Məhkəmə qərarları › İş №1(102)-1015/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1015/2019

23.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1015/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili İsayev Nəsimi Vələd oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhk əməsinin 04 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi İsayev Nəsimi Vələd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) xx xxxxx 1978-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasınaməhkumolunmuşdur. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 19 avqust 2017-ci il tarixdə, saat 20 radələrində, Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, 1 ünvanında yerləşən fərdi tikilmiş evin 1-ci mərtəbəsinin plastik pəncərəsini açma yolu ilə evə qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsində yataq otağında olan dolabdan 1 ədəd üzərində “Kristina 46” markalanma yazısı olan 2.100 manat dəyərində şabalıdı rəngli xəz dəri gödəkcəni, 1 ədəd üzərində “46” markalanma yazısı olan 1.000 manat dəyərində ağ-qara rəngli xəz dəri gödəkcəni, 1 ədəd “Shell 100% Realfut, Xİ,” markalanma yazıları olan 500 manat dəyərində açıq qəhvəyi rəngli xəz dəri gödəkcəni, 1 ədəd 1.200 manat dəyərində 10 qramlıq 585 əyarlı qırmızı qaşlı qadın üzüyünü, 1 ədəd 600 manat dəyərində 750 əyarlı 8 qramlı piramida formalı qadın üzüyünü, 1 ədəd 300 manat dəyərində 750 əyarlı üzüyü, 2 ədəd 600 manat dəyərində 585 əyarlı 5 qramlıq tək qaş üzüyü, 3 ədəd 750 manat dəyərində 585 əyarlı 6 qramlıq tros fo rmasında nazik sepləri, 1 ədəd üzərində “Ayla” yazılan 500 manat dəyərində 585 əyarlı 12 qramlıq kulonu, 1 ədəd 300 manat dəyərində ağ qaşlı sırğa və üzükdən ibarət bijuteriyanı, 1 ədəd 300 manat dəyərində qırmızı qaşlı sırğa və üzükdən ibarət bijuteriyanı, 1 ədəd 300 manat dəyərində firuzə qaşlı sırğa və üzükdən ibarət bijuteriyanı və 1 ədəd 200 manat dəyərində sırğa və üzükdən ibarət bijuteriyanı gizli talayıb Zərərçəkmiş şəxs1 cəmi 8.650 (səkkiz min altı yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 25 avqust 2017-ci il tarixdə, saat 03 radələrində, Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, 5 ünvanında yerləşən fərdi tikilmiş evin zirzəmisinin pəncərəsi üzərindəki dəmir barmaqlıqları sın dıraraq pəncərəni açma yolu ilə evə qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsində yataq otağında olan dəmir seyfi özü ilə gətirdiyi dəmir alətlə sındırıb, saxlanc yeri olan seyfin içərisindən 1 ədəd 1.500 manat dəyərində 20 qramlıq 999 əyarlı külçəni, 1 ədəd 1.500 manat dəyərində dördbucaq formalı 20 qramlıq 999 əyyarlı külçəni, 1 ədəd dördbucaq formalı 750 manat dəyərində 10 qramlıq 999 əyyarlı külçəni, 1 ədəd dördbucaq formalı 750 manat dəyərində 10 qramlıq 999 əyyarlı külçəni, 1 ədəd ürək formalı 375 manat dəyərində 5 qramlıq 999 əyyarlı külçəni, 1 ədəd 50 manat dəyərində halqa formalı, 0,89 qramlıq 583/585 əyarlı qızıl üzüyü, 1 dəst 4.181 manat dəyərində çəhrayı, sarı, mavi, bənövşəyi, yaşıl və ağ rəngli, şəffaf qaşları olan, san rəngli 35,78 qramlıq 750 əyarlı sırğa cütü-üzük dəstin i, 1 dəst 1.984 manat dəyərində “8” formalı, 26,45 qramlıq 750 əyarlı sırğa üzük dəstini, 1 ədəd 343 manat dəyərində sünbül toxunuşlu, sarı rəngli 4,57 qramlıq 750 əyarlı qolbağı, 1 ədəd 2.284 manat dəyərində lent formalı, gümüşü-san rəngli, 30,45 qramlıq 916 əyarlı qolbağı, 1 ədəd 175 manat dəyərində “piton” toxunuşlu, 2,34 qramlıq 750 əyarlı boyunbağını, 1 ədəd 1.119 manat dəyərində lentvari toxunuşlu, 14,92 qramlıq 750 əyarlı boyunbağını, 1 ədəd 5.229 manat dəyərində 5,86 qramlıq 583/585 əyarlı gümüşü rəngli üzüyü, 1 ədəd 10.649 manat dəyərində "ATİNU" damğası olan, brilyant qaşlı, 5,76 qramlıq 750 əyarlı gümüşü rəngli üzüyü, 1 ədəd 1.792 manat dəyərində 5,19 qramlıq 750 əyarlı brilyant qaşlı gümüşü rəngli üzüyü, 1 ədəd 400 manat dəyərində 3,06 qramlıq 750 əyarlı sarı qaşlı mirvari üzüy ü, 1 ədəd 2.319 manat dəyərində 5,74 qramlıq 750 əyarlı brilyant qaşlı, sarı rəngli üzüyü, 1 ədəd 1.072 manat dəyərində üzərində "Gülaylar" damğası olan, 14,29 qramlıq 750 əyarlı sarı rəngli üzüyü, 1 ədəd 304 manat dəyərində dairəvi formalı, "Oğlaq" bürcünün təsviri olan 4,06 qramlıq 750 əyarlı kulonu, 1 dəst 10.843 manat dəyərində Üzərində "EFE 750 İTALY" damğası olan, brilyant qaşlı, 17,92 qramlıq 750 əyarlı üzük-sırğa dəstini, 1 dəst 10.491 manat dəyərində üzərində “EFE 750 İTALY” damğası olan, brilyant qaşlı, 12,93 qramlıq 750 əyarlı gümüşü rəngli sırğa üzük dəstini, 1 dəst 12.158 manat dəyərində 43,18 qramlıq 750 əyarlı brilyant qaşlı üzük sırğa dəstini, 1 cüt 11.235 manat dəyərində 6,09 qramlıq 750 əyarlı gümüşü rəngli sırğa dəstini, 1 cüt 500 manat dəyərində 13,12 qramlıq 583/585 əy arlı mirvari sırğanın bir tayını, 1 ədəd 6.939 manat dəyərində 28,37 qramlıq 750 əyarlı kulon- üzükləri, 1 dəst 3.500 manat dəyərində 24,69 qramlıq 750 əyarlı gümüşü rəngli sırğa cütü-üzükkulon dəstini, 1 ədəd 108 manat dəyərində 1,96 qramlıq 583/585 əyarlı san rəngli boyunbağını, 1 dəst 15.000 manat dəyərində 52,64 qramlıq 750 əyarlı gümüşü rəngli sırğa cütü-üzük-kulon- boyunbağı dəstini, 1 dəst 40.000 manat dəyərində 98,10 qramlıq 750 əyarlı gümüşü-sarı rəngli sırğa cütü-üzük-kulon-boyunbağı dəstini, 1 dəst 28.415 manat dəyərində 102,44 qramlıq 750 əyarlı gümüşü-sarı rəngli sırğa cütü-üzük-kulon-boyunbağıqolbaq dəstini, 1 dəst 33.465 manat dəyərində 76,44 qramlıq 750 əyarlı sarı rəngli üzükqolbaq dəstini, 1 ədəd 9.294 manat dəyərində 33,01 qramlıq 750 əyarlı gümüşü rəngli qolbağı, 1 əd əd 400 manat dəyərində 5,34 qramlıq 750 əyarlı kulon və boyunbağını, 1 dəst 11,312 manat dəyərində 131,54 qramlıq 916 əyarlı qolbaq, üzük, sırğa boyunbağı dəstini, İ dəst 9.954 manat dəyərində 132,72 qramlıq 750 əyarlı qolbaq, üzük, sırğa cütüboyunbağı (sinəbənd) dəstini, 1 ədəd 4.000 manat dəyərində “Frederique constant” markalı qol saatını, 1 ədəd 1.000 manat dəyərində “YVESAİNTLAURENT” markalı qol saatını, ikinci mərtəbədə sol tərəfdə olan yataq otağındakı divar dəstinin üzərindən 1 ədəd 40 manat dəyərində “Elie Saab", edtion, markalı ətri, 1 ədəd 150 manat dəyərində “CH” markalı ətri, 1 ədəd 120 manat dəyərində “Versace” markalı ətri, 1 ədədi 150 olmaqla 300 manat dəyərində 2 ədəd “Givency Dahlia Divin”, edtion markalı ətri, 1 ədəd 140 manat dəyərində “Christian Dior Jadore” markalı ət ri, 1 ədəd 145 manat dəyərində “D&G Desire” markalı ətri, 1 ədəd 170 manat dəyərində “Cucci Premier” markalı ətri, 1 ədəd 220 manat dəyərində “Cucci Premier” markalı ətri, 1 ədəd 180 manat dəyərində “Cucci Guilty” markalı ətri, i ədəd 175 manat dəyərində “Sİ” markalı ətri, 1 ədəd 110 manat dəyərində “Boss” markalı ətri, 1 ədəd 120 manat dəyərində “DKNY” markalı ətri, 1 ədəd 200 manat dəyərində “Sisley” markalı ətri, ikinci mərtəbədə sağ tərəfdə olan yataq otağındakı dolabdan 1 ədəd 2.000 manat dəyərində “Furs Navanty” markalı təbii xəz dəri gödəkcəni, 1 ədəd 400 manat dəyərində üzərində “Coast “sözləri olan xəzdən olan uzun biçimli gödəkcəni, Azərbaycan Respublikası manatının həmin dövr üçün dollara olan məzənnəsi ilə 1 dəst (sırğa, üzük, qolbaq, sinəlik) 10.000 ABŞ dolları - 17.009 manat dəyərində Trabzon qızılını, 1 dəst 8.000 ABŞ dolları - 13.607,2 manat dəyərində muncuq qızıl dəstini, 1 dəst 6.000 ABŞ dolları - 10.205,4 manat dəyərində Rafa qızıl dəstini, 1 dəst 2.500 ABŞ dolları - 4.252,25 manat dəyərində Rafa qızıl dəstini, 1 dəst 5.000 ABŞ dolları 8.504,5 manat dəyərində çəhrayı qızıl dəstini, 1 ədəd 2.000 ABŞ dolları - 3.401,8 manat dəyərində çəhrayi qızıl bilərziyi, 1.000 ABŞ dolları - 1.700,9 manat dəyərində çəhrayi qalın qızıl zəncir və kulonu, 1 dəst 2.000 ABŞ dolları - 3.401,8 manat dəyərində böyük gül formalı qızıl dəstini, 1 ədəd 1.000 ABŞ dolları - 1.700,9 manat dəyərində 999 əyyarlı qolbağı, 10 ədəd 3.000 ABŞ dolları - 5.102,7 manat dəyərində ağ sarı rəngli qızıl boyunbağıları, 1 qatar 500 ABŞ dolları - 850,45 manat dəyərində mirvari dəstini, 3 qatar 4.600 manat dəyərində 20 qramlıq qızıl külçələri, 4 ədəd 1.000 ABŞ dollan - 1.700,9 manat dəyərində 10 qramlıq qızıl külçələri, 1 ədəd 250 ABŞ dollan - 425,225 manat dəyərində 5 qramlıq qızıl külçəni, 4 ədəd 1.000 ABŞ dolları - 1.700,9 manat dəyərində 5 qramlıq ürək formalı qızıl külçələri, 1 ədəd 500 ABŞ dollan - 850,45 manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd 400 ABŞ dollan - 680,36 manat dəyərində Paula brendli sadə qaşlı qızıl qadın üzüyünü, 1 ədəd 300 ABŞ dollan - 510,27 manat dəyərində qəhvəyi rəngli qızıl üzüyü, 1 dəst 300 ABŞ dolları - 510,27 manat dəyərində xırda mirvari dəstini, 1 dəst 14.000 ABŞ dolları - 23.812,6 manat dəyərində gül formalı brilyant qaşlı qızıl dəstini, 1 ədəd 1.500 ABŞ dolları - 2.551,35 manat dəyərində brilyant qaşlı sırğanın tək tayım, 2 ədəd 2.000 ABŞ dollan - 3.401,8 manat dəyərində 750 əyarlı bilərzikləri, 1 ədəd 1.700 ABŞ dollan - 2.891,53 manat dəyərində gümüş dəstini və 10.000 ABŞ dolları - 17.009 manat nağd pulu gizli talayıb Zərərçəkmiş şəxs2 cəmi 386.867,50 (üç yüz səksən altı min səkkiz yüz altmış yeddi manat əlli qəpik) manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Məhkum, 28 avqust 2017-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində, “Çörək sexinin” yaxınlığında məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda - 10,2 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində saxlamış, 28 avqust 2017-ci il tarixdə, saat 14 radələrində, həmin narkotik vasitə heroini üzərində daşıyarkən, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat təd birləri nəticəsində Bakı şəhəri, xxxx “Hərbi şəhərciyin” yaxınlığında saxlanılaraq, Bakı şəhəri Binəqədi RPİ- nin 6-cı PB-nə gətirilərək üzərinə baxış keçirilən zaman, əynində olan tünd-göy rəngli parça şalvarın sağ yan cibində saxladığı gümüşü rəngli siqaret, kağızına bükülü vəziyyətdə 01 büküm təmiz çəkisi cəmi 10,2 qram olan - külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Mursaqulov Vaqif Ənvər oğlu, hakimlər Rəhimov Elmar Eldar oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə) 06 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədə n saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi İsayev Nəsimi Vələd oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Məhkum barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi İsayev Nəsimi Vələd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qərarı qanunsuz və ədalətsizdir, Belə ki, hər iki instansiya məhkəməsində qərar çıxarılarkən “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Re spublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarına, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı ’’İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 2 saylı Qərarına və eləcə də Məhkum şəxsiyyətinə, xüsusən də ailə vəziyyətinə, yəni himayəsində dörd nəfər azyaşlı və körpə uşaqların olmasına diqqət yetirilməli olduqları halda qanunun bu tələbləri kifayət qədər yerinə yetirilməmişdir. Məhkum əvvəllər hər hansı cinayət məsuliyyətinə cəlb edilməmişdir və yaşadığı yerdən müsbət xarakterizə olunur. Rəsul Məmədovun törətdiyi cinayət əməli ağır nəticələrə səbəb olmamış, öz hərəkətləri ilə heç kimi ağır maddi və mənəvi duruma salmamış, kiməsə hər hansı xəsarət yetirilməmişdir. Kiminsə sağlamlıq durumu pozulmamış, ondan kimsə şikayət etməmişdir. İş üzrə Məhkum məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Hal-hazırda Məhkum anası xəstədir. Hələ uşaqkən atasını itirmiş, yetimçiliklə böyümüşdür, uşaq vaxtı yıxılaraq kəllə-beyin travması almış, bunlar barədə müvafiq sənədlər məhkəməyə təqdim olunmuş, lakin işə baxan məhkəmə kollegiyaları bunları nəzərə almamışdır.Qeyd edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilərək Məhkum barəsində CM-nin 70-ci maddəsini tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununu n və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli iş üzrə və məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökm və qərarda göstərilmişdir. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun təqsirli bilinməsi və əməlin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətdə də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində məhkuma şərti cəza təyin edilməsi xahiş olunur, bunlarla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya şikayətinin təmin edilməməsi haqqında fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü isə dəyişdirilməməlidir. Belə ki, Məhkum təqsiri özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kolle giyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 177.3.2 və 234.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum səmimi peşmanlığını, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın xeyli hissəsinin ödənilməsini, himayəsində dörd azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkum cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8- ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısım almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, Məhkum təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən halları, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2018ci il tarixli hökmü Məhkum barəsində qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilməməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, nə səbəbdən onlarla razılaşmadığını qərarda göstərmiş, bun a dair nəticəni iş materiallarına və işin faktiki hallarına, habelə qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cü mlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmi şlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416ci maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar