Məhkəmə qərarları › İş №1(102)-1017/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1017/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1017/2024 22.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxx 1962-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 311.1 və 312-1.1-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Kərimov Tural Baris oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2023-cü il tarixli hökmü ilə (hakimlər: X.A.Nuriyev (sədrlik edən), O.Y.Cəlilov və Ə.A.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 32.5, 31 1.1 və 312-1.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 32.5, 311.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 312-1.1ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, həmin əlavə və əsa s cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 29 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 309.1, 311.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxslərin müdafiəçiləri t ərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), E.İ.Xasməmmədov və E.Şahid7) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum CM-in 32.5, 311.1 və 312-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə 14 dekabr 2020-ci il tarixli 1442/Ş nömrəli əmrlə Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Mü fəttişliyinin baş məsləhətçisi vəzifəsinə təyin edilərək Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyinin 1 mart 2022-ci il tarixli 011 nömrəli əmrinə əsasən, Şirvan şəhəri və Hacıqabul rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun səlahiyyətləri yerinə yetirərkən Şahid4 məxsus olmaqla Sabirabad rayonu, Balahəşimxanlı kəndi ərazisində 0,449 ha torpaq sahəsi üzərində inşa edilmiş 191,20 m2 sahəsi olan xidmət obyektinə istismara hazırlıq aktının verilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin may ayında Şirvan şəhəri ərazisində özünə müraciət etmiş Şahid4 etibarnamə üzrə nümayəndəsi Şahid5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə 8 iyul 2019-cu il tarixli qərarla təsdiq edilmiş “Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi haqqında Əsasnamə”nin və Agentlik üzrə 19 iyun 2015-ci il tarixli 017 nömrəli əmrlə təsdiq edilmiş “Tikinti obyektinin istismara hazırlıq aktının rəsmiləşdirilməsinə dair Daxili Təlimat”ın müddəalarını rəhbər tutmaqla Agentliyə yazılı müraciət göndərmə qaydalarını izah edərək onu Agentliyə yönəltməli olduğu halda, Baş Dövlət Tikinti Müfəttişliyi üzrə 01 mart 2022-ci il tarixli 011 nömrəli əmrə əsasən, Müfəttişliyin Muğan regionu üzrə Sabirabad rayonu Agentliyin Sadıq Dadaşov adına Elmi Tədqiqat Layihə Konstruktor və İnşaat Materialları İnstitutunun cinayətdən xəbərsiz olan mütəxəssisi Şahid11 və Baş Dövlət Tikinti Müfəttişliyinin Dövlət Əhəmiyyətli Ob yektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin cinayətdən xəbərsiz olan baş məsləhətçisi Şahid12 fəaliyyət dairəsində (kurasiyasında) olduğuna görə Şahid5 qeyd edilən obyektə istismara hazırlıq aktının verilməsinə dair gələcəkdə rəsmi qaydada ünvanlanması nəzərdə tutulan müraciəti qanunvericilikdə müəyyən edilmiş qaydada rəsmiləşdirildikdən sonra tutduğu vəzifəyə və aralarındakı tanışlıq münasibətinə görə malik olduğu həqiqi təsir imkanlarından istifadə edərək, həmkarları Şahid11, Şahid12 və “Muğan” Regional Tikinti Müfəttişliyinin rəisi vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid13 tərəfindən “Tikinti obyektinin istismara hazırlıq aktının rəsmiləşdirilməsinə dair Daxili Təlimat”ın tələblərinə uyğun olaraq Baş Dövlət Tikinti Müfəttişliyinin rəhbərliyinə obyektdə tikinti-quraşdırma işlərinin tam başa çatması və tikinti obyektinin istismara hazır olması barədə müsbət məzmunlu birgə xidməti məlumat göndərilməsinə, bununla da, Baş Dövlət Tikinti Müfəttişliyinin rəhbərliyinin birgə xidməti məlumatda ifadə edilən razılıq xarakterli rəyə əsaslanıb müvafiq ticarət və xidmət obyektinə istismara hazırlıq aktının verilməsinə dair qərarlarına qanunsuz təsir etmək məqsədilə Şahid5 özü üçün şəxsən birbaşa yolla 3.000 (üç min) manat məbləğində maddi nemət olan pul vəsaitini istəməklə həmin məbləğin 2.000 (iki min) manatını 21 iyun 2022ci il tarixdə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Füzuli” parkının ərazisində, 1.000 (bir min) manatını isə 29 iyun 2022-ci il tarixdə Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10 ünvanında yerləşən Şirvan şəhər İcra Hakimiyyətinin inzibati binasını n yaxınlığında Şahid5 alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Baş Dövlət Tikinti Müfəttişliyinin rəhbərliyinin, Şahid11, Şahid12 və Şahid13 qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini istəməklə alaraq nüfuz alveri etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən Zərərçəkmiş şəxs üzrə 4 avqust 2016-cı il tarixli əmrlə Zərərçəkmiş şəxs başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri baş memar vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyən və Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və Zərərçəkmiş şəxs başçısı tərəfində n 7 yanvar 2022-ci il tarixdə təsdiq edilmiş “Zərərçəkmiş şəxs başçısı aparatının vəzifə bölgüsü”nə əsasən, şəhərsalma, memarlıq və tikinti sahələrində öz səlahiyyəti çərçivəsində yerli səviyyədə normativ tənzimlənmənin, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsinin təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətinin həyata keçirilməsi, yaşayış məskənlərinin baş planlarının, müfəssəl planlaşdırma layihələrinin, yaşayış məskənlərinin hüdudları layihələrinin və digər layihələrin, habelə onlarda müvafiq dəyişiklikləri nəzərdə tutan layihələrin hazırlanmasının təşkil edilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsinə rəy verilməsi, müvafiq qaydada tə sdiq olunmuş şəhərsalma sənədləri olmadıqda və ya şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi zamanı baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində dəyişiklik edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə razılıq verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada arxitektura qurumundan rəy alınmasının təşkil edilməsi, tikinti obyektlərinin inşası, genişləndirilməsi və yenidən qurulmasının memarlıq həlləri üzrə layihələrinə baxılması və razılaşdırılmasının təmin edilməsi, tikintisi başa çatmış obyektlərin istismara qəbulu üzrə komissiyaların işində iştirak edilməsi, obyektin tikintisinə icazə və tikinti obyektlərinin istismarına icazə sənədlərinin hazırlanaraq təsdiq üçün təqdim edilməsi, yerli səviyyədə dövlət şəhərsalma kadastrının yaradılması və aparılması, şöbəyə daxil olmuş ərizə və şikayətlərə baxılması və qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi, rəylər verilməsi, tikinti layihələrinin təsdiq edilməsi, şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması haqqında işlərə baxılması, rayon İcra Hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirməklə şöbəyə rəhbərliyin həyata keçirilməsi, başçının memarlıq və tikinti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi, yaşayış və qeyri-yaşayış binalarının tikintisinə və istismarına nəzarət edilməsi, bu sahədə sənədlərin hazırlanması və təsdiqinə rəhbərlik etməklə rəy verilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksi yalarını yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik, xidməti vəzifəsinə görə fiziki və hüquqi şəxslərin müraciəti əsasında inşa edilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihəsinin şəhərsalma və tikinti normalarına uyğunluğunu müəyyən etdikdə layihənin təsdiq edilməsi, həmçinin tikinti işlərini aparmaq üçün icazə, təqdim edilmiş layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə baş memarın rəyi və tikintisi başa çatdırılmış obyektin istismara qəbul (icazə) aktının verilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməli olan vəzifəli şəxs Təqsirləndirilən şəxs müraciət edən şəxsi ona yö nləndirməklə sonuncu tərəfindən tikinti ilə əlaqədar verilməsi nəzərdə tutulan sənədlərin mahiyyəti və təqdiminə, habelə arzuolunmaz nəticələrin baş verməyəcəyinə əminlik üçün pul vəsaitinin özünün iştirakı ilə veriləcəyi barədə məsləhət və məlumatları ilə yardım edərək Təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Şahid4 məxsus olmaqla Sabirabad rayonu, Balahəşimxanlı kəndi ərazisində yerləşən 0,449 ha torpaq sahəsi üzərində inşa edilmiş 191,20 m2 sahəsi olan xidmət obyektinə dair layihənin təsdiq olunması, tikinti işlərinin aparılmasına icazə, baş memarın rəyi və istismara icazə aktının verilməsində köməklik göstərilməsi üçün özünə müraciət etməsi ilə əlaqədar özünün müvafiq məsləhət və məlumatlar verməklə yönləndirməsi ilə 2022-ci ilin may ayında ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs inzibati binasında Təqsirləndirilən şəxsla görüşmüş Şahid4 etibarnamə üzrə nümayəndəsi Şahid5 həmin obyektlə bağlı layihənin təsdiq olunması, baş memarın rəyi və digər zəruri sənədlərin verilməsi ilə əlaqədar tədbirlərin görülməsinə görə Təqsirləndirilən şəxs özü üçün birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək Şahid5 razılığını alıb, həmin niyyətlə 21 iyun 2022-ci il tarixdə eyni ünvanda maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs özü üçün birbaşa yolla Şahid5 rüşvət qismində özünün iştirakı ilə almasında köməkçi qismində iştirak etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyas iya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarının Məhkum aid hissədə ləğv edilməsi və Məhkum haqqında olan cinayət işinə ittiham olduğu maddələr üzrə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Məhkum CM-in 32.5, 311.1 və 312-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Belə ki, Məhkum Sabirabad rayonu Balahəşimxanlı kəndi ərazisində yerləşən 0,449 ha torpaq sahəsi üzərində inşa edilmiş 191,20 m2 sahəsi olan obyektə dair layihənin təsdiq olunması, tikinti işlərinin aparılmasına icazə, baş memarın rəyi və istismara icazə aktının verilməsində köməklik göstərilməsi üçün ona müraciət etmiş Şahid5 heç bir maraq güdmədən Zərərçəkmiş şəxs başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar X6 müraciət etməsini məsləhət görmüşdür. Məhkum vətəndaşa məsləhət verməsi ilə bağlı bu əməlinin CM-nin 32.5, 311.1-ci maddəsi ilə tövsif edilməsi tamamtlə absurddur. Bununla yanaşı cinayət qanununa əsasən nüfuz alveri hər hansı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək üçün kimdənsə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi nüfuz alveri hesab edilir. Hazırki cinayət işi üzrə hüquqlarını müdafiə etdiyi Məhkum hər hansı şəxsdən vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək üçün maddi nemət və sair i stəməmiş, nə də almamışdır. Apelyasiya instansiyası məhkəməsi də sübutlara obyektiv qiymət verməyərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanun unun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib- verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Verilmiş kassasiya şikayətində məhkum edilmiş şəxs Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə onun haqqında olan cinayət işinə ittiham olduğu maddələr üzrə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. CM-nin 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinay əti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsinə görə “Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsini n (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi– üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsinə görə “Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolay ı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi altı min manatdan on min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbi q edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əh əmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəməni n hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəməl ər qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli ar aşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cin ayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci madd əsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 32.5, 311.1 və 312-1.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi Məhkum qeyd edilən cina yəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilməsədə, iş üzrə digər Təqsirləndirilən şəxs ifadələri ilə yanaşı, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid5, Şahid4, Şahid10, Şahid11, Şahid12, Şahid13 və Şahid8 ifadələri, o cümlədən cinayət işinin materiallarında olan “Pul vəsaitlərinin və xüsusi texniki vasitənin təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli 02/4-6 №-li protokol, “Götürmə aparılması və baxış keçiri lməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, “Əşya və sənədlərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, kompleks məhkəmə-xətşünaslıq və sənədlərin-texniki ekspertizasının 27 iyul 2022-ci il tarixli 4/1064-5/815-5/816 nömrəli rəyi, tədqiqata təqdim edilmiş 1 ədəd fləş yaddaş kartında olan “FHN Eldar” adlı alt qovluğun daxilindəki 02 ədəd “FHN 2000 azn” və “FHN 1000 azn” adlı videogörüntülərdən çıxarılmış fotoşəkillər, ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan “FHN 1000 azn” adlı fonoqram, ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan “WhatsApp Audio 2022-06-29 at 15.19.41 (1)”, “WhatsApp Audio 202 2-06-29 at 15.19.41”, “WhatsApp Audio 2022-06-29 at 15.20.20 (1)” və “WhatsApp Audio 2022-06-29 at 15.20.21” adlı fonoqramlar, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 13254 №-li məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında 01 avqust 2022-ci il tarixli protokol, habelə iş üzrə toplanmış digər sübutlarla Məhkum təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən arqumentlər, yəni məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsasla r yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 32.5, 311.1 və 312.-1.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişd ir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar