Məhkəmə qərarları › İş №1(102)-102/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-102/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-102/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 01 iyul 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Samir Əliyev) 1(101)-167/2020 nömrəli, 10 mart 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 29,178.2.2, 29,178.2.4, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-in 29,178.2.2, 29,178.2.4, 178.2.2, 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-cı maddəsinə əsasən, 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 310-cu maddəsi i lə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2019-cu il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Həsən Əhmədov) 02 oktyabr 2020-ci il tarixli, 1(103)640/2020 nömrəli qərarı ilə Bakı Ağır C inayətlər Məhkəməsinin 10 mart 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. 06 aprel 2022-ci il tarixdə Məhkum kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 15 aprel 2022-ci il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş kassasiya şikayəti müddətin bərpasına dair vəsatət vermədiyi üçün həmin şikayəti hərəkətsiz saxlamışdır. Sonra məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-640/2020 nömrəli 02 oktyabr 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Həsən Əhmədov) 1(103)-640/2020 nömrəli 01 iyul 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan (Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-640/2020 nömrəli 01 iyul 2022-ci il tarixli) qərarından narazı qalan Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2022-ci tarixli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qər arı əsassız və qanunsuzdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-640/2020 nömrəli 01 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmə lərindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum kassasiya şikayətində hər hansısa bir dəlil qeyd etməmiş sadəcə vəsatətinin əsassız təmin olunmamasını bildirmək fikrində olmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddətini buraxmışdır. İş materiallarından görünür ki, Məhkum Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 1(103)-640/2020 saylı qərarını 12 oktyabr 2020-ci il tarixdə almışdır. Azərbaycan Res publikası CPM-in 410.1.1-ci maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilir. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (103)640/2020 nömrəli 02 oktyabr 2020-ci il tarixli qərarından kassasiya şikayəti vermək müddəti 12 oktyabr 2021-ci il tarixdə bitdiyi halda Məhkum kassasiya şikayəti 28 mart 2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixdə daxil olub), yəni qanunla müəyyən edilmiş 12 ay ərzində deyil, həmin müddətdən 5 ay 16 g ün keçdikdən sonra vermiş, həmin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə vəsatəti isə 09 iyun 2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixdə daxil olub) vermişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etm ək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq nəticəyə gəlir ki, məhkum tərəfindən irəli sürülmüş dəlillər onun 18 ay ərzində kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 1(103)-640/2020 nömrəli 01 iyul 2022-ci qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-640/2020 nömrəli 02 oktyabr 2020-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun apellyasiya məhkəməsinin qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayəti ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-640/2020 nömrəli 01 iyul 2022-ci tarixli qərarının dəyişdirilmədən saxla nılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-640/2020 nömrəli 01 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar