Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1014/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 311.3.2- ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: E.H.İsmayılov (sədrlik edən), C.İ.Hüseynov və S.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayının 7-ci atıcı bölüyünün komandiri vəzifəsində işləmiş, hazırda həmin Alayın 5-ci atıcı bölüyünün İ tağımının komandiri vəzifəsində işləyən, əvvəllər məhkum o lunmamış, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilərək 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Məhkum barəsində şərti məhkumetmə tətbiq edilmiş və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab olunmuşdur. Bakı Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), E.E.Rəhimov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) Məhkum müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından, Məhkum kassasiya şikayəti verərək barəsində bəraət qərarı çıxarılmasını xahiş etmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılarkən Məhkum ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayətini geri götürdüyünü bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiy a şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətlərinin geri qaytarılması barədə proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq kassasiya şikayətinin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum ərizəsi təmin edilsin. Məhkum edilməsinə dair cin ayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1014/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1014/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver