Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1018/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyasında dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.1 v ə 126.2.2ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkumbarəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-130/2018nömrəli 27 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən Oruc Cəlilov, hakimlər Nizami Quliyev və Xamməd Nuriyevdən ibarət tərkibdə), Məhkum, 13 mart 1987-ci ildə Sabirabad rayonun Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Sabirabad rayonun Ətçələr kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.2-ci maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumеtmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07 dеkabr 2017-ci il tarixdən hеsablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, iki şəxsin, yəni Xudiyеv Оrxan Adıgözəl оğlu və ictimai bоrcunu yеrinə yеtirən Əhmədоv Еmil Məhəmməd оğlunun sağlamlığına qəsdən ağır zərər vurma cinayəti törətmişdir. Belə ki, о, 06 dеkabr 2017-ci il tarixdə, saat 18 radələrində yüngül dərəcəli alkоqоl sərxоşluğu vəziyyətində Sabirabad rayоnun Qaragünеy kəndində yеrləşən “Fərid” şadlıq sarayında bibisi оğlu Əsgərоv Sübhan Pənah оğlunun tоy məclisində оlarkən, Bakı şəhəri, Yеni Ramana qəsəbəsində yaşayan tanışı Xudiyеv Оrxan Adıgözəl оğlunu görüb sоnuncunu barəsində Abşеrоn Rayоn Pоlis İdarəsinə şikayət еtməsinin səbəbini aydınlaşdırmaq üçün şadlıq sarayının avtоmоbillərin dayanacağı üçün nəzərdə tutulan hissəsinə dəvət еtmiş, birlikdə həmin yеrə gəldikdən sоnra Оrxan Xudiyеvə bоrclu оlduğu 1200 manatı qaytarmamağı səbəbindən barəsində Abşеrоn Rayоn Pоlis İdarəsinə şikayət еtməsinə irad bildirdikdə, Оrxan Xudiyеv cavabında “yaxşı еdib pоlisə şikayət еtdiyini” bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı sоnuncuya qisas almaq məqsədi ilə ağır xəsarət yеtirmək qərarına gəlmiş, bu niyyətlə şalvarının kəmərində gəzdirdiyi zavоd üsulu ilə hazırlanmış, sоyuq silah hеsab еdilməyən bir tərəfi kəsici, ucu dеşici xassəyə malik оlan təsərrüfat-məişət təyinatlı turist bıçağını çıxardıb Оrxan Xudiyеvin qarın v ə sağ qоl nahiyələrindən qəsdən 3 dəfə zərbə vuraraq оna döş qəfəsinin sağ ön hissəsində sağ ön qоltuq xətti üzrə 10-cu qabırğa səviyyəsində döş bоşluğuna kеçməyən yara və sağ bazunun оrta 1/3-də bayır səthdə yara ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri, qarının ön sağ hissəsində sağ məmə xətti üzrə göbək səviyyəsində qarın bоşluğuna kеçən yara ilə müşayiət оlunan yеtirildiyi anda insan həyatı üçün təhlükəli оlub sağlamlığa ağır zərər vuran xəsarətləri yеtirmiş, bu zaman siqaret çəkmək üçün şadlıq sarayının həyətində dayanan Оrxan Xudiyеvin xalası оğlu Əhmədоv Еmil Məhəmməd оğlu mübahisəni görüb оnları sakitləşdirmək üçün hadisə yеrinə gəlmiş və ictimai bоrcunu yеrinə yеtirərək оnları aralaşdırmağa çalışan zaman, bu bоrcun yеrinə yеtirilməsi səbəbindən yar anmış qisas motivi ilə sonuncuya qəsdən ağır xəsarət yеtirmək məqsədilə Еmil Əhmədоvun döş qəfəsindən və sоl qоl nahiyələrindən 2 dəfə zərbə vuraraq, sоnuncuya döş qəfəsinin ön sağ hissəsində sağ оrta körpücük xətti üzrə 7-ci qabırğa səviyyəsində, döş bоşluğuna kеçən, sağ tərəfli hеmоmnеvmоtоraksı, həmçinin sоl saidin yuxarı 1/3-də arxa səthdə açıcı əzələlərin kəsilmiş yarası ilə müşayiət оlunanyеtirildiyi anda insan həyatı üçün təhlükəli оlub sağlamlığa ağır zərər vuran xəsarətləri yеtirməklə, iki şəxsin, yəni Оrxan Xudiyеvin sağlamlığına qəsdən ağır, habеlə ictimai bоrcunun yеrinə yеtirilməsi ilə əlaqədar Еmil Əhmədоvun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X2 tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-442/2018 nömrəli 17 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İsmayıl Əhmədov, hakimlər Kamil Bəşirov və Zəki Babayevdən ibarət tərkibdə) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) ilə endirilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, ona işin halları nəzərə alınmaqla daha yüngül cəza təyin edilməlidir. Belə ki, birinci instansiya qaydasında işə baxılan zaman zərərçəkmiş şəxs Emil Əhmədov və şahid Elman Əhmədov səhhəti ilə bağlı məhkəmə iclasında iştirak etmədiyindən onun ifadəsi saxtalaşdırılmışdır. Apelyasiya instansiyası qaydasında işə baxış zamanı iş üzrə bütün xüsusatlar araşdırılmamış, istintaq orqanı tərəfindən toplanmış sübutlara tiqqət yetirilməmiş, Emil Əhmədov öz ifadəsində Məhkum heç bir təqsiri olmadığını, hadisənin onların öz qanunazidd əməlləri nəticəsində baş verdiyini bildirsə də, məhkəmə bunları nəzərə almamışdır.. Həmçinin zərərçəkmiş şəxslərin hadisə zamanı Məhkum əl-qolunu tutaraq, avtomaşının yük yerinə salmaq istəkləri işin hallarında yer alan ekspert rəyi ilə də təsdiq olunur. Bundan başqa Məhkum törətdiyi əməldən səmimi peşmançılıq hissi k eçirdiyini, ailəli olduğunu və himayəsində iki azyaşlı uşağının olmasını, o cümlədən hadisə baş verdikdən sonra könüllü olaraq Sabirabad RPŞ-nə gedərək törətdiyi əməli etiraf etdiyini və hadisə barəsində məlumat verməsinin nəzərə alınmasını xahiş etmişdir. Kassator məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmasını, Şirvan Apelyasiya Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qərarını dəyişərək Məhkum barəsində təyin edilmiş cəza müddətinin daha aşağı həddə müəyyən olunmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə məhkum X3, kassasiya şikayətinin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Ayxan Hüseylinin çıxışl arını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiy a instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassatorun başlıca dəlilini barəsində olan cinayət işi üzrə təqsirli bilinib təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdrilməsi barədə və ədalətli qərar qəbul edilməsidir. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.2-ci maddəsi ilə ittiham verilmiş və məhkəmələr də onu qeyd olunan maddələr ilə təqsirli bilib məhkum etmişlər. Kollegiya qeyd edir ki, Məhkum əməlində CM-in 126.2.2-ci maddəsinin əlmətləri olmadığından həmin maddə ümumi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə əsasən “Qəsdən sağ lamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurm” aid edilir. Həmin Məcəlləsinin 126.2.2-c maddəsinə əsasən “Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barə sində qəsdən sağlamlığa ağır zərər vurma” əməli qeyd olunan maddə ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum Azərbaycan Respublikası CM-in 126.2.2-ci maddəsi ilə də təqsirli bilərkən səhv nəticəyə gəlmişlər. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət hüququna əsasən “zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını qəsdən sağlamlığa ağır zərər vurma (CM-in 126.2.2ci maddəsi) cinayətinin yüksək ictimai təhlükəliliyi onda ifadə olunur ki, təqsirkar zərərçəkmiş şəxsi hər hansı digər motivlərlə deyil, məhz xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə qətlə yetirir. İctimai borcun yerinə yetirilmə si dedikdə, həm vətəndaşlar tərəfindən onlara xüsusi olaraq həvalə edilmiş ictimai vəzifələrin yerinə yetirilməsi, həm də cəmiyyətin, yaxud ayrıayrı şəxslərin mənafeyi üçün (hüquq pozuntularının qarşısını alma, törədilmiş, yaxud hazırlanan cinayət haqqında hakimiyyət orqanına xəbər vermə, şahid və ya zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsi ifşa edən ifadə verməsi və s.) digər hərəkətlərin edilməsi başa düşülür. Deməli, ictimai borcu yerinə yetirən şəxs qismində həm vəzifəli (onlara xüsusi olaraq həvalə edildikdə), həm də vəzifəli olmayan şəxslər çıxış edə bilər. Xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirən şəxsin yaxın qohumları dedikdə, onun valideynləri, uşaqları, övladlığa götürənlər və götürülənlər, ər-arvad, doğma və ya ögey bacılar və qardaşlar, nənələr, babalar, nəvələr başa düşülür. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahid ifadələrindən müəyyən edilir ki, qeyd olunan mübahisə dolayı yolla da olsa Məhkum zərərçəkmiş şəxs Orxan Xudiyevə borcunun araşdırılması ilə əlaqəli olmuşdur. Söhbət əsnasında Məhkum iş üzrə zərərçəkmiş şəxs ictimai borcunu yerinə yetirən Emil Əİhmədovun zərərçəkmiş şəxs Orxan Xudiyevin xalası oğlu olmasını bilməmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü madd əsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspan iyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticə ilə, yəni təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 126.2.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə razılaşmır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa ağır zərər vurma əməli təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin əlamətləri olmaması əsası o hissədə ümumi ittihamdan, hökm və qərardan xaric edilməlidir. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini CM-in 126.2.1-ci maddəsi ilə tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətinin qismən əsaslı olduğundan kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum haqqındakı 17 dekabr 20218ci il tarixli qərarı dəyişdirilməli, qərardan Azərbaycan Respublikası CM-in 126.2.2-ci maddəsi xaric edilməli, buna müvafiq olaraq məhkuma təqsirli bilindiyi CM-in 126.2.1-ci maddəsi ilə təyin edilmiş cəza saxlanılmalıdı r. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhb ər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli Məhkum barəsindəki qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il hökmdən və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərardan Məhkum Azərbaycan Respublikası CM-in 126.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar xaric edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1018/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1018/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver