Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1021/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 202 3-cü il tarixli 1(105)-657/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aynur Rzayeva (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Hafiz Əliyev) 10 oktyabr 2023-cü il tarixli 1(124)428/2023 nömrəli hökmü ilə xx xxxx 1988-ci il tarixdə Xaçmaz rayonu Yergüc kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Xaçmaz rayonunun Yergüc kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlandığı 5 (beş) ay müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Abdiyev X2 Şıxsa İlham oğlu ilə birlikdə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəx s halında tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmiş, həmçinin Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Məhkum və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs halında, küllü miqdarda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək məqsədilə Xaçmaz rayonu, Uzunoba kəndi ərazisində, UzunobaQaracəlli kənd yolunun Uzunoba kəndindən Qaracəlli kəndi istiqamətinə doğru 1 km məsafədə olan yolun sağ tərəfindəki torpaq yolla meşəyə doğru 800 metr məsafədə yerləşən, ağaclarla və sıx kollarla əhatə olunmuş meşə sahəsinə Məhkum tərəfindən əldə olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxu mlarını 2022-ci ilin aprel ayında torpağa basdıraraq əkmiş və əkdikləri həmin toxumlardan yetişən 1233 (min iki yüz otuz üç) ədəd çətənə bitkisinə 01 iyun 2022-ci il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları küllü miqdarda kultivasiya etmiş, Məhkum həmçinin satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, bu faktlar Xaçmaz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 01 iyun 2022-ci il tarixdə yuxarıda qeyd olunan meşə sahəsinə saat 13:40-15:15 müddətində baxış keçirilən zaman, həmin yerdən 1233 (min iki yüz otuz üç) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 15000 (on beş min) qram əkilib becərilməsi qadağan olunmuş narkotik tərkib li çətənə bitkiləri, habelə ümumilikdə 75,41 qram olmaqla, 3 ədəd sellofan torbanın içərisindən müvafiq olaraq təmiz çəkiləri 11,01 qram, 26,40 qram və 38,0 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da Məhkum və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmiş (əkmə və yetişdirmə), Məhkum həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Rəhimov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Məhəmmədəli Rzayev) 19 dekabr 2023-cü il tarixli 1(105)-657/2023 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 1(124)-428/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2023-cü il tarixli 1(105)-657/2023 nömrəli qərarının ləğv edilməsi və barəsində daha yüngül və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr işi hərtərəfli araşdırmamış, təqdim edilən sübutlara və işdə olan uyğunsuzluqlara məhəl qoymadan ağır və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, məhkəmələr ona cəza təyin edərkən ilk dəfə məhkum olunmasını, gələcək həyat şəraiti, himayəsində yaşlı və xəstə ana və atasının olmasını, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, barəsindəki yüngülləşdirən hallar nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kass asiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-1 46-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum cinayət törədilməsində iştirak etməsi iş materiallarındakı sübutlarla tam təsdiq olunmuş və onun əməlləri Azərbaycan Respublikası CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qan unvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə birinci və apellyasiya instansiyası məhkəmələri sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələb lərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyətini və cəzasını yüngülləşdirici halların kifayət qədər nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, h əm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədind ən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, həm birinci instansiya məhkəməsi, həm apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən etməmişlər. Bununla da, Məhkum CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tut ulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, CM-in 234.1-ci maddəsi ilə 1 il müddətə müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 6 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Məhkum 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş və saxlanılmış narkotik vasitənin növü və miqdarı və ya qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (kolların) sayı ilə bağlıdır. Cinayət işinin materiallarından isə görünür ki, məhkum tərəfindən qanunsuz olaraq külli miqdarda 1233 (min iki yüz otuz üç) ə dəd olmaqla ümumi çəkisi 15000 (on beş min) qram əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərini kultivasiya etmiş, o cümlədən 75,41 qram olmaqla, 3 ədəd sellofan torbanın içərisindən müvafiq olaraq təmiz çəkiləri 11,01 qram, 26,40 qram və 38,0 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2-ci maddəsinin sanksiyasında isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum yuxarıda qeyd edilən maddələrlə təyin edilmiş cəza məhkumun törətdiyi c inayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin şəxsiyyəti və ailə vəziyyəti, habelə işin halları kifayət qədər nəzərə alınmışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və cəzanı yüngülləşdirən hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici tə sirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyas ı məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2023-cü il tarixli 1(105)-657/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM- in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 19 dekabr 2023-cü il tarixli 1(105)-657/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1021/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1021/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver