Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1018/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxx 1977-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2022-ci il tarixli, 1(106)-326/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(099)-640/2021 nömrəli hökmü ilə (hakim: O.Y.Cəlilov (sədrlik edən) X.A.Nuriyev və Ə.A.Əliyev ) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-c ü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsi əsasən təyin olunmuş cəzalar qismən toplanılmış və Məhkum qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 iyun 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cin ayət Kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarı ilə ( hakimlər: M.Ə.Bağırov (sədrlik edən), R.M.Cəfərov və İ.H.Əhmədov ) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 2020-ci ilin fevral ayında tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan, şəxsiyyəti məlum olmayan “X" adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması, daşınması, həm də qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan bu maddələri əldə edib Azərbaycan Respublikasının ərazisində realizə olunmasına qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş bir ədəd torbanın içərisində iki ədəd bağlamada-bir ədəd bağlamada külli miqdarda-1504,674 qram narkotik vasitə olan heroin, bir ədəd bağlamada külli miqdarda1000,0 qram narkotik vasitə olan tiryəkin Ələt-Astara magistral yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsindəki üzərində 35-ci km yazılan yol nişanının yaxınlığında yol kənarındakı kolluq ərazidə gizlə dilməsi barədə ona məlumat verildikdən sonra, 16 iyun 2021-ci il tarixdə o həmin yerə gedib gizlədilmiş yerdən bir ədəd torbanın içərisində külli miqdarda-1504,674 qram (1 kq 504,674 qram) narkotik vasitə olan heroini və külli miqdarda1000,0 qram (1 kq) narkotik vasitə olan tiryəki götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq yaşadığı ünvan 3 ünvanında olan fərdi yaşayış evinə aparıb həyətdəki qarajda gizlətmişdir. Bundan sonra o, qarajda gizlətdiyi yerdən içərisində narkotik vasitələr olan torbanı və həmin torbanın içərisindən heroin olan bağlamanı götürüb açıb heroindən kiçik bir hissəni kəsib götürüb elektron tərəzidə çəkib təxminən 0,500-0,600 qramlıq olmaqla 04 ədəd sellofan bükümlərə ayırıb əynindəki şalvarın cibinə qoymuş, sonra heroin olan bağlamanı yapış qan lentlə sarıyıb yenidən torbanın içərisinə qoyub qarajdakı divanın oturacaq hissəsinin altında gizlətmişdir. 17 iyun 2021-ci il tarixdə, gecə saat 01 radələrində yaşadığı evin qarajında iki ədəd sellofan bükümdə, cəmi 1,365 qram heroini tanışı Təqsirləndirilən şəxs 25 manata satmış, digər iki ədəd bükümdə heroini üzərində saxlamışdır. Daxil olmuş məlumat əsasında həmin tarixdə saat 02 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Lənkəran şəhəri, Bağbanlar küçəsində, yaşıdığı evin qarşısında Məhkum saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən iki ədəd sellofan bükümdə cəmi 1,309 qram narkotik vasitə olan heroin, daha sonra Məhkum yaşadığı evin qarajına baxış zamanı orada olan divanın otu racaq hissənin altından bir ədəd torbanın içərisində olan bir ədəd sellofan bağlamada külli miqdarda-1502,0 qram narkotik vasitə olan heroin və bir ədəd sellofan bağlamada külli miqdarda-1000,0 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə o, irəli sürülmüş ittiham sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinərək məhkum olunmuşdur. Qeyd edilən cinayət hadisəsi ilə heç bir əlaqəsi olmamamış, İstintaq zamanı müxtəlif təzyiq və təsirlər vasitəsi ilə ondan etirafedici ifadə alınmışdır. Verilən ittiham nə ibti dai istintaq, nə də ki, məhkəmə istintaqında ona sübuta yetirilməmiş, bu isə məhkəmələr tərəfindən işə baxılarkən CPM-nin 146-cı maddəsinin tələblərinə riayət olunmadığına dələt edir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə cinayət törətmədiyi, təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun müdafiəçisi Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu m addəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). K assasiya şikayətində göstərilənlərin əksinə olaraq, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Belə ki, məhkəməyədək icraatda müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrind ə Məhkum atası Mirələkbər xəstə olduğu üçün onun müalicəsinə xeyli miqdarda pul lazım olduğundan qazanc əldə etmək üçün narkotik vasitələrin satışı ilə məşğul olmaq qərarına gəldiyini, bu məqsədlə o, "X" adlı İran vətəndaşı ilə tanış olduğunu, X-ın ona İranda narkotik vasitə əldə edib ona göndərə, o da narkotik vasitələri sata biləcəyini, hazırda özündə təxminən 1500 qram heroin, təxminən 1000 qram tiryək olduğunu, heroinin qiymətinin on min manat, tiryəkin qiymətinin isə altı min manat olduğunu ona bildirdiyini, aralarında olan razılaşmadan sonra, yəni 16 iyun 2021-ci il tarixdə Ağa adlı şəxs həmin narkotik vasitələri İrandan gizli keçirib Lənkəran rayonu ərazisində Ələt-Astara avtomobil yolunda “35” yazısı olan yol nişanın yaxınlığında, kolluqların arasında polietilen torbada qoyması bar ədə məlumat verdiyini, daha sonra onun həmin yerə gedərək içərisində narkotik maddələr olan torbanı götürüb taksi maşını ilə birbaşa yaşadığı Lənkəran şəhəri, Bağbanlar küçəsi 2 saylı evin qarşısına gəldiyini, içərisindən heroin olan bağlamanı götürüb, yapışqan lentini qayçı ilə kəsib açaraq kiçik bir hissəsini götürüb elektron tərəzidə çəkib təxminən 0,500-0,600 qramlıq 04 ədəd sellofan bükümlərə ayırdığını, əvvəllər ondan heroin almış tanışı Təqsirləndirilən şəxs ona zəng edib heroin istədiyini, onun da XX-ə 25 manata 02 bükümdə heroin satdığını, həmçinin narkotik maddələri satdıqdan sonra pulunu iranlıya göndərəcəyini bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin əməkdaşları Şahid1, Şahid2, Şahid4 və Şahid8, Şahid5 ifadələri Məhkum ibtidai istintaqda söyl ədikdləri ilə uzlaşan ifadələr vermişlər, həmçinin hazırkı iş üzrə keçən digər Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı narkotik vasitəni Məhkum 25 manat müqabilində aldığını etiraf etmişdir. Məhkum üzərinə “Şəxsi axtarışın keçirilməsi haqqında” 17 iyun 2021-ci il tarixli və yaşadığı Lənkəran şəhəri, Bağbanlar küçəsi 2 saylı evinə “baxış keçirilməsi haqqında” eyni tarixli protokollara əsasən müvafiq olaraq sonuncun üzərindən 2 (iki) ədəd bükümdə heroinə oxşar kütlələr, həmçinin evinin həyətində yerləşən qarajda divanın altından 1 ədəd sellofan torba, həmin torbanın içərisində 1 ədəd bağlamada heroinə və 1 ədəd bağlamada tiryəkə oxşar kütlələr və elektron tərəzi aşkar edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 17 iyun 2021-ci il tarixli, 19/539 №-li rəyinə əsasən Məhkum üzərindən a şkar edilmiş 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,655 qram və 0,654 qram, ümumi təmiz çəkisi-1,309 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkum məxsus yaşayış evinin həyətində qarajdan aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi-1502,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi-1000,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Üzərində və evində aşkar edilmiş heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.1-cü maddələrinin dispozisiyasına görə, (hazırki işin konteksitndə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına və CM-in 234.2, 234.3 və 234.3-1ci maddələrində göstərilən digər hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Həmçinin Azərbaycan Respublikası 206.2-ci maddəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olu nmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndinə qeyd olunur ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Yuxarıda təsvir olunmuş halları qeyd olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun qərarlarında əks olunmuş hüquqi mövqeyi ilə müqayisə etdikdə, Məhkum həqiqətən də narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etdiyi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə et diyi, saxladığı və daşıdığı, müvafiq olaraq da onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətin tərkiblərinin olmaması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Bundan başqa məhkəmə-tibbi ekspertizasının 18 iyun 2021-ci il tarixli rəyindən görünür ki, Məhkum bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkum polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu (məhkum hazırkı kassasiya şikayətində eyni dəlilərlə ilə çıxış edir) üçün ibtidai araşdırma dövründə etirafedici ifadələr verdiyini bildirsə də, işə baxan aşağı məhkəmələr Məhkum məhkəməyədək icraat zamanda vermiş olduğu ifadələri ilə məhkəmədə baxılmış şahidlərin ifadələri, keçirilmiş ekspertiza rəyləri və digər sübutlar arasında uyğunluğun olmasını nəzərə alaraq, qanuni olaraq (CPM-in 327.1.3-cü maddəsi belə vəziyyətlərdə təqsirləndirilən şəxsin əvvəlki ifadəsinin məhkəmədə elan edilməsinə və onunla məhkəmə hökmünün əsaslandırılmasına yol verdiyi üçün) Məhkum məhkəməyədək icraat zamanı etirafedici ifadələri təzyiq altında verməsi haqqında iddialarını rədd etmişlər və Məhkum CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması haqqında nəticələrini əsaslandırarkən onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrə istinad etmişlər. Hökmdə yuxarıda sadalanan və digər sübutlar təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticələri həmin sübutlardan çıxış etməklə əsaslandırdığında n, məhkəmə kollegiyası hazırki qərarda qeyd olunan və digər sübutların yenidən ətraflı təsvir və şərh olunmasını zəruri hesab etmir və məhkəmələrin Məhkum əməllərində CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətinin tərkibinin olması, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmamasına dair qənaətlərini (bu qənaət məhkəmədə baxılmış sübutlara və onlar əsasında müəyyən edilmiş faktiki hallara uyğun olduğundan), şübhə altına almaq üçün əsas görmür. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum şəxsiyyətini səciyyələndirən hallardan, o cümlədən baxılan işdə onun himayəsində bir azyaşlı uşağın olması cəzanı yüngülləşdirən halın olmasından, cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyata şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müvafiq olaraq 5 il və 9 il 06 ay, eləcə də cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətlərə azadlıqdan məhrum etmə cəzalarını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cinayətlərin məcmusu üzrə cəzan ın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 58.3, 41.2 və 66.3-cü maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin nəticələri qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzə rdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvanı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2022-ci il tarixli, 1(106)-326/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət i şi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2022-ci il tarixli, 1(106)-326/2022 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1018/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1018/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver