Məhkəmə qərarları › İş №1(102)-102/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-102/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-102/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2024-cü il tarixli 1(106)-450/2024 nömrəli qərarından dövlət ittihamçısı X2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Oruc Cəlilov (sədrlik edən və məruzəçi), Xamməd Nuriyev və Əli Əliyev) 19 fevral 2024-cü il tarixli, 1(099)-65/2024 nömrəli hökmü ilə xx xxxxxxxx 1994-cü ildə Astara rayonunun Züngüləş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 318.2-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Astara rayonunun Züngüləş kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 6 (altı) il müddətə azadlıqdan məh rumetmə cəzasına məhkum edilmiş, CM-in 66.5 və 66.3-cü maddələrinə əsasən, Astara Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının yeni təyin edilmiş cəzaya qismən toplanması yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 959,525 qram narkotik vasitə olan tiryək və külli miqdarda - 3016,321 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə etm iş, saxlamış, daşımış və həmin narkotik vasitələrin satışını realizə etmək üçün onları ayrı-ayrı qablaşdıraraq bir ədəd bağlamada 945 qram tiryəki və bir ədəd bağlamada 3010 qram qurudulmuş marixuananı Astara rayonun Alaşa kəndində yerləşən qəbirstanlıqdakı çürümüş ağacın içərisində gizlətmiş, narkotiklərin qalan hissələri-bir ədəd sellofan bükümdə 14,525 qram tiryəki və 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda 3,513 qram və 2,808 qram olmaqla cəmi 6,321 qram qurudulmuş marixuananı üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 03 mart 2023-cü il tarixdə, saat 21 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum Astara rayonunun Züngüləş kəndində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın ci blərindən bir ədəd sellofan bükümdə 14,525 qram narkotik vasitə olan tiryək və 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda 3,513 qram və 2,808 qram olmaqla cəmi 6,321 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, daha sonra həmin gün saat 23 radələrində Astara rayonunun Alaşa kəndində yerləşən qəbiristanlıq ərazisində olan ağaca baxış zamanı çürümüş ağacın içərisindən bir ədəd bağlamada 3010 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bağlamada 945 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və Yaşar Həşimov) 11 iyun 2024-cü il tarixli 1(106)-450/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 1(099)-65/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2024-cü il tarixli 1(106)-450/2024 nömrəli qərarı ləğv edilməsi və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı Məhkum cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, işin hallarından görünür ki, hər iki məhkəmə instan siyası iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, cinayət qanunun normaları, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmə Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbi, şəraiti və nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, birinci instansiya məhkəməsi 959,525 qram çəkidə külli miqdarda narkotik vasitə olan tiryəki və 3016,321 qram çəkidə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu əməli başa çatmış olmaqla ağır cinayətlər kateqoriy asına daxil olan Məhkum əsassız olaraq təqsirli bilindiyi maddə üzrə aşağı həddə cəza təyin edilmiş, eləcə də CM-in 66.5-ci maddəsinə əsasən də cəzaların az hissəsini toplamış, apellyasiya instansiya məhkəməsi də həmin nəticə ilə razılaşmaqla eyni nöqsanları təkrarlamış, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədlərinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Əlavə olaraq, Məhkum bundan əvvəl dəfələrlə müxtəlif cəzalar təyin edilərək məhkum edilmiş, hətta azadlıqdan məhrum etmə cəza sı da təyin edilmiş, üstəlik müvafiq məhkumluqlardan biri də eyni növ cinayətə görə, yəni CM-in 234.1-ci maddəsi olmaqla narkotik vasitənin qanunsuz dövriyyəsinə görə olmuş, lakin o, əvvəlki məhkumluqlardan özü üçün heç bir nəticə çıxarmamış, islah yoluna qədəm qoymamış və cəmiyyətə qovuşmaq, islah olunmaq, ictimai faydalı əməklə məşğul olmaq, ailəsinə himayəçilik etmək əvəzinə yenidən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş, lakin məhkəmələr bütün bunları, həmçinin onun cinayət törətməyə meyilli şəxs olmasını və islah olunmadan yenidən cinayət törətməsini nəzərə almayaraq, ona aşağı həddə cəza təyin etmişlər. Məhkuma cəza təyin olunarkən onun cəzasını yüngülləşdirən hallar qismində sadəcə və sadəcə olaraq himayəsində bir azyaşlı uşağın olması müəyyən edilmişd ir. Apellyasiya instansiya məhkəməsi də cəzanı yüngülləşdirən hər hansı digər hal müəyyən etmədən birinci instansiya məhkəməsinin hökmünü olduğu kimi saxlamaqla, törədilmiş cinayətin tövsif olunduğu maddənin aşağı həddində təyin olunan cəza müddətinə qərarın təsviri-əsaslandırıcı hissəsində aydınlıq gətirməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüq uqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, onun şəxsiyyətinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitə hlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olu nmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəlili yinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək təqsirləndirilən şəxs Məhkum barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamış, ona təqsirli bilindiyi CM-in 234.4-cü maddəsinin sanksiyası (5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Apellyasiya instansiyası cinayət işinin hallarını araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılmasını müvafiq hesab etmi şdir. Məhkəmə kollegiyası hər iki instansiya məhkəməsinin qərarı ilə razılaşaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəza törətdiyi cinayətin ağırlığına və işin hallarına uyğun gəlir, həmin cəzanın açıq-aşkar ədalətsiz olmasına dəlalət edən heç bir hal cinayət işinin materiallarından müəyyən olunmamışdır. Belə ki, Məhkum əvvəllər məhkum edilməsinə dair kassasiya protestinin dəlili ona təyin edilmiş cəzanın ağırlaşmasına əsas ola bilməz, çünki onun əvvəlki məhkumluğu ödənilmişdir. Bu isə Azərbaycan Respublikası CM-in 83.6-cı maddəsinin tələblərinə görə həmin məhkumluqlarla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkum Astara Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü ilə ya ranan məhkumluğu ödənilməsə də, hazırkı cinayət işi çərçivəsində baxılan cinayətdən sonra törədilmiş cinayətlə əlaqəli olduğu üçün məhkəmələr əsaslı şəkildə Məhkumluğu olmayan şəxs kimi cəza təyin etmişlər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki kassasiya protestində cəza təyini ilə bağlı göstərilən dəlillər birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarının dəyişdirilməsinə əsas vermir. Qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi Məhkum təqsirli bilindiyi maddədə müəyyən edilmiş sanksiyanın həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən məhz həmin cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən çıxış etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmaması barədə dəlili əsaslı hesab etmir. Məhkuma təyin edilmiş cəzanın müddəti onun şəxsiyyətinə və iş üzrə müəyyən edilmiş hallara uyğun gəlir və bu əlamətə görə həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cinayətin ağırlığına uyğun olmayan cəza hesab oluna bilməz. Beləliklə hazırkı cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2024-cü il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətd ə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının haqqındakı 11 iyun 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar