Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1023/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-142/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qərarından Məhkum1 tərəfindən veri lmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxx 1985-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, azərbaycanlı, əvvəllər məhkum edilmiş, Xaçmaz rayonu, Qusarçay kəndində pasport qeydiyyatında olmuşdur. 2. 30 aprel 2020-ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 181.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 08 iyun 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci inst ansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 19 dekabr 2019-cu il tarixdə, saat 07 radələrində tanışları - Məhkum2 Əliədəli oğlu və Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, aralarında aparılmış vəzifə bölgüsünə əsasən Məhkum2, ünvan 1 ünvanın qarşısında hərəkətdə olan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs yaxınlaşıb siqaret istəmiş, Zərərçəkmiş şəxs siqaretinin olmadığını bildirdikdə əvvəlcədən aralarında olan razılığa əsasən o, Zərərçəkmiş şəxs yaxınlaşaraq cinayətin törədilməsi üçün əlverişli şərait yaratmaq məqsədi ilə sonuncunu qeyd olunan ünvanda olan binaların arasında kimsənin görməyəcəyi qaranlıq yerə aparmış, həmin vaxt o, hücum edərək arxadan Zərərçəkmiş şəxs boğaz na hiyəsini boğucu fəndə salıb qolları ilə sıxaraq sonuncunu yerə yıxmış və bu zaman Məhkum2 və Məhkum1 cinayətin törədilməsinə nail olmaq və öz cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs mobil telefonunu və pulunu tələb etmiş, Zərərçəkmiş şəxs onların cinayətkar tələblərini icra etmədiyini gördükdə o, Zərərçəkmiş şəxs boğaz nahiyəsini daha da bərk sıxıb boğmaqla, qrupun digər üzvləri Məhkum2 və Məhkum1 isə bədən nahiyələrinə çoxsaylı təpik zərbələri vurmaqla hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək zərərçəkmiş şəxsin gödəkcəsinin sol yan cibini cırıb oradan Zərərçəkmiş şəxs 1 ədəd 200 manat dəyərində Vyetnamda istehsal edilmiş “Samsung” markalı SM-J415FN/DS modelli, içərisində dəyəri 4 manat olan ***-***-**-** GSM nömr əli danışıq kartı olan mobil telefonunu, içərisində 100 manat nağd pul, balansında 30 qəpik olan 2 manatlıq avtobus kartının qoyulduğu 1 ədəd bozqara rəngli, “Luis Vuitton” yazıları yazılmış 1 manat dəyərində pul kisəsini ələ keçirib ümumilikdə 307 manat 30 qəpik məbləğində özgə əmlakını ələ keçirməklə quldurluq etmişdir.
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-631/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 dekabr 2019-cu il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
5. Həmin hökmlə eləcə də Məhkum2 və Təqsirləndirilən şəxs da təqsirli bilinib məhkum edilmişlər.
6. Hökmdən Məhkum1 apelyasiya şikayəti verib, təqsiri təsdiqini tapmadığı halda barəsində ittiham hökmünün qəbul edilməsinin əsassız və ədalətsiz hesab etdiyini bildirmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinə onunla bağlı hissəsinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir.
7. Hökmdən digər məhkum edilmiş şəxs Məhkum2 apelyasiya şikayəti verib, Məhkum1 təqsirsiz olduğunu, hökmün sonuncu ilə bağlı hissədə əsassız olduğunu qeyd etdiyini göstərmiş, bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli hökmünün müvafiq hissədə ləğv edilməsini və cinayət işinə Məhkum1 barəsində olan hissəsində xitam verilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-142/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli hökmü Məhkum1 Azərbaycan Respublikası 181.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2021-ci il tarixli qərarından Məhkum1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum1 Nəsimi rayon 19-cu Polis bölməsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tamaşaçısı olduğu cinayətin iştirakçısı kimi həbs ediblər. Barəsində qəbul edil miş haqsız qərarların ləğv edilməsi, verdiyi kassasiya şikayətinə baxılıb ədalətli qərar çıxarılması xahiş edilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasi ya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyət lərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum edilmiş şəxs Məhkum1 kassasiya şikayətində başqası tərəfindən törədilən cinayətə heç bir aidiyyətinin olmaması əsası ilə ona bəraət verilməsini xahiş edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində təsbit olunmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyə tlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-142/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübut lara əsasən müəyyən edilməsini tələb edir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi işin qanuni, əsaslı və ədalətli həllinə xidmət edir. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər (“Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə dair" 16 iyun 2022-ci il tarixli Qərar).
21. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarını, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası Məhkum1 təqsirliliyinin mübahisələndirilməsi üzrə irəli sürdüyü dəlilləri ilə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslı hesab edir.
22. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum1 ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş sübutlarla, o cümlədən, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs və Şahid ifadələri, istintaq dövründə müdafiəçisinin iştirakı ilə əldə edilmiş Məhkum1 tanınmaya təqdim olunması haqqında protokol, video çəkilişlə aparılmış dindirmələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-trasoloji və məhkəmə-psixatrik ekspertizalarının rəyləri və iş materiallarında olan digər sənədlər məcmusu ilə müəyyən edilmişdir.
23. Məhkum edilmiş şəxs Məhkum1 qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri onun özü tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) bax ılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
24. O cümlədən, Məhkum1 hazırkı kassasiya şikayətində qaldırdığı - cinayətin onun yox, onunla birlikdə olan digər şəxslər tərəfindən törədildiyi barədə iddiası, hər iki aşağı instansiya məhkəməsi tərəfindən araşdırılıb cavablandırılmışdır. Məhkəmələr məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində, Məhkum2 isə verdiyi apellyasiya şikayətində bildirdiyi müvafiq məlumata tənqidi yanaşmış, həmin ifadələri iş materiallarına uyğun olmayan, Məhkum1 cinayət məsuliyyətindən azad olması üçün müdafiə məqsədilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirib, inandırıcı hesab etməmişlər.
25. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsi birinci instansiy a məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum1 hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılma sına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğunda n, məhkəmə kollegiyası hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi həmin hökmü də yişdirmədən saxlamışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 verdiyi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-142/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Ba kı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-142/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qərarı Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.