Məhkəmə qərarları › İş №1(102)-1015/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1015/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1015/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegi yasının 31 yanvar 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim Zaur Hüseynov) 1(043)189/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli hökmü ilə 16 fevral 1998-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 14-cü küçədə fərdi yaşayış evində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli ş əxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 21 oktyabr 2021-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalında dərhal həbsə alınması, Azərbaycan Respublikası CM- in 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,318 qram təşkil edən psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 16 iyun 2021-ci il tarixdə saat 21 radələrində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Elba” kolbasa sexinin yaxınlığında saxlanılaraq Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirilən zaman, əynində olan boz rəngli idman şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzəri ndə daşıyaraq saxladığı bir ədəd falqa kağızına və ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 1,318 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Çingiz Məmmədov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Elçin Xasməmmədov) apelyasiya protesti təmin edilməmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 1(104)-84/2022 saylı hökmü dəyişdirilmiş, “8 noyabr – Zəfər Günü Münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən Məhkum barəsində amnistiya tətbiq edilərək bu qərarla ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 6 (altı) ay müddət çıxılmaqla üzə rində 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum 16 iyun 2021-ci il tarixdən 18 iyun 2021-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət ona təyin olunan cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protesti verərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli, 122-29769-1221 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Məhkum üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib saxlamış, lakin psixotrop maddə satdığı şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 16/571 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Məhkum üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan metamfetamin" yazı və imzalar olan kağız paketdəki, bir ədəd qızılı rəngli kağız bükümdə olam 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,318 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Məh kəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 784 saylı rəyindən görünür ki, Məhkum narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanıya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi və tövsıf edilməsi haqqında" xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Məhkum barəsində olan cinayət işi üzrə əməl CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş və Məhkum üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən material ayrılmışdır. Yuxarıda qeyd olunan sübutlardan da görünür ki, Məhkum üzərindən aş kar edilib götürülmüş psixotrop maddə olan metamfetamini sonuncu üzərində satış məqsədi üçün saxlamışdır. Lakin, Məhkum istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində özünü müdafiə xarakterli qeyri səmimi ifadələr verərək, guya üzərindən aşkar edilib götürülmüş şəxsi istehlak miqdarından dəfələrlə artıq çəkidə, 1,318 qram psixotrop maddə olan metamfetamini Gəncə şəhəri, Məhsəti qəsəbəsində tanımadığı şəxsdən 70 manat pul müqabilində öz istifadəsi üçün aldığını və evdə anası görməsin deyə üzərində gəzdirdiyini göstərmiş, məhkəmə isə həmin ifadələrə nədənsə tənqidi yanaşmamışdır. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.1-ci maddəsinə tövsif edərkən qeyd etmişdir ki, “məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materialla rını təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məhkum CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir”. Məhkəmə nəzərdən qaçırmışdır ki, Məhkum üzərindən aşkar edilib götürülmüş psixotrop maddə olan metamfetamini istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı haradan və kimdən aldığını izah edə bilməmişdir. Məhkəmə nəzərdən qaçırmışdır ki, təqsirləndirilən şəxs Məhkum hazırki iş üzrə sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə polisə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılmış və həmin məlumat əsasında sonuncunun üzərinə baxış zamanı üzərindən şəxsi istehlak miqdarından 9 dəfə ç ox metamfetamin aşkar edilərək götürülmüşdür. Bütün yuxarıda sadalanan sübutlara baxmayaraq məhkəmə Məhkum əməlini CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən şahid ifadələrini, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli rəyini, xx.xx.2021-ci il tarixli, 122-29769-1221 saylı əməliyyat tapşırığına cavab məktubunu qəbul etməyərək onları mötəbər olmayan sübutlar kimi qiymətləndirmişdir. Halbuki, məhkəmənin həmin qərarı heç bir obyektiv sübuta əsaslanmamış, ibtidai və məhkəmə istintaqı zamanı toplanmış sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tam və hərtərəfli yoxlanılmamış, əldə olunmuş sübutlar müqayisəli şəkildə təhlil olunmamış, eləcə də işdəki sübutlar arasında heç bir ziddiyyət olmadığı halda onların mötəbərliyi şübhə al tına alınmışdır. Sadalananlara baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan Məhkum əməlini CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmiş, apelyasiya instansiyası məhkəməsi də həmin mövqe ilə əsassız olaraq razılaşmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlay araq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumun törətdiyi əməlin hüquqi tövsifi mübahisələndirilmişdir. Protest müəllifi kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan Məhkum əməlini CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmiş, apelyasiya instansiyası məhkəməsi də həmin mövqe ilə əsassız olaraq razılaşmışdır. Kassasiya protestinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-i n 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəs inin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 28.5-cı maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 2-ci bəndində izah edilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin qanunun 1.0.8-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərb aycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət tərkibi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibindən fərqləndirən əsas tövsifedici əlamət satış məqsədinin olmamasıdır. Eyni zamanda Azərbaycan Respublikası CM-in 234-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkiblərindən və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.81.0.11-ci maddələrində nəzərdə tutulmuş normaların məzmunundan müəyyən edilir ki, narkotik vasitələrin çəkisi (miqdarı) yalnız onların şəxsi istehlak miqdarının və külli miqdarının müəyyən edilməsi üçün nəzərdə tutulmuşdur və satış məqsədinin müəyyən edilməsi üçün nəzərdə tutulmamışdır. Ona görə də aşkar edilmiş narkotik vasitələrin çəkisinə (miqdarına), şəxsi istehlak miqdarı həddindən dəfələrlə çox olmasına istinad etməklə onların satış niyyəti ilə əldə edilməsi, saxlanması, daşınması nəticəsinə gəlinməsi ehtimallara əsaslanmış nəticədir. Eyni zamanda birinci və apelyasiya instansiyası məhkəmələrində tədq iq edilmiş sübutlardan da Məhkum narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamasına və daşınmasına dair hər hansı dəlil müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin s atış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. İş materialları ilə Məhkum şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamış, Məhkum üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun özü narkomaniya xəstəliyindən əziyyət çəkir, onun üzərində aşkar edilmiş metamfetaminin ümumi miqdarı da onun həmin maddəni məhz satış məqsədi ilə əldə etməsinə dair nəticəyə gəlmək əsas vermir. İstər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə araşdırması zamanı Məhkum kiminləsə psixotrop maddənin alqı-satqısı barədə qabaqcadan razılığa gəlməsi, psixotrop maddənin satışından mənfəət əldə etməsi hər hansı sübutla öz təsdiqini tapmamış, məhkum dan psixotrop maddənin çəkməsi və qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq da aşkar edilməmişdir. Bundan başqa Məhkum birmənalı olaraq həm ibtidai araşdırma zamanı ilkin izahatında, həm də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində, eləcə də birinci instansiya məhkəməsi zamanı verdiyi ifadəsində heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı Məhkum satış məqsədi ilə psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması barədə yanlış nəticəyə gəlmiş, belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Həmçinin şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair heç bir sübut olmadığı halda təkcə bir ədəd falqa kağızına və ağ rəngli sellofana bükülməsinə və istinad edib ehtimalla psixotrop maddəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlməkdə yanlışlığa yol vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanının (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin xırda bükümdə olmasına istinad edib ehtimalla narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlməklə şəxsin əməlinin Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün yetərli sübutlar deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyələrə də uyğundur. Beləliklə, birinci instansiyada və apelyasiya baxışı zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125,143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edilib qiymətləndirməklə müəyyən olunmuşdur ki, Məhkum narkotik vasitələri satış məqsədi ilə əldə etməmişdir, bu barədə ittiham mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulmuşdur. Birinci instansiya məhkəməsi onun əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-cü maddəsinə tövsif etmiş, apelyasiya instansiyası məhkəməsi də haqlı olaraq məhkumun əməlinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr qanuni və əsaslıdır. Kassasiya protestində göstərilən dəlillər Məhkum psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına və daşımasına şübhələr yarada bilər, lakin həmin şübhəli hallar psixotrop maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onu n təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilən qanunların mənasına görə təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübut larla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə birinci instansiya və apelyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələr qanuni və əsaslı olduğundan kassasiya protestinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2022-ci il ta rixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 31 yanvar 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar