qiyməti 2,50 manat olan 6.000 qutu “Attimo nano extra one” markalı, ümumilikdə külli miqd ar təşkil edən 22.500 (iyirmi iki min beş yüz) manat dəyərində cəmi 9.000 qutu siqaretləri 9 ədəd bağlamada şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü vasitəsilə 8 iyun 2023-cü il tarixdə saat 20 radələrində cinayətkar qrupun üzvü olan onun tanışı - cinayətin törədilməsindən xəbərsiz olan Mingəçevir şəhər sakini Şahid6 X qəsəbəsində təhvil verilməsindən, sonuncunun isə siqaretlərin olduğu həmin 9 ədəd bağlamanı həmin gün, saat 20 radələrində Mingəçevir şəhərində Mingəçevir-Bakı marşurutu üzrə faəliyyət göstərən “Mercedes-Benz 304” markalı, **-LR*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda sürücü işləyən və cinayətin törədilməsindən xəbərsiz olan Şahid5 vasitəsi ilə Bakı şəhərinə göndərilməsindən sonra əvvəlcədən müəyyən olunmuş plana əsasən əlbir olduğu qrupun üzvləri ilə birli kdə Bakı şəhərində satıb qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs 9 iyun 2023-cü il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, Qaradağ rayonunun ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzinin avtomobil dayanacağında Şahid5 idarə etdiyi “MercedesBenz 304” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusundan aksiz markası ilə markalanmamış 2.000 qutu “Attimo nano aqua blue”, 1.000 qutu “Attimo nano silver”, 6.000 qutu “Attimo nano extra one” markalı olmaqla, ümumilikdə 22.500 (iyirmi iki min beş yüz) manat dəyərində külli miqdarda siqaretlərin olduğu 9 ədəd bağlamanı götürüb özünün idarə etdiyi “KİA Sorento” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə və salonuna yerləşdirərək satış məqsədilə saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı baş gömrük idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil Qaradağ rayonu, Salyan şosesi, 14-cü km ünvanında yerləşən Bakı Baş Gömrük İdarəsinə gətirilərək həmin gün avtomobildə olan bağlamalara baxış keçirilərkən qeyd olunan tütün məmulatları aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi vermiş olduğu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum birinci dərəcə əlilliyi olan şəxsdir, görmə qabiliyyətini tam itirmişdir. Həmçinin, Məhkum kəskin ödemli pankreatit, psevdokist xəstəliyi ndən, fermantativ peritonit xəstəliklərindən əziyyət çəkdiyi qeyd edilir. Həmin epikrizlərdə göstərilir ki, xəstə sağ qabırğa altı nahiyyəsində olan sancı şəkilli kəskin ağrılardan, ’’kəmərləyici” xarakter daşıyan ağrılardan, mədə bulantısından, ümumi zəiflikdən, halsızlıqdan qastrit və göz xəstəliyindən əziyyət çəkir. Qeyd olunanlarla yanaşı Məhkum ailə üzvləri 1987-ci il təvəllüdlü X4, 2011-ci il təvəllüdlü X12, 2012-ci il təvəllüdlü X11, 2020-ci il təvəllüdlü X8 və 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ibarətdir. Odur ki, göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarının “Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzası” hissəsində ləğv edilərək, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barə də qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya prot estinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafi əçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kolle giyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi, müdafiəçinin isə təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlil ik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsi pinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun o lması başa düşülür. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (əməlindən peşman olması, yaşı və xəstəliyi) və ağırlaşdıran (əməlində cinayətlərin residivinin olması) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən CM-in 213-1.2.1 və 213-1.2.3-cü maddələrinin sanksiya müddətinin son həddinin yarısı müddətinə ( yəni, şəxsin əməlində cinayətlərin residivinin olması nəzərə alındıqda minimum həddə) ədalətli cəza təyin edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli 1(004)-34/2018 nömrəli hökmündən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 1(004)-171/2021 nömrəli hökmündən görünür ki, Məhkum Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 213-1.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 70-ci maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti müəyyən olunmaqla 1 il 9 ay müddətinə azadl ıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Məhkum Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 213-1.2.1, 213-1.2.2 və 213-1.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən olunmaqla 2 il müddətinə şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm 17 iyun 2021-ci il tarixdə qüvvəyə minmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və n əticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayətlərə münasibətdə şəxsin cəzasını çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Məhkum hazırda törətdiyi əməldə CM-in 213-1.2.1, 213-1.2.2 və 2131.2.3-cü maddələri ilə bağlı yaranmış məhkumluğuna görə cinayətlərin residivi vardır. Belə ki, CM-in 83.3.3-cü m addəsinə əsasən Məhkumluğu ödənilməmişdir və CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Aydın məsələdir ki, cəzanı yüngülləşdirici halların mövcudluğu qanunvericiliklə müəyyən edilmiş müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamal ıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qə rarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1011/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1011/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver