Məhkəmə qərarları › İş №1(102)-1012/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1012/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1012/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1987-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, müharibə iştirakçısı, Naftalan şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində fəhlə işləyən, Nafta lan şəhəri İ.Həsənzadə küçəsi ev 26, mənzil 23-də qeydiyyatda olmaqla orada yamamış, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 1(104)-608/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Naftalan Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(052)-10/2022 nömrəli hökmü ilə (hakim: G.Şirinov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum e tmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 27 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), Ç.B.Məmmədov və E.İ.Xasməmmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Naftalan Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Təqsirlə ndirilən şəxs «İnstagram» və «Tiktok» sosial şəbəkələrində təhqir etdiyi X4 şikayət ərizəsi əsasında Goranboy Rayon Prokurorluğunda 03 noyabr 2021ci il tarixdə başlanmış cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə təqsirləndirilərək məhkəmə məsuliyyətinə cəlb edilməsinə görə Rasim Allahverdiyevdən qisas almaq məqsədi ilə 21 noyabr 2021-ci il tarixdə Naftalan şəhərində yaşadığı ünvandan çıxıb 25 noyabr 2021-ci il tarixədək Naftalan şəhəri H.Əliyev prospektində yerləşən, əvvəllər Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Əkskəşfiyyat Baş İdarəsinin əməkdaşlarının istifadəsində olmuş, hazırda Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin balansında olan binada qalıb qızdırılmış dəmiri öz kürəyindən vurub isti cismin təsirindən əmələ gəlməklə dərəcəsinə görə sağlamlığın qısa müddət ə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin arxa səthinin yanıq yaraları xəsarətlərini özü-özünə yetirməklə süni ittiham sübutları yaradaraq, anası X2 istifadəsində olan mobil telefona «Watsapp» proqramı ilə mesaj yazıb X6 n adamları tərəfindən oğurlandığını bildirdikdən sonra X5 şəhər polis şöbəsinə etdiyi eyni məzmunlu müraciət əsasında aparılan araşdırma zamanı, 26 noyabr 2021-ci il tarixdə saat 00:15 dəqiqədən 00:45 dəqiqəyədək olan müddətdə ünvan 3 ünvanda yerləşən Naftalan şəhər polis şöbəsinin inzibati binasında, Naftalan şəhər polis şöbəsinin istintaq qrupunun müstəntiqi, polis baş leytenantı Aqşin Paşalı tərəfindən tərtib edilmiş «Cinayət haqqında şifahi məlumatın qəbul edilməsi» barədə xx.xx.2021-ci il tarixli protokolda və Naftalan şəhər polis şöbəs inə verdiyi eyni tarixli izahatında ona Azərbaycan Respublikası CM-nin 296-cı maddəsində nəzərdə tutulan cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin müraciətində və izahatında X6-nın dörd nəfər tanımadığı qohumlarının bir qrup şəxs halında onu oğurlayaraq dörd gün Goranboy rayonu Rus Borisi kəndində X6-a və məxsus evdə saxlayıb qanunsuz azadlıqdan məhrum etmələri və mütəmadi olaraq döyməklə, qızdırılmış dəmirlə kürəyinə vurmaqla və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə ona əzab verilməsi barədə məlumat verməklə X6 və sonuncunun dörd nəfər tanımadığı qohumlarının Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş bir cinayətkar birlik (cinayətka r təşkilat) tərəfindən adam oğurluğu cinayətinin törədilməsində ittiham olunması və süni ittiham sübutlarının yaradılması ilə cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə ədalətsiz hökm çıxardığı halda, apellyasiya instansiyası məhkəməsi cəzanın daha çox yüngülləşdirilməsinə əsas verən halların olmasına baxmayaraq işi tam araşdırmadan əsassız olaraq hökmdən onun tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmişdir. Məhkum hesab edir ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləş dirən hallar cəza təyini zamanı kifayət qədər nəzərə alınmamış, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası onun şəxsiyyətinə adekvat deyil. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, ona azadlıqdan məhrum etməyə nisbətən daha yüngül növdə cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində birinci instan siya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi gör ür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını məhkum Təqsirləndirilən şəxs münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhk umlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsin ə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran ha llar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkum Təqsirləndirilən şəxs ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın ədalətsiz olması haqqında iddia və bu cəzanın yüngülləşdirilməsi barədə tələb Təqsirləndirilən şəxs tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Naftalan Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(052)-10/2022 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi CM-in 62-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqda n məhrum etmə cəzasının aşağı həddindən az cəza təyin edərkən iş üzrə müəyyən edilmiş sonuncunun cəzasını yüngülləşdirən halları (Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, Füzuli Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş), o cümlədən cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, şəxsiyyətinə aid başqa məlumatları (dəfələrlə məhkum olunub, barəsində amnistiya aktı tətbiq edilib, sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən 145.2.4, 145.2.5-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən a zad edilmiş, yaşayış yeri üzrə mənfi xarakterizə olunur), Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Mahiyyət etibarı ilə cəzanın mübahisələndirilməsi üçün verilmiş apellyasiya şikayətini təkrarlayan kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edən dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halları Təqsirləndirilən şəxs cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 1(104)-608/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 1(104)-608/2022 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar