Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1020/2019 14.08.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 1020/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "14" avqust 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü mad dələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi İ.M.Sadıqov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2017-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Hacıyev Asim Hacımirzə oğlu, hakimlər Abdullayev Mehdixan Ədil oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) xx xxxx 1993-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş Lənkəran şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bil inib, CM-nin 206.3.2-ci maddəsi ilə 05 il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X7 da təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o və X7 şəxsiyyəti müəyyən edilməyən digər şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrupda əldə edib saxlamış və daşımış, habelə Məhkum və X7 qabaqcadan əlbir olan bir qrupda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirərək qaçaqmalçılıq etmişlər. Belə ki, Məhkum 2017-ci ilin təxminən may ayında Lənkəran şəhərində tanışı X7 və şəxsiyyəti müəyyən edilməyən İran İslam Respublikası (bundan sonra İİR) vətəndaşı ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaqla qazanc əldə etmə barədə sövdələşib qabaqcadan əlbir olan bir qrup təşkil etmiş və X20 tapşırığı üzrə hərəkət etməklə, qrup üzvləri arasındakı razılaşmaya əsasən 28 may 2017-ci il tarixdə İİRna gedib orada şəxsiyyəti müəyyən edilməyən şəxsdən satış məqsədilə külli miqdarda, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 8,638 qram olan heroin və bir ədəd şəffaf sellofan bükümdə üzərində «M 40» sözl əri yazılmış ümumi miqdarı 0,2 qram olan 5 ədəd Metadon həbləri narkotik vasitələrini qanunsuz olaraq əldə edib düz bağırsağının arxa keçəcək dəliyinə yerləşdirib saxlayaraq həmin gün qeyd olunan narkotik vasitələrini Astara Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirib bu barədə qrupun digər üzvü Məhkum məlumatlandırmış və aralarındakı sövdələşməyə uyğun olaraq üzərindəki narkotik vasitələri axırıncıya Lənkəran şəhərində təhvil vermək üçün qanunsuz olaraq düz bağırsağında saxlamaqla daşımış, X7 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı 28 may 2017-cı il tarixdə saat 1330 radələrində X14 Gömrük İdarəsinin yaxınlığında saxlanılaraq qeyd edilən şöbəyə dəvət olunub üstünə baxış keçirilərkən üzərində aşkar edilmiş həmin narkotik vasitələr, yəni düz bağırsağından çıxarıb təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-8,638 qram olan heroin və bir ədəd şəffaf sellofan bükümdə üzərində «M 40» sözləri 3 yazılmış ümumi miqdarı 0,2 qram təşkil edən 5 ədəd metadon həbləri narkotik vasitələri polis əməkdaşları tərəfindən götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Novruzov Ələsgər Əli İskəndər oğlu, hakimlər Camalov Etibar Əli oğlu və X8 ibarət tərkibdə) 02 mart 201 8-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilmiş əməli CM-nin 32.5,206.3.2-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəza CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 06 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 06 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2018-ci il tarix li qərarından Məhkum müdafiəçisi İ.M.Sadıqov kassasiya şikayəti verərək həmin qərarı dəyişdirərək Məhkum barəsində təyin olunan cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi İ.M.Sadıqov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum cinayətin iştirakçısı olmaqla Dövlət Gömrük Postundan narkotik vasitələri gizli yolla bilavasitə keçirməmiş, ona görə də Azərbaycan Respublikası CM-nin 64-cü maddəsinin mənasına görə hazırkı cinayətdə onun rolu konkretləşdirilməli və cinayətin törədilməsində faktiki iştirakının xarakteri, dərəcəsi, cinayətkar məqsədə nail olmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcmi və xarakteri nəzərə alınmalıdır. Qərardan göründüyü kimi, Məhkum cəza təyin edilərkən bu hallar kifayət qədər nəzərə alın mamış və onun barəsində ağır cəza tətbiq olunmuşdur. Ona görə də yuxarıda göstərilən halları nəzərə almalı və Məhkum barəsində onun törədilmiş cinayət əməlində iştirakına uyğun cəza tətbiq etməlidir. Bundan başqa, məhkəmə Məhkum istintaqa vermiş olduğu dürüst ifadələri ilə cinayət işinin açılmasında göstərdiyi köməkliyi, onun cavanlığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, iştirak etdiyi cinayət əməlində təqsirinin azlığını, əməlindən səmimi peşmançılığını, onun həbs olunması ilə ailəni dolandıran şəxs kimi onun ailəsinə bu hadisənin ağır təsirini kifayət qədər nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını dəyişdirərək Məhkum barəsində təyin olunan cəzanın yüngülləşdirilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi nin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (müdafiəçi qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2018-ci il tarixli qərarı isə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası qanunun bu tələbinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Məhkum satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması, daşıması cinayətinin törətməsi məhkəmədə tədqiq edilmiş müvafiq sübutlarla təsdiq edilmiş, həmin sübutlar yoxlanılarkan (tədqiq olunarkan) və qiymətləndirilərkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkum satış məqsədi ilə narkotik vasitələri əldə edib saxlaması və daşıması əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibini yaratdığı üçün düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Məhkəmə kollegiyası bunu da qeyd edir ki, həmin mad dələrlə cəza təyin edilərkən də bu məsələyə təsir edə bilən bütün hallar, o cümlədən şikayətdə göstərilən hallar nəzərə alınmış, Azərbaycan Respublikası CM-nin 8 və 58-ci maddələrinin tələblərinə tam riayət edilməklə məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmənin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində Məhkum cinayətin iştirakçısı olmaqla narkotik vasitələri Dövlət Gömrük postundan gizli yolla bilavasitə keçirmədiyi iddia edilir, bunlar nəzərə alınmaqla cəzasının yüngülləşdirilməsi və minimum həddə çatdırılması xahiş olunur. Məhkəmə kollegiyası ş ikayətin bu dəlili ilə əlaqədar qeyd edir ki, Məhkum qaçaqmalçılıq əməlini məhz qabaqcadan əlbir olan qrup şəkilində törətməsi təsdiq olunmur və onun əməli Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, apellyasiya məhkəməsi tərəfindən səhvən CM-nin 32.5,206.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin özü haqlı olaraq belə qənaətə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini törətməmiş, cinayətin bilavasitə icraçısı olmamış, cinayətdə yalnız köməkçi kimi iştirak etmişdir. Məhkum qaçaqmalçılıq cinayətinin bilavasitə icraçısı olmadığı məhkəmə iclasında qanunla nəzərdə tutulmuş qaydada tədqiq olunmaqla yoxlanılmış sübutlarla tam təsdiq olunur. İttihamın məzmununda göstərilənlər də Məhkum qaçaqmalçılıq cinayətinin bilavasitə icraçısı olduğu qənaətinə gəlməyə əsas vermir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 1 №-li qərarının 19-cu bəndində isə izah olunmuşdur ki, “... əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edi lməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mən subiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir...”. Məhkəmə kollegiyası işin faktiki hallarını, qanunun tələblərini, o cümlədən Azərbaycan Respublikası CM-nin 31, 32, 34.2-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən izahını nəzərə alaraq qeyd edir ki, Məhkum törətdiyi qaçaqmalçılıq əməlini məhz qabaqcadan əlbir olan qrup şəkilində törətməsi təsdiq edilmir, bu səbəbdən onun həmin qaçaqmalçılıq əməli Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsinin tərkibi ilə tam əhatə olunur və həmin maddəyə tövsif edilməlidir (CM-nin 32.5,206.3.2-ci maddəsindən). Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 33.2, 145.3 və 146.1-ci maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəx sin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 146. 1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası yuxarıdakılara və Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, məhkumun hərəkətləri Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsinə tövsif edilməli, ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası məhkuma Azərbaycan Respublikası CM-nin 32.5,206.2ci maddəsi ilə cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinin tələbinə əsasən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hökmdə və qərarda sadalanan cəzanı yüngülləşdirən halları da nəzərə alır və CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə dair müddəalarına əsaslanır. Məhkəmə kollegiyası bunlarla əlaqədar hesab edir ki, qərar dəyişdirilməli, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 02 mart 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə olan əməli Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə hazırki qərarla Azərbaycan Respublikası CMnin 32.5,206.2-ci maddəsi ilə təyin olunmuş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasını qismən toplamaq yolu ilə Məhkum qəti olaraq, 06 (altı) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsi n. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Mehparə Əhmədova İlqar Xələfov
Məhkəmə qərarları › İş №1(102)-1020/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1020/2019
14.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver