Məhkəmə qərarları › İş №1(102)-1013/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1013/2018

28.06.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1013/2018 28.06.2018 ALİ MƏHKƏMƏ 1(102) -1013/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 28 iyun 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, X19 və X10 ibarət ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X12, məhkum X7 müdafiəçisi Şirvan şəhər Hüquq Məsləhətxnansının vəkili Müdafiəçi iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n xx xx 2018-ci il tarixli qərarındanMəhkum müdafiəçisi Müdafiəçi Sontanağa oğluna tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim A.A.Alməmmədov) Məhkum (xx xx 1971-ci ildə Masallı rayonunun Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Masallı rayonu, 2-ci Yeddioymaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 221.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 3 (üç) il müddətə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəza ları qismən toplamaq yolu ilə o, qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müəddətinin xx xx 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.M.Cəfərov, hakimlər E.Ə.Camalov və K.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmiş, D.Q.Nehmətova CM-in 125-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) ilə, CM-in 221.3cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətin ə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək artırılmışdır. CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla D.Q.Nehmətova qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından məhkum X7 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki o, X13 ilə 1994-cü ildə ailə quraraq iki uşaqları olmaqla aralarında ər-arvad münasibətləri formalaşdırıb arvadı X1nı özündən asılı vəziyyətə salmaqla rayonun İkinci Yeddioymaq kəndində özünə məxsus evdə yaşayan vaxtdan müxtəlif bəhanələr gətirə rək yaşadıqları evdə 2013-2014-cü illər ərzində, həmçinin 2015-ci ilin mart-oktyabr aylarında dəfələrlə qızları X, eləcə də qonşularının gözü qarşısında nümayişkaranə şəkildə saçından tutub sürüməklə və digər üsullarla fiziki və psixi zor tətbiq etməklə sifət nahiyəsinə çoxsaylı zərbələr vurmaqla amansız rəftar etmə yolu ilə, habelə arvadını əsaslı şübhələr olmadan, heç bir fakta əsaslanmadan gündəlik pul müqabilində əkin sahəsində işləməyə deyil, əxlaqsız hərəkətlər etmək üçün başqa şəxslərlə görüşə getməsini bəhanə gətirərək işləməyə qoymayıb söyüb təhqir etməklə, X1nın dəfələrlə məcbur olub atası evinə gedərək orada qalmasına səbəb olub ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə X1ya qarşı etdiyi uzun müddət davam edən fiziki və psixi təzyiqlərdən canını qurtarmaq üçün özünü öldürmə h əddinə çatdırmış və nəticədə X1 əri Məhkum bu cür təhqirlərinə, döymələrə, onun ləyaqətini mütəmadi olaraq alçaltmasına dözməyərək xx xx 2015-ci il tarixdə saat 19 radələrində yaşadığı evin arxa tərəfində yerləşən təndirxanada baş örtüyü ilə özünü asaraq intihar etmişdir. Bundan başqa, Məhkum xx xx 2015-ci il tarixdə saat 22 radələrində arvadı X1 ilə yaşadığı evin həyətində uca səslə nalayiq ifadələr işlətməklə mübahisə etdikdən sonra silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən dəstəyi göy rəngli mətbəx bıçağını götürüb arvadını əkin sahəsində işləməyə aparan həmkəndlisi X4 qolundan tutub sonuncunun qonşuluqda yaşayan qaynı X14 evinə apararaq çoxsaylı qonşularının gözü qarşısında insanlar arasında bərqərar olmuş davranış qaydalarını pozaraq nalayiq söyüşlər söyüb ictimai qay danı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə əlindəki bıçaqla X2ilə yanaşı oradakı digər şəxslərin də üzərinə gedərək onun hərəkətlərinin qarşısını almaq istəyən X8 önündə bıçağı sağa-sola hərəkət etdirərək həyat və sağlamlıq üçün təhlükəli olan real zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum X7 müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, X4 Azərbaycan Respublikası CM-in 125-ci maddəsi üzrə təqsirli bilinməsinə dair əməli düzgün araşdırılmamış və qiymətləndirilməmiş, o, zərərçəkmiş şəxsə işgəncə verməmiş, onun intihar etməsinə səbəb olan heç bir hərəkət etməmişdir. Kassasiya şikayətinin müəllifi qeyd edir ki, məhkum X4 zərərçəkmiş şəxs Ülkər Nehmətovanın int ihar etməsindən xəbərsiz olmuş, hadisə baş verən gün Ülkər Nehmətova valideynlərin evində olmuş və onlarla mübahisə etmiş, ordan gəldikdən sonra intihar etmişdir. Müdafiəçi həmçinin zərərçəkmiş şəxsin ruhi-əsəb xəstəliyindən əzab çəkdiyini göstərməklə, intihar etməsinin səbəbini də xəstəliyi ilə əlaqələndirmişdir. Kassasiya şikayətinin müəllifi həmçinin X4 Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi üzrə işdə olan yüngülləşdirici halların nəzərə alınmamaqla ağır cəzaya məhkum edildiyini iddia edir. Kassasiya şikayətində göstərilənlərə əsasən Müdafiəçi məhkum X7 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qərarın ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kass asiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum D.Nehmətovun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.Yusifovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apel lyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Odur ki, mə hkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yek un qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumun, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin alınması, ekspertiza rəyləri, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkum X4 əsassız olaraq CM-in 125-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildiyi qeyd edilir. Mübahisə edilən məsələlərlə əlaqədar olaraq ən əvvəl məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyr ilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İş materiallarından görünür ki, məhkum X7 CM-in 125-ci maddəsi ilə təqsiri çoxsaylı sübutlarla tam təsdiq olunur. Belə k i, məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X24 оьлу ifadəsində göstərmişdir ki, Daşqının valideynlərinin sağlığında birincinin hərəkətlərinə nəzarət edildiyindən ailəsinə qarşı münasibətləri yaxşı olmuş, lakin sonradan spirtli içkilərin aludəçisi olaraq hər gün spirtli içki qəbul edib ailədə söz-söhbət yaratmış, Ülkəri döyüb incitmişdir. Bu səbəbdən qızı dəfələrlə evinə gəlmiş, qızına ər evinə qayıtmağı məsləhət görmüşdür. Onun qız nəvəsi Humra da atasının hərəkətlərindən daim şikayətlənmiş. xx xx 2015-ci ildə Daşqın sərxoş vəziyyətdə qızı və nəvəsi Humranın bıçaqla üstünə hücum etdiyindən onun evinə gəlmişlər. Ülkər təxminən 3-4 gün onunla qalmış, sonra Ülkər yaşadığı evə qayıtmışdır. Sonradan Ümid bacısı Humraya zəng edərək danışmış, həmin vaxt Humra qa rdaşına “atan öldürdü mənim anamı” deməsini eşitmişdir. Humra telefonda danışandan sonra qaçıb anasıgilə getmiş, nə baş verdiyini bilmək üçün ora getmişdir.Evə daxil olanda qızının üzərinin ötrüklə bağlı vəziyyətdə olduğunu görmüş, nə baş verdiyini soruşduqda qızının təndirxanada özünü asdığını ona demişlər. Qızının özünü öldürməsinə şübhəli yanaşsa da, Daşqının qızı ilə amansız rəftar etməsi, ləyaqətini mütəmadi olaraq alçaltması, təhqir olunması və döyülməsi hallar olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Masallı rayon mərkəzi xəstəxanasının xx xx 2015-ci il tarixli, 1071 nömrəli tibbi arayışından görünür ki, X3 rayon poliklinikasında ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında durmur. Cinayət işində olan Azərbayc an Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Psixiatriya xəstəxanasının 03 noyabr 2015-ci il tarixli, 630 nömrəli məktubundan görünür ki, X2 Rayonlararası Psixiatriya xəstəxanasında qeydiyyatda deyil. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 18 oktyabr 2015-ci il tarixli, 20 nömrəli ekspert rəyindən (meyitin ekspertizası) görünür ki, X5 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: boyun nahiyəsində stranqulyasiya şırımı. Stranqulyasiya şırımı uzunsov formalı küt əşya, ola bilər ki, yaylıqla (kəlağayı ilə) boyun nahiyəsinin sıxılması nəticəsində törənmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə mal ikdir. X5 ölümünə səbəb asılma zamanı boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiya olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 10-14 saat əvvəl baş vermişdir. X1 meyitinin bədəni üzərində qarşılıqlı mübarizəyə dair heç bir xəsarət aşkar edilmədi. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda alkoqol aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 23 dekabr 2015-ci il tarixli, 956 nömrəli ekspert rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, X9 hər hansı bir xəsarət aşkar olunmadı. Cinayət işində olan Azərbaycan Respublikası Əd liyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2016-cı il tarixli, 6637 nömrəli ekspert rəyindən görünür ki, X5 ölümündən əvvəlki dövrdə fərdi-psixi xüsusiyyətlərində davranış aktlarında təzahür etmiş olan psixogen-depressiv reaksiya əlamətləri müşahidə olunmur. X13 ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş olan frustrasiya (insanın qarşılaşdığı şəraitdən asılı olaraq, narazılıq səviyyəsinin, dözüm-iradi səviyyəsindən üstün olması) halında olmuşdur. Həmin halın yaranma səbəbləri rəyin tədqiqat prosesinin təsviri hissəsində təhlil edilmişdir. X5 ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş olan frustrasiya (insanın qarşılaşdığı şəraitdən asılı olaraq, narazılıq səviyyəsinin, dözüm-iradi səviyyəsindən üstün olması) halında olması Məhkum ona qarşı etmi ş olduğu hərəkətlərlə səbəbli nəticə əlaqəsində olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində göstərdiyi arqumentlər heç bir sübutla təsdiq olunmur və X4 müdafiə xarakterini daşıyır. Bu səbəbdən də məhkumun CM-in 125-ci maddəsi ilə ittiham edildiyi cinayətdə təqsirinin olmaması ilə bağlı kassasiya şikayətində göstərilən dəlillər məhkəmə kollegiyası tərəfindən əsassız dəlillər kimi qiymətləndirilir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, X11 Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış məhkəmələr Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun itt iham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Odur ki məhkəmə kollegiyası, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Məhkum X4a ağır cəzаnın təyin еdilməsi ilə bağlı Müdafiəçi kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edi r ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onu n törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edil ən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbi q edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xara kterini, ictimai-təhlükəlilik dərəcəsini, ailə vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və Şirvan Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həm in qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkum X7 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. X16 barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Əziz Seyidov Hakimlər: Əli Seyfəliyev Hafiz Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar