Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1021/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib:İsazadə Elnur Nizami oğlu, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 iştirakı ilə, Abşeron rayon məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,186.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 16 mart 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X4) Məhkum- 20 sentyabr 1978-ci il tarixdə Gədəbəy rayonunun ********* kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun ************** kəndində qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 29,186.2.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli 23.10.2017-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, özgənin külli miqdarda əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd etmişdir. Belə ki, o 10 dekabr 2016-cı il tarixdə saat 11 radələrində Abşeron rayonu ********** kəndi “Vulkan dağı” adlanan ərazidə yerləşən X1 məxsus 12000 manat dəyərində birmərtəbəli fərdi yaşayış evini yandırıb məhv etmək niyyəti ilə evin icərisində olan hər birinin dəyəri 50 manat olan 4 ədəd döşəyi, hər birinin dəyəri 40 manat olan 6 ədəd yorğanı, hər birinin dəyəri 12 manat olan 5 ədəd balışı, 1 ədəd 2,5x3,5 metr ölçüdə 200 manat dəyərində Türkiyə istehsalı olan xalçanı, hər birinin dəyəri 40 manat olan 2 ədəd qadın görəkçəsini mənziln orta sahəsində döşəmə üzərində bir yerdə toplayaraq özü ilə götürdüyü alışqanla od vurub qəsdən yandıraraq mınzili tərk etmiş, evin yandığının şahidi olan qonşular tərəfindən yanğın söndürüldüyündən iradəsindən asılı olmayan səbəblərə görə külli miqdar təşkil edən əmlakın tam olaraq yanmasına nail olmayaraq zərərçəkmiş şəxs S8 əmlakının bir hissəsini yandırmaqla qəsdən məhv edərək ona ümumilikdə 780 manat məbləğində maddi ziyan vurmuşdur. Hökmdən zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: H.Ə.Nəbiyev (sədrlik edən və məruzəçi), N.R.Mövsumov və E.M.Əhmədovdan ibarət tərkibdə) 16 mart 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək xahiş etmişdi r. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsində edilmiş dəyişikliklə əlaqədar 12000 manat külli miqdar hesab edilmir və həm də o mənzili yox, zərərçəkmiş şəxsin paltarlarını yandırmağa cəhd etmişdir. göstərilənlərə əsasən hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 29,186.1-ci maddəsinə tövsif edilərək bu qanun əsasında ona daha yüngül cəza təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 6 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları süb uta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsində edilmiş dəyişikliklə əlaqədar 12000 manat külli miqdar hesab edilmir və həm də o mənzili yox, zərərçəkmiş şəxsin paltarlarını yandırmağa cəhd etmişdir. Onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,186.1-ci maddəsinə tövsif edilərək bu qan un əsasında ona daha yüngül cəza təyin edilməlidir. Məhkəmə kollegiyası hesb edir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 12000 manatın külli miqdar olmamsı barədə kassasiya şikayətinin dəlili əsaslıdır və məhkuma elan edilmiş ittihamın məzmununda olan “külli miqdar” sözləri “xeyli miqdar” söcləri ilə əvəz edilməlidir. Bununla yanaşı mə hkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 29,186.1-ci maddəsinə tövsif edilməsi barədə dəlili əsassızdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməli qəsd etdiyi cinayətin predmetinin dəyəri ilə deyil, cinayətin törədilmə üsulu ilə bağlıdır. Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda cinayət tərkibi nəzərdə tutulmuşdur. Məhkum cinayət əməlini yandırmaqla törətdiyindən onun cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,186.2.2-ci madəsinə tövsif edilmişdir və cinayət əməlinin CM-nin 29,186.1-ci maddəsinə tövsif edi lməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkumun zərərçəkmiş şəxslə barışıq əldə etməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi b u Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkuma cəza təyi edilərkən nəzərə alınmalıdır ki, təyin edilmiş cəza qanunun sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan həmin cəzanın dörddə üçünün dörddə üçü 3 il 9 aydan bir qədər çoxdur. Beləliklə məhkuma məhkəmələr tərəfindən təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının həddi qanunla müəyyən edilmiş minimumdan çox deyildir. Ona gör ə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassız olduğundan təmin edilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2018-ci il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti t\min edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2018-ci il tarixli qərarında “külli miqdar” sözləri “xeyli miqdar” sözləri ilə əvəz edilsin, qalan hissədə qərar kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1021/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1021/2019
09.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver