Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1017/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və nümayəndəsi X2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 124.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: N.A.Kərimov (sədrlik edən), A.İ.Paşayev və Ə.N.Hacıyevdən ibarət tərkibdə) xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1995-ci ildə Cəlilabad rayonunun Privolnoye kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkumolunmamış, işləməyən, Cəlilabad rayonunun Privolnoye kəndindəqeydiyyatda olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələrindən həmin Məcəllənin 124.1 və 221.3-cü maddələrinə tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Məhkum qəti olaraq 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2017 -ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: R.M.Abdulov (sədrlik edən), R.K.Səfərov və Q,X.Babayevdən ibarət tərkibdə) Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti tam, zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası na, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 15 (on beş) il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək məhkumun əməlinin düzgün tövsif olunmasını və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum Azərbaycan Respublikası Ədliyy ə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsindən ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkum ərizəsində müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətlərinin geri qaytarılması barədə proses iştirakçılarının çıxışlarını dinlə yib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq kassasiya şikayətinin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum ərizəsi təmin edilsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1017/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1017/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver