Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1015/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum iştirakları ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.5, 228.1, 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 1(044)39/2022 nömrəli (sədrlik edən G.Ə.Şirinov) hökmü ilə xx.xx.1989-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 185.1, 234.1, 237.1-ci maddələri ilə 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasından azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 326.2, 228.1 və 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və CM-nin 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətə, CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə 03 (üç) il müddətə və CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, habelə cəzasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) 28 oktyabr 2022-ci il tarixli 1(104)-540/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmündən Məhkum CM-nin 326.2-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi əsası ilə xaric edilmiş, CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilinmiş və ona 2 il 6 ay m üddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum CM-nin 228.1-ci maddəsinə əsasən hökmlə təyin edilmiş cəza ilə CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrinə əsasən hazırki qərarla təyin edilmiş cəza ilə qismən toplanılaraq onun üzərində qəti olaraq 3 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmünə əsasən, Məhkum, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə xx.xx.2018-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, Nizami rayonu, Nərima n Nərimanov prospekti 156 ünvanının bərabərliyində 25 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda sərnişin qismində ayaq üstə dayanmış Zərərçəkmiş şəxs1 üzərində olan əl çantasının içərisindən sonuncuya məxsus 1 ədəd 390 manat dəyərində “Samsung Galaxy J3” markalı, 64 GB yaddaşlı mobil telefonu, 1 ədəd 5 manat dəyərində “*** *** ** **” saylı mobil nömrə ilə birlikdə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxə 395 (üç yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli talamaq niyyəti ilə xx.xx.2018-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 9 nömrəli binanın dəhlizində yerləşən əl damı kimi istifadə etdiyi saxlanc yerini n qapısının kilidini sındırıb qanunsuz olaraq içəri daxil olub oradan, bir ədəd 300 manat dəyərində kustar üsulla yığılmış, dolaqları alüminiumdan olan, istifadə olunmuş qanyaq aparatını, bir ədəd 200 manat dəyərində “Zenit” markalı, “GP1750 GK” modelli, 2016-cı il buraxılışlı, istifadə olunmuş prefaratoru, bir ədəd 60 manat dəyərində “CANDAN” markalı, “03” modelli, plastik boru qaynağı üçün işlənmiş ütünü, 01 ədəd 150 manat dəyərində “İNTERSKOL” markalı “DU16/1000 GR” modelli istifadə olunmuş direli gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 710 (yeddi yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli talamaq niyyəti ilə 2018-ci ilin may ayının sonlarında saat 23 radələrində Zərərçəkmiş şəxs4 məxsus ü nvan 3 ünvandan yerləşən fərdi yaşayış evinin hasarından qanunsuz olaraq həyətə daxil olmaqla sonuncuya məxsus 76 ədəd, hər birinin çəkisi 1,5 kq olmaqla ümumilikdə 114 kq çəkidə, 460 manat dəyərində su pərisi formalı latun cağbəndləri gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 460 (dörd yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli talamaq niyyəti ilə xx.xx.2021-ci il tarixdə saat 15 radələrinə Gəncə şəhəri, Nizami rayonu, Nizami Gəncəvi prospektində yerləşən 41 saylı tam orta məktəb bərabərliyində 11 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs3 üzərində olan əl çantasının içərisindən 01 ədəd 15 manat dəyərində süni dəri üzlüklü, “FOREVER YOUNG Orginally from Korea” markalı pul qabını içərisində olan 490 manat məbləğində pul, 01 ədəd Zərərçəkmiş şəxs3 məxsus AZE seriyalı 15760053 nömrəli şəxsiyyət vəsiqəsi ilə birlikdə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 505 (beş yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində, Tula silah zavodunda istehsal olunmuş, “Tokarev” TT konstruksiyalı, 7,62 mm kalibrli, saz və atəşə yararlı yivli odlu silah olan tapançanı, 08 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan, saz və istifadə üçün yararlı 01 ədəd darağı və keçmiş SSRİ dövlətində 19 51-ci ildə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan, döyüş sursatı hesab edilən 01 ədəd ştat patronunu əldə edərək üzərində gəzdirməklə daşıyıb saxlamış, Gəncə şəhər BPİ-nin CAİyə onun qanunsuz olaraq odlu silahı üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında, həmin idarənin əməkdaşları tərəfindən o, 01 iyun 2021-ci il tarixdə saat 13:30 radələrində Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanda yerləşən Gəncə BPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan hissəsindən kəmərə keçirilmiş halda 1 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində, Tula silah zavodunda istehsal olunmuş, “Tokarev” TT konstruksiyalı, 7,62 mm kalibrli, saz və atəşə yararlı yivli odlu silah olan tapançanı, 8 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan, saz və istifadə üçün yararlı 1 ədəd darağı və keçmiş SSRİ dövlətində 1951-ci ildə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan, döyüş sursatı hesab edilən 1 ədəd ştat patronunu aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə ibtidai istintaq aparılarkən və məhkəmə baxışı zamanı CPM-nin 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, iş üzrə ittihamın əsasına qoyulmuş sübutlar müqayisəli qaydada təhlil edilib mötəbərliyi müəyyənləşdirib qiymətləndirilmədiyindən hökmdə ittihamın əsasına qoyulmuş sübutlar mötəbər sübut hesab edilə bilməz. Belə ki, təqsirləndirilən şəxs Məhkum özünü Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilməmişdir. Bu maddələr ilə irəli sürülmüş ittham üzrə təqsirliliyi heç bir şahid ifadəsi, o cümlədən iş üzrə toplanılmış digər sübutlarla təsdiq olunmamışdır. Polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalaraq açılmam ış oğurluq cinayətləri ilə bağlı protokola imza etməyə məcbur olmuşdur və nəticədə həmin cinayətlər onun üzərinə yıxılmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilinməsinə dair hissədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və cəza müddətinin azaldılmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, özünü Cinayət Məcəlləsinin 228.1-ci maddəsiylə təqsirli bildiyini, digər maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətmədiyini bildirib cəzasının azaldılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsind ə dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını is ə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkumun Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gə ncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan ə mələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından, o cümlədən yaşayış sahəsinə, saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmə, yəni özgənin əmlakını gizli olaraq talama, vətəndaşın şəxsiyyət vəsiqəsini talama və qanunsuz olaraq odlu sil ah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və ya gəzdirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM- nin 177.2.2, 177.2.3, 177.2.5, 228.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun kassasiya şikayətlərdə onun tərəfindən həmin Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə əhatə olunan cinayət əməllərinin törədilmədiyi, sübutlara düzgün hüquqi qiymət verilmədiyi və apellyasiya məhkəməsinin qərarının həmin hissədə ləğv edilməklə cinayət işinə bəraətverici əsaslarla xitam verilməli olduğu iddia edilir. Belə ki, Məhkum oğurluq, yəni gizli olaraq talama ilə bağlı cinayət əməlini törətməsi ilə ittiham olunur. Məhkum ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyərək, heç bir oğurluq hadisəsi baş vermədiyini mübahisələnd irmiş, ibtidai istintaq dövründə etirafedici ifadəsini polis əməkdaşlarının işgəncəsi və təzyiqləri nəticəsində verdiyi bildirmişdir. Lakin, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı da eyni məzmunlu etirafedici ifadələri verməsi, daha sonradan isə ifadəsini dəyişdirərək işgəncəyə məruz qalması səbəbindən bu formada ifadə verməyə məcbur qaldığı barədə çıxışı kassasiya məhkəmə kollegiyasında sual işarəsi yaradır və bunun Məhkum cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2021-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması apar ılmış və ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmiş və bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə əhatə olunan cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətlə ndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkum tərəfindən verilmiş kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildir məyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kas sasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilən lərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəaların dan çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlük əlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması (subay olması, törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanı aradan qaldırması və onlarla barışıq əldə etməsi) və ağırlaşdıran halın olması (cinayətlərin residivinin olması), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Məhkum Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi təqsirli bilinərək 160 saat ictimai işlər cəzasına məhkum edilmişdir, bundan başqa Gəncə şəhər Ni zami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2009-cu il tarixli hökm dəyişdirilərək, AR CM-nin 69.4-cu maddəsinə əsasən 1500 manat cərimə cəzası təyin edilmişdir. Bundan başqa Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 il 10 aya endirilmişd ir. xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Azərbaycan Respublikasının Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 185.1, 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2020-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanuna əsasən cəzası 02 il 08 ay 28 günə endirilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsind ə göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.5, 228.1, 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1015/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1015/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver