Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1023/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 16 mart 2022-ci il tarixli qərarından məhkum X3 müdafiəçisi vəkil Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İradə Həsənzadə (sədrlik edən və məruzəçi), Azər Paşayev və Əhməd Quliyev) 1(101)-155/2022 nömrəli 13 yanvar 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1983-cü il tarixdə Ermənistan SSR-in Vedi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşaqları olan, məhkumluğu olmayan, fərdi qaydada avtomobil ustası işləmiş, Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 140, mənzil 3 «a» ünvanında qeydiyyatda olmaqla yaşamış X6 Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 may 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X6 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 2021-ci il mayın 01-də saat 15:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 458 ünvanındakı avtomobil yuyucu sexində işləyən tanışı Zərərçəkmiş şəxs ilə zarafat edərkən sonuncunun ətrafda olan şəxslərin yanında onunla zarafat etməməsini tələb etməsi səbəbindən aralarında yaranan münaqişə zamanı Zərərçəkmiş şəxs həmin haqlı tələbini bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini sonuncunun və ətrafdaolan şəxslərin şəxsiyyətlər inin fövqündə qoyaraq zərər çəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlətməklə davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul edilən birgəyaşayış qaydalarını kobud surətdə pozub idarə etdiyi «BMW 523i» minik markalı 99- HC-673 dövlət qeydiyyat nişanlı avtomobildən götürdüyü, zavod üsulu ilə hazırlanmış,məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə yuyucu sexində qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vuraraq sonuncuya ağır dərəcəli hemorragik və travmatik şokla müşayiət olunan, döş qəfəsinin ön səthinin sol yarısında Xİİİ qabırğa arası sahədə olan, döş boşluğuna nüfuz edən, diafraqmanı zədələyərək qarın boşluğuna nüfuz edən və mədəni yaralaya n bir ədəd deşilmiş-kəsilmiş yara kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərərvurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Həsən Əhmədov) 16 mart 2022-ci il tarixli, 1(103)-617/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qərarından məhkum X3 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum X3 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum özünü Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsi ilə təqsirli bilmiş və əməlindən peşman olduğunu qeyd etmişdir. Həmçinin Məhkum zərərçəkmiş şəxslə barışmışdır. Eyni zamanda X6 bildirmişdir ki, işdə göstərilən sənədlərə (cild.1, i.v.7678,209-212) müstəntiqin təzyiqi ilə imza etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun qərarının 3-cü bəndində göstərilir ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibət lər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Apellyasiya Məhkəməsinin qərarında göstərilir ki, məhkum X3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin tərkib əlamətlərinin olması və baş vermiş münaqişə, dalaşmanın məhz onunla zərərçəkmiş şəxsin faktiki birlikdə təşəbbüsləri ilə başlanması hazırki cinayət içi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çox saylı mötəbər və təkzib edilməz sübutlar ilə kifayət qədər təsdiqini tapdığından, Oktay Kazımov həmin maddə ilə əsaslı olaraq təqsirli bilinib müvafiq qaydada cəzalandırılmalıdır. Apellyasiya məhkəməsində Oktay Kazımov bildirmişdir ki, həmin işdə şahid kimi dindirilən Şahid6 Nəsrətullah oğlu münaqişə baş verən zaman hadisə yerində olmamış və o, qanunsuz olaraq saxta ifadə vermişdir. Eyni zamanda Oktay Kazımov bildirmişdir ki, onunla heç kim arasında üzləşdirmə aparılmamışdır. Məhkum Oktay Kazımov Zərərçəkmiş şəxs vurmaq, ona zərər yetirmək niyyəti olmamış, onu yalnız qorxutmaq istəmişdir. Zə rərçəkmiş şəxs onun dostu olduğundan ərk edərək onunla zarafat etmişdir. Oktay Kazımov əsəb xəstəsi olduğuna nalayiq sözlərə dözməyib Zərərçəkmiş şəxs bir bıçaq vurmuşdur. Onun zərərçəkənə zərər yetirmək fikri olsaydı, Zərərçəkmiş şəxs bıçaq vurmağa davam etdirərdi. Oktay Kazımovun buna imkanı olduğu halda onu təkrar vurmamışdır. Şəxsin cinayətin zərərli nəticələrinin qarşısının alınmasına məsuliyyəti yüngülləşdirən hal kimi (AR CM 59-cu maddə) əhəmiyyət verilir. Cinayət törətməyə bitmiş cəhdə yol verən şəxs yenidən eyni hərəkətləri təkrar etmirsə, bu cinayətdən könüllü imtina kimi qiymətləndirilə bilməz. İmkanı olduğu halda, bunu təkrar etmirsə, onun təkrar hərəkətdən imtina etməsi ancaq cəza təyinində nəzərə alınmalıdır. Kazımov Oktay ailəlidir, azyaşlı uşaqları var, əməlindən peşmandır, əməlini səmimi olaraq etiraf etmiş və özünü cinayət məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilir, Zərərçəkmiş şəxs ilə 2021-ci il 22 noyabr tarixli və notariat qaydada təsdiq olunan ərizəsindən görünür ki, X5 ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. Oktay Kazımovun atası əlil, anası isə ağır xəstədir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyət i üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkum X6 Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətmiş, məhkəmələr tərəfindən onun əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 126-cı maddəsindən görünür ki, qəsdən sağlamlığa ağır zərər vurmaya görə cinayət məsuliyy əti 126.1-ci maddə ilə nəzərdə tutulmuşdur. Həmin əməlin xuliqanlıq niyyəti ilə törətməsi CMin 126.2.4-cü maddəsi ilə tövsif olunur. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, həmin sübutlarla Məhkum ona qarşı irəli sürülmüş ittihamda təsvir edilmiş şəraitdə və hallarda, yəni hər hansı bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması sübuta yetirilmişdir. Məhkum X6 elan olunmuş ittiham üzrə özünün təqsirli bilməsə də onun qeyd olunan əməli məhz hökmün təsviri hissəsində qeyd edilmiş şəraitdə və qaydada törətməsi ibtidai istintaq və məhkəmə istin taqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam təsdiq edilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İşdən göründüyü kimi, həm məhkum Oktay Kazımov, həm də Zərərçəkmiş şəxs ifadələrində göstərmişlər ki, hadisədən qabaq onların arasında heç bir mübahisə olmamış, məhkumun zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurması sonuncunun haqlı olaraq məhkumdan onunla zarafat etməməsi tələb etməsinə görə, yəni hər hansı bir əsaslı səbəb olmadan olmuşdur. Cinayət işin materialları ilə onların arasında dava-dalaşın, yaxud mübahisənin olmasına dəlalət edən heç bir sübut yoxdur. Belə olan halda məhkəmələr məhkum Oktay Kazımovun Zərərçəkmiş şəxs bıçaq ilə vuraraq ona ağır dərəcəli xəsarət yetirməsi əsaslı olaraq xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası məhkum X3 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Resp ublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, X3 əməli Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticənin işin hallarına uyğun hesab etməklə yanaşı qeyd edir ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sü butlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ibtidai istintaq zamanı hər hansı bir fiziki və ya psixi təsir göstərilməsi halı (faktı) müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq X4 Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə ittiham verilmiş, birinci instansiya məhkəməsi də onu həmin maddə ilə təqsirli bilməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq düzgün olaraq birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxsin əməlinin tövsifini müəyyən edərkən cinayət qanunun normalarına riayət etmişlər və təqsirləndirilən şəxsin əməlinin CM-in 126.1-ci maddəsinə tövsif olunması üçün heç bir əsas yoxdur, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi məhkum X4 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2022-ci il tarixli X6 barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstə rilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. X3 Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum barəsindəki 16 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1023/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1023/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver