Məhkəmə qərarları › İş №1(102)-1012/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1012/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1012/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli hökmü ilə (hakimlər Cəlilov Oruc Yusif oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs, xx xxxx 1975-ci il tarixdə Lənkəran rayonunun Kərgəlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetk inlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, Lənkəran rayonunun Kərgəlan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməklə cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunması və yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq iki bükümdə ayrıayrılıqda 1125,0 qram və 0,666 qram olmaqla cəmi, külli miqdarda - 1125,666 qram (1 kq 125,666 qram) narkotik vasitə olan heroini əldə edib üzərində və idarə etdiyi VAZ-2106 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 24 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, yaşadğı Lənkəran rayonunun Kərgəlan kəndində avtomobil yolunda idarə etdiyi avtomobillə hərəkətdə olarkən saxlanılıb üzərində şəxs axtarış zamanı əynindəki gödəkcənin cibindən bir bükümdə 0,666 qram narkotik vasitə olan heroin, həmçinin idarə etdiyi VAZ-2106 markalı, **-BX-*** dövlət qeydiyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa oturacağın alt hissəsindən 1125,0 qram narkotik vasitə olan heroin, cəmi külli miqdarda - 1125,666 qram (1 kq 125,666 qram) narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə) 29 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, həmin hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından məhkum Təqsirləndirilən şəxs müdaf iəçisi O.M.Məmmədli kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) və CM-nin bir sıra maddələrinə, habelə məhkum Təqsirləndirilən şəxs məhkəmələrdə verdiyi ifadələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsassız olmasını iddia edən müdafiəçi O.M.Məmmədli kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Təqsirl əndirilən şəxs barəsindəki cinayət işinə düzgün baxmamış və nəticədə ədalətsiz qərar qəbul etmişdir. Belə ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, onun avtomobilində aşkar olunmuş narkotik vasitə - heroin ona məxsus olmamış və həmin narkotik vasitə avtomaşına polis əməkdaşları tərəfindən qoyulmuşdur. Lakin, məhkəmələr bu ifadələri nəzərə almadan və prosessual qanunvericiliyin tələblərinə əsasən, aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll etməli olduqları halda, Təqsirləndirilən şəxs həmin ifadələrinə düzgün qiymət verməyərək onları hüquqlarını müdafiə etdiyi şəxsin ziyanına şərh etmişlər. Nəticədə isə, Təqsirləndirilən şəxs əsassız və qanunsuz olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə törətmədiy i cinayət əməllərinə görə məhkum olunmuşdur. Qeyd olunanlarara əsaslanaraq müdafiəçi onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə ərizə ilə müraciət etməmiş, onun müdafiəçisi O.M.Məmmədli isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi O.M.Məmmədlinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi O.M.Məmmədlinin kassasiya şikayətinin məzmunundan isə görünür ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsindəki cinayət işinə düzgün baxmamış, iş üzrə sübutları tədqiq etməyərək onlara düzgün qiymət verməmiş və nəticədə sonuncunun haqqında ədalətsiz qərar qəbul etmiş, həmin qəra rın əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması barədə tələbini CPM-nin 416.1.2 və 416.1.3-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. Odur ki, məhkəmə kollegiyası müdafiəçi O.M.Məmmədlinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düz günlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da vurğulayır ki, kassasiya instansiya sı məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş halla r və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışı nın predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında pr osessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 2 6-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Digər tərəfdən, bu tələb həmçinin cəmiyyətin maraqlarına uyğun olaraq cinayət törətmiş şəxsin də cinayət məsuliyyətinə cəlb edilməsini, onun təqsirliliy qanuna müvafiq sübuta yetirildiyi halda isə həmin cinayət görə məhkum olunmasını və onun barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respubl ikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair mater iallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə ed ilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü mad dəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanı ilə yanaşı özü də məhkumun hökm də təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasə n, məhkum Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq iki bükümdə ayrı-ayrılıqda 1125,0 qram və 0,666 qram olmaqla cəmi, külli miqdarda-1125,666 qram (1 kq 125,666 qram) narkotik vasitə olan heroini əldə edib üzərində və idarə etdiyi VAZ-2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayıb daşımasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 124 və 125-ci maddələrinin tələblərinə uyğun olaraq əldə olunmuş və CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən tədqiq edilmiş və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. İş materiallarının təhlili göstərir ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, s übutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş, həmin sübutların, o cümlədən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdikləri ifadələrinin, baxış və götürmə aparılması haqqıda 24 fevral 2021-ci il tarixli protokolların yolverilməz olmasını təsdiq edən hər hansı hal isə müəyyən edilməmişdir. CPM-125.2.1-125.2.10-cu maddələrində isə nəzərdə tutulmuşdur ki, yalnız aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təmina t verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət pros esində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Bununla belə, məhkəmə kollegiyası ibtidai araşdırma orqanı və birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş işin faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, Təqsirləndirilən şəxs birinci instansiyası məhkəməsinin məhkəmə iclasında özünü ona qarşı CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə irəli sürülmüş itiham üzrə qismən təqsirli bilib onun avtomaşınında 24 fevral 2021-ci il tarixdə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını və həmin narkotik vasitənin avtomaşına polis əməkdaşları tərəfindən qoyulmasını bildirsə də, ilkin və ibtidai araşdırmalar zamanı verdiyi izahatında və şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə, heç bir təsir və təzyiq göstərilmədən verdiyi ifadələrində ardıcıl olaraq göstərmişdir ki, o, VAZ-2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və üç ildir ki, narkotik vasitə-heroini qızdırıb tüstüsünü çəkməklə qəbul edir. 24 fevral 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən avtomobillə çıxıb yaşadığı kənddə yerləşən özünün pay torpaq sahəsinə gedəkrən mülki geyimli bir neçə şəxs ona işarə edib avtomobili saxlamağı bildirmiş, o da avtomobili saxlamışdır. Özlərini təqdim etdikdən sonra həmin şəxslərin polis əməkdaşları olmalarını bilmiş və sonuncular ona narkotik vasitə saxlmaqda və gəzdirməkdə şübhəli olduğunu bildirərək onu polis şöbəsinə gətirmiş, avtomobili isə polis şöbəsinin həyətində dayanacaqda saxlamasını təklif edib onu şöbənin inzibati binasının otaqlarının birinə aparmışlar. Orda təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə, həm də videoçəkiliş apar ılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində qanunla qadağan edilmiş əşya və maddə varsa təqdim etməsini təklif etmiş və o, bu təklifə əsasən əynindəki gödəkcəsinin sol cibindən bir büküm heroini çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı o, üzərində aşkar olunmuş kütlənin heroin olduğunu, özü qəbul etməsi üçün üzərində saxladığını bildirmiş, həmçinin avtomobilində də narkotik vasitə olduğunu demişdir. Üzərində aşkar olunmuş heroin zərfə qoyulub qablaşdırılıb götürülmüş, sonra protokol tərtib edilmişdir. Bundan sonra özünün və müdafiəçisinin iştirakı ilə avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa oturacağının altında bir ədəd qara rəngli sellofan bükümdə narktoik vasitə heroin aşkar edilmişdir. Şifahı sorğu zamanı o, bildir mişdir ki, üzərində və avtomobilində aşkar olunmuş heroin ona məxsusdur. Həmin heroini o, tutulduğu gün gündüz saatlarında Astara rayonunda özünü İran vətəndaşı kimi təqdim edən və adını bilmədiyi şəxsdən 1530 manata almış, bir hissəsini qəbul etmək üçün üzərində, qalan hissəsini isə avtomobilində saxlamışdır. Avtomobilində aşkar olunmuş heroin zərfə qoyulub qablaşdırılıb götürülmüş, sonra protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, əldə etdiyi heroindən heç kəsə satmamış və ya kiməsə istiafdə etmək üçün verməmiş, naorkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Cinayət işi materiallarında olan, “Baxış keçirilməsi və əşyanın götürülməsi” (şəxsi axtarış haqqında) 24 fevral 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRP Ş-də təhqiqatçı X tərəfindən müdafiəçi Elşən Musazadənin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs əyənindəki hərbi geyimin sol sinə cibindən bir büküm və sağ yan cibindən idarə etdiyi avtomobilin açarını çıxarıb təqdim etmişdir. Təqdim olunan həmin bükümün içərisində narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüş, avtomobilin açarı isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin heroin olduğunu və şəxsi istifadəsi üçün 30 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmçinin “Nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə” 24 fevral 202 1-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Lənkəran ŞRPŞ-də təhqiqatçı Kənan Əmirli tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi Elşən Musazadənin iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs məxsus VAZ-2106 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və bunun nəticəsində avtomobilin arxa oturacağının alt hissəsindən sellofana bükülmüş bir ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin heroin olduğunu, həmin heroini Astara rayonunda üzdən tanıdığı şəxsdən 1500 manata alıb avtomobilində saxladığını bildirmişdir. Cinayət işi üzrə topla nmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili göstərir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında deyil, ibtidai araşdırma zamanı verdiyi ifadələri, bu ifadələrlə üst-üstə düşən yuxarıda göstərilən hallar həmçinin şahidlər Şahid1, Şahid2, Şahid3 ifadələri ilə məhkəmə-fiziki-kimyəvi ekspertizasının 25 fevral 2021-ci il tarixli 19/170 nömrəli və ambulator məcburi narkoloji tibbi yoxlamanın 25 fevral 2021-ci il tarixli 200 nömrəli rəyləri ilə təsdiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitəni Lənkəran ŞRPŞ-nin CAB-nin məlumatı əsasında həmin şöbənin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı üzərindən və idarə etdiyi avt lomobildən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması, həmin narkotik vasitəni üzərinə və avtomobilinə polis əməkdaşları tərəfindən qoyulması, narkotik vasitələrin satışı ilə məşğul olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmaqla təzyiqlərə məruz qalmasına aid hallar cinayət təqibinin bütün dövrü ərzində öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələrinin araşdırılmış digər sübutlarla təsdiq olunmasını nəzərə alaraq həmin ifadələri də qəbul etdikləri yekun məhkəmə aktlarının əsası kimi qəbul etmiş və bununla hər hansı qanun pozuntusuna, o cümlədən CPM-nin 126.6-cı maddəsinin tələblərinin pozulmasına yol verməmişlə r. CPM-nin 126.6-cı maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmələr Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi barədə yekun məhkəmə aktları qəbul edərkən CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilmiş sübutlardan da istifadə etməmiş, belə pozuntulara isə ümumiyyətlə istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən yol verilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi məsələsi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, həmin maddədə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərməyə, yaxud qanunsuz olaraq həmin miqdarlarda narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxsin əməlinin tövsifinə dair birinci və apellyasiya instansiya məhkəmələrinin gəldikləri nəticə düzgündür və bununla bağlı ilk növbədə vurğulamağı lazım bilir ki, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisi yasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; - şəxs belə hərəkətləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh veril məsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin m addə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməsinə və əməlinin hüquqi tövsifinə dair məhkəmələrin gəldikləri nəticə yuxarıda şərh edilən əsaslara görə, həm işin faktiki (obyektiv) hallarına, həm də narkoti k vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılması üzrə Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğundur. Məhkəmə kollegiyası məhkəmələrin gəldikləri bu nəticə ilə razılaşmaqla qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlinin başqa cür qiymətləndirilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan kassasiya şikayətində irəli sürülmüş dəlillər qəbul edilməz sayılmalı, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının mülahizələrə əsaslanması barədə fikir yürütmək isə mümkün deyil. Məhkəmə kollegiyası bu qənaətə gələrkən qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əsaslanır. Belə ki, CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsinin tələblərinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəl dikdə. Qanunvericiliyin şərh olunan tələbləri ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktları nda məcmu qaydasında qiymət verilsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi pr oses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli ol an şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr digər sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, məhkəmə ekspertizalarının rəyləri ilə və başqa sübutlarla t am təsdiq edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında da düzgün nəticəyə gəlmişlər. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Kassasiya şikayətində Təqsirləndirilən şəxs barə sində seçilmiş cəza tədbirinin qanunvericiliyin tələblərinə uyğun olmaması mübahisələndirilməsə də, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin şikayətin dəlillərindən asılı olmayaraq bu məsələni də yoxlamış və müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, həmin məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə cəza təyin edərkən, CM-nin 8, 41, 58, 59 və 61-ci maddəllərinin tələblərinə riayət edərək onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymtələndirdiyi halı – himayəsində iki yetkilinki yaşına çatmamış uşaqlarının olmasını, habelə CM-nin 61-ci maddəsin də göstərilən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almışdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti təmin edilməməklə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarı müdafiəçisi O.M.Məmmədlinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar