Məhkəmə qərarları › İş №1(102)-102/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-102/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-102/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Elşad Yaquboviç Şamayevdən ibarət tərkibdə, məhkəmə iclas katibi- İsa-zadə Elnur Nizami oğlu, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum iştirakları ilə, Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: Əliyev Firdovsi Zülfü oğlu) Məhkum - xx xxxxxx 1965-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1A1230/07 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsininn 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli 1 (103)-***/2008 saylı qərarına əsasən cəzası 11 ilə endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 7(103)-***/18 saylı qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunun keçid müddəalarının 2.5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş 11 il müddətə azadlıqdan məhrum etmə cəzası 10 il ilə endirilmiş və cəzadan azad edilmiş, Tər-tər şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmə kdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X6 təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin noyabr ayının axırlarında ünvan 3 ünvanda yerləşən metronun “Əhmədli” stansiyasının yanında X7 arvadı X4 məxsus Ünvan2 nömrəli mənzilini onun adına özəlləşdirəcəyi adı ilə aldadıb tamah niyyəti ilə Zərərçəkmiş şəxsin 3000 manat məbləğində pulunu ələ keçirdikdən sonra vəd etdiyinin müqabilində hər hansı bir iş görməyərək zərərçəkmiş şəxs N.S.Quliyevə 30 00 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən, tanışı-Masallı rayonu, Çaxırlı kənd sakini, əvvəllər cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi X11 ilə əvvəlcədən əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları olduğuna görə sonuncunun xalası əri-Masallı rayonu, Xırmandalı kənd sakini X8 nəvəsi X1 Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəklərini bildirib onu inandırmaqla aldatmış, bu məqsədlə X22 Hüseynovla aralarında olan razılığa əsasən vahid tamah niyyətilə iki dəfə Masallı rayonu Çaxırlı kəndi ərazisində, öz yaşadığı evin həyətində 2017-ci ilin may ayının əvvəllərində 5000 manat pulu və 2017-ci ilin may ayının ortalarında 500 manat pulu, ümumilikdə V. Həsənovu n 5500 manat pulunu ələ keçirib Bakı şəhərində, “Koroğlu” metrostansiyasının yaxınlığında Məhkum vermiş, lakin vəd etdiklərinin müqabilində hər hansı bir iş görməyərək Valeh Həsənova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ə.Ə.Novruzov (sədrlik edən və məruzəçi), K.S.Bəşirov və E.İ.Əliyevdən ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli qərarı ilə Məhkum apelyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Məhkum münasibətdə dəyişdirilmədən saxlanılmı şdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək bildirmişdir ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən qərar qəbul edilərkən apelyasiya şikayətində qeyd etdiyi xüsusatlar araşdırılmamış, hetta apelyasiya şikayəti olaraq verdiyi ərizə dəyişdirilərək tamamilə başqa bir ərizə göndərilmişdir. Göndərdiyi ərizənin surətini məhkəmə zamanı təqdim etmək istəsə də hakim tərəfindən qəbul edilməmişdir. Həmçinin qeyd etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittiham tam qanunsuz, əsassız və ədalətsiz olmuş, o heç bir cinayət əməli törətməmiş və heç kimə qarşı dələduzluq etməmişdir. Zərərçəkmiş şəxs2in işə düzəldilməsi üçün pul onun iştirakı ilə Koroğlu metrostansiyası yaxınlığında DTX-nın əməkdaşı XXXa verilmiş, dəymiş ziyan da məhz XXX tərəfindən onlara qaytarılmışdır. Həmin cinayət işi üzrə ona elan edilmiş ittihamla bağlı bildirmişdir ki, məhkəmə baxışı zamanı digər zərərçəkmiş şəxs X12 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı notarial qaydada ərizələr verərək ona dəymiş ziyan tam ödənildiyindən barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı onun Zərərçəkmiş şəxsdən həyat yoldaşının ağır onkoloji xəstəliyi ilə bağlı pulu borca aldığı və daha sonra həmin pulu ona qaytardığı tam təsdiq olunmuşdur. Bununlada o heç kiminsə etibarından sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə mişdir. Qeyd olunanları nəzərə alaraq Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı hüquq normalarının pozulması əsasında qəbul edildiyindən həmin qərarın dəyişdirilməsini, barəsində qanuni, əsaslı və ədalətli olaraq bəratə qərarı çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi mə sələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində göstərmişdir ki, ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittiham tam qanunsuz, əsassız və ədalətsiz olmuş, o heç bir cinayət əməli törətməmiş və heç kimə qarşı dələduzluq etməmişdir. Zərərçəkmiş şəxs2in işə düzəldilməsi üçün pul onun iştirakı ilə Koroğlu metrostansiyası yaxınlığında DTX-nın əməkdaşı XXXa verilmiş, dəymiş ziyan da məhz XXX tərəfindən onlara qaytarılmışdır. Məhkəmə baxışı zamanı digər zərərçəkmiş şəxs X12 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı notarial qaydada ərizələr verərək ona dəymiş ziyan tam ödənildiyindən barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı onun Zərərçəkmiş şəxsdən həyat yoldaşının ağır onkoloji xəstəliyi ilə bağlı pulu borca aldığı və daha sonra həmin pulu ona qaytardığı tam təsdiq olunmuşdur. Bununlada o heç kiminsə etibarından sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etməmişdir. Cinayət işi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Qanunun tələbinə görə, cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Mə hkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırkı cinayət işi üzrə kassasiya şikayətində istinad edilən X3 hər hansı ittiham elan edilməmiş, eyni zamanda ibtidai istintaq müddətində onun təqsirliliyinə dair kassasiya şikayətində göstərilən dəlillər yoxlanılaraq cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan iş üzrə müstəntiqin sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2018-ci il tarixli qərarından müəyyən edilmişdir ki, həmin qərarla X2 əməlində Azərbaycan Respublikası CM-nin 178-ci madəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından barəsində cinayət təqibinin başlanmas ı rədd edilmişdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsə məxsus dələduzluq yolu ilə ələ keçirilmiş pulun məbləği 3000 manat müəyyən edilsin. Zərərçəkmiş şəxs məxsus XXX və Məhkum tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş pulun məbləği 5500 manat müəyyən edilsin. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs əymiş 5500 manat ziyandan 4000 manatın ödənməsi nəzərə alınsın. Azərbaycan Respublikası CPM-nin 64.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. CPM-nin 65.1-ci maddəsinə əsasən cinay ət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. CPM-nin 65.5-ci maddəsinə əsasən məhkəmə cinayət təqibinə xitam verilməsi haqqında təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarını məhkəmə nəzarəti funksiyalarını həyata keçirərkən ləğv edə bilər, məhkəmə baxışı nəticəsində isə həmçinin xüsusi qərar çıxara bilər. Cinayət işinin materiallarında olan X2 əməlində Azərbaycan Respublikası CM-nin 178-ci madəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsinə dair müstəntiqin sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2 018-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayət və protest verilməmiş və qərar qanuni qüvvəsini almışdır. Zərərçəkmiş şəxs X5 digər təqsirləndirilən şəxs X11 ilə əlbir olaraq aldıqları 5500 manat pulu X3 vermələri və sonradan onun tərəfindən qaytarılması onların ifadələrindən başqa hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Beləliklə Məhkum elan edilmiş ittiham üzrə X2 hərəkətlərində də Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Digər zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsdən həyat yoldaşının ağır onkoloji xəstəliyi ilə bağlı pulu borca aldığı da təsdiq olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs X1 2 ifadəsində göstərmişdir ki, Məhkum 2005-ci ildən etibarən tanıyır, aralarında dostluq münasibətləri olmuşdur. xx xxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arvadı XXXnın adına “RX” seriyalı, ******* nömrəli çıxarış verilmiş, hazırda həmin ünvanda yaşayır. 2016cı ilin noyabr ayının sonunda dövlət tərəfindən ona verilmiş Ünvan3 mənzili özəlləşdirilməsi barədə Məhkumla görüşüb bu barədə danışmışlar. Məhkum ona həmin məbləğə, yəni 3000 manat pul qarşılığında mənzili özəlləşdirməyin mümkün olduğunu bildirmişdir. Məhkuma inanmış, bu məqsədlə də 2016-cı ilin noyabr ayının axırlarında ünvan 5 ünvanda yerləşən metronun “Əhmədli” stansiyasının yanında Məhkumla görüşüb orada sonuncuya əlbəəl 3000 ma nat pul vermişdir. Məhkum ondan 3000 manat pulu aldıqdan sonra ona ən geci 2 ay müddətində mənzilini özəlləşdirib şəhadətnamə alacağını demişdir. Bu məsələnin üstündən 2 ay keçsə də, Məhkum verdiyi sözün üstündə durmadığı üçün Məhkumdan pulunu tələb etməyə başlamışdır. Məhkum isə ondan vaxt istəsə də, bu müddət ərzində də borcunu qaytarmadığı, onu aldatdığı üçün barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə göndərdiyi notariat qaydada təsdiq olunmuş ərizəsində təqsirləndirilən şəxs Məhkum qarşı şikayəti və tələbi olmadığını, qeyd olunanları nəzərə almağı xahiş etmişdir. Beləliklə Məhkum zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsdən həyat yoldaşının ağır onkoloji xəstəliyi ilə bağlı pulu borca alması barədə kassasiya şikayətinin dəlili də öz təsdiqini tapmamışdır. Ona görə də bu barədə kass asiya şikayətinin dəlili təsdiq edilməməlidir. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1A-1230/07 saylı hökmünün və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli 1(103)-165/2008 saylı qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsininn 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş arayışdan görünür ki, Məhkum xx.xx.2015-ci il tarixdə 6 saylı Cəzaçəkmə Müəssisəsindən 13 saylı Məntəqə Tipli Cəzaç əkmə Müəssisəsinə və xx.xx.2016-cı il tarixdə də 13 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsindən 4 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə köçürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 7(103)-485/2018 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunun keçid müddəalarının 2.5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş 11 il müddətə azadlıqdan məhrum etmə cəzası 10 il ilə endirilmiş və həmin günədək 10 il 10 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkdiyindən cəzadan azad edilmişdir. Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Hımin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, təqsirləndrilən şəxs Məhkum əvvəllər qəsdən cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni təqsirli bilindiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmayan həddə cəza təyin etmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyy ən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsin ə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar