Məhkəmə qərarları › İş №1(102)-1019/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1019/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1019/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X3 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət iş i üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 1(105)-597/2024 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs X11 5.5.1984-cü ildə Qubadlı rayonu, Cibikli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri Yaşıl Dərə qəsəbəsi, Samur-Abşeron kanalının şimalı, Yeni yaşayış massivi fərdi yaşayış evində yaşayır.

2. Bəraət almış şəxs X6 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 19 (on doqquz) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0.28 qram, 21.25 qram, 0,23 qram, 0,22 qram, 0,21 qram, 0,32 qram, 0,26 qram, 0,30, qram, 0,24 qram, 0,26 qram, 0,24 qram, 0,29 qram, 0,28 qram, 0,31 qram, 0,27 qram, 0,29 qram, 0.25 qram, 0.28 qram, 0,21 qram, ümumi təmiz çəkisi 25,99 qram tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində və yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evinin həyətindəki it damında gizlətməklə saxlamış, 02 may 2023-cü il tarixdə, saat 13:07 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən "Türk Mətbəxi” restoranının qarşısında saxlanılmaqla Sumqayıt ŞPİ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara-qırmızı rəngli idman şalvarının sol ayağında, diz nahiyyəsində yerləşən cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0.28 qram, həmin tarixdə saat 16:10 radələrində yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən it damından 18 (on səkkiz) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 21.25 qram, 0,23 qram, 0,22 qram, 0.21 qram. 0,32 qram, 0,26 qram, 0,30, qram, 0,24 qram, 0,26 qram, 0,24 qram. 0,29 qram, 0,28 qram, 0,31 qram, 0.27 qram, 0,29 qram, 0,25 qram, 0,28 qram, 0,21 qram ümumi təmiz çəkisi 25.71 qram tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

3. Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim: X8) 2 iyul 2024-cü il tarixli, 1(060)-27/2024 nömrəli hökmü ilə X4 CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxnasından həbsdən azad olunması, X6 onun CM-in 234.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismind ə cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini və X4 CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət məhkəmə tərkibində) 16 oktyabr 2024-cü il tarixli, 1(105)-597/2024 nömrəli qərarı ilə X6 CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsinə dair cinayət işi üzr ə Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 1(060)-27/2024 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını, apellyasiya protestinin təmin edilməməsi qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla X4 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirli olması kifayət qədər sübut olunduğu halda, birinci ins tansiya məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutları qəbul etməyib, müstəsna olaraq X4 özünümüdafiə xarakterli ifadələri əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 1(105)-597/2024 nömrəli qərarı ilə, apelyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi subyektiv mülahizədən ibarət olan əsassız və qanunsuz yanaşma ilə düzgün olmayan nəticəyə gəlmişdir.

8. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrin də nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 1(105)-597/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.

10. Qərardan bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya ins tansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddəd ə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

15. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin Azərbaycan Respublikası CPM-in sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X4 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilm əsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 1(105)-597/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərə kətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.

18. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.

19. CPM-in 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. 2

0. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxil ində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

22. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

23. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmas ında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

24. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

25. CPM-in 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.

26. Dövlət ittihamçısının kassasiya protestində X4 ibtidai istintaqın ilkin mərhələsində verdiyi izahatlarında, ümumilikdə 19 bükümdə, 25.99 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana olmaqla, onun üzərindən və yaşadığı fərdi yaşayış evinin həyətindəki it damından aşkar edilərək götürülməsinə dair “şəxsi axtarış keçirilməsi barədə” protokol, “baxış keçirilməsi və götürmə” barədə 2 may 2023-cü il tarixli protokola, həmin tədbirlər nəticəsində götürülmüş maddi sübutlara (narkotik vasitələr) və tədbirlərin həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələrinə, eləcə də məhkəmə ekspertizalarının rəylərinə istinad edərək, X4 əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tam sübut olunduğunu iddia etmişdir ki, bu da müraciət müəllifinin adları çəkilən şəxsə qeyd olunan maddə ilə təqsirliliyinin sübuta yetirilməməsi haqqında m əhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsinə dəlalət edir.

27. Dövlət ittihamçısı kassasiya instansiyası məhkəməsini məhkəmə qərarlarında təsvir edilən və özünün kassasiya protestində gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

28. Kassasiya protestinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışın ın predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

29. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

30. Odur ki, kassasiya kollegiyası kassasiya protestində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsinə dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almağa və kassasiya protestinin müəllifinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.

31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya protestinin müəllifinin iddialarının əksinə olaraq, baxıl an cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, baxılmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

32. Məhkəmələrin X4 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməməsi haqqında qənaətləri X4 özünün verdiyi məlumatlarla yanaşı, həmin məlumatların həqiqəti əks etdirməsi ilə bağlı birinci və apellyasiya instansiya məhkəmələrində araşdırılmış sübutlara, o cümlədən şahidlər Şahid1, X5, Şahid3, X7, Şahid7, Şahid5 ifadələrinə, 2 may 2023-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokola və eyni tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokola, bəraət almış şəxs X4, həmçinin “Bakcell” mobil operatorunun anten məlumatları barədə verilmiş sorğuya ətraflı və detallı cavabına, müvafiq ekspertiza rəylərinə və digər sənədlərə əsaslanmışlar.

33. Bu və digər sübutlar yekun məhkəmə aktlarında ətraflı təsvir edilib hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin y ekun qərarında ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya protestində eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, nə sübutları yenidən təsvir etmək, nə də ki, bu sübutlar əsasında müəyyən olunmuş faktiki halları şübhə altına almaq üçün əsas görmür.

34. X4 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin sonuncuya Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə bəraət verməsi, apellyasiya instansiya məhkəməsinin isə həmin nəticələrlə razılaşması cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırıl ması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.

35. Belə olan halda, X6 bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirilə bilməz.

36. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

37. Beləlik lə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X4 barəsində olan 16 oktyabr 2024cü il tarixli, 1(105)-597/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 1(105)-597/2024 nömrəli qərarı Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya p

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar