Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1020/2022 09.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli, 1(103)-137/ 2021 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx.xx.1981-ci ildə Ermənistan SSRİ-nin Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum edilmiş olunmuş və məhkumluğu ödənilmiş,"xxxx" MMC-nin təsisçisi və faktiki sahibi, eyni zamanda həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləmiş, Sumqayıt şəhəri, Yataqxana 2, Dostluq küçəsi, məhəllə 18, ev 32-də qeydiyyatda olub, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Qarayev küçəsi, ev 11-də yaşamışdır.
2. Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum xx.xx.2006-cı il tarixdə 100 faiz təsis payı ilə təsis etdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 say lı Ərazi Vergilər Departamentində ********** VÖEN-lə qeydiyyatdan keçirdiyi "xxxx" MMC-nin təsisçisi və faktiki rəhbəri, habelə həmin Cəmiyyətin Bakı Regional TexnikiTəhlükəsizlik İdarəsinin 2019-cu ilin iyun ayından rəisi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü ünvan 1 ünvanında yerləş ən ofisdə rəhbərlik etdiyi cəmiyyətə qardaşı X4 nəzarətçi-məsləhətçi vəzifəsinə işə götürməyi müqabilində sonuncudan 2019-cu ilin iyul ayının əvvəllərində birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini şəxsən, özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə rüşvət qismində istəyərək almış, bundan sonra 17 iyul 2019-cu il tarixdə Ruslan Hüseynovu həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin edib, törətmiş olduğu həmin cinayət əməlini pərdələmək, görəcəyi işə mülki əqd görüntüsü vermək üçün vəzifəli şəxs qismində tamah niyyətilə məzmununa bilə-biləyalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri, o cümlədən xx.xx.2019- cu il tarixdə Ruslan Hüseynov ilə özü arasında 01 nömrəli müqavilə bağlayıb onu işə qəbul edəcəyi nəzarətçiməsləhətçi vəzifəsinə uyğun təlimatlandırmağı, gələcəkdə işçi ilə əmək müqaviləsi bağlanılıb işə qəbul edəcəyi təqdirdə işçini mövsümə uyğun xüsusi geyim forması ilə təmin etməyi, əlavə ixtisas artırma kurslarına cəlb etməyi və bu işlə əlaqədar digər maddi xərcləri çəkməyi guya rəhbərlik etdiyi Cəmiyyətin öz üzərinə götürüb, bununla əlaqədar "xxxx" MMC-yə 2.000 manat pul ödənilməsi barədə həmin müqaviləyə əsasən pulun qəbul edilməsi barədə 05 iyul 2019- cu il tarixli ĞĞV Seriya 085351 №-li qəbzi ünvan 2 ünvanında yerləşən ofisdə tərtib edib baş mühasib və rəhbər kimi öz imzası, eləcə də Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni rəhbərlik etdiyi Cəmiyyətə Sumqayıt şəhər sakini Nümayəndə nəzarətçiməsləhətçi vəzifəsinə işə götürməyi müqabilində sonuncudan özü üçün Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsində nəzarətçi-məsləhətçi vəzifəsində işləyən öz qardaşı X1 vasitəsi ilə, yəni sonuncunun cinayətin törədilməsi üçün, o cümlədən işə düzəlmək niyyətində olan şəxslərin tapılması, onlar barəsində məlumatların verilməsində, habelə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini əldə etməklə özünə çatdırılmasında ifadə olunan köməkçiliyi ilə 2019-cu ilin iyul ayının ortalarında özünün tapşırığı əsasında X8 Əliyevdən Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında qəbul etdiyi 2.000 (iki min) manat məbləğində pul vəsaitini ünvan 2 ünvanında yerləşən ofisdə birbaşa yolla özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə rüşvət qismində istəyərək almış, bundan sonra 19 iyul 2019- cu il tarixdə Nümayəndə həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin edib, törətmiş olduğu həmin cinayət əməlini pərdələmək, görəcəyi işə mülki əqd görüntüsü vermək üçün vəzifəli şəxs qismində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri, o cümlədən xx.xx.2019-cu il tarixdə Nümayəndə ilə özü arasında 01 nömrəli müqavilə bağlayıb onu işə qəbul edəcəyi nəzarətçi-məsləhətçi vəzifəsinə uyğun təlimatlandırmağı, gələcəkdə işçi ilə əmək müqaviləsi bağlanılıb işə qəbul edəcəyi təqdirdə işçini mövsümə uyğun xüsusi geyim forması ilə təmin etməyi, əlavə ixtisas artırma kurslarına cəlb etməyi və bu işlə əlaqədar digər maddi xərcləri çəkməyi guya rəhbərlik etdiyi Cəmiyyətin öz üzərinə götürüb, bununla əlaqədar "xxxx" MMC-yə 2.000 manat pul ödənilməsi barədə həmin müqaviləyə əsasən pulun qəbul edilməsi barədə 19 iyul 2019-cu il tarixli ĞĞV Seriya 085353 №-li qəbzi ünvan 2 ünvanında yerləşən qeyd olunan müəssisədə tərtib edib baş mühasib və rəhbər kimi öz imzası, eləcə də Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan əlavə, o, həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni rəhbərlik etdiyi Cəmiyyətə Sumqayıt şəhər sakini Şahid3 nəzarətçiməsləhətçi vəzifəsinə işə götürməyə görə sonuncudan özü üçün Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsində nəzarətçiməsləhətçi vəzifəsində işləyən öz qardaşı X7 vasitəsi ilə, yəni sonuncunun cinayətin törədilməsi üçün, o cümlədən işə düzəlmək niyyətində olan şəxslərin ta pılması, onlar barəsində məlumatların verilməsində, habelə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini əldə etməklə özünə çatdırılmasında ifadə olunan köməkçiliyi ilə 2019-cu ilin iyul ayının sonlarında özünün tapşırığı əsasında X9 Allahverdiyevdən ünvan 2 ünvanında yerləşən ofisdə qəbul etdiyi 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini həmin ofisdəki xidməti iş otağında birbaşa yolla özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə rüşvət qismində istəyərək almış, bundan sonra 1 avqust 2019-cu il tarixdə Şahid3 həmin idarədə nəzarətçiməsləhətçi vəzifəsinə təyin edib, törətmiş olduğu həmin cinayət əməlini pərdələmək, görəcəyi işə mülki əqd görüntüsü vermək üçün vəzifəli şəxs qismində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri, o cümlədə n xx.xx.2019-cu il tarixdə Şahid3 ilə özü arasında 03 nömrəli müqavilə bağlayıb onu işə qəbul edəcəyi nəzarətçi-məsləhətçi vəzifəsinə uyğun təlimatlandırmağı, gələcəkdə işçi ilə əmək müqaviləsi bağlanılıb işə qəbul edəcəyi təqdirdə işçini mövsümə uyğun xüsusi geyim forması ilə təmin etməyi, əlavə ixtisas artırma kurslarına cəlb etməyi və bu işlə əlaqədar digər maddi xərcləri çəkməyi guya rəhbəlik etdiyi Cəmiyyətin öz üzərinə götürüb, "xxxx" MMC-yə 700 manat pul ödənilməsi barədə həmin müqaviləyə əsasən pulun qəbul edilməsi barədə 01 avqust 2019- cu il tarixli ĞĞV Seriya 085352 №-li qəbzi ünvan 2 ünvanında yerləşən qeyd olunan ofisdə tərtib edib baş mühasib və rəhbər kimi imzası, eləcə də Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan əlavə o, h əmin vəzifədə işləyərkən qulluq mövqeyinə görə özünə olan inam və etibardan aldatma yolu ilə istifadə etməklə özgənin xeyli miqdarda əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə, tanışı Şahid1 2019-cu ilin sentyabr ayının ortalarında Sumqayıt şəhərində görüşləri zamanı yaxın əlaqələrindən istifadə edərək Sumqayıt şəhəri, “Nəsimi” adına X3 müdir vəzifəsinə təyin etdirəcəyi barədə yalan məlumat verərək inandırmaqla dövlət orqanında işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar sonuncunun xeyrinə hərəkətlərin edilməsi, yəni qeyd edilən vəzifəyə təyin edilməsindən ötrü qərar qəbul olunması müqabilində özünün vasitəsi ilə birbaşa yolla maddi nemət olan 20.000 ABŞ dolları məbləğində pul vəsaitinin verilməsinin zəruri olduğunu bildirib Şahid1lə sövdələşməklə əv vəlcədən planlaşdırdığı cinayətkar niyyətini həyata keçirərək 2019-cu ilin sentyabr ayının sonlarında Şahid1 Sumqayıt şəhərində 14 mərtəbə kimi tanınan binanın altında yerləşən “Art” çay evində 10.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 17.000 manat, 2019-cu ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, 9-cu mikrorayonda yerləşən «Qızıl qala» restoranında 10.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 17.000 manat, ümumilikdə özgəyə, yəni Şahid1 məxsus xeyli miqdarda təşkil edən 34.000 manat məbləğində pulunu qulluq mövqeyindən istifadə etməklə vahid qəsdlə alaraq aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin əməli ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətin edilməsi müqabilində vəzifəli şə xsə birbaşa yolla özünün vasitəsi ilə rüşvət verməyə Şahid1 təhrik etmişdir. Hökmə əsasən X7 xx.xx.2006-cı il tarixdə təsis edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində ********** VÖENlə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin təsisçisi və faktiki rəhbəri, habelə həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin 2019cu ilin iyun ayından rəisi vəzifəsində işləyən qardaşı Məhkum Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək və digər səlahiyyətl ərə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, Məhkum xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında istifadəsinə götürdüyü ünvan 2 ünvanında yerləşən ofisdə rəhbərlik etdiyi cəmiyyətə nəzarətçi-məsləhətçi vəzifəsinə işə götürməyi müqabilində 2019-cu ilin iyul ayının əvvəllərində birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində şəxsən Məhkum təqdim etməsindən sonra sonuncu tərəfindən 17 iyul 2019-cu il tarixdə qəbul edilən əmrlə həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin edilməklə, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Məhkum edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaiti rüşvət qismində vermişdir. Bundan başqa, o, 17 iyul 2019-cu il tarixdən "xxxx" MMC-nin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsində nəzarətçi-məsləhətçi vəzifəsində işləyərkən, həmin Cəmiyyətin təsisçisi və faktiki rəhbəri, habelə Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin 2019-cu ilin iyun ayından rəisi vəzifəsində işləyən qardaşı Məhkum Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə sonuncu üçün bir başa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində istəyərək alınması ilə bağlı cinayətinin törədilməsi üçün işə düzəlmək niyyətində olan şəxslərin tapılması, onlar barəsində məlumatların verilməsində, habelə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini əldə etməyi və ona çatdırmağı qabaqcadan vəd etməklə yardım edərək, Məhkum xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında istifadəsinə götürdüyü ünvan 2 ünvanında yerləşən qeyd olunan Cəmiyyətdə Sumqayıt şəhər sakini Nümayəndə nəzarətçi-məsləhətçi vəzifəsinə işə götürməyə görə sonuncudan 2019-cu ilin iyul ayının ortalarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində şəxsən istəyib alaraq, ünvan 2 ünvanı nda yerləşən ofisdə həmin tarixdə Məhkum təqdim etməsindən sonra sonuncu tərəfindən 19 iyul 2019-cu il tarixdə qəbul edilən əmrlə Nümayəndə həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin edilməklə, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Məhkum edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində istənilməklə alınmasında köməkçi qismində iştirak etmişdir. Bundan əlavə, o, həmin vəzifədə işləyərkən, təkrarən, həmin Cəmiyyətin təsisçisi və faktiki rəhbəri, habelə Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin 2019cu ilin iyun ayından rəisi vəzifəsində işləyən qardaşı Məhkum Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilə rlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində istəyərək alınması ilə bağlı cinayətinin törədilməsi üçün işə düzəlmək niyyətində olan şəxslərin tapılması, onlar barəsində məlumatların verilməsində, habelə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini əldə etməyi və ona çatdırmağı qabaqcadan vəd etməklə yardım edərək, qeyd olunan Cəmiyyətdə Sumqayıt şəhər sakini Şahid3 nəzarətçi-məsləhətçi vəzifəsinə işə götü rməyə görə sonuncudan 2019-cu ilin iyul ayının sonlarında ünvan 2 ünvanında yerləşən ofisdə birbaşa yolla maddi nemət olan 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində şəxsən istəyib alaraq qeyd olunan ofisdə həmin tarixdə Məhkum təqdim etməsindən sonra sonuncu tərəfindən 1 avqust 2019-cu il tarixdə qəbul edilən əmrlə Şahid3 həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin təyin edilməklə, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Məhkum edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində istənilməklə alınmasında təkrarən köməkçi qismində iştirak etmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 78.2.3, 178.2.4, 311.3.2, 32.4, 312.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları və əlavə cəzalar qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Məhkum qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
4. Həmin hökmlə X7 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkd ə təqsirli bilinərək məhkum edilmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 1(101)-419/2020 nömrəli hökmündən Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilərək məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmünü ləğv edərək bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli, 1(103)-137/2021 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətər Məhkəməsinin 22 sentyabr 2020-ci hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2020-ci il tarixli, 1(103)-137/2021 nömrəli qərarından Məhkum tərəfin dən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
8. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona daha yüngül cəza təyin edilməsini xahiş edir.
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər 9.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 10.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 12.Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edil məsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. 13.Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. 14.Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419 -cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli, 1(103)-137/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 15.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etmə lidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). 16.Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət tör ətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 17.Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 18.Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 19.Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törəd ilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 20.Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə məhkum edilmiş şəxsə cəza təyin edərkən Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir, cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. 21.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçi rilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 22.Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfondən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il t arixli, 1(103)-137/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli, 1(103)-137/2021 nömrəli qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın.