Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1021/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 222.2 və 162-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.Q.Quliyev, hakimlər A.İ.Paşayev və İ.X.Həsənzadədən ibarət tərkibdə) xx xxxxxx 1955-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, «xxxxxx» elmi istirahət birliyində sədr müavini vəzifəsində işləmiş, Goranboy rayonu Xanqərvənd kəndində qeydiyyat olan. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.3.2, 256.3, 311.1-ci maddələri ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx xxxx 2008-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 il 9 ay 12 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 179.3.2-ci maddələri ilə 2 il müddətinə dövlət və yerli özünə idarə orqanlarında seçki və təyinetmə yolu ilə vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxx 2016cı il tarixli qərarı qismən ləğv edilmiş, CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verilmiş, CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyi epizod cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar ittihamdan xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin yeni redaksiyası ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli hökmü çəkilməmiş qalan 01 il 09 ay 12 gün hissəsi qismən birləşdirilməklə qəti olaraq 05 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, həbsdə və ev dustaqlığında saxlanıldığı 02 il 05 ay 02 gün Az ərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən müəyyən edilmiş 05 il 01 ay qəti cəzadan çıxılmış və üzərində qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 222.2 və 162-1.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci və 62-ci maddələrinə əsasən 01 il 06 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətinə, CM-nin 222.2-ci maddəsi ilə 01 il 06 ay müddətinə dövlət orqanlarında və yçrli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum e dilmiş, CM-nin 162-1.1 -ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplamaqla Məhkum 02 il 06 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il 06 ay 28 gün azadlıqdan məhrumetmə cəzası yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 il 06 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqan larında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə təkrarən cəlb etmiş, dələduzluq, yəni, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını, külli miqdarda zərər vurmaqla ələ keçirmiş, tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair i şlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Hökmdən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim N.R.Mövsümov, hakimlər V.C.Cəfərov və M.Ə.Rayevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 162-1.1, 178.3.2 və 222.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 46.2 və 62-ci maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə d övlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən hazırkı qərarla Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) i l 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları qismən toplamaqla Məhkum 02 (iki) il 06 (altı) ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı qərarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzaları qismən toplamaqla Məhkum qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etm ə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum məhkəmə kollegiyasına müraciət edərək verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiy a şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Resp ublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 222.2 və 162-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1021/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1021/2020
10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver