Məhkəmə qərarları › İş №1(102)-1017/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1017/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1017/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarından Məhkum verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021 -ci il tarixli hökmü ilə (sədrlik edən hakim İ.X.Həsənzadə, hakimlər Ə.Q.Quliyev və A.İ.Paşayevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1977-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən top lanılmaqla qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 30 sentyabr 2020-ci il tarixdən hesablanması, Məhkum cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və qeydiyyatda olduğu yer üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Qasımov, hakimlər E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum satış məqsədi ilə yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsində qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə narkotik maddə olan bitkilər, yəni istifadə edilməsi və əkilib becərilməsi qadağan edilmiş narkotik tərkibli (kannabis) bitki olan marixuana toxumlarını əkmiş və onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadığı evin həyətində saxlamış, 2020-ci il sentyabrın 30-da saat 13 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keç irilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanına baxış zamanı həyətyanı sahədən külli miqdarda, yəni təmiz çəkisi 2250 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 12 ədəd yaş vəziyyətdə ümumi çəkisi 2930 qram olan bitki nümunələri olmaqla əkilərək becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi olan qurudulmamış marixuana aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə müstəsna olaraq özünün istehlakı üçün narkotik tərkibli çətənə kollarını yaşadığı evin həyətyanı sahəsində əkibbecərdiyi, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığı halda, onun əməli CM-in 237.1-ci maddəsi ilə yanaşı əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinə yenidən baxılıb barəsində ədalətli qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayətprosessual qaydaların pozulduğunu, narkotik tərkibli çətənə kollarını şəxsi istehlakı üçün əkib-becərdiyinə və narkotik vasitələrin satışını həyata keçirmək kimi məqsədi olmadığına görə əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə yanaşı həm də 234.4.3-cü maddəsi ilə tövsif olunduğunu iddia edərək, faktiki olaraq əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 237.1 və 234.1-ci maddələrinə (müvafiq olaraq da apellyasiya instansiyası məhkəməsinin qərarının) dəyişdirilməsinə dair kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaq ələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, ittihamın Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan hissəsi ilə əlaqədar məhkəmələrin Məhkum qanunsuz olaraq 2250 qram qurudulmuş marixuana narkotik vasitəsini yaşadığı ünvan6in həyətyanı sahəsində məhz satış məqsədi ilə əldə edib saxlaması barədə nəticəyə gəl mələrinə həlledici şəkildə həmin narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi səbəb olmuşdur. Lakin, məhkəmələr Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması haqqında nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərlərindən qaçırmışlar. Plenumun həmin qərarında (9-cu bəndinin 2-ci abzasında) isə məhkəmələrə izah olunmuşdur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcəd ən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi narkotikin məhz satış üçün əldə edib saxlamasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hal kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Məhkum götürülmüş 2250 qram qurudulmuş marixuananın külli miqdar olduğu müəyyən edilsə də, Mə hkum digər istehlakçılarla razılıq əldə etməsi, satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, onda narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Məhkəmələrin Məhkum satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması haqqında yekun qənaətləri onların istinad etdikləri sübutlarla da uzlaşmır. Belə ki, Məhkum istər məhkəmə istintaqı zamanı, istərəsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində heç vaxt satış məqsədi ilə narkotik vasitə əldə edibsaxlamadığını, çətənə kollarını da öz şəxsi istifadəsi üçün əkib- becərdiyini bildirmişdir. “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 30 sentyabr 2020-ci il tarixli protokola əsasən Məhkum aşkar ei lib-götürülmüş narkotik vasitə (qurudulmuş marixuana) satış üçün xırda bükümlərə deyil, cəmi bir bir ədəd qara sellofan torbada qablaşdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarından heç biri (Şahid2 Abidin oğlu, Şahid1) Məhkumın narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər. Onlar əməliyyat-axtarış tədbirinin gedişində baş verənlərə dair məlumatlar verməklə müstəsna olaraq Məhkum yaşadığı evin həyətində 12 ədəd çətənə kollarının və bir ədəd sellofan torbada qurudulmuş marixuananın aşkar edilib götürülməsi faktını təsdiq etmiş, həmçinin əməliyyat-axtarış tədbiri keçirilməzdən əvvəl polis oqanına Məhkum yaşadığı evin həyətində yalnız narkotik tərkibli çətən ə kollarını kultivasiya etməsi, narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumatın daxil olmasını göstərmişlər. Məhkumlə bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi barədə polis əməkdaşlarının xidməti raportlarında da onlarda Məhkum narkotik tərkibli bitkiləri kultivasiya etməsi, narkotik maddə qəbul etməsi, saxlaması və gəzdirməsi haqında məlumatın olduğu qeyd edilmişdir. İbtidai istintaq zamanı istintaq şöbəsinin rəisi tərəfindən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana müvafiq tapşırıq verilsə də, Məhkumın gerçəkdən də narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edə biləcək məlumatlar əldə edilməmişdir. Həmçinin, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 2020-ci il 28 dekabr tarixli 3554 nömrəli rəyinə görə Məhkum tiryək alkoloi dlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi nəticəsində yaranmış narkomaniya xəstəliyi aşkar edilmişdir. Bundan başqa, Məhkum barəsində 07 oktyabr 2010-cu ildə çıxarılmış hökmlə də o, məhz satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib-saxladığına görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (bu hökm üzrə məhkumluq artıq ödənilmişdir). Göründüyü kimi, Məhkum satış məqsədinin olmasına dair məhkəmələrin qənaətləri onda aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsi kimi faktdan irəli gələn ehtimal, subyektiv xarakterli mülahizədir. Təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəti cələri isə ehtimal üzərində qurmaq olmaz (CPM, maddə 351.2). Təsvir olunanlardan görünür ki, məhkəmələr Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməklə mübahisələndirilən məhkəmə qərarlarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişlər. Odur ki, (Məhkumın narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması müəyyən edilmədiyindən) onun sözügedən əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hal (himayəsində azyaşlı uşağın olması) və Cinayət Məcəlləs inin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində - 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda, bu cəza Məhkum birinci instansya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təyin olunmuş (apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış) 2 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı, Məhkum qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə kollegiyası qeyd olunan cinayət-hüquqi normaların tələbləri və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından Məhkum həmin cəzanın təyin edilməsini məqs ədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilsin. Məhkum Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş əməli həmin maddədən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, CM-in 66.2-ci maddəsinə əsasən bu cəza hökmlə CM-in 237.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Məhkum üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar