Məhkəmə qərarları › İş №1(102)-1022/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1022/2019

30.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1022/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Mehparə Tofiq qızı Əhmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, zərərçəkmiş şəxsin hüquqi varisi X10 və məhkumun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 13 mart 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər E.Əliyev (sədrlik edən və məruzəçi), M.Abdullayev və A.Hacıyevdən ibarət tərkibdə) 1(089)-405/2017 nömrəli 14 noyabr 2017-ci il tarixli hökmü ilə 09 iyul 1992-ci il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı uşaq atası, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan; Məhkum AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib 12(oniki) il 6(altı) ay müddətəazadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 06 avqust 2016-cı il tarixdən hesablanmışdır. X9, X15, X16, X11 və X6 da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, tanışları X19 və X15 ilə cinayət əlaqəsinə girərək tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, quldurluq, yəni külli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə hucuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın etmək qərarına gəlib aralarında razılıq əldə etdikdən sonra məqsədlərini həyata keçirmək üçün 31 oktyabr 2015-ci il tarixdə saat 01 radələrində Şirvan şəhəri 1 May küçəsində görüşüb başlarına kapron corabdan maska, əllərinə selofan keçirərək Məhk um yaşadığı evin həyətindən hasardan aşmaqla sonuncunun qonşuları X3 və X7 yaşadıqları Şirvan şəhəri, 1 May küçəsi, x nömrəli evinin həyətinə keçmiş, evin yan tərəfindən götürdükləri dəmir nərdivanla qalxıb mətbəxin pəncərəsini itələyib açmaqla yaşayış sahəsinə qanunsuz olaraq girərək orada yatmış olduqlarına görə köməksiz vəziyyətdə olan X5 və onun arvadı X6nın həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək ilk olaraq X5in sifət nahiyyəsinə zərbə endirib, yataq otağından götürdükləri parça ilə onun əllərini və ayaqlarını bağlayaraq başına köynəyini keçirib qalstukla bağlayıb ağzına corab soxmaqla çarpayıdan yerə ataraq üzərinə yorğan –döşək ataraq ona sol göz ətrafında qançırlı şiş, sol gözün ağlı hissəsində qansızma, sol əng hissəsində, sağ əlin bayır hissəsində qan çırlı şişlər, alt dodağın sol tərəfində qançır kimi sağlamlığına zərər vurmayan xəsarətlər yetirdikdən sonra X6nın da əllərini, ayaqlarını və ağzını bağlayaraq ona sağ saidin ön səthinin aşağı 1/3 hissəsində və sol saidin ön səthinin aşağı 1/3 hissəsində qançırlar kimi sağlamlığına zərər vurmayan xəsarətlər yetirib müqavimətlərini qırdıqdan sonra evdə axtarış apararaq zərər çəkmiş şəxsləri X4 və X6ya məxsus olmaqla birgə əmlakları olan 150 (yüz əlli) manat dəyərində bir ədəd qızıl üzüyü, 2500 (iki min beş yüz) manat dəyərində qızıl boyunbağını, 500 (beş yüz) manat dəyərində bir ədəd kişi qızıl qol saatını, 450 (dörd yüz əlli ) manat dəyərində aypara şəkilli qızıl klonu, hər birinin dəyəri 500 (beş yüz) manat olan 3 ədəd qızıl onluqları, 5500 (beş min beş yüz) manat və məzənnə ilə 1.018 man at təşkil edən 970 ABŞ dolları məbləğində pulu, cəmi 11.618 (on bir min altı yüz on səkkiz) manat dəyərində külli miqdarda əmlakı ələ keçirib quldurluq etmişdir. Bundan başqa, o, təkrarən, tanışı X11 ilə cinayət əlaqəsinə girərək tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın etmək qərarına gəlib aralarında razılıq əldə etdikdən sonra məqsədlərini həyata keçirmək üçün 03 iyun 2015-ci il tarixdə saat 10 radələrində Şirvan şəhəri, Z.Hacıyev küçəsində görüşüb başlarına qara rəngli qış papağından düzəltdikləri maskanı keçirərək hasarın kənarında olan qum topasının üstünə çıxaraq Şirvan şəhər sakini X4 ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə keçmiş, evin yan tərəfindəki qonaq otağına açılan açıq pəncərəsindəki toru çıxarmaqla yaşayış sahəsinə qanunsuz olaraq girərək evdə olan X7ni yerə yıxıb əl və ayaqlarını qadın baş örtüyü və özləri ilə gətirdikləri sintetik iplə bağlayıb, ona burunda qançırlı şiş, sıyrıq, sol baldırın ön səthinin aşağı 1/3 hissəsində və sağ baldırın ön səthinin 1/3 hissəsində sıyrıqlar kimi sağlamlığına zərər vurmayan xəsarətlər yetirib müqavimətini qırdıqdan sonra evdə axtarış apararaq evin ikinci mərtəbəsində zərər çəkmiş şəxsin gəlini X8 məxsus 500 (beş yüz) manat dəyərində zümrüd qaşlı üzüyünü, 400 (dörd yüz) manat dəyərində nişan üzüyünü, 100 (yüz) manat dəyərində nazik qızıl üzüyünü, 300 (üç yüz ) manat dəyərində seplə birgə trapes formalı klonu, cəmi 1300 (bir min üç yüz) manat dəyərində əmlakını ələ keçirib quldurluq etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İ.H.Əhmədov (sədrlik edən və məruzəçi) K. S.Bəşirov və K. H.Əkbərovdan ibarət tərkibdə) 1(106)133/2018 nömrəli 13 mart 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, onun əməli CM-in 181.3.2-ci maddəsindən CM-in 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrinə tövsif edilmiş və həmin maddələrlə ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan mərhum etmə cəzası təyin edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti təmin edilməm iş, məhkumlar və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2018-ci il tarixli qərarının ləğv edilməsini və 2017-ci ilin dekabr ayında qüvvəyə minmiş cinayət qanunvericiliyinə edilmiş dəyişiklikləri nəzərə almaqla təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı Azərbaycan Respublikasının Qanunu onun barəsində düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən əməli Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsindən həmin Məcəllənin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrinə tövsif edilsə də, təyin olunmuş cəza həmin maddələrdə nəzərdə tutulmuş maddələrin sanksiyasından çoxdur. Bundan əlavə, məhkəmələr yüngülləşdirici halları nəzərə almadan barəsində Azərbaycan Respublikası CM-in 60-cı maddəsini tətbiq etməmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kas sasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər, kassasiya şikayətində də əməlin hüq uqi tövsifi mübahisələndirilmir. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya şikayətinin başlıca dəlili “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəy işiklik nəzərə alınmaqla onun cəzasının kifayət qədər yüngülləşdirilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilmişdir: Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sah ibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, «külli miqdar» dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, «xüsusilə külli miqdar» dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Qeyd olunan Qanunla şəxsin əməlinin Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə (külli miqdarda zərər vurma) tövsif etmək üçün zərərçəkmişə vurulan ziyanın məbləği əlli min manatdan yuxarı olmalıdır. İşin hallarından göründüyü kimi, iş üzrə məhkumların quldurluq yolu ilə zərərçəkmiş şəxslərdən ələ keçirdikləri əmlakın dəyəri ayrı-ayrı epizodlar üzrə əlli min manatdan artıq məbləğ təşki l etmir. Bu səbəbdən də işə baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmü çıxarılandan sonra cinayət qanunvericiliyinə edilmiş dəyişiklikləri nəzərə alaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli hökmünü Məhkum aid hissədə dəyişdirmiş, Məhkum əməlini CM-in 181.3.2-ci maddəsindən həmin Məcəllənin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrinə tövsif etməklə ona həmin maddələrin sanksiyası həddində 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan mərhum etmə cəzasını təyin etmişdir. Azərbaycan Respublikası CM-in 181.2-ci maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təyin olunmuş cəza isə kassasiya şikayətində qeyd edildiyi kimi maddənin sanksiyasında çox deyildir. Odu r ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkum kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən ona cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbinin nəzərə alınmamasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 60-cı maddəsinə əsasən Cinayət Məcəllənin 59.1.8 və 59.1.10 - 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır:.... 59.1.8. cinayətin zərərçəkmiş şəxs in qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi; 59.1.10. şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; 59.1.11. cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması. İş materiallarından görünür ki, məhkumun əməlində Azə rbaycan Respublikası CM-in 59.1.8 və 59.1.10-59.1.13-cü maddələrində qeyd edilən hallardan hər hansı birisi müəyyən edilməmişdir. Bundan əlavə, Məhkum əməlində cəzanı ağırlaşdıran hal kimi cinayəti qoca və köməksiz vəziyyətdə olan şəxsə qarşı törətməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr Məhkum barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini tətbiq etməməklə düzgün nəticəyə gəlmişlər. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssüm üdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2018-ci il tarixli qərarının Məhkum dair hissədə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2018-ci il tarixli qərarı Məhkuma dair hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar