Məhkəmə qərarları › İş №1(102)-1015/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1015/2020

03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1015/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakları ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 78.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim E.İsayev) xx.xx.1975-ci ildə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qəbələ rayonu, Dızaxlı kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 06 (altı) ay müddətə a zadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin, X1 və X2 da təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən Məhkum müdafiəçisi Süleymanov Səfəralı Bayramalı oğlu, məhkum X1 və X2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim İ.H.Şükürov, hakimlər A.M.Eyvazov və R.Ə.Əliyevdən ibarət tərkibdə) xx xxx 2020-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Süleymanov Səfəralı Bayramalı oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Məhkum CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu tarixli hökmü ona münasibətdə cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 178.2.1 və 178.2.2-ci ma ddələri ilə CM-in 65.3-cü maddəsi nəzərə alınmaqla residivlik nəzərə alınmadan barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünə əsasən, X2 tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, Göyçay rayon sakini Zərərçəkmiş şəxs3 Qəbələ rayonu ərazisində yerləşən müxtəlif şəxslərə aid şəxsi mülkiyyət torpaqlarında bitmiş qovaq ağaclarını sahiblərindən alaraq kəsib-doğradıqdan sonra bir kamaz markalı avtomobilin yük yeri qədər yığaraq 1100 (bir min yüz) manat müqabilində satacağına dair yalan vəd verib, ağacları kəsib-doğramaq üçün zəhmət haqqı, eləcə də motomişara yanacaq almaq və ağac sahiblərinə beh vermək adı ilə uydurduğu yalanlara inandırmaqla 2017-ci ilin sentyabr ayının 1-ci yarısından başlayaraq 2018-ci ilin mart ayının 1-ci yarısına kimi dəqiq olaraq istintaqa məlum olmayan tarixlərdə əvvəlcə ondan Qəbələ rayonu Hacıallı kəndində 750 (yeddi yüz əlli) manat, ikinci dəfə Qəbələ rayonu Nic qəsəbəsində 400 (dörd yüz) manat, üçüncü dəfə Qəbələ rayonu Dızaxlı kəndində 150 (bir yüz əlli) manat, sonuncu dəfə isə Qəbələ rayonu Hacıallı kəndində 60 (altmış) manat pul almaqla verdiyi vədə əməl etməmiş və bununla da vahid niyyətlə əhatələnmiş qəsdlə Zərərçəkmiş şəxs3 məxsu s ümumilikdə 1360 (bir min üç yüz altmış) manat pulu dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan başqa, X2 tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, Göyçay rayon sakini Zərərçəkmiş şəxs4 Qəbələ rayonu Dızaxlı kəndi ərazisində yerləşən X3 məxsus bağ sahəsini göstərib, orada sonuncunun özü tərəfindən əkilib becərilmiş qovaq cinsinə mənsub ağacları əvvəlcədən faktiki olaraq Qəbələ rayonu Mamaylı kənd sakini X4 ilə razılaşaraq satmalarına baxmayaraq bu barədə həqiqəti gizlətməklə həmin ağacları sahibindən alaraq kəsibdoğradıqdan sonra bir kamaz markalı avtomobilin yük yeri qədər yığaraq 1550 (bir min beş yüz əlli) manat müqabilində satacağına dair yalan vəd verib, ağacları kəsib-doğramaq üçün zəhmət haqqı, eləcə də motomişara yanacaq almaq və ağac sahiblərinə beh vermək adı ilə uydurduğu yalanlara inandırmaqla əvvəlcə ondan 2018-ci ilin yanvar ayının əvvəlində Qəbələ rayonu Dızaxlı kəndində 100 (bir yüz) manat, daha sonra xx xxxxxx 2018-ci il tarixdə Qəbələ rayonu ərazisində yerləşən “Türyançay” adlanan körpünün yaxınlığında 550 (beş yüz əlli) manat, 2018-ci ilin yanvar ayının ikinci yarısında 600 (altı yüz) manat pul almaqla verdiyi vədə əməl etməmiş və bununla da vahid niyyətlə əhatələnmiş qəsdlə Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 1250 (bir min iki yüz əlli) manat pulu dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan başqa, X2 təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, Göyçay rayon sakini X6 Qəbələ rayonu Dızaxlı kəndi ərazisində yerləşən X7 məxsus içərisində qovaq cinsinə mənsub ağaclar olan bağı göstərib, həmin bağın əsil sahibinin məlumatı olmadan əlbir olduğu X5 məxsus bağ sahəsi kimi təqdim edib, ağacları sahibindən alaraq kəsibdoğradıqdan sonra bir kamaz markalı avtomobilin yük yeri qədər yığaraq 1550 (bir min beş yüz əlli) manat müqabilində satacağına dair yalan vəd verib, özlərinə və bağ sahibi kimi təqdim etdiyi X5ə beh vermək adı ilə uydurduğu yalanlara inadırmaqla əvvəlcə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək X6dan 2018-ci ilin fevral ayının ortalarında Göyçay rayonu Kürdəmiş kəndində sonuncunun yaşadığı həyətdə 240 (iki yüz qırx) man at, daha sonra tanışı Məhkum və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 2018-ci ilin fevral ayının sonlarında Qəbələ rayonu Dızaxlı kəndində 700 (yeddi yüz) manat pul almaqla verdiyi vədə əməl etməyərək vahid niyyətlə əhatələnmiş qəsdlə zərərçəkmiş şəxs X6 Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, ümumilikdə 940 (doqquz yüz qırx) manat, həmin pulun 700 manat hissəsini isə Məhkum və X5 ilə qabaqcadan əlbir olmaqla dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan başqa, X2 təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum və X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, Qəbələ rayonu Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs5 Qəbələ rayonu Dızaxlı kəndi ə razisində yerləşən X8 məxsus bağ sahəsindən, eləcə də Qəbələ rayonu Nic qəsəbəsində yerləşən digər şəxsə məxsus bağ sahəsindən qovaq ağaclarını sahibləri ilə razılaşaraq aldıqlarını qeyd edərək, həmin ağacları kəsib-doğradıqdan sonra bir kamaz markalı avtomobilin yük yeri qədər yığaraq 1050 (bir min əlli) manat müqabilində ona satacağına dair yalan vəd verib, ağacları kəsibdoğramaq üçün zəhmət haqqı, eləcə də bağ sahiblərinə beh kimi vermək adı ilə uydurduğu yalana inadırmaqla Qəbələ rayonu Dızaxlı kəndi ərazisində ilk dəfə 300 (üç yüz) manat, daha sonra 2018-ci ilin mart ayının əvvələrində dəqiq məlum olmayan tarixdə 700 (yeddi yüz) manat pul alaraq, vahid niyyətlə əhatələnmiş qəsdlə Zərərçəkmiş şəxs5 məxsus ümumilikdə 1000 (bir min) manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, X2 təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum və X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, Qəbələ rayonu Dızaxlı kəndi ərazisində yerləşən X8 məxsus bağdakı həm köküstə, həm də özləri tərəfindən kəsilmiş bir neçə ədəd qovaq ağaclarını Göyçay rayon sakini Zərərçəkmiş şəxs2 göstərib, həmin ağacları guya sahibindən alaraq kəsib-doğradıqdan sonra bir kamaz markalı avtomobilin yük yeri qədər yığaraq 1650 (bir min altı yüz əlli) manat müqabilində satacağına dair yalan vəd verib, əvvəlcə ağac sahibinə beh vermək adı ilə uydurduğu yalana inandırmaqla xx xxxx 2018-ci il tarixdə Qəbələ rayonu Dızaxlı kəndində 400 (dörd yüz) manat, bundan sonra tanışı Məhkum Qəbələ rayon Soltan Nuxa k ənd sakini X9 vəd verdiyi kəsilib doğranmış və sonuncunun Qəbələ rayonu Dızaxlı kəndinə göndərdiyi Kamaz markalı yük avtomobilə 2-3 cərgədə yığılmış ağacları xx xxxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 göstərib, ondan həmin ağacların əslində X9 satılması barədə həqiqəti gizlətməklə guya ona satmağa vəd verdiyi ağaclar olduğunu bildirib, ağacların kəsilib doğrandıqdan sonra bağda qalmış qismini həmin avtomobilin yük yerinə daşıyıb tam dolduraraq hazır etmək üçün fəhlələrə vermək adı ilə uydurduğu yalana inandırmaqla elə orada 200 (iki yüz) manat pul alaraq verdiyi vədə əməl etməmiş və beləliklə, vahid niyyətlə əhatələnmiş qəsd formasında Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 600 (altı yüz) manat pulu dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan başqa, X2 təkrarən tamah niyyəti ilə, etibarda n sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum və X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, Qəbələ rayonu Yeni Dızaxlı kəndi ərazisində yerləşən X8 məxsus bağdakı həm köküstə, həm də özləri tərəfindən kəsilmiş bir neçə ədəd qovaq ağaclarını Qəbələ rayonu Yemişənli kənd sakini Zərərçəkmiş şəxs1 göstərib, həmin ağacları sahibindən alaraq kəsib-doğradıqdan sonra bir kamaz markalı avtomobilin yük yeri qədər yığaraq 1050 (bir min əlli) manat müqabilində ona satacağına dair yalan vəd verib, əvvəlcə ağacları kəsib-doğramaq üçün zəhmət haqqı, eləcə də motomişara yanacaq almaq adı ilə uydurduğu yalana inandırmaqla 2018-ci ilin mart ayının 2-ci yarısında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu Zarağan kəndində 100 (bi r yüz) manat, bundan bir gün sonra ağacları kəsəcəyi bağ sahibinə beh vermək adı ilə Qəbələ rayonu Yemişənli kəndində 150 (bir yüz əlli) manat, bundan bir gün sonra yenidən ağacları kəsəcəyi bağ sahibinə beh vermək adı ilə Qəbələ rayonu Yemişənli kəndində 100 (bir yüz) manat, 2-3 gün sonra sonuncu dəfə isə əslində Göyçay rayon sakini X10 oğluna satmaq üçün Qəbələ rayonu Dızaxlı kəndində Zərərçəkmiş şəxs5 məxsus Kamaz markalı avtomobilə yüklədikləri 2-3 cərgə kəsilibdoğranmış qovaq ağaclarını Zərərçəkmiş şəxs1 tanışı X11 göstərib, ondan həmin ağacların əslində X10 satılması barədə həqiqəti gizlətməklə guya Zərərçəkmiş şəxs1 satmağa vədverdikləri ağaclar olduğunu bildirib, ağacların kəsilib doğrandıqdan sonra bağda qalmış qismini həmin avtomobilin yük yerinə daşıyıb tam dolduraraq hazır edəc əkləri barədə uydurduğu yalana inandırmaqla elə orada ağaclara görə Zərərçəkmiş şəxs1 tanışı X11 vasitəsi ilə 350 (üç yüz əlli) manat pul alaraq verdiyi vədə əməl etməmiş və bununla da vahid niyyətlə əhatələnmiş qəsd formasında Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 700 (yeddi yüz) manat pulu dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan başqa, X2 təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X1 və Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, Qəbələ rayonu Kiçik Əmili kənd sakini Zərərçəkmiş şəxs6 xx xxxxx 2018-ci il tarixdə Qəbələ rayonu Dızaxlı kəndi ərazisində yerləşən X12 məxsus bağ sahəsini sonuncunun məlumatı olmadan göstərib, guya həmin bağ sahəsində bitmiş qovaq cinsinə mənsub ağacları sahibindən aldıqlarını qeyd edərək, həmin ağacları kəsib-doğradıqdan sonra bir kamaz markalı avtomobilin yük yeri qədər yığaraq 1050 (bir min əlli) manat müqabilində ona satacağına dair yalan vəd verib, ilk dəfə orada ondan ağacları kəsib-doğramaq üçün zəhmət haqqı, eləcə də motomişara yanacaq almaq adı ilə uydurduğu yalana inandırmaqla 100 (bir yüz) manat, daha sonra xx xxxxx 2018-ci il tarixdə Qəbələ rayonu Kiçik Əmili kəndində özünə məxsus həyətdə ona satacaqları ağacın sahibinə beh vermək adı ilə uydurduğu yalana inadırmaqla 300 (üç yüz) manat pul alaraq, vahid niyyətlə əhatələnmiş qəsdlə Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 400 (dörd yüz) manat pulu dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan başqa, X2 təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, Göyçay rayon sakini Zərərçəkmiş şəxs7 Qəbələ rayonu Dızaxlı kəndi ərazisində yerləşən X13 məxsus bağ sahəsini sonuncunun məlumatı olmadan göstərib, guya həmin bağ sahəsində olan qovaq cinsinə mənsub ağacları sahibindən aldıqlarını qeyd edərək, həmin ağacları kəsib-doğradıqdan sonra bir avtomobilin yük yeri qədər yığaraq qiymətində razılaşdıqdan sonra satacağına dair yalan vəd verib, ağacları kəsib-doğramaq üçün zəhmət haqqı, eləcə də motomişara yanacaq almaq və bağ sahibinə beh vermək adı ilə uydurduğu yalana inadırmaqla xx xxxx 2018-ci il tarixdə Qəbələ rayonu Dızaxlı kəndində hər dəfəsində 200 (iki yüz) manat məbləğində pul almaqla, verdiyi vədə əməl etməmiş və vahid niyyə tlə əhatələnmiş qəsdlə Zərərçəkmiş şəxs7 məxsus ümumilikdə 400 manat pulunu Məhkum ilə qabaqcadan əlbir olmaqla, həmin pulun 200 manat hissəsini yenə Məhkum və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, dələduzluq yolu ilə ələ keçirmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən barəsində təyin edilmiş cəza ədalətsiz və ağırdır. Odur ki, ikinci qrup gözdən əlil olmasını, ailəli, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın – 5850 manatın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarını dəyişdir məklə barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, məhkuma təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında törətdiyi əmələ və şəxsiyyətinə uyğun cəza təyin edildiyini, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmi n edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haq lıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıda kıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yo lu ilə özgənin əmlakını ələ keçirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seç ilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin müddəalarını tətbiq edərək həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum aid olan hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Az ərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı Məhkum aid olan hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar