Məhkəmə qərarları › İş №1(102)-1021/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1021/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1021/2023 08.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddə si ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər X6 və X10 ibarət tərkibdə) 25 iyul 2022-ci il tarixli hökmü ilə 1994-cü il avqustun 01-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində bir nəfər azyaşlı uşağı olan, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 4 «a», ailəvi yataqxanada qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhru metmə cəzasına məhkum olunmuş, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə 2014-cü il 15 aprel təvəllüdlü övladı X11 14 yaşına çatanadək hökmün icrası təxirə salınmış, övladı X11 14 yaşına çatanadək davranışına nəzarətin Bakı Şəhər Probasiya İdarəsinə tapşırılması, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbirinin seçilməsi və dərhal məhkəmə iclası zalında həbsdən azad edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının hökmün faktiki icra olunacağı vaxtdan hesablanması, narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X18 və X1 ibarət tərkibdə) 22 noyabr 2022-ci il tarixli qərarı ilə məhkum X2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 1(101)-690/2022 saylı hökmü dəyişdirilmiş, X2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunmaqla cəza təyin olunmasına dair göstəriş və müddəalar hökmdən xaric edilmişdir. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 06 (altı) il müddətinə endirilmişdir. X2 29 noyabr 2021-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla hazırki qərarla təyin olunan cəzadan çıxılmış və üzərində çəkməsi üçün 05 (beş) il 04 (dörd) ay 04 (dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X5 hazırki qərarla təyin 05 (beş) il 04 (dörd) ay 04 (dörd) gün azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 noyabr 2022-ci il tarixdən hesablanmış, X8 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, X3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməsi, X7 məhkəmə iclas zalında dərhal həbsə alınaraq Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum şəxsiyyəti istintaqa məlum olmayan Rza adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda beş ədəd bükümdə ümumi 177,321 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda bir ədəd bükümdə 21,272 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və metadon narkotik vasitənin təsir miqdarı 0,120 qram təşkil edən üç ədəd dərman həbini əldə edib üzərində saxlamaqla daşımış, Məhkum qanunsuz əməlləri barədə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübari zə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı o, 2021-ci il noyabrın 29-da saat 23:55-də ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olduğu vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmiş, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən özündə olan qara rəngli çantanın içərisindən külli miqdarda beş ədəd bükümdə ayrı-ayrılıqda 137,224 qram, 9,424 qram, 22,235 qram, 0,362 qram və 8,066 qram, ümumilikdə 177,321 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda bir ədəd bükümdə 21,272 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, metadon narkotik vasitənin təsir miqd arı 0,120 qram təşkil edən üç ədəd dərman həbi və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, ona təyin edilmiş cəza ədalətsiz və qeyri-obyektivdir. Birinci instansiya məhkəməsi himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq onun barəsində CM-in 79.1-ci maddəsini tətbiq etmişdir. Lakin Apellyasiya məhkəməsi bunu nəzərə almadan ona ağır cəza təyin etmişdir. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci tarixli qərarını ləğv edib, cinayət işinin yenidən apellyasiya instansiyası məhkəməsində baxılmağa təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya prot estinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyala rı məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olduğu qeyd edilməklə, məhkum barəsində CM-in 79-cu maddəsinin tətbiq olunmasının zəruruliyi iddia edilir. C inayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası CM-ninnin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, "Azərbaycan Respublikası CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1 -ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli, "Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin b əzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, "cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-c i maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Qanunvericilik törədilmiş cinayətlərə görə məsuliyyət nəzərdə tutan qanun maddəsinin sanksiyası həddində cəza təyin olunmasının ümumi qaydalarını müəyyən etməklə yanaşı, hökmün icrasının təxirə salınmasına da yol verir. Yuxarıda qeyd olunan qanun normasının məzmunundan göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinin tətbiqinə törədilmiş cinayətin xarakteri, ağırlıq və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi şəraitindən asılı olaraq məhdudiyyət müəyyən etməmiş, yalnız həmin maddənin şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərə tətbiq olunmasına istisnalar müəyyən etmişdir. CM-in müddəaları (o cümlədən 79-cu maddə) müəyyən siyasi-hüquqi münasibətlərin, hüquq normalarının, ideyaların, baxışların sistemi kimi səciyyələndirilən və dövlət tərəfindən yürüdülən cinayət-cəza siyasəti ilə bağlıdır. Bu siyasətin əsas məzmunu məqsəd və vəzifələrin işlənib hazırlanmasından, ictimai təhlükəsizliyin və cinayətkarlığın aradan qaldırılması və ya sosial baxımdan qəbul oluna biləcək səviyyədə saxlanmasının təmin edilməsi üçün zəruri vasitə və üsulların seçilməsindən ibarətdir. Cinayət-cəza siyasəti kompleks xarakteri daşıyır və digərləri ilə yanaşı ilk növbədə cinayətkarlıqla mübarizənin aparılması üzrə cinayət-hüquqi, cinayət-prosessual, cəza-icra normalarının müəyyənləşdirilməsini nəzərdə tutur (Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasını n 25-ci maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 28-ci maddəsinin İ hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 02 mart 2010-cu il tarixli qərarı). Apellyasiya məhkəməsinin qərarını qeyd edilən normaların tələbləri baxımından kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi Məhkum barəsində CM-nin 79.1-ci maddəsinin tətbiqini istisna edir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, on dörd yaşınadək uşaqları olan bəzi məhkum edilmiş şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasının mümkünlüyünü nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1 -ci maddəsi dispozitiv xarakter daşıyır və məsəl ə ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz hüququnu müəyyənləşdirir. Məhkum himayəsində uşağı 15 aprel 2014-cü il təvəllüdlü olmaqla birneçə aydan sonra 9 yaşı tamam olacaqdır. Bundan başqa, Məhkum keçirdiyi həyat tərzi, onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi onun övladının tərbiyəsi ilə məşğul olmaq həvəsində olmasını ifadə etməmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlləri narkotik vasitələrin satışı ilə bağlı olduğundan və o, azadlıqda qalarsa həmin növ cinayətin törədilməsinə əsaslı ehtimalların olduğunu nəzərə alındıqda onun cəzasının təxirə salınması cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində müəyyən edilən şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını al maq məqsədinə uyğun olmaması barədə qənaəti əsaslıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırki cinayət işindən əlavə Məhkum barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarsənin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılır və o, 30 sentyabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin təxirə salınması işin hallarına uyğun olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiqi b arədə göstərişlərin hökmdən xaric edilməsi, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyən olunması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi həmçinin haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum azadlıqdan məhrumetmə cəzası təyin edərək həmin cəzanın müddətini müəyyən edərkən ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası hüdudlarından kənara çıxmasa da, ədalətsizliyə yol vermiş və faktiki olaraq məhkuma ağır cəza təyin etmişdir. Bundan başqa, Apellyasiya məhkəməsi Məhkum gəncliyini də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış və qeyd etmişdir ki, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiy i maddəsinin sanksiyası hüdudlarından kənara çıxmasa da, faktiki onun şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin edilmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətini həmin maddənin sanksiyası həddində azaldaraq ona qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum edilmiş şəxsə cəza təyin edilməsi ilə bağlı mövqeyini əsaslı sayaraq hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinə əsasən apellyasiya instans iyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar