Məhkəmə qərarları › İş №1(102)-102/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-102/2020

08.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-102/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxx 1979-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 274-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: F.Mahmudov (sədrlik edən), Z.Qasımov və D.İmanov) Məhkum Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin iş üzrə həmçinin X6 Azərbaycan Respublikas ı CM-nin 274-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), Ç.B.Məmmədov və E.İ.Xasməmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum xx xxxxxx 2015-ci il tarixdə bacanağı, İran İslam Respublikasının vətəndaşı X3 və tanışı Gəncə şəhər sakini X6 ilə İran İslam Respublikasının Qum şəhərində ziyarətdə olarkən x3 ona İran İslam Respublikasının Xüsusi xidmət orqanı - İnformasiy a və Təhlükəsizlik Nazirliyi (Ettelaat) ilə məxfi əməkdaşlıq etməyi təklif etmiş, eyni zamanda bu təklifi barədə Xyə də etməyi tapşırmış və razı olacaqları təqdirdə külli miqdarda pul qazana biləcəklərini vəd etmişdir. Məhkum bu barədə fikirləşəcəyini, Xyə də məxfi əməkdaşlıq təklifini edəcəyinə söz vermişdir. Həmin gün Məhkum, öz növbəsində, x3nin «Ettelaat»la məxfi əməkdaşlıq barəsində etdiyi təklifi Xyə çatdırmış və razı olacağı təqdirdə külli miqdarda pul qazanacağını bildirmiş, sonuncu da bu barədə fikirləşəcəyini demişdir. xx xxxxxx 2015-ci il tarixdə Məhkum və X9 şəhərinə qayıtmışlar. Bir müddətdən sonra Məhkum və X «Ettelaat»la məxfi əməkdaşlıq etmək qərarına gəlmişlər və bu səbəbdən xx xxxxxx 2016cı il tarixdə x3nin yaşadığı İran İslam Respublikasının Astara şəhərinin Baxçasaray q əsəbəsindəki evinə gələrək, sonuncuya «Ettelaat»la əməkdaşlıq etməyə razılıqlarını vermişlər. X4 Bicari adlı «Ettelaat» əməkdaşına zəng edərək X və Məhkum məxfi əməkdaşlığa razı olduqlarına dair məlumat vermişdir. xx xxxxxx 2016-cı il tarixdə Məhkum İran İslam Respublikasının Ərdəbil şəhərində «Ettelaat»ın özünü Hüseyni kimi təqdim edən X2 adlı əməkdaşı ilə tanış olmuş, sonuncu ona təhlükəsizliyinin təmin olunacağını vəd verərək, külli miqdarda pul müqabilində Azərbaycan Respublikasının əleyhinə «Ettelaat»la məxfi əməkdaşlıq etməyi təklif etmiş, Məhkum bu təkliflə razılaşmış, «Elçin» təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb edilərək bu barədə X2yə yazılı iltizam vermiş və xx xxxxxx 2016-cı il tarixdə Gəncə şəhərinə qayıtmışdır. 2016-cı ilin yanvar ayının sonunda x3 «WhatsApp» mobil tətbiq vasi təsilə Məhkum zəng edərək xx xxxxxx 2016-cı il tarixdə İran İslam Respublikasına gəlməyi tapşırmışdır. Məhkum xx xxxxxx 2016-cı il tarixdə İran İslam Respublikasının Astara şəhərinə Məhamməd Məxtuminin evinə getmiş, sonuncu da bu barədə X2yə məlumat vermişdir. Növbəti gün Məhkum X2 ilə Ərdəbil şəhərində görüşmüş, görüş zamanı sonuncu ona bundan sonra x3 vasitəsi ilə əlaqə saxlayacağını bildirmiş, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən N və N saylı hərbi hissələrin dislokasiya yeri, həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sayı, hərbi hissələrin sərəncamında olan silah və döyüş texnikası barədə məlumatlar toplamağı tapşıraraq, sonuncuya 300 manat dəyərində İran realı vermiş və bu barədə qəbzə imza etdirmişdir. Görüşdən sonra Məhkum Astar a şəhərinə qayıdaraq X2 tərəfindən verilmiş tapşırıqlar barədə x3yə məlumat vermişdir. Bir neçə gün orada qaldıqdan sonra Məhkum xx xxxxxx 2016-cı il tarixdə İrandan Gəncə şəhərinə qayıtmış və X2nin verdiyi tapşırıqların icrası ilə bağlı açıq mənbələrdən Müdafiə Nazirliyinin Gəncə şəhərində olan N və N saylı hərbi hissələrin dislokasiya yeri, həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sayı, hərbi hissələrin sərəncamında olan silah və döyüş texnikası barədə məlumatlar toplamış, əldə etdiyi məlumatları mikroyaddaş kartına köçürmüşdür. 2016-cı ilin aprel ayının əvvəllərində x3 «WhatsApp» mobil tətbiqi vasitəsilə Məhkum zəng edərək İran İslam Respublikasına gəlməyi tapşırmışdır. xx xxxxx 2016-cı il tarixdə Məhkum Dövlət Gömrük Komitəsinin Astara Gömrük idarəsinin «Astara» nəzarət-b uraxılış məntəqəsindən keçərək İran İslam Respublikasının Astara şəhərinə x3nin evinə getmiş, sonuncu da bu barədə X2yə məlumat vermişdir. Növbəti gün Məhkum X2 ilə Ərdəbil şəhərində görüşərək Müdafiə Nazirliyinin Gəncə şəhərində olan N və N saylı hərbi hissələrin dislokasiya yeri, həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sayı, hərbi hissələrin sərəncamında olan silah və döyüş texnikasının sayını müəyyən etdiyini bildirmiş, özü ilə gətirdiyi yaddaşında Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olan məlumatların, yəni Müdafiə Nazirliyinin Gəncə şəhərində olan N və N saylı hərbi hissələrin dislokasiya yeri, həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sayı, hərbi hissələrin sərəncamında olan sil ah və döyüş texnikası barədə məlumatların yazıldığı mikroyaddaş kartını sonuncuya vermişdir. Bundan sonra X7 Babayevə Müdafiə Nazirliyinin 701, N və N saylı hərbi hissələri barədə məlumat toplamağı tapşırmışdır. Görüşdən sonra Məhkum Astara şəhərinə gəlmiş və gecəni x3nin evində qaldıqdan sonra, növbəti gün Gəncə şəhərinə qayıtmışdır. Bir neçə gündən sonra Məhkum X ilə görüşək X2nin verdiyi tapşırıqlar barədə məlumat vermiş və ondan internet vasitəsi ilə Müdafiə Nazirliyinin 701, N və N saylı hərbi hissələrin dislokasiya olunduğu rayonları tapmağı xahiş etmişdir. X internet vasitəsi ilə Müdafiə Nazirliyinin 701, N və N saylı hərbi hissələrin dislokasiya olduğu rayonları müəyyən etmiş və «Google maps» proqramından istifadə edərək həmin hərbi hissələrin peyk görüntülərini çəkib Məhkum verm işdir. Bundan sonra Məhkum açıq mənbələrdən həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sayı, hərbi hissələrin sərəncamında olan silah və döyüş texnikası barədə məlumatlar toplamış, əldə etdiyi məlumatları mikroyaddaş kartına köçürmüşdür. 2016-cı ilin avqust ayının əvvəllərində x3 «WhatsApp» mobil tətbiq vasitəsilə Məhkum zəng edərək İran İslam Respublikasına gəlməyi tapşırmışdır. xx xxxxxx 2016-cı il tarixdə Məhkum Dövlət Gömrük Komitəsinin Astara Gömrük idarəsinin «Astara» nəzarət-buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasının Astara şəhərinə x3nin evinə getmiş, sonuncu da bu barədəX2yə məlumat vermişdir. Növbəti gün Məhkum Ərdəbil şəhərində X2 ilə görüşərək Müdafiə Nazirliyinin 701, N və N saylı hərbi hissələrin dislokasiya yeri, hamin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sayı, hərbi hissələrin sərəncamında olan silah və döyüş texnikası barədə məlumat vermiş, özü ilə gətirdiyi yaddaşında Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olan məlumatların, yəni Müdafiə Nazirliyinin Gəncə şəhərində dislokasiya olunan 701, N və N saylı hərbi hissələrin dislokasiya yeri, həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sayı, hərbi hissələrin sərəncamında olan silah və döyüş texnikası barədə məlumatların yazıldığı mikroyaddaş kartını sonuncuya vermişdir. Bundan sonra X7 Babayevə Müdafiə Nazirliyinin 702, N və N saylı hərbi hissələri barədə məlumat toplamağı tapşırmış və topladığı məlumatlara görə ona 700 manata bərabər İran realı vermişdir. Görüşdən sonra Məhkum Astara ş əhərinə gəlmiş və bir neçə gün orada qaldıqdan sonra gecəni x3nin evində qaldıqdan sonra, xx xxxxxx 2016-cı il tarixdə Gəncə şəhərinə qayıtmışdır. Bir neçə gündən sonra Məhkum X2nin verdiyi tapşırıqların icrası ilə bağlı internet vasitəsilə Müdafiə Nazirliyinin 702, N və N saylı hərbi hissələrin dislokasiya yerlərini müəyyən etmiş, eyni zamanda açıq mənbələrdən həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sayı, hərbi hissələrin sərəncamında olan silah və döyüş texnikası barədə məlumatlar toplamış, əldə etdiyi məlumatları mikroyaddaş kartına köçürmüşdür. 2016-cı ilin oktyabr ayının əvvəllərində x3 «WhatsApp» mobil tətbiq vasitəsilə Məhkum zəng edərək İran İslam Respublikasına gəlməyi tapşırmışdır. xx xxxxxxx 2016-cı il tarixdə Məhkum Dövlət Gömrük Komitəsinin Astara Gömrük idarəsi nin «Astara» nəzarət-buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasının Astara şəhərinə x3nin evinə getmiş, sonuncu da bu barədə X2yə məlumat vermişdir. Növbəti gün Məhkum X2 ilə Ərdəbil şəhərində görüşərək Müdafiə Nazirliyinin 702, N və N saylı hərbi hissələrin dislokasiya yeri, həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sayı, hərbi hissələrin sərəncamında olan silah və döyüş texnikası barədə məlumat əldə etdiyini demiş, özü ilə gətirdiyi yaddaşında Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olan məlumatların, yəni Müdafiə Nazirliyinin 702, N və N saylı hərbi hissələrin dislokasiya yeri, həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sayı, hərbi hissələrin sərəncamında olan silah və döyüş texnikası barədə məlumatların yazıldığı mikroyaddaş kartını sonuncuya vermişdir. Bundan sonra X7 Babayevə Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələr barədə məlumat toplamağı tapşırmış və topladığı məlumatlara görə 700 manata bərabər İran realı vermişdir. Görüşdən sonra Məhkum Astara şəhərinə gəlmiş və gecəni x3nin evində qaldıqdan sonra, növbəti gün Gəncə şəhərinə qayıtmışdır. Bir neçə gündən sonra Məhkum X2nin verdiyi tapşırıqların icrası ilə bağlı açıq mənbələrdən internet vasitəsilə Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrin dislokasiya olduqları ünvanlar, həmin hərbi hissələrdə zabit və əsgər heyətinin sayı, eləcə də silah növləri barədə məlumatlar toplamış, əldə etdiyi məlumatları mikroyaddaş kartına köçürmüşdür. 2016-cı ilin dekabr ayının əvvəllərində x3 «WhatsApp» mobi l tətbiqi vasitəsilə Məhkum zəng edərək İran İslam Respublikasına gəlməyi tapşırmışdır. xx xxxxxx 2016-cı il tarixdə Məhkum Dövlət Gömrük Komitəsinin Astara Gömrük idarəsinin «Astara» nəzarət-buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasının Astara şəhərinə x3nin evinə getmiş, sonuncu da bu barədə X2yə məlumat vermişdir. Növbəti gün Məhkum X2 ilə Ərdəbil şəhərində görüşərək Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrin dislokasiya yeri, həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların-sayı, hərbi hissələrin sərəncamında olan silah və döyüş texnikası barədə məlumat əldə etdiyini- demiş, özü ilə gətirdiyi yaddaşında Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olan məlumatların, yəni Müdafiə Nazirliy inin N və N saylı hərbi hissələrinin dislokasiya yeri, həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sayı, hərbi hissələrin sərəncamında olan silah və döyüş texnikası barədə məlumatların yazıldığı mikroyaddaş kartını sonuncuya vermişdir. Görüşdən sonra Məhkum Astara şəhərinə gəlmiş və gecəni x3nin evində qaldıqdan sonra, növbəti gün Gəncə şəhərinə qayıtmışdır. 2017-ci ilin fevral ayının əvvəllərində x3 «WhatsApp» mobil tətbiq vasitəsilə Məhkum zəng edərək İran İslam Respublikasına gəlməyi tapşırmışdır. xx xxxxxx 2017-ci il tarixdə Məhkum Dövlət Gömrük Komitəsinin Astara Gömrük idarəsinin «Astara» nəzarətburaxılış məntəqəsindən keçərək İran İslam Respublikasının Astara şəhərinə x3nin evinə getmiş, sonuncu da bu barədə X2yə məlumat vermişdir. Növbəti gün Məhkum X2 ilə Ərdəbil şəhəri ndə görüşmüş, görüş zamanı X2 ona indiyədək barələrində məlumat verdiyi Müdafiə Nazirliyinin hərbi hissələrinin koordinatlarını müəyyən etməyi tapşırmışdır. Görüşdən sonra Məhkum Astara şəhərinə gəlmiş və gecəni x3nin evində qaldıqdan sonra, növbəti gün Gəncə şəhərinə qayıtmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının Məhkum cinayət əməlinin mötəbər sübutların məcmusu üzrə sübuta yetirilmədiyi əsasına görə ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, müdafiə etdiyi şəxsin qanunla qorunan hüquqları pozulmuş, ona qarşı psixi və fiziki işgəncələr tətbiq olunmaqla etiraf edici ifadələr verməyə məcbur edilmişdir. İş üzrə ilkin araşdırma və ibtidai istintaq qanunun tələblərinin kobud şəkildə pozulması ilə aparılmasına baxmayaraq, qanunazidd prosessual hərəkətlər birinci instansiya və apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmayaraq, təqsirliliyi sübuta yetirilməyən şəxs haqqında qanunsuz və əsassız ittiham hökmü çıxarılmışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab e dir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanun vericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar