Məhkəmə qərarları › İş №1(102)-1021/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1021/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1021/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakim Hafiz Əliyev (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Aynur Rzayevadan ibarət tərkibdə) 05 aprel 2023-cü il tarixli 1(124)-16/2023 nömrəli hökmü ilə xx xxx 1964-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3 və 237.2.3cü maddələri ilə təqsirli bilinib, ona CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsi üzrə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 25 mart 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədilə 1 (bir) ədəd bükümdə 0,336 qram açıq qəhvəyi rəngli həb qırıntısından ibarət narkotik vasitə olan metadon və 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,403 qram və 6,552 qram, ümumi çəkisi 9,955 qram olan tünd qəhvəyi qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryək əldə edib daşıyaraq saxlamış, 25 mart 2021-cı il tarixdə saat 13:45 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən “Qala” restoranının yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə 0,336 qram açıq qəhvəyi rəngli həb qırıntısından ibarət narkotik vasitə olan metadon və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,403 qram və 6,552 qram, ümumi çəkisi 9,955 qram olan tünd qəhvəyi qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyn i tərkibli narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 25 mart 2021-ci il tarixdə saat 14:22 radələrində yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi 450 saylı evinə baxış keçirilərkən mənzildə mətbəxdəki televizor altında olan şkafın siyirtməsindən qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib saxladığı 1 ədəd bükümdə satış məqsədi ilə külli miqdarda 2,704 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 7 ədəd üzərlərində “Methadone40” göstəriciləri olan blister kəsiklərində açıq-qəhvəyi rəngli üzərlərində F/M40 göstəriciləri olan, eyni tərkibli dərman həbləri tərkiblərində 0,280 qram narkotik vasitə olan metadon, qonaq otağının pəncərə qarşısında isə qanunsuz olaraq aqr otexniki qaydada qulluq edib əkib becərərək kultivasiya etdiyi tərkibində narkotik maddələr olan 5 (beş) ədəd plastik qabda külli miqdarda, 61 ədəd yaş vəziyyətdə ümumi çəkisi-5,201 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədli Rzayev, Elman Rəhimov və Elman Əhmədovdan ibarət tərkibdə) 22 iyun 2023-cü il tarixli 1(105)-313/2023 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2023cü il tarixli, 1(124)-16/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsini və təqsirli bilindiyi CM-in 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, apellyasiya məhkəməsinin barəsində çıxardığı qərar birtərəfli olaraq yalnız ittiham hökmü əsasında çıxarılmış, bu iş üzrə onun təqsiri olmağı tam şəkildə sübuta yetirilməmişdir. O, səmimi olaraq etiraf edir ki, həbs olunduğu günə qədər və əvvəllər narkotik maddələrin istifa dəçisi olmuşdur. İstifadəçi kimi CM-in 234.1-ci maddəsinə əsasən məhkum olunmuşdur. Məhkumluğu ödənilib. Heç vaxt narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. O, ailəlidir. Himayəsində biri birinci qrup əlil olmaqla 2 övladı var. O, ailənin tək qazanc gətirən üzvüdür. Hazırkı cinayət işi üzrə özünü CM-in 234.1-ci maddəsinə əsasən istifadəçi kimi və CM-in 93.1.2-ci maddəsinə əsasən “Narkomaniyadan məcburi müalicə” olunmada razılaşır. İttiham aktında, hökm və qərarda göstərilən 0,336 və 10 kq-a yaxın narkotik vasitəni heç bir şəxsdən almamış, daşımamış, saxlamamış, yalnız həbs olunarkən çəkiliş zamanı görmüşdür. Birinci instansiya və apellyasiya məhkəməsinin icraatı zamanı hal şahidi qismində iştirak edən polis əməkdaşlarının verdikləri saxta-yalan ifadə lərin mötəbərliyi, doğruluğu yoxlanılmamış, o ifadələr bir-birinə müqayisə olunmamış, üzləşmə aparılmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veri bverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, CM-in 237.2.3-cü maddəsi ilə barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə və ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətindən görünür ki, Məhkum ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitəni qanunsuz olaraq əldə etməsi və saxlaması, habelə qanuns uz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi faktlarını inkar etmir, yalnız məhkum tərəfindən birinci əməlin satış məqsədi ilə, ikinci əməlin isə külli miqdarda törədilməsi barədə ittihamın hissəsini mübahisələndirir. Onun fikrincə narkotik vasitəni qanunsuz olaraq əldə etmə və saxlama hərəkətlərini satış məqsədi ilə törətməsi, habelə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasını külli miqdarda etməsi cinayət işi üzrə sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkə tsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaradır. Eyni ilə əməlin Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası külli miqdarda edilməlidir. Göründüyü kimi “satış məqsədi” CMin 234.4.3-cü maddəsinin cinayət tərkibində, “külli miqdar” isə CM-in 237.2.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi təsdiq edilmişdir. Belə ki, məhkəmə iclaslarında tədqiqi edilmiş şahidlərin ifadələrindən, “baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında” 25 mart 2021-ci il tarixli protokoldan və eyni tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Məhkum 61 ədəd çətənə bitkisi kultivasiya etmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayə t edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərinə dair” İİİ siyahıdan görünür ki, çətənə növlü bitkilərin 16 ədəd və daha çox olması külli miqdar sayılır. Göründüyü kimi məhkumun tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi sübutlarla tam təsdiq olunur və kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Bundan başqa, məhkəmə iclaslarında tədqiq edilmiş şahidlərin ifadələrindən, “Şəxsi axtarış və götürmə haqqında” 25 mart 2021-ci il tarixli protokoldan və eyni tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, məhkumun üzərində və onun yaşadığı evdə 1 (bir) ədəd bükümdə 0,336 qram açıq qəhvəyi rəngli həb qırıntısından iba rət narkotik vasitə olan metadon və 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,403 qram və 6,552 qram, ümumi çəkisi 9,955 qram olan tünd qəhvəyi qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryək, 1 ədəd bükümdə 2,704 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 7 ədəd üzərlərində “Methadone40” göstəriciləri olan blister kəsiklərində açıq-qəhvəyi rəngli üzərlərində F/M40 göstəriciləri olan, eyni tərkibli dərman həbləri tərkiblərində 0,280 qram narkotik vasitə olan metadon aşkar edilmişdir. Məhkəmə iclasında Məhkum onda aşkar edilmiş narkotik vasitəni özünün istifadəsi üçün əldə etməsi və saxlamasını göstərsə də, məhkəməyədək icraat zamanı göstərmişdir ki, həmin narkotik vasitən i həm də satmaq üçün əldə etmiş və saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “ təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Pl enumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişlər ki, Məhkum üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələri məhz satış məqsədilə əldə etməsi və saxlaması təsdiq olunmuş və Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarındakı və işə baxan apellyasiya instansiyası məhkəməsinin qərarlarının təsviriəsaslandırıcı hissələrindəki istinad etdikləri sübutlarla müqay isəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, onun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası kassatorun məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə dəlilləri əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Kassasiya kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası işə baxan məh kəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəm ə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar