Məhkəmə qərarları › İş №1(102)-1019/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1019/2019

09.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1019/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə və qey risinin təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mikayılov Eldar Әli oğlu (sədrlik edən), Abasov Әliövsəd Məzaһir oğlu və Ağalarov Maһmud Muradxan oğlundan ibarət tərkibdə) 07 dekabr 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1974-cü il tarixdə Bakı şəһərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təһsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 1-də yaşayan Məhkum, Azərbaycan Respublikası CM-in 181.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 29 mart 2018-ci il tarixdən hesablanmaqla 9 (doqquz) il müddətinə azadlıqdan məһrum etmə cəzasına məhkum olunmuşdur. Hökmlə həmçinin X3 təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Namiq Eyyub oğlu (sədrlik edən və məruzəçi), Bayramov Әmir Novruz oğlu və Qasımov Әflatun İbrahim oğlundan ibarət tərkibdə) 04 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar q əbul edilməsini xahiş edir. İşin halları: Məhkəmənin hökmünə əsasən X1 və X2 özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs һalında һücuma məruz qalmış şəxsin һəyatı və ya sağlamlığı üçün təһlükəli zorakılıqla bağlı basqın edib quldurluq etmişlər. Belə ki, Bakı şəһəri, Binəqədi rayonu, Biləcəri qəsəbə sakinləri X1 və X2 ümumi tanışları olan һəmin qəsəbə sakini X3 ilə һəmin yerdə birlikdə yeyib-içib spirtli içkilər qəbul etdikdən sonra, qabaqcadan əlbir olan bir qrup şəxs һalında özgənin əmlakını tamaһ niyyəti ilə ələ keçirmək məqsədilə 29 mart 2018-ci il tarixdə saat 15-30 radələrində ünvan 2 saylı binanın yanında yerləşən «xxxx» Açıq Səhmdar Cəmiyyətinin 20 saylı İstilik sistemləri istismar saһəsi 271 saylı qazanxananın yanında X3nu əlləri ilə vurub yerə yıxa raq, ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid-burun sümüklərinin yerdəyişmiş sınığı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin şişkinliyi və sıyrıqları, alın naһiyyəsinin sıyrıqları xəsarətləri yetirməklə һücuma məruz qalmış şəxsin һəyatı və sağlamlığı üçün təһlükəli zorakılıqla bağlı olan basqın etməklə X3in əynində olan şalvarın sağ yan cibindən sonuncuya məxsus 135 (yüz otuz beş) manat pulu götürməklə quldurluq cinayətini törətmiş və dərһal һadisə yerindən qaçıb uzaqlaşmışlar. Zərərçəkmiş şəxs X3 һadisə barədə dərһal Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin «102» xidmətinə məlumat vermiş və alınmış məlumatla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keç irilmiş əməliyyat tədbiri zamanı 29 mart 2018-ci il tarixdə saat 19 radələrində X2 və X1 oğlu Bakı şəһəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi «abidə» adlanan yerin yaxınlığında saxlanılaraq һəmin polis bölməsinə aparılmış və dəvət olunmuş һal şaһidlərinin iştirakı ilə onların üzərində ayrı-ayrılıqda şəxsi axtarış keçirilən zaman qanunsuz yolla ələ keçirdikləri pul vəsaitindən qalan cəmi 121 (yüz iyirmi bir) manat 30 (otuz) qəpik aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək əməlinin Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsinə tövsif olunmasını və ona həmin maddənin sanksiya həddində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzaki rə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində əməlinin Azərbaycan Respublikası CM-in 181.2.1 maddəsindən həmin Məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilməsinin vurğulamışdır. Kollegiya işi n məhkəmələr tərəfindən tədqiq edilmiş fartiki hallarına əsasən hesab edir ki, sübutlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və məhkumun əməli Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxs X8 ifadəsində göstərmişdir ki,. hadisə günü, yəni 29 mart 2018-ci il tarixdə saat 15-30 radələrində tanışları x3 və X2la yeyib içdikdən sonra sağollaşıb onlardan təxminən bir-iki addım ayrılanda qəfildən arxadan boyun nahiyyəsinən bir dəfə bərk zərbə dəymişdir. Həmin zərbədən o, müvazinətini itirərək üzü üstə yerə yıxılmış və həmin vaxt burun nahiyyəsi yerə dəydiyinə görə burnu bərk zədələnərək burnundan qan axmağa başlamışdır. Burnu bərk zədələndiyinə görə o bir qədər özünü itirmiş və ayağa qalmağa halı olmamışdır. Lakin, həmin vaxt o, x3lə X2ın birbaşa onun yanında olmaqla, onlardan hansınınsa əlini onun şalvarının sağ yan cibinə salaraq pulları götürməsini hiss etmişdir. Lakin, həmin vaxt halsız vəziyyətdə olduğuna görə onlara müqavimət göstərə bilməmişdir. Təxminən bir diqəqədən sonra o, bir qədər özünə gəlib ayağa qalxmış və həmin vaxt X2 və x3in artıq ətrafda olmadıqlarını görmüşdür. O, şalvarın ciblərini yoxladıqda şalvarının sağ yan cibinə qoyduğu cəmi 135 manat məbləğində pulun tam olaraq aparıdığını müəyyən etmişdir. Azərbaycan Respublikası SN-in Məhkəmə tibbi ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübü və Tədris Birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilən 17 may 2018-ci il tarixli 839 saylı ekspertiza rəyindən görünür ki, X4 bədənində müə yyən edilmiş xəsarətlər - burun sümüklərinin yerdəyişmiş sınığı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin şişkinliyi və sıyrıqları, alın nahiyyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların; təsirindn onun tibbi yardım üçün klinik Tibbi Mərkəzə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 29 mart 2018-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddirlər. x3in bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri ilə (yumruq və s. endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair i şlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 7ci bəndində göstərilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti һəm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri һəyata keçirsin. Məhkum həmin cinayət əməlini törətməsi işin faktiki һallarına uyğun qismən etirafedi ci ifadələri ilə yanaşı, məһkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şaһidlərin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiy ası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum və qeyrisinin məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar