Məhkəmə qərarları › İş №1(102)-1014/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1014/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1014/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 may 2021-ci il arixli hökmü ilə Təqsirləndirilən şə xs2 və Təqsirləndirilən şəxs1, hər birisinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1-ci maddəsi ilə təqsirsiz elan edilərək bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mustafayev Rəşad Mustafa oğlu) Təqsirləndirilən şəxs2, xx xxxx 1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 69.4-cü maddələrinin tələblərinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına, Kəpəz Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli hökmü ilə CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3 və 67.1-ci maddələrinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması və 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzalarına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan2 qeydiyyatda olmaqla ünvan3 yaşamış, və Təqsirləndirilən şəxs1, xx xxxxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç ye rdə işləməyən, əvvəllər əvvəllər Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 69.4-cü maddələrinin tələblərnə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 1000 (min) manat miqdarında cərimə cəzasına, Kəpəz Rayon Məhkəməsinin 05 sentyabr 2-18-ci il tarixli hökmü ilə CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3 və 67.1-ci maddələrinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması və 1000 (min) manat miqdarında cərimə cəzalarına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, hər birisi CM-nin 177.2.1-ci maddəsi ilə təqsirsiz elan edilməklə onlara ayrı-ayrılıqda həmin maddə ilə bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, hər birisinə qarşı CM-nin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, onlar tamah niyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 iyun 2019-cu il tarixdə saat 03 radələrində ünvan 2 ünvanının həyətində dayanmış Zərərçəkmiş şəxs məxsus VAZ-2107 markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yanına yaxınlaşdıqdan sonra qabaqcadan əldə etdikləri razılaşma əsasında Təqsirləndirilən şəxs1 avtomobilin yanında dayanaraq gözətçilik etmiş, Təqsirləndirilən şəxs2 isə avtomobilin klidini açarseçmə yolu ilə açaraq salondan 1 ədəd 110 manat dəyərində “Pioneer MVH-150Uİ” markalı m aqnitofonu və 1300 manat məbləğində pulu, avtomobilin yük yerindən isə 1 ədəd 200 manat dəyərində “Pioneer GM-A5602” markalı səsgücləndiricini gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 1610 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Həmin ittiham üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrindəki cinayət işinə mahiyyəti üzrə baxmış Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətmələrinin sübuta yetirilməməsi əsası ilə onların haqqında yuxarıda göstərilən bəraət hökmü çıxarılmışdır. Birinci instansiya məhkəməsinin 31 may 2021-ci i tarixli hökmündən dövlət ittihamçısı Bəylərov Murtuz Əli oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 17 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetmə və sübutların qiymətləndirilməsi ilə bağlı bir sıra normalarına, təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təq sirləndirilən şəxs1, zərərçəkmiş Zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə istinad edərək işin faktiki hallarının məhkəmələr tərəfindən düzgün müəyyən edilməməsini iddia edən dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış maqnitofonun və səsgücləndiricinin qiymətləri ilə bağlı nəticəyə gələrkən məhkəmələr mövcud sübutları müqayisəli şəkildə təhlil etməmiş, Zərərçəkmiş şəxs məxsus 1300 manat məbləğində pulun onlar tərəfindən oğurlanmamasını müəyyən edərkən isə yalnız sonuncunun ziddiyyətli ifadələrinə əsaslanmışlar. Həm hökmdən, həm də apellyasiya instansiyası məhkəməsinin qərarından araşdırılmış sübutlara əlaqəli şəkildə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazım qiymət veril məmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində əsassız bəraət hökmü çıxarılmış, bu hökm yalnız ehtimallara və təqsirləndirilən şəxslərin özünü müdafiə xarakterli ifadələrinə, habelə zərər çəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında başqa məzmunda verdiyi, ibtidai araşdırma zamanı ərizələrində və dindirmələr zamanı göstərdiklərində tamamilə fərqli olan ifadələrinə əsaslanmış, apellyasiya instansiyası məhkəməsi də heç bir sübutu araşdırmadan həmin əsassız hökmlə razılaşmaqla, eyni nöqsanlara yol vermişdir. Halbuki, toplanmış və araşdırılmış sübutlara əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətmələri tam təsdiq edilmişdir. Şərh olunanlara əsaslanaraq dövlət ittihamçısı onun kassasiya protestinin təmi n edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışı iclasının keçirləcəyi yer və vaxt barədə proses iştirakçılarının qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, bəraət almış şəxs Təqsirləndirilən şəxs1 və zərər çəkmiş Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmiş, barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş, hazırki cinayət işi üzrə bəraət almış Təqsirləndirilən şəxs2 isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə bəraət almış şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və zərərçəkmiş Zərərçəkmiş şəxs işti rakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı R.N.Alıkişiyevin həmin müraciətinin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi işə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları n tədqiqindən və onların CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada qiymətləndirilməsindən imtina etməklə CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Bununla da, kassasiya protestinin müəllifi kassasiya tələblərini CPM-nin 416.1.1, 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilirmişdir. CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdik də; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilm əsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məh kəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərb aycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadl ıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda belə təminat verən konstitusyon tələblər hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bi linmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hisəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu normasının mənasına görə, məhkəmələr hər hansı cinayət işinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətlərə baxarkən işin həqiqi hallarının düzgün müəyyən edilməsi üçün çəkişmə prinsipinə əsasən cinayət prosesini n tərəflərinə bərabər şərait yartmaqla onlara öz sübutlarını məhkəməyə təqdim etmələrini, bu sübutların qanuna müvafiq qaydada araşdırılmasını və qiymətləndirilməsini təmin etməli, məhkəmə iclaslarında sübutların təqdim olunması və araşdırılması ilə bağlı qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etməli, zərurət yarandıqda isə iş üzrə həqiqətin müəyyn olunması üçün bu və ya digər sübutun araşdırılmasına, o cümlədən müvafiq ekspertizaların təyin edilib keçirilməsinə təşəbbüs göstərməli və araşdırılmış bütün mümkün sübutları araşdırdıqdan sonra onların hər birisini ayrı-ayrılıqda və məcmu şəklində qiymətləndirib iş üzrə nəticəyə gəlməlidirlər. Belə olmadığı təqdirdə məhkəmənin iş üzrə həqiqəti müəyyən etməsi barədə fikir yürütmək, onun qəbul etdiyi yekun məhkəmə aktını isə işin faktiki hallarına uyğun olan akt kimi qiymətləndirmək olmaz. Bunu CPM-də nəzərdə tutulmuş cinayət mühakimə icraatını bir sıra prinsipləri də tələb edir. Belə ki, Cinayət mühakimə icraatının qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gəl ən mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilən ədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətlərinin (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əld ə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübut etməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 349.5.1-ci maddəsində göstərildiyi kimi, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” dedikdə, bu müddəa təqsirləndirilən şəxslərin, zərərçəkmişlərin və şahidlərin ifadələrinə münasibətdə həmin şəxslərin yalnız məhkəmə iclaslarında verdikləri ifadələri deyil, həmçinin onların cinayət təqibinn di gər mərhələlərində, yəni ilkin və ibtidai araşdırmalar zamanı verdikləri ifadələr də başa düşülür və həmin ifadələr də yekun məhkəmə aktının əsası kimi qəbul edilə bilər o, şərtlə ki, həmin ifadələrin alınması zamanı sübutların yolverilməzliyi təsbit edilmiş və CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsin, həmin ifadələr məhkəmə iclaslarında elan edilməklə tədqiq edilsin və onlara digər sübutlarla birgə müqayisəli şəkildə qiymət verilsin. CPM-nin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə görə isə, bu Məcəllən in 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 350.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarlarında da əksini tapmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əv vəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə bilə cəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquq i nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətləri ni əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İşin müəyyən edilmiş faktiki hallarını Azərbaycan Respublikası Konstitusiyasının, cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri və Konstitusiya Məhkəməsinin h üquqi mövqeyi ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab vermədiyi müəyyən olunur. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, hər birisinə qarşı CM-nin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, onlar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 23 iyun 2019-cu il tarixdə saat 03 radələrində ünvan 2 ünvanının həyətində dayanmış Zərərçəkmiş şəxs məxsus olan “VAZ 2107” markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yanına yaxın laşdıqdan sonra qabaqcadan əldə edikləri razılaşma əsasında Təqsirləndirilən şəxs1 orada dayanaraq gözətçilik etmiş, Təqsirləndirilən şəxs2 isə avtomobilin kilidini açarseçmə yolu ilə açaraq salondan 1 ədəd 110 manat dəyərində "Pioneer MVH-150Uİ” markalı maqnitofonu və 1300 manat nəğd pulu, avtomobilin yük yerindən isə 1 ədəd 200 manat dəyərində "Pioneer GM-A5602” markalı səsgücləndiricini gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 1610 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Birinci instansiya məhkəməsi zərərçəkmiş Zərərçəkmiş şəxs avtomaşınından oğurlanması guman etdiyi 1300 manat məbləğində pulu hadisədən təxminən bir aydan sonra evdəki pencəyinin cibindən tapması, həmçinin ona məxsus avtomaşından oğurlanmış 1 ədəd "Pioneer MVH-150Uİ” markalı maqnitofon və 1 ədəd "Pioneer GMA5602” markalı səsgücləndiricinin ümumi dəyərinin 90 manat olması haqqında ifadələrinə, bu məbləğin isə CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməlin oğurluq cinayəti kimi qiymətləndirilməsi üçün yetərli olmamasına və özünün ehtimal xarakterli qənaətinə əsaslanaraq iş üzrə təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə həmin məhkəmənin mövqeyi ilə razılaşaraq bu hökmün qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Cinayət işinin materiallarından görünür ki, əvvəllər də oxşar əməlləri törətdiyinə görə Təqsirləndirilən şəxs1la birlikdə məhkum olunmuş, hətta 23 iyun 2019-cu il tarixdən sonra da oxşar cinayət əməllərini törətdiyinə görə yenidən cinayət məsuli yyətinə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 hazırki işə birinci instansiya məhkəməsidə baxılarkən məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, və çoxdan tanıdığı Təqsirləndirilən şəxs1 2019-cu ilin iyun ayının sonlarında fəhləlik edərək əldə olunan qazanc onların gündəlik tələbatlarını ödəyə bilmədiyindən və o, Rusiya istehsalı olan avtomobillərin kilidini rahatlıqla açmağı bacardığından onlar hər hansı belə avtomobildən oğurluq etməyə qərar vermişlər. Bu məqsədlə onlar 23 iyun 2019-cu il tarixdə təxminən saat 03 radələrində kirayədə yaşadıqları evdən çıxıb oğurluq etmək üçün əlverişli məkan və avtomobil axtarmış, bu məqsədlə piyada Gəncə şəhəri, Sadıllı qəsəbəsinə və oradan da DOS 84 ünvanına ge tmişlər. Onlar həmin vaxt binaların arasında gəzərkən bir ədəd ağ rəngli “VAZ 2107” markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadıqları avtomobil çıxmış və həmin avtomobil binanın sağ ön tərəfində dayanmışdır. Onlar əvvəlcə ətrafa nəzər yetirmiş və sakitçilik olduğunu, onları heç kəsin görmədiyini dəqiqləşdirmişlər. Bundan sonra onlar qarşılıqlı şəkildə razılaşmışlar ki, o, yəni Təqsirləndirilən şəxs2 avtomobilin qapısının kilidini açaraq avtomobilə daxil olsun, Təqsirləndirilən şəxs1 isə avtomobilin yanında dayanaraq ətrafa nəzarət etsin. Bu razılaşmadan sonra o, özündə olan “VAZ 2107” markalı avtomobillərə məxsus olan açarla həmin avtomaşının sağ ön qapısının kilidini açaraq salona daxil olmuş və orada avtomaşına quraşdırılmış "Pioneer” markalı maqnitofonu yerindən söküb onu Təqsi rləndirilən şəxs1a vermiş, Təqsirləndirilən şəxs1 isə həmin maqnitofonu götürərək çiynində olan qara rəngli idman çantasına qoymuşdur. Maqintofonu sökərkən kabellərdən avtomobildə səsgücləndiricinin olduğunu müəyyən etmiş və salondan çıxaraq avtomobilin yük yerini eyni açarla açaraq oradan "Pioneer” markalı səsgücləndiricini də yerindən sökərək Təqsirləndirilən şəxs1a vermiş, sonuncu da eyni qaydada səsgücləndiricini özündə olan idman çantasına qoymuşdur. Bundan sonra onlar avtomaşının yük yerini və və qapılarını örtərək hadisə yerindən uzaqlaşmış və Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən, kirayədə yaşadıqları evə getmişlər. Həmin günün səhərisi onlar oğurladıqları maqnitofon və səsgücləndiriciləri Gəncə şəhərindən kənarda satmaq məqsədilə "İnstagram” sosial şəbəkəsində işlənmiş maqnitof on və səsgücləndiriciləri alan şəxslərin səhifələrini axtarmış və bu zaman orada "agdaw_aparatoru” adlı səhifə tapmışlar. Həmin səhifədə o, əlaqə telefon nömrəsini görüb həmin nömrəyə zəng etmiş və zəng etdiyi şəxsin şahid olmasını, sonuncunun Ağdaş rayonunda yaşadığını öyrənmiş, şahidə özünün də maqnitofon və səsgücləndirici alğısatqısı ilə məşğul olduğunu, ehtiyac olarsa ona maqintofon və səsgücləndirici satıb-ala biləciyini soruşduqda şahid heç bir problem olmadığını bildirmişdir. Bundan sonra o, şahidə özündə işlənmiş “Pioneer” markalı maqnitofon və səsgücləndirici olmasını bildirərək həmin əşyaları neçəyə ala biləcəyini soruşduqda, şahid ona maqnitofon və səsgücləndirici ala biləcəyini, qiymətini isə baxdıqdan sonra deyəcəyini bildirmişdir. Buna görə, o, avtobusla Ağdaş şəhərinə gedər ək orada şahidlə görüşmüş və səsgücləndiricini ona 50 manata, maqnitofonu isə 40 manata satmış, əldə etdiyi pulu isə Təqsirləndirilən şəxs1la bölmüşdür. Təqsirləndirilən şəxs2 həmçinin qeyd etmişdir ki, oğurladıqları maqnitofonu və səsgücləndiricini satarkən şahidə həmin əşyaların oğurluq mal olmasını bildirməmiş, “VAZ 2107” markalı avtomaşının salonundakı qoltuqaltıdan 1300 manat nəğd pulu isə onlar oğurlamamışlar. Analoji ifadələri Təqsirləndirilən şəxs2 həmçinin ibtidai aradırma zamanı da vermişdir. Təqsirləndirilən şəxs1 da həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməkdə qismən təqsirli bilərək Təqsirləndirilən şəxs2 ifadələrinin məzmunu ilə eynilik təşkil edən ifadələr vermiş, lakin avtomaşının salonundan 1300 manat məbləğində pulun onlar tərəfindən oğurlanmasını inkar etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, VAZ 2107 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomaşın ona məxsusdur və həmin avtomaşını o, axşamlar yaşadığı binanın həyətində, sağ ön tərəfində saxlamışdır. 22 iyun 2019-cu il tarixdə oğluna Gəncə şəhərində yerləşən “Tural” şadlıq sarayında kiçik toy məclisi keçirmiş, lakin bundan əvvəl təxminən saat 12 radələrində bibisi oğlu X6dən borc kimi 1300 manat məbləğində nəğd pul almışdır ki, toydan sonra hesablaşa bilsin. Lakin həmin pula ehtiyacı olmadığına görə o, pulu X6ə qaytarmaq istədikdə, sonuncu sərxoş olduğuna görə pulu sonra götürəcəyini bildirmiş və buna görə, o, həmin pulu avtomaşının qoltuqaltına qoyar aq toydan sonra yaşadığı evin həyətinə gəlmiş və avtomaşının qapılarını bağlayaraq evə getmişdir. 23 iyun 2019-cu il tarixdə səhər saat təxminən 09:45 radələrində o, həyətə avtomobilinin yanına gəldikdə, avtomobilin qapılarının kilidinin açıq olmasını müəyyən etmiş və salona baxdıqda “Pioneer” markalı maqnitofonun yerindən söküldüyünü, 1300 manat məbləğində pulun isə qoltuqaltıda olmadığını müəyyən edərək dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş və həmin yerə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Polis əməkdaşları müvafiq sənədləşməni aparıb bitirdikdən sonra o, avtomobilinin yük yerinə baxdıqda orada quraşdırılmış “Pioneer” markalı səsgücləndiricinin də olmadığını görmüş, bundan sonra bu barədə əlavə olaraq Kəpəz RPİ-yə ərizə ilə müraciət edərək məlumat vermişdir. H adisənin törədilməsindən təxminən bir aya yaxın müddət keçdikdən sonra oğlunun kiçik toy məclisində geyindiyi pencəyin cibindən avtomobilindən oğurlanmış hesab etdiyi 1300 manat pulu tapmış və bu haqda müstəntiqə məlumat vermiş, 2019-cu ilin avqust ayında onun bu haqda ifadələri də alınmışdır. Zərər çəkmiş həmçinin qeyd etmişdir ki, avtomaşınından oğurlanmış maqnitofonu və səsgücləndiricini hadisədən təxminən iki il əvvəl işlənmiş vəziyyətdə 150 manata almış və avtomobilində istifadə etmişdir. Həmin əşyaların oğurlandığı zaman ümumi dəyəri təxminən 100 manata yaxın olmuşdur. O hesab edir ki, maqnitofonun dəyəri 40 manat, səsgücləndiricinin dəyəri isə 50 manat məbləğində olmuşdur, oğurluq nəticəsində ona ümumilikdə 90 manat məbləğində maddi zərər vurulmuşdur. Bu ifadələrin fonunda cinayət işinin digər materialları öyrənilərkən müəyyən edilmişdir ki, zərər çəkmiş Zərərçəkmiş şəxs cinayət təqibinin ilk mərhələsindən başlayaraq ibtidai araşdırmanın sonunadək verdiyi ifadələrində (ilkin ərizələri və izahatı ilə birlikdə) avtomobilindən oğurlanmış 1 ədəd “Pioneer” markalı maqnitofonun qiymətinin 110 manat, eyni markalı 1 ədəd səsgücləndiricinin qiymətinin isə 200 manat olmaqla iki əşyanın ümumi dəyərinin 310 manat olduğunu göstərmiş, oğurlanmış pulla birlikdə ona cəmisi 1610 manat məbləğində ziyan dəyməsini bildirmiş, lakin 1300 manat məbləğində pulu hadisədən təxminən bir ayadək müddətdən sonra tapması barədə heç bir ifadə verməmişdir. Bundan başqa, ibtidai araşdırma zamanı 08 avqust 2019-cu il tarixdə (hadisədən bir ay on altı gün keçdikdən sonra) şahid qismində dindirilmiş X 6 göstərmişdir ki, 23 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs borc olaraq 1300 manat məbləğində pul vermiş və sonuncu həmin pulu özünə məxsus VAZ-2107 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomaşının salonundakı qoltuqaltının içərisinə qoymuş, 23 iyun 2019-cu il tarixdə isə zərərçəkmiş şəxs ona zəng edərək avtomaşından “Pİoneer” markalı maqnitofonun, həmin markalı səsgücləndiricinin və onun verdiyi 1300 manat pulun oğurlanmasını bildirmişdir. Bu ifadələrdən məhkəmə iclasında hadisədən bir ay sonra pulu pencəyinin cibində tapdığını bildirən zərər çəkmiş Zərərçəkmiş şəxs həmin pulu X6yə qaytarması görünmür və şahidin həmin ifadələri ilə bağlı nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmamış, X6 isə məhkəmə iclaslarında dindirilməmişdir. Zərərçəkmiş şəxs da məhkəmədə verdiyi ifadələrində X6dən borc kimi aldığı 1300 manat məbləğində pulu sonradan ona qaytarmasını bildirməmiş və bu məsələ də məhkəmələr tərəfindən yoxlanılmamışdır. Bundan başqa, ibtidai araşdırmanın sonunda zərər çəkmiş Zərərçəkmiş şəxs cinayət işinin materialları ilə, o cümlədən bəraət almış şəxslərin təqsirləndirilən şəxslər qismində cəlb edilmələri, sübutların qiymətləndirilməsi haqqında qərarlar ilə tanış olmuş, bu haqda tərtib olunmuş 10 fevral 2021-ci il tarixli protokolda isə özü yazmışdır ki, tikilmiş və nömrələnmiş halda cinayət işinin bütün materialları ilə və maddi sübut olan 1 ədəd DVD disklə birlikdə heç bir vaxt məhdudiyyəti qoyulmadan tanış olmuş və heç bir etirazı və vəsatəti yoxdur. Məhkəmələr Zərərçəkmiş şəxs həmin protokolu oxumadan imzalamasını inandırıcı hes ab etsələr də, məhkəmə kollegiyası hesab edir ki, zərər çəkmişin həmin protokolda yazdıqlarını oxuyub-oxumaması hər hansı əhəmiyyət kəsb etmir, çünki bu qeydlərin onun tərəfindən hər hansı təsir altında yazılması iş materialları ilə, o cümlədən məhkəmə araşdırmaları nəticəsində müəyyən edilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs ona borc kimi X6 tərəfindən verilmiş pulu tapması və sonuncuya qaytarıb-qaytarmaması ilə bağlı heç bir araşdırma aparmamış, X6 məhkəmə iclaslarında dindirilməmiş və 1300 manat pulun təqsirləndirilən şəxslər tərəfindən oğurlanmaması barədə nəticəyə gələrkən işin obyektiv hallarına uyğun olmayan zərərçəkmişin ziddiyyətli ifadələrini əsas götürmüş, apellyasiya instansiyası məhkəməsi də bununla bağlı sübutların tədqiqindən imtina edərək bu nəticə ilə razılaşmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadələrinin həqiqətə uyğun olubolmamasının yoxlanılması üçün həmin iclasda cinayət işi üzrə ibtidai araşdırma aparmış Gəncə şəhər Baş Polis İdarəsinin istintaq və Təhqiqat İdarəsinin müstəntiqi Musayev Hüseyn Mehman oğlu dindirilərkən göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 23 iyun 2019-cu il tarixdə gecə saatlarında naməlum şəxslərin avtomobilinin qoltuqaltısından 1300 manat məbləğində pul, həmin avtomaşından 1 ədəd 110 manat dəyərində “Pioneer MVH-150Vİ” markalı maqnitofon və 1 ədəd 200 manat dəyərində “Pioneer GMA5602” markalı səsgücləndiricini oğurlamaqla ona ümumilikdə 1610 manat maddi ziyan vurması faktı ilə bağlı cinayət işinin istintaqını o, aparmış və sonda iş üzrə yekun ittiham aktı tərtib edi lib təsdiq edilərək, cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs hadisədən təxminən bir ay sonra guya avtomobilindən oğurlanmış 1300 manat pulu evdə pencəyinin cibindən tapması və bununla əlaqədar sonradan onun yanına gələrək, bu barədə ona ifadə verməsi barədə məhkəmədə verdiyi ifadəsi tamamilə yalandır və belə bir hal heç vaxt baş verməmişdir. H.M.Musayev həmçinin qeyd etmişdir ki, zərər çəkmiş şəxsin oğurlanmış pulunu sonradan evdə pencəyinin cibindən tapdığı halda ibtidai istintaqın sonunda iş materialları ilə tanış olarkən bu barədə tərtib olunmuş protokola heç bir qeyd verməmiş və işin məhkəməyə göndərilməsi ilə bağlı etiraz və vəsatətinin olmadığını göstərmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş materiallarında olan mötəbər sü butları tədqiq etmədən, onlara əlaqəli şəkildə qiymət vermədən 23 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs avtomaşınından 1300 manat məbləğində pulun oğurlanmaması barədə nəticəyə gələrkən yalnız Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadələrinə əsaslanmış, lakin bu ifadələrin başqa sübutlarla, o cümlədən sonuncunun ibtidai araşdırmanın bütün dövrü ərzində verdiyi ifadələrinin təkzib edilib-edilməməsi istiqamətində hər hansı araşdırma aparmamış, əlavə şahid qismində dindirilmiş müstəntiq H.M.Musayevin məhkəmə iclasında verdiyi ifadələrini isə naməlum səbəblərdən sübut növü kimi qəbul etməkdən imtina etmiş, apellyasiya instansiyası məhkəməsi də onunla razılaşarkən eyni nöqsanlara yol vermişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs məxsus avtomaşı ndan “Pioneer MVH-150Uİ” markalı maqnitofonun və “Pioneer GMA5602” səsgücləndiricinin qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsi zərər çəkmiş Zərərçəkmiş şəxs və məhkəmə-əmttəşunsalıq ekspertizasının rəyinə əsaslanaraq, belə nəticəyə gəlmişdir ki, 08 yanvar 2020-ci il tarixli 85 №-li həmin rəyə əsasən, 1 ədəd “Pioneer MVH-150Uİ” markalı maqintofonun 2019-cu ilin iyun ayına olan orta bazar qiyməti 80 manat, 1 ədəd “Pioneer GM-A5602” markalı səsgücləndiricinin 2019-cu ilin iyun ayına olan orta bazar qiyməti 100 manat, həmin əşyaların cəmi qiymətinin 180 manat olması müəyyən eilsə də, onların dəyəri bu əşyalar ekspertə təqdim edilmədiyi üçün nəzəri hesablama metodu ilə təxmini göstərilmiş, bu zaman əşyaların real vəziyyəti, yəni istehsal tarixi, köhnəlmə əmsalı və digər mühüm h allar ekspertə məlum olmamışdır. Bundan başqa, məhkəmə onu da qeyd etmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə göstərilən əşyaları işlənmiş vəziyyətdə təxminən iki il əvvəl almasını, sonradan istifadə etməsini, hal hazırda maqnitofonun dəyərinin 40 manat, səsgücləndiricinin dəyərinin isə 50 manat olmasını və ona ümumilikdə 90 manat məbləğbində zərər vurulduğunu göstərmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, ibtidai araşdırma zamanı oğurlanmış əşyaların qiymətləri barədə zərər çəkmiş Zərərçəkmiş şəxs izahat verərkən və dindirilərkən, ardıcıl olaraq bildirmişdir ki, o, maqnitofonun dəyərini 110 manata, səsgücləndiricinin dəyərini isə 200 manata qiymətləndirir və bu əşyaların və 1300 manat məbləğində pulun oğurlanması nəticəsində ona cəmisi 1610 manat məbləğində maddi ziyan v urulmuşdur. Bütün bu ziddiyyətlərin mövcudluğuna baxmayaraq, məhkəmələr yalnız Zərərçəkmiş şəxs sonuncu ifadələrini əsas götürərək oğurlanmış əmlakın dəyərinin ümumilikidə onun dediyi kimi, yəni 90 manat olması barədə nəticəyə gəlmiş, lakin nəzərə almamışlar ki, həmin əşyaları 90 manata almış Şahid, onun ibtdai araşdırma zamanı verdiyi ifadələrinə görə, (o, məhkəmədə dindirilməmişdir) sonradan maqnitofonu 50 manata, səsgücləndiricini isə 60 manata satmışdır. Oğurlanmış maqnitofonun və səsgücləndiricinin qiymətləri ilə bağlı həm bu ifadələrdən, həm məhkəmə-əmtəşunaslıq ekspertizasının rəyinin nəticələrindən, həm də zərər çəkmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrindən çıxış edərək məhkəmə kollegiyası qeyd eməyi zəruri bilir ki, təhlil edilən məsələ ilə bağlı göstəri lən sübutlardan yalnız zərər çəkmişin sonuncu ifadələrini əsas götürən məhkəmələr yenə də həmin sübutlar arasında olan ziddiyyətlərin aradan qaldırılması üçün heç bir araşdırma aparmamış, oğurlanmış əşyaların həqiqətən də hadisədən iki il əvvəl işlənmiş vəziyyətdə alınmasını, həmin dövrdə Zərərçəkmiş şəxs ümumiyyətlə avtomaşınının olmasını yoxlamamış və sonuncunun məhkəmə iclasında verdiyi ifadələrində göstərdiyi halların həqiqətə uyğun olub-olmamasını müəyyən etmək üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini təmin etməmişlər. Halbuki, zərərçəkmiş şəxsinun oğurlanmış əmlakı bəraət almış şəxslərin satdıqları qiymətdə dəyərləndirməsi inandırıcı görünmür ona görə ki, Şahid maqnitofonu və səsgücləndiricini bundan baha qiymətə (cəmisi 110 manata) satmağa müvəffəq olmuşdur. M əhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadələrə əsaslanıb oğurlanmış əmlakın dəyəri barədə əsaslandırılmamış nəticəyə gələn məhkəmələr “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarındakı izah və tövsiyələrə də əməl etməmişlər. Belə ki, həmin Qərarın 27-ci bəndinin 5-ci abzasında məhkəmələrə izah edilmişdir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Hazırki iş üzrə həqiqətin, yəni oğurlanmış əşyaların 23 iyun 20 19-cu il tarixdə olan qiymətlərinin düzgün müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün heç bir maneə olmamış, lakin məhkəmələr naməlum səbəblərdən belə ekspertizanın keçirilməsini məqsədə uyğun hesab etməyərək bu məsələni ümumiyyətlə müzakirə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin tələb etdiyi kimi, iş üzrə bütün hallar üzrə həqiqətin müəyyən edilməsi üçün zərər çəkmiş Zərərçəkmiş şəxs cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi biri-birindən fərqlənən ifadələri bir daha yoxlanılmalı, iş üzrə toplanmış sübutlar zəruri həcmdə araşdırılmaqla onlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibinin olubolmaması barədə nəticə verilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrindəki bəraət hökmünün qüvvədə saxlanılması barədə qərardan isə bu tələblərə cavab verməsi görünmür. Hərçənd, Konstitusiyanın 129-cu maddəsinin III hissəsinə, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, məhkəmələrin çıxardıqları hökmlər və ya qəbul edilmiş qərarlar sübutlara və qanuna əsaslanmalı, sübutların hər birisinə ayrı-ayrılıqda və məcmu şəklində qiymət verilməli, araşdırılmış sübutların qəbul edilməməsinin səbəbləri isə müəyyən edilməklə bu səbəblər yekun məhkəmə aktında göstərilməli, məhkəmənin hər bir yekun aktı inandırıcı olmalıdır. Yalnız bu tələblərə əməl edilməklə çıxarılmış hökm (qəbul edilmiş digər yekun məhkəmə aktı) qanuni və əsaslı hesab edilə bilər. Belə hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra Qərarlarında da əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin bərqərar olmuş presedent hüququna görə, məhkəmələrin və tribunalların qərarlarında həmin qərarların əsasları adekvat şəkildə göstərilməlidir (“Moreyra Ferreyra v. Portugaliyaya qarşı” iş üzrə 11 iyul 2017-ci il tarixli Qərar). Qərarların nə dərəcədə əhatəli və ya qısa şəkildə əsaslandırılmalı olması qərarın xarakterindən asılıdır və işin hallarına mütənasib olaraq müəyyənləşməlidir. (“Budak Türkiyəyə qarşı” iş üzrə 16 fevral 2021-ci il tarixli Qərar). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, ərizəçinin hə r bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərə konkret və aydın cavab alacağını gözlədiklərini nəzərdə tutur (“Aslan İsmayılov Azərbaycana qarşı” iş üzrə 12 mart 2020-ci il tarixli Qərar). Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü ziddiyətli sübutlara əsassən çıxarılsa da, həmin məhkəmənin mövqeyi ilə razılaşan apellysiya instansiyası məhkəməsi özü heç bir araşdırma aparmayaraq özünün deyil, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında araşdırılmış sübutlara istinad etmiş, lakin bu sübutlara onların mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qanunda nəzərdə tutulmuş qaydada lazımi qiymət verməmiş və onların böyük əksəriyyətini yolverilməz sübutlar kimi qiymətləndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bütün yuxarıda göstərilənlər birlikdə götürüldükdə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM 416.1.1 və 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verməsinə və buna görə də 17 dekabr 2021-ci il tarixli qərardan verilmiş kassasiya protestinin əsaslı olmasına dəlalət edir. Bu baxımdan həmin pozuntularla qəbul edilmiş qərar qüvvəsində saxlanıla bilməz və belə qərar ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegyiası belə qənaətə gələrkən CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcdan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 41 9.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Beləliklə, məhkəmə kollegiyası kas sasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, hər birisinə CM-nin 177.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021ci il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, hər birisinə Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar