Məhkəmə qərarları › İş №1(102)-102/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-102/2019

23.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-102/2019 23.01.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) - 102/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "23" yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlundan (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlundan və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun, Məhkum ştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsini n 08 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Nuriyev Xamməd Abış oğlu, hakimlər Cəfərov Rafiq Musa oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə) xx xxxx 1992-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 05 il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli hökmü ilə Məhkum qızı təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, İran İslam Respublikasında olarkən həmin ölkənin vətəndaşı olan digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 12 avq ust 2016-cı il tarixdə 311,46 qram çəkidə, külli miqdarda narkotik vasitə 2 olan tiryəki satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış, 13 avqust 2016-cı il tarixdə saat 0959da cinsiyyət orqanında gizlətməklə daşıyaraq Dövlət Sərhəd Xidmətinin “Astara” sərhəd nəzarəti məntəqəsindən gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmişdir. Məhkum həmin vaxt Dövlət Sərhəd Xidmətinin və Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, Astara rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsi zamanı həmin külli miqdarda narkotik vasitə olan tiryək onun cinsiyyət orqanından aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Novruzov Ələsgər Əli İskəndər oğlu, hakimlər Camalov Etibar Əli oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 18 sentaybr 2017-cı il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarı ləğv etməklə, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi onun əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, bu əməli ailəsinin ağır mad di vəziyyətdə olduğundan törətməsini və digər iş üzrə yüngüləşdirici halları nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq məhkum apellyasiya məhkəməsinin qərarı ləğv etməklə, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2017ci il tarixli qərarı isə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-n in 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası qanunun bu tələbinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Məhkum satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması, daşıyaraq qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirməsi məhkəmədə tədqiq edilmiş müvafiq sübutlarla təsdiq edilmiş, həmin sübutlar yoxlanılarkan (tədqiq olunarkan) və qiymətləndirilərkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkum özü də təqsirini etiraf edərək ittihamda göstərilən hərəkətləri etdiyini bildirmiş, qeyd olunan əməllərin törətməsinin təsdiq olunduğunu apellyasiya və kassasiya şikayətlərində mübahisələndirməmişdir. Məhkum satış məqsədi ilə narkotik vasitələri əldə edib saxlaması və daşıması əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibini yaratdığı üçün düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Məhkəmə kollegiyası bunu da qeyd edir ki, həmin maddələrlə cəza təyin edilərkən də bu məsələyə təsir edə bilən bütün hallar, o cümlədən şikayətdə göstərilən hallar nəzərə alınmış, Azərbaycan Respublikası CM-nin 8 və 58-ci maddələrinin tələblərinə tam riayət edilməklə məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Məhkum qaçaqmalçılıq əməlini məhz qabaqcadan əlbir olan qrup şəkilində törətməsi təsdiq olunmur və onun əməli Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, səhvən CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Məhkum narkotik vasitələri gömrük sərhədindən təkbaşına keçirmiş, yəni cinayətin yeganə icraçısı olmuşdur. İttihamda Məhkum qabaqcadan əlbir olub onunla cinayət əlaqəsinə girmiş iştirakçı kimi göstərilən digər şəxs isə cinayətin bilavasitə icrasında iştirak etməmiş və onun icraçı kimi qiymətləndirilməsinə əsas verə bilən hər hansı bir hərəkət etməmişdir (ittihamdan və iş materiallarından göründüyü kimi). “Q açaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 1 №-li qərarının 19-cu bəndində isə izah olunmuşdur ki, “...məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıq da da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir...”. Məhkəmə kollegiyası işin faktiki hallarını, qanunun tələblərini, o cümlədən Azərbaycan Respublikası CM-nin 31, 32, 34.2-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən izahını nəzərə alaraq qeyd edir ki, Məhkum törətdiyi qaçaqmalçılıq əməlini məhz qabaqcadan əlbir olan qrup şəkilində törətməsi təsdiq edilmir, bu səbəbd ən onun həmin qaçaqmalçılıq əməli Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi ilə tam əhatə olunur və həmin maddəyə tövsif edilməlidir (CM-nin 206.3.2-ci maddəsindən). Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 33.2, 145.3 və 146.1-ci maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində arada n qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən ed ilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası yuxarıdakılara və Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, məhkumun hərəkətləri Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə tövsif edilməli, ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası məhkuma Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinin tələbinə əsasən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hökmdə və qərarda sadalanan cəzanı yüngülləşdirən halları da nəzərə alır və CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə dair müddəalarına əsaslanır. Məhkəmə kollegiyası bunlarla əlaqədar hesab edir ki, qərar dəyişdirilməli, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum qızı barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan R espublikası CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulan əməli həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 05 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə hazırki qərarla Azərbaycan Respublikası CM- nin 206.2-ci maddəsi ilə təyin olunmuş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasını qismən toplamaq yolu ilə Məhkum qəti olaraq, 05 il ay 01 müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şik

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar