Məhkəmə qərarları › İş №1(102)-1016/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1016/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1016/2024 22.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və bəraət almış X4 iştirakları ilə, X18 oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət ver ilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə) 13 mart 2023-cü il tarixli qərarı ilə xx.xx.1990-cı ildə Ağdaş şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış X18 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məh kum edilmişdir. Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Ağdaş rayon Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 6 (altı) ay 23 (iyirmi üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 3 (üç) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək hazırki hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilmiş və üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 1 iyun 2022-ci il tarixdən hesablanmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) 28 noyabr 2023-cü il tarixli hökmü ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 1(091)-22/2023 nömrəli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, təqsirləndirilən şəxs X18 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 1(091)22/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə ləğv edilmişdir. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmişdir. X 18 oğlu barədə seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən X18 oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə ümumi təmiz çəkisi 1,602 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Şahid2 20 (iyirmi) manata Ağdaş şəhəri Ş.Şamil küçəsində yerləşən yaşadığı evin qarşısında qanunsuz olaraq satmış və həmin 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,602 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin xx.xx.2022-ci il tarixdə saat 1150 dəqiqədən 1159 dəqiqəyədək üzərində aparılmış şəxsi axtarış zamanı Şahid2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Kassasiya protesti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini qəbul edilən hesab edərək, uyğun olaraq bununla bağlı birinci instansiya məhkəməsinin ittihamın əsas sübut bazasını təşkil edən xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolu subut kimi şübhəli hesab etməs i ilə razılaşsa da, həmin sübutun etibarsız hesab edilməsi ilə bağlı qənaətini əsaslı bilməmişdir. Belə ki, kollegiya qənaətə gəlmişdir ki, birinci instansiya məkəməsi tərəfindən mövcud olan şübhə aradan qaldırılmamış, yəni faktiki olaraq birinci instansiya məkəməsi CPM-in 21.2, 125.1, 125.2.2 və 145.3-cü maddələrinin tələblərinin ziddinə olaraq mövcud şübhəni təqsirləndirilənin ziyanına təfsir edilməklə onun məhkəməyədək icraatda verdiyi ifadələrdən, digər sübutlardan ittihamın əsaslandırılmasında istifadə etmiş və digər sübutlarla yanaşı həmin sübutlara görə də şəxsin cinayətdə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarmışdır. Sözügedən həmin istintaq hərəkətinin aparıldığı videoçəkilişlə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Mikayıl Məmmədov və onun müdafiəçisi polis əməkdaşla rının evin ikinci mərtəbəsinə qalxıb istintaq hərəkətinə başlayan zaman öz etirazlarını bildirərək istintaq hərəkətini aparan şəxsdən həyətdən və orada olan tikililərdən başlamağı xahiş etmiş, istintaq hərəkətində iştirak edən əməliyyat müvəkkili də yalnız evdə axtarış aparılacağını, həyətdə olan hər hansı tikilidə axtarış aparılmayacağını bildirmişdir. CPM-in tələbləri pozulmaqla istintaq hərəkəti aparılan zaman şübhəli şəxs və onun müdafiəçisi axtarışın yaşayış yerinin həyətindən və orada olan tikililərdən başlamasını bildirsələr də istintaq hərəkətini aparan təhqiqatçı tərəfindən onların bu xahişinə əməl olunmamışdır. Hansıki videoçəkilişə baxdıqda diqqət çəkən məqam həm də ondan ibarətdir ki, təqsirləndirilən şəxs həm yaşayış evində, həm də digər tiklilərdə hər hansı qanunsuz əşya və predmet olmadığını dəqiq bildiyi üçün həmin evdə axtarış aparılmazdan əvvəl anasına müraciət edərək narahat olmamasını, yaşayış evində heç bir qadağan olunmuş əşya olmadığını bildirmişdir. Hökmdə bəraətlə bağlı əsaslandırma ancaq birinci instansiya məhkəməsinin Mikayıl Məmmədovun yaşadığı evin həyətində yerləşən hamamından aşkar olunmuş heroinin təqsirkara aid olmadığı ilə bağlı mövqeni əsas götürməklə fərziyyə əsasında bunun təqsirləndirilən şəxsə aid olmadığı təqdirdə Şahid2 da satıla bilməyəcəyi ilə bağlı olmuşdur. Lakin işin faktiki halları ilə məhkəmə kollegiyasının gəlmiş olduğu bu nəticənin heç də obyektiv, ədalətli və əsaslı olmadığı müəyyən edilir. İstər ibtidai istintaq dövründə, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsinin cinayət kollegiyasında mə hkəmə istintaqı ilə aparılan baxış zamanı təhlil edilən sübutlar Mikayıl Məmmədovun təqsirliliyini birmənalı olaraq sübut etmiş və onun xeyrinə həll edilməli olan hər hansı şübhə müəyyən edilməmişdir. Məhkəmə qərarında M.Məmmədovun yaşadığı ünvan 2 ünvanda yerləşən evində axtarış aparılması göstərilsə də və təhqiqatçı tərəfindən faktiki olaraq axtarış hərəkətləri icra edilsə də tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokolda baxış keçirilməsinin göstərilməsi, CPM-in baxış keçirilməsinə dair 236.1-236.9-cu maddəsinə istinad edilməsinə dair hökmdə göstərilənlərə gəldikdə qeyd olunmalıdır ki, təhqiqatçı tərəfindən yaşayış evində mahiyyət etibarilə axtarış aparılmasına baxmayaraq tərtib olunmuş protokolun adının “Baxış keçirilməsi və götürmə” yazılması, CPM-in 236-cı maddəsinə istinad olunm ası məhkəmənin axtarış aparılmasına dair qərarının mövcudluğu vəziyyətində cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə, xüsusən videoçəkilişlə aparılan istintaq hərəkətinin etibarız hesab edilməsi üçün əsas ola bilməz. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiklərinin şərti olaraq qəbul edilməsi, M.Məmmədovun uydurduğu kənar şəxslər tərəfindən narkotik vasitə heroinin istifadəsiz hamamda kafellərin altında gizlədilməsinin “həqiqət” olmasının müəyyən edilməsi halında belə kənar şəxslərin tarix etibarilə hamamda heroinin aşkar olunmasından əvvəl M.Məmmədovun Şahid2 satmış olduğu heroinlə eyni tərkibli heroini haradan əldə edərək hamama qoymaları, yaxud M.Məmmədovun Şahid2 satmış olduğu heroini həmin kənar şəxslərdən almasının mümkün olub-olmaması ilə bağlı ortaya çıxan sa də suallara cavab verməmişdir. Məhkəmə istintaqının nəticəsində müəyyən olunmuşdur ki, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslərdən başqa nəinki istifadəsiz hamama, heç M.Məmmədovun yaşadığı evin həyətinə hər hansı şəxsin videoçəkilişdən kənar girməsi öz təsdiqini tapmamış, reallıqda mövcud olmayan bu hal ibtidai istintaq zamanı təqsirləndirilən şəxs, həmin vaxt evdə olan onun anası, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən mübahisələndirilməmiş, təqsirləndirilən şəxsin sonradan məhkəmə istintaqında isə belə halı mübahisələndirməsi məhz onun özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımışdır. Buna baxmayaraq, məhkəmə hökmdə narkotik vasitənin aşkar olunduğu istifadəsiz hamamın müəyyən edilərək həmin tikilinin sonradan ardıcıllıqla axtarış aparılm asını təmin etmək məqsədilə mühafizəsinin təşkil edilməməsini göstərmiş, həmin tikilinin mühafizəsinin də polis əməkdaşları tərəfindən aparılacağını, təqsirləndirilən şəxsin bu dəfə mühafizəni təşkil edən polis əməkdaşları tərəfindən narkotik vasitənin hamama qoyulmasını bildirəcəyini, hazırki işdə olduğu kimi digər sübutlarla qarşılıqlı şəkildə təhlil etmədən, sadəcə M.Məmmədovun məsuliyyətdən kənar qalmaq üçün bildirdiklərini əsas tutaraq onun istifadəsində olmuş hamamdan narkotik vasitənin aşkar olunması ilə bağlı polis əməkdaşlarının hərəkət və davranışlarına, ifadələrinə məhkəmə tərəfindən hər bir halda əsassız olaraq şübhə ilə yanaşılacağını, bu vəziyyətdə hamamın mühafizəsinin təşkil edilib-edilməməsinin də heç bir əhəmiyyətinin qalmadığını nəzərə almamışdır. İstər apellyasiya məh kəməsinin cinayət kollegiyasının, istərsə də birinci instansiya məhkəməsinin ümumiyyətlə diqqətdən kənar saxladığı digər bir məqamda hər iki məhkəmə kollegiyası Mikayıl Məmmədovun yaşadığı evin həyətindəki hamamından narkotik vasitənin aşkar olunmasını etibarsız hesab etsələr belə, Mikayıl Məmmədovun özünün də ifadəsində “inkar etmədiyi və onun evindən aşkar olunmasını qəbul etdiyi” baxış keçirilən zaman evin birinci mərtəbəsində yerləşən otaqlardan birində aşkar olunmuş “1 rulon boş falqa, 1 ədəd boş şprisin” hamıya məlum olan hansı məqsədlə istifadə üçün nəzərdə tutulması və həmin falqa və şpris vasitəsilə narkotik vasitə qəbulu məsələsi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da ifadəsində Mikayıl Məmmədovla dost olmasını, özünün narkotik vasitə aludəçisi ol masını qeyd edərək təbii olaraq özünün “dostu” olan Mikayıl Məmmədovdan narkotik vasitə almasını Mikayıl Məmmədovun xeyrinə qəbul etməsə belə mütəmadi əlaqələrinin olmasını qəbul etmiş, lakin istər saxlanıldığı xx.xx.2022-ci il, istərsə də digər tarixlərdə Mikayıl Məmmədovla aralarında olan telefon danışıqlarının məzmununu izah edə bilməmişdir. Narkotik vasitə aludəçisi olan Şahid2 özü barədə aparılan məhkəmə baxışı zamanı sərbəst şəkildə obyektiv həqiqəti əks etdirən ifadə vermiş, lakin sonradan apellyasiya məhkəməsinə çağrılarkən Mikayıl Məmmədovla üzbəüz olduğu dövrdə özlərinin eyni məhəllədə yaşamaları fonunda onun əleyhinə ifadə verməməsi məhkəmə tərəfindən Mikayıl Məmmədovun təqsirsizliyinə dəlalət edən hal kimi deyil onun cinayət məsuliyyətdən azad olunmasına köməklik edilməsi niyyə ti kimi qiymət verilməli olmasına baxmayaraq tam əksi baş vermişdir. Kassasiya protestində X4 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, bəraət almış şəxsin kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya prote sti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə ki, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarını n ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin apa rılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsi yələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsas lanmalıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya b ilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq o lunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işi üzrə müəyyən edilmiş hallar və toplanmış sübutlarla müqayisəli təhlil edib apellyasiya instansiya məhkəməsinin mövqeyinə dair ilk əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, CPM-in 350.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sü buta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021cı il tarixli Qərarının 57-ci bəndi) Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mö vqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə X18 oğluna Cinayət Məcəlləsini 234.4.3-cü maddəsi ilə bəraət vermiş apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab vermədiyi müəyyən olunur. Belə ki, kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə təqsirləndirilən şəxsə əsassız bəraət verilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələ bləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı qərarında istinad etdiyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. M.Məmmədov barəsində apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, həmin yekun məhkəmə aktında M.Məmmədova təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməli olması barədə iş üzrə gəldiyi nəticənin əsası kimi xx.xx.2022-ci il tarixli baxış və götürmə aparılması haq qında protokolun sübut növü kimi qəbul edilməsinin mümkünsüzlüyünə və cinayət işi üzrə dindirilmiş şahid ifadələrinin qeyrimötəbərliyinə istinad etmişdir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticənin düzgün və M.Məmmədova bəraət verilməsi üçün kifayət qədər yetərli olubolmaması ilə bağlı iş üzrə toplanmış sübutlar və qanunvericiliyin normaları üzrə aşağıdakı təhlilin aparılmasını məqsədə uyğun hesab edir. Belə ki, cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Şahid2 üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan paltonun sağ yan cibindən, selof an torbanın içərisinə qoyulmuş, sellofan bükülüdə 1,93 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş CD-diskdən görünür ki, baxış və götürmə aparılması zamanı ünvan 1-də yerləşən X4 yaşadığı evin həyətində olan köhnə istifadə edilməyən hamamda sökülmüş kafellərin arasından iki ədəd sellofan bükümlərdə çəkiləri 0,51 və 0,87 qram olan narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 02 iyun 2022-ci il tarixli 17/450 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində "Vət. Şahid2 üzərindən aşkar edilmiş....” sözləri və imzaları yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -1,6 02 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1218 saylı rəyində göstərilmişdir ki, X18 oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış nakomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Apellyasiya məhkəməsinin qənaətinə görə X4 barəsində olan cinayət işinin ibtidai araşdırması zamanı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmış, birinci instansiya məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlar əsasında X18 oğlu ba rəsində ittiham hökmü çıxarmışdır. Belə ki, hər iki məhkəmə instansiyası X4 yaşadığı ünvan 3 ünvanda yerləşən evində axtarışa başlayan zaman şübhəli şəxsin və onun müdafiəçisinin axtarışın həyətdən və oradakı tikililərdən başlanmasını israrla bildirməsi, təhqiqatçının müdafiə tərəfinin bu vəsatətinə heç bir münasibət bildirməməsi, istitnaq hərəkətinin gedişində təhqiqatçının özünün axtarış aparılan tikilini tərk edərək çöldə olması, narkotik vasitənin aşkar olunduğu istifadəsiz və mühafizəsi əvvəldən təşkil edilməyən hamama əvvəlcə polis əməkdaşlarının daxil olması, şahidlər Ceyhun Xəlilov və Fikrət Məmmədovun həyətin müxtəlif yerlərində polis əməkdaşlarının olmasını göstərmələri, aşkar olunan narkotik vasitəyə şübhəli şəxs və onun müdafiəçisinin israrla etiraz edərək M.Məmmədova aid olmam asını bildirməsini həmin istintaq hərəkətinin mötəbərliliyinə şübhə yaradaraq həmin istintaq hərəkətinin etibarsız hesab olunması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi Mikayıl Məmmədova verilən ittihamdan onun evinin həyətindəki istifadəsiz hamamda 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,469 qram və 0,681 qram, yəni-ümumi təmiz çəkisi 1,15 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar olunması etibarsız hesab edildiyinə görə ona verilmiş ittihamdan çıxararaq onun əməlini külli miqdar təşkil etməyən narkotik vasitə olan heronin satışına görə CM-in 234.2-ci maddəsinə tövsif etmiş, apellyasiya instansiyası məhkəməsi isə X4 yaşadığı evin həyətində olan köhnə istifadə edilməyən hamamda sökülmüş kafellərin arasından iki ədəd sellofan bükümlər də çəkiləri 0,51 və 0,87 qram olan narkotik vasitə olan heroinə oxşar kütlənin təqsirkara aid olmadığı (hansıki birinci instansiya məhkəməsi də bu fakta şübhə ilə yanaşmışdır) vəziyyətdə Mikayıl Məmmədovun həmin kütlədən (malik olmadığı bir predmetdən) 1,602 qramını ayırıb Şahid2 satmasının mümkün olmadığı qənaətinə gəlmş və bu əsasla da təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə M.Məmmədova bəraət vermişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni ziddiyyətli hesab edir və bununla əlaqədar aşağıdakıları qeyd edir: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə- kimyəvi ekspertizasının 2 iyun 2022-ci il tarixli 17/451 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində "Vət. X4 yaşadığı evin həyətindən aşkar edilmiş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 2 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,469 qram və 0,681 qram, ümumi təmiz çəkisi- 1,150 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Təqdim olunmuş X3 götürülmüş 2 (iki) ədəd bükümdə olan heroinlər ilə Şahid2 götürülmüş 1 (bir) ədəd bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan Şahid2 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinlə Mikayıl Məmmədovun yaşadığı yerin həyətindəki istifadəsiz hamamda aşkar edilmiş narkotik vasitə olan heroinin tərkiblərinə görə eyni olmasına dair qeyd edilən ekspert rəyi apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər əsaslı dəlillərlə qiymət verilmədən Mikayıl Məmmədovun həmin kütlədən (mal ik olmadığı bir predmetdən) 1,602 qramını ayırıb Şahid2 satması faktı şübhə altına alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilə bilməsi və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə əhəmiyyət kəsb etməsi kimi hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Halbuki sözügedən narkotik vasitənin aşkar olunması prosesi məhkəmə tərəfindən etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə olmasını təsdiq edən sübut növü rolunu oynaya bilər. X17 Abbasova narkotik vasitə satmamasına dair ifadəsinə gəldikdə isə onun həmin ifadəsini birinci instansiya məhkəməsi məs uliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul etmişdir. Belə ki, Şahid2 məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutularkən və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini Mikayıl Məmmədovdan aldığını bildirmiş, həmçinin videoçəkilişlə aparılan üzləşdirmə zamanı da bir daha dediklərini M.Məmmədovun üzünə qarşı bildirmişdir. Apellyasiya məhkəməsi isə qeyd edilən hallara lazımi hüquqi qiymət vermədən Şahid2 məhkəmədə verdiyi ifadəsini mötəbər hesab etmiş və bu ifadəni əsas götürərərək Şahid2 əvvəlki ifadələrinin başqa sübutlarla – şahidlərin ifadələri, məhkəmə eskpertizalarının rəyləri ilə və digər sübutlarla təsdiq olunmasına, onların biri-birini tamamlanmasını nəzərə almamış, araşdırılmış sübutlara qiymət verməmiş və bəraətin verilməsi üçün istinad etdiyi sübutların digər sübutlara münasibətdə üstünlük təşkil etməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilənlər apellyasiya instansiyası məhkəməsinin hökmünün əsaslandırılmamış məhkəmə aktı olması, bəraət hökmünə dair CPM-in tələblərinə cavab verməməsi kimi ciddi qüsuru ortadan qaldırmır.Sübutların tədqiq edilməsi qaydalarının pozulması ilə əldə olunmuş və işin faktiki hallarına uyğun olmayan nəticə isə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilər kən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Mikayıl Məmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları, o cümlədən ekspert rəylərini tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuş və Kassasiya protestinin bu barədə dəlilləri əsaslı ol maqla öz təsdiqini tapır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən "Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, "...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qəra rın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir - bu qəbul edilən qərarın xarakterindən asılıdır (X14rşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələnd irməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.1-ci və 416.1.3-cü maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək və Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya protestinin dəlilləri razılaşır və hesab edir ki, X18 oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mötəbərliyi baxımından düzgün qiymətləndirməmiş, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil edir. Kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə sübutların məhkum X4 təqsirliliyinin müəyyən edilməsinə münasibətdə CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və məhkum X18 oğluna əsassız bəraət verilməsi haqda kassasiya protestinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlm ək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2 maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilsin. X18 oğluna Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli hö kmü ləğv edilsin və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar