Məhkəmə qərarları › İş №1(102)-1022/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1022/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1022/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum1 müdafiəçisi İsayev Elşad Nəsrəddin oğlunun və Məhkum2 müdafiəçisi Nəsirov Vüqar Voroşil oğlunun iştirakları ilə, Qusar Rayon Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 259.1-ci maddəsi ilə və Məhkum2 CM-nin 32.5, 259.1-ci maddəsi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli hökmü ilə isə Məhkum1 və Məhkum2, hər birisinin CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum1 müdafiəçisi E.N.İsayev və Məhkum2 müdafiəçisi V.V.Nəsirov tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Qasımov Anar Adil oğlu) Məhkum1, 3 avqust 1986-cı il tarixdə Quba rayonunun Mirzəqasım kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər Xaçmaz Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə yaşıllığın mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutmaq və ya fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müdətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 (iki) ilədək endirilmiş, Quba Ra yon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuş və həmin Qərarın 7-ci bəndinin tələbinə uyğun olaraq məhkumluğu üzərindən götürülmüş, Quba rayonunun Mirzəqasım kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 26 iyul 2023-cü il tarixdən 28 iyul 2023-c ü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər hesabı ilə hesablanmaqla cəmi 4 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılmaqla Məhkum1 üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, onun üzərinə yaşadığı Quba rayonunun Mirzəqasım kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi bar ədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, məhkumun azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, ona əlavə cəza qismində təyin olunmuş yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müddətinin isə hökm qanuni qüvvəyə mindiyi andan hesablanması qərara alınmışdır. Həmin hökmlə həmçinin Məhkum2, 6 mart 2023-cü il tarixdə Quba rayonunun Hacihüseynli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Quba rayonunun Hacihüseynli kəndində qeydiyyatda ol an və həmin kənddə yaşamış, CM-nin 32.5, 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 25 iyul 2023-cü il tarixdə saat 10:35-dən 26 iyul 2023-cü il tarixə saat 17:25-dək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər hesabı ilə hesablanmaqla cəmi 4 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudl aşdırılması cəzası saxlanılmış, onun üzərinə yaşadığı Quba rayonu Hacıhüseynli kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, məhkumun azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, ona əlavə cəza qismində təyin olunmuş yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul o lma hüququndan məhrum etmə cəzasının müddətinin isə hökm qanuni qüvvəyə mindiyi andan hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 18 mart 2023-cü il tarixdə saat 17 radələrində meşə fonduna daxil olmayan Qusar rayonu Quxur- oba Bələdiyyəsinin balansında olan Quxur-oba kəndinin məhəllə daxilində diametri 17 sm 180 manat dəyərində 01 ədəd, diametri 22 sm olan 200 manat dəyərində 01 ədəd, diametri 25 sm olan 250 manat dəyəri 01 ədəd, diametri 27 sm olan 250 manat dəyəri 01 ədəd, diametri 29 sm olan 300 manat dəyərində 01 ədəd, diametri 30 sm olan 300 manat dəyərində 01 ədəd və diametri 34 sm olan 350 manat dəyərində 01 ədəd, cəmi 07 ədəd çinar cinsli yaş köküstü ağacları qanunsuz kəsərək, cəmi 1830 manat təşkil edən təbiətə xeyli miqda rda ziyan vurmuşdur. Məhkum2 Məhkum1 18 mart 2023-cü il tarixdə saat 17 radələrində meşə fonduna daxil olmayan, Qusar rayonu Quxur- oba Bələdiyyəsinin balansında olan Quxur-oba kəndinin məhəllə daxilində cəmi 7 ədəd çinar cinsli yaş köküstü qanunsuz kəsdiyi ağacların 15 manat müqabilində daşınmasına kömək edəcəyini qabaqcadan vəd etmişdir. Qusar Rayon Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı İsmayılov Samir Sabir oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə) 14 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə a pellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 20 sentyabr 2024-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş və Məhkum1 və Məhkum2 barələrindəki apellyasiya instansiya məhkəməsinin qərarı kassasiya protestinə münasibətdə ləğv edilərək iş yeni apellyasiya baxışına təyin edilmişdir. Qusar Rayon Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı S.S.İsmayılov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə təkrarən baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) 20 noyabr 2024-cü il tarixli hökmü ilə birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş və iş üzrə çıxarılmış yeni hökmlə Məhkum1 və Məhkum2, hər birisi CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinərək, Məhkum1 3 (üç) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə, Məhkum 2 isə 3 (üç) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyy ətlə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum1 26 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün və azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrum etmə cəzasının bir gününə barabər hesabı ilə hesablanmaqla 20 noyabr 2024-cü il tarixədək çəkdiyi azadlığın məhdudlaşdırılması cəzasının müddətinin, 7 (yeddi) ay 12 (on iki) gün müddət 3 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, cəmi 3 (üç) ay 20 (iyirmi) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış, məhkum olunmuş şəxsin üzərində qəti olaraq 3 (üç) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hans ı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 2 (iki) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun cəzaçəkmə müddətinin əvvəli isə 20 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Həmçinin CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq Məhkum2 25 iyul 2023-cü il tarixdən 26 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün və azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrum etmə cəzasının bir gününə barabər hesabı ilə hesablanmaqla 20 noyabr 2024-cü il tarixədək çəkdiyi azadlığın məhdudlaşdırılması cəzasının müddətinin 7 (yeddi) ay 5 (beş) gün müddət 3 (üç) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaql a, cəmi 3 (üç) ay 23 (iyirmi gün) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış, məhkum olunmuş şəxsin üzərində qəti olaraq məhrum etmə 3 (üç) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 9 (doqquz) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun cəzaçəkmə müddətinin əvvəli də 20 noyabr 2024cü il tarixdən hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmünə əsasən, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, 18 mart 2023-cü il tarixdə saat 17 radələrində meşə fonduna daxil olmayan 7 ədəd yaş kök üstü çinar cinsli ağ acları qanunsuz kəsməklə təbiətə 1830 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, onlar 18 mart 2023-cü il tarixdə saat 17 radələrində meşə fonduna daxil olmayan Qusar rayonu Quxur-oba Bələdiyyəsinin balansında olan Quxuroba kəndinin məhəllə daxilində dəyəri 180 manat diametri 17 sm olan 01 ədəd, dəyəri 200 manat diametri 22 sm olan 01 ədəd, dəyəri 250 manat diametri 25 sm olan 01 ədəd, dəyəri 250 manat diametri 27 sm olan 01 ədəd, dəyəri 300 manat diametri 29 sm olan 01 ədəd, dəyəri 300 manat diametri 30 sm olan 01 ədəd və dəyəri 350 manat diametri 34 sm olan 01 ədəd olmaqla cəmi 07 ədəd çinar cinsli yaş köküstü ağacları qanunsuz kəsərək cəmi 1830 manat olmaqla təbiətə xeyli miqdarda ziyan vurmuşlar. Eyni zamanda həmin hökmlə iş üzrə verilmiş mülki iddia təmin edilərək Mə hkum1 və Məhkum2 1830 (min səkkiz yüz otuz) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1 ədəd benzin mişarının isə müsadirə olunaraq dövlət nəfinə keçirilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli hökmündən Məhkum1 müdafiəçisi E.N.İsayev və Məhkum2 müdafiəçisi V.V.Nəsirov, hər birisi ayrı-ayrılıqda kassasiya şikayətləri verərək həmin hökmün dəyişdirilərək hüquqlarını müdafiə etdikləri şəxslərə təqsirli bilindikləri CM-nin 259.3-cü maddəsi ilə azadlıqdan məhrum etməklə əlaqədar olmaya n cəzanın təyin edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində cəza təyin etmənin qaydaları, şərtləri və prinsiplər təsbit edilmiş CM-nin müvafiq maddələrinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416-cı maddəsinə və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi E.N.İsayev hüquqlarını müdafiə etdiyi Məhkum1 barəsində verilmiş həmin şikayətini onunla əsaslandırmışdır ki, Məhkum1 məhkəmənin hökmünə əsasən vurulmuş maddi ziyanın hesabına onun tərəfindən ödənilməli olan pul vəsaitini tam olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödəmiş, onun himayəsində 9 nəfərdən ibarət ailə üzvləri, o cümlədən iki azyaşlı uşaqları var, o, ailədə yeganə qazanc gətirən şəxsdir və Quba rayon İcra hakimiyyəti başçısının Hacıhüseynli kənd inzibati ərazi dairəsi üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunur. Bundan başqa, Məhkum1 səhhətində müəyyən problemlər var, o “Sağ qamış sümüyünün qəlpəli yerini dəyişən sınığı” diqanozu ilə stasionar müalicələr alsa da, hal hazırda bu xəstəlikdən əzab çəkir, onun himayəsində olan atası Məhkum1 da ürəyinin işemik xəstəliyindən əziyyət çəkərək bu xəstəlikdən müalicə olunur, sonuncu dəfə cərrahi əməliyyat olunaraq onun ürəyinə həmin əməliyyatlar zamanı stend implantasiya edilmişdir. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi E.N.İsayev onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Müdafiəçi V.V.Nə sirov da hüquqlarını müdafiə etdiyi Məhkum2 barəsində verdiyi kassasiya şikayətində CM-nin 8, 41 və 58-ci maddələrinə, CPM-nin bir sıra normalarına, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarına, "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hurnanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərinə və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək həmin şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 barəsində onun təqsirli bilindiyi CM-nin 259.3-cü maddəsi ilə cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və ailə vəziyyətini, qeyd olunan maddənin sanksiyasında alternativ cəzaların nəzərdə tutulmasını kifayət qədər nəzərə almamış və bu cəzalardan ən ağırı növündə açıq-aşkar sərt cəza təyin etməklə ədalətsizliyə yol vermişdir. Belə ki, iş materiallarına əsasən Məhkum2 törədilmiş cinayətin təşəbbüskarı olmayaraq həmin cinayət nəticəsində heç bir fayda qazanmamış, iş üzrə cəzanı yüngülləşdirən ki fayət qədər cəzanı yüngülləşdirən halların olması – sonuncunun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlindən peşmançılıq çəkməsi, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki azyaşlı uşaqlarının və xəstə arvadının olmaları, əməlini hadisələrin təsadüfi olması, xəstə arvadı vardır, ilk dəfə və az ağır cinayəti hadisələrin təsadüfi axarı zəminində törətməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq edilmiş, iş üzrə cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Bundan başqa, Məhkum2 da törədilmiş cinayət nəticəsində vurulmuş ziyandan onun öhdəsinə düşən hissəsini tam ödəmişdir və bu hal da kassasiya şikayətinə əlavə olunmuş qəbzlə təsdiq edilir. Göstərilən dəlillərə əsaslanaraq müdafiəçi V.V.Nəsirov onun da kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kas sasiya şikayətinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş hüquq şəxs və mülki iddiaçı qismində tanınmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi naməlum səbəblərdən məhkəməyə gəlməmiş, məhkumlar Məhkum1 və Məhkum2 isə məhkəmə iclasında iştirak etmək arzularını bildirməyərək bu haqda ərizələrlə Ali Məhkəməyə müraciət etməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətl ər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin və məhkumlar Məhkum1 və Məhkum2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçilər E.N.İsayevin və V.V.Nəsirovun hər birisinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin məzmunlarından göründüyü kimi, onl arın müəllifləri apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqlarını müdafiə etdikləri Məhkum1 və Məhkum2 həddindən artıq ağır cəzaların təyin edilməsini iddia edərək həmin məhkəmənin 20 noyabr 2024-cü il tarixli hökmünün dəyişdirilərək məhkum olunmuş şəxslərə onların təqsirli bilindikləri CM-nin 259.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın təyin olunmasına dair qərarın qəbul edilməsi barədə tələblərini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. CPM-in 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna m alikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçilər E.N.İsayevin və V.V.Nəsirovun kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum1 və Məhkum2 barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, m ötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin təl əblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və y a apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kas sasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən apellyasiya instansiyası məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni məhkumlar Məhkum1 və Məhkum2 etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxs hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsinin, şahidlərin ifadələrinə, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara, maddi sübutlara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi ü zrə qiymətləndirərək məhkum olunmuş şəxslərin onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətmələri barədə mötəbər nəticəyə gəlmiş və onların hər birisinin əməlini CM-in 259.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Kassasiya şikayətlərinin məzmununa görə, onların müəllifləri də iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum1 və Məhkum2 təqsirliliklərinin sübuta yetirilməsi və onların əməlinin hüquqi tövsifi kimi məsələləri mübahisələndirilmədiklərindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və həmin şikayətlərin dəlillərinə cavab verilməsi üçün əvvəla qeyd edir ki, CM-in 259.3-cü maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda ziyan vurmaqla meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) əməllərinin törədilməsinə cinayət məsuliyyəti nəzərdə tutulmuş, həmin əməlləri törətmiş şəxslərin təqirlilikləri sübuta yetirildikdə isə onların doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalarındırılmaları müəyyən edilmişdir. CM-nin 259-cu maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə isə, Bu Məcəllənin 259.1-ci maddəsində “xe yli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin hökmünün cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda CM-in 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirlilkləri sübuta yetirilən Məhkum1 və Məhkum2 hər birisinin barələrində seçilmiş cinayət-hüquqi xarakterli tədbirlərin açıq-aşkar ağır olmasına kassasiya şikayətlərində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilən olmasını müəyyən edir və buna görə aşağıda əsaslara görə gös tərilən kassasiya şikayətlərinin təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli hökmünün isə dəyişdirilməsini məqsədə müvafiq bilir. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlar ını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın və ümumiyyətlə dövlətin və cəmiyyətin cinayətkar qəs dlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qoruma qdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişd ir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun göstərilən normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun ailə vəziyyətini səciyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasi b olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilmə sinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun mə hkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya qaydasında baxılmış işlərin təhlili göstərir ki, məhkəmələr baxdıqları işlər üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında, bir qayda olaraq, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsinin mümkün süzlüyünü deyil, daha yüngül cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu əsaslandırmağa çalışırlar, lakin CM-in 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından heç bir əsaslandırma aparmırlar. Məhkəmə kollegiyası isə hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi yekun məhkəmə aktından göründüyü kimi, həmin məhkəmə Məhkum1 və Məhkum2 barələrində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən qanunvericiliyin yuxarıda göstərilən tələblərindən, həm də CM-in 58.1-ci maddəsinə verilmiş təfsirdən çıxış etməmiş, onlara təqsirli bilindikləri CM-in 259.3-cü maddəsinin sanksiyasında alternativ cəzaların müəyyən edilməsinə baxmayaraq kifayət qədər əsaslandırma aparmadan həmin cəzalardan ən ağırı – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmiş və bu zaman iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən yalnız bir hala - məhkum olunmuş şəxslərin himayələrində azyaşlı uşaqlarının olmasına, habelə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsinə əsaslanmışdır ki, məhkəmə kollegiyası da həmin cəzaların ədalətli və qanuni olmaması qənaətinə gəlir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 barələrində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən CM-in 58.3-cü maddəsinin tələblərini də nəzərə alması 20 noyabr 2024-cü il tarixli hökmdən görünmür, halbuki həmin maddəyə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-in 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nə zərə alına bilər, CM-in 61.2-ci maddəsinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin tə qsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mö təbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tar ixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfində n cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlük əliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 v ə 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsas lar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında t ətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah e dilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Təsvir edilənlərdən çıxış edib müdafiəçilər E.N.İsayevin və V.V.Nəsirovun kassasiya şikayətlərinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən məhkumlar Məhkum1 və Məhkum2 yaşayış yerləri üzrə müsbət cəhətdən xasiyyətləndirilmələrini, Məhkum1 əvvəlki məhkumuluğunun ödənilməsini, Məhkum2 isə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini çıxardığı hökmdə göstərsə də, bu halların işdə olan sənədlərlə təsdiq olunmasına baxmayaraq həmin hallara CM-nin 59.2-ci maddəsinin tələbləri baxımından heç bir qiymət verməmiş və onların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması mümkünlüyünə münasibətini bildirməmişdir. Hərçənd, yuxarıda qeyd olunduğu kimi, CM-nin 59.2-ci maddəsinin tələbləri məhkəmələrə imkan verir ki, təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirlər tətbiq edilərkən CM-nin 59.1-ci maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdi rən hallar kimi nəzərə alınsın. Göstərilən hallarla yanaşı kassasiya şikayətinə əlavə olunmuş sənədlərdən görünür ki, həm Məhkum1, həm də Məhkum2 törətdikləri cinayət nəticəsində vurduqları cəmisi 1830 (min səkkiz yüz otuz) manat miqdarında ziyanı tam həcmdə ödəmiş və bu hal müdafiəçilərinin öz müraciətlərinə əlavə etdikləri qəbzlərlə təsdiq olunur. Belə ki, "xxxx" ASC-dən verilmiş 2 yanvar 2025-ci il tarixli, 22177 saylı və eyni tarixli, 23465 saylı qəbzlərdən görünür ki, Məhkum1 və Məhkum2 törətdikləri əməl nəticəsində vurduqları 1830 (min səkkiz yüz otuz) manat məbləğində maddi ziyanın ödənilməsinə yönəlmiş hərəkətlər edərək, hər birisi ayrılıqda könüllü olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına 915 manat məbləğində pul vəsaiti ödəmişlər ki, məhkəmə kollegiyası da bu halı CM-nin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Bundan başqa, Məhkum1 himayəsində doqquz nəfərdən ibarət olan ailə üzvlərinin olması, onun özünün və atası Məhkum1 müdafiəçi E.N.İsayevin kassasiya şikayətində göstərdiyi xəstəliklərdən əzab çəkmələri, Məhkum2 da himayəsində olan arvadının – X2 “Sinis taxikardiyası” diaqnozlu xəstəlikdən əzab çəkməsi, hər iki məhkum olunmuş şəxsin öz ailələrində yeganə gəlir gətirən şəxslər olmaları kassasiya şikayətlərinə əlavə edilmiş sənədlərlə təsdiq olunur və məhkəmə kollegiyası həm bu halları, həm də Məhkum1 və Məhkum2 yaşayış yerləri üzrə müsbət cəhətdən xasiyyətləndirilməlirini, sonuncunun ilk dəfə cinayət məsuliyyətin ə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməsini mümkün bilir. Məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 təqsirli bilindikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı həm yuxarıda sadalanan halları, həm hər iki məhkumun törətdikləri cinayət nəticəsində vurduqları ziyanı könüllü olaraq tamamilə ödəmələrini (CM-nin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş hal), həm də CM-nin 59.1.4-cü maddəsinə əsasən onların hər ikisinin himayələrində azyaşlı uşaqlarının olmalarını nəzərə alaraq Məhkum1 təyin edilmiş 3 (üç) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 2 (iki) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə, Məhkum2 isə təyin olunmuş 3 (üç) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 (iki) il 9 (doqquz) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzalarının CMnin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini, həmin cəzanın müddətlərinin isə CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq müəyyən edilməsini, bu əsasla da kassasiya şikayətlərinin təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli hökmünün dəyişdirilməsini məqsədə müvafiq hesab edir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 CM-nin 259.3cü maddəsində nəzərdə tutulmuş əlavə cəzanın - müəyyən vəzif ə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini mümkün bilmir, çünki göstərilən maddənin sanksiyasının müddəalarına görə bu cəza həmin maddə ilə təqsirli bilinmiş şəxsə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu halda təyin edilə və ya edilməyə bilər. Məhkəmə kollegiyası həmçinin CPM-nin 419.1-ci maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq aşağıdakı məsələlərə də münasibət bildirməyi zəruri bilir. Belə ki, iş materiallarından görünür ki, ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Məhkum1 və Məhkum2 törətdikləri cinayət nəticəsində həmin İdarəyə 1830 (min səkkiz yüz otuz) manat məbləğində maddi ziyan vurulduğuna görə onlara qarşı mülki iddia qaldırılmış və iddia ərizəsində bu məbləğdə pul vəsaitinin onlardan tutularaq adı çəkilən İdarənin xeyrinə ödənilməsi barədə tələb irəli sürülmüş, 20 noyabr 2024-cü il tarixli hökmlə isə mülki iddia tam təmin olunsa da həmin iddianın təmini tədbiri kimi Məhkum1 və Məhkum2 məxsus torpaq sahələrinin üzərlərinə Qusar Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarı ilə qoyulmuş həbslə bağlı heç bir qərar qəbul edilməmiş və torpaq sahələrinin aqibəti hər hansı şəkildə həll olunmamışdır. Halbuki, Qusar Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarı ilə iddianın təmini tədbiri kimi JN 025A KOD 30313098 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyət hüquq üzrə Məhkum1 və ail ə üzvlərinin, cəmi 5 nəfər şəxsin adlarına qeydiyyata alınmış, Quba rayonunun Mirzəqasım kəndində yerləşən 0,14 ha torpaq sahəsinin Məhkum1 məxsus hissəsinin və 22 mart 2023-cü il tarixli **********3 qeydiyyat nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ üzrə Məhkum2 və ailə üzvləinin, cəmi 6 nəfər şəxsin adlarına qeydiyyata alınmış, Quba rayonunun Hacıhüseynli kəndində yerləşən 0,457 ha torpaq sahəsinin üzərlərinə həbs qoyulmuşdur. Lakin, yuxarıda qeyd olunduğu kimi, Məhkum1 və Məhkum2 törətdikləri cinayət nəticəsində vurduqları ziyanı – mülki iddia ərizəsində göstərilən 1830 (min səkkiz yüz otuz) manat məbləğində pul vəsatini mülki iddiaçının xeyrinə tamamilə ödəmiş və belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mülki iddianın təmin edilməsi zərurərti aradan qalxdığından həmin iddia üzrə icraata xitam verilməli, bu iddianın təmini tədibiri kimi onların daşınmaz əmlaklarının – torpaq sahələrinin üzərlərinə qoyulmuş həbs ləğv olunmalı və bu hissələrdə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli hökmündə müvafiq dəyişikliklər edilməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə və həmin şikayətlərə əlavə olunmuş sənədlərlə birgə müqayisəli şəkildə təhlil edərək və kassasiya şikayətlərinin təmin edilməsi haqda müdafiəçilər E.N.İsayevin və V.V.Nəsirovun, həmin şikayətlərin təmin edilməməsi, lakin Məhkum1 və Məhkum2 vurduqları ziyanı ödəmələrinin nəzərə alınması, habelə bu hala görə mülki iddia üzrə icraata xitam verilməsi və məhkum olunmuş şəxslərin mülkiyyətl ərində olan torpaq sahələrinin üzərlərinə qoyulmuş həbsin ləğv edilməsi barədə dövlət ittihamçısın çxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməli, Məhkum1 təyin edilmiş 3 (üç) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 2 (iki) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə, Məhkum2 isə təyin olunmuş 3 (üç) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 (iki) il 9 (doqquz) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzaları CM-nin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmədi, həmin c əzanın müddətləri isə CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq müəyyən olunmalı, onların üzərlərinə CM-nin 53-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, eləcə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki iddiası üzrə icraata xitam verilməli, bu iddianın təmini tədibiri kimi onların daşınmaz əmlaklarının – torpaq sahələrinin üzərlərinə qoyulmuş həbs ləğv edilməli, göstərilən əsaslarla da Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiasının 20 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilsin. Məhkum1 təyin olunmuş 3 (üç) il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 məhkəməyədək icraat zamanı 26 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək həbsdə saxl anıldığı və 20 noyabr 2024-cü il tarixdən 6 may 2025 ci il tarixədək çəkdiyi azadlıqdan məhrum etmə cəzasının müddətlərinin 1 (bir) günü azadlığıın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla, habelə onun 20 noyabr 2024-cü tarixədək Qusar Rayon Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 7 (yeddi) ay 5 (beş) gün müddətində hissəsini çəkməsi nəzərə alınmaqla ümumilikdə 1 (bir) il 6 (altı) ay 11 (on bir) gün müddət hazırki qərarla ona təyin edilmiş cəzadan çıxılsın və Məhkum1 üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkum1 cəzaçəkmə müəssisəsindən dərhal azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53-1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Məhkum1 üzərinə Quba rayonunun Mirzəqasım kəndində yerləşən evini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Məhkum2 təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 məhkəməyədək icraat zamanı 25 iyul 2023-cü il tarixdən 26 iyul 2023-cü il ta rixədək həbsdə saxlanıldığı və 20 noyabr 2024-cü il tarixdən 6 may 2025 ci il tarixədək çəkdiyi azadlıqdan məhrum etmə cəzasının müddətlərinin 1 (bir) günü azadlığıın məhdudlaşdırılması cəzasının bir gününə bərabər hesabı ilə hesablanmaqla, habelə onun Qusar Rayon Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 7 (yeddi) ay 12 (on iki) gün müddətində hissəsini çəkməsi nəzərə alınmaqla ümumilikdə 1 (bir) il 6 (altı) 18 (on səkkiz) gün müddət hazırki qərarla ona təyin edilmiş cəzadan çıxılsın və Məhkum2 üzərində qəti olaraq 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkum2 cəzaçəkmə müəssisəsindən dərhal azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53-1.2-ci maddəsinin tələblər inə uyğun olaraq Məhkum1 üzərinə Quba ryaornunun Hacıhüseynli kəndində yerləşən evini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba ryaonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Qərarın icrası Quba Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, Məhkum1 və Məhkum2 hazırki qərarla müəyən edilmiş cəzalarının əvvəli onların onların həmin şöbədə qeydiyyata alındıqları tarixdən hesablansın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi nin Məhkum1 və Məhkum2 qarşı qaldırdığı mülki iddia üzrə icraata xitam verilsin. Qusar Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarı ilə JN 025A KOD 30313098 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyət hüquq üzrə Məhkum1 və ailə üzvlərinin, cəmi 5 nəfər şəxsin adlarına qeydiyyata alınmış, Quba rayonunun Mirzəqasım kəndində yerləşn 0,14 ha torpaq sahəsinin Məhkum1 məxsus hissəsinin və 22 mart 2023-cü il tarixli **********3 qeydiyyat nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ üzrə Məhkum2 və ailə üzvlərinin, cəmi 6 nəfər şəxsin adlarına qeydiyyata alınmış, Quba rayonunun Hacıhyseynli kəndində yerləşən 0,457 ha torpaq sahəsinin Məhkum2 məxsus hisəssinin üzərlərinə qoyulmuş həbs ləğv edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar