Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1023/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1, zə rərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs33, X1, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs37 və məhkumun müdafiəçisi Müdafiəçi10 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli 1(103)-323/2024 nömrəli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi10 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Samir Əliyev) 18 oktyabr 2023-cü il tarixli 1(101)-179/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (b undan sonra CM-in) 178.4-cü maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 76.6.3-cü maddəsinə əsasən, Məhkum barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarı ilə təyin olunmuş vaxtından əvvəl şərti azad etmənin ləğv edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 18 avqust 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 21 iyun 2019-cu il tarixli hökmü üzrə Məhkum qəti olaraq təyin olunmuş 2 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 7 (yeddi) ay 20 (iyirmi) gününün Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qism ən birləşdirilməsi və Məhkum qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmişdir. Hökmlə hazırkı cinayət işi üzrə verilmiş mülki iddialar üzrə təqsirləndirilən şəxs Məhkum tutularaq: zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs8 vurulmuş maddi ziyana görə 149.000 (yüz qırx doqquz min) manat və mülki iddia üçün ödənilmiş 439 (dörd yüz otuz doqquz) manat dövlət rüsumu, ümumilikdə 149.439 (yüz qırx doqquz min dörd yüz otuz doqquz) manat; zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyana görə 64.800 (altmış dörd min səkkiz yüz) manat və mülki iddia üçün ödənilmiş 285 (iki yüz səksən beş) manat dövlət rüsumu, ümumilikdə 65.085 (altmış beş mi n səksən beş) manat; zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyana görə 543.000 (beş yüz qırx üç min) manat və mülki iddia üçün ödənilmiş 833 (səkkiz yüz otuz üç) manat dövlət rüsumu, ümumilikdə 543.833 (beş yüz qırx üç min səkkiz yüz otuz üç) manat; zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyana görə 72.188 (yetmiş iki min yüz səksən səkkiz) manat və mülki iddia üçün ödənilmiş 307 (üç yüz yeddi) manat dövlət rüsumu, ümumilikdə 72.495 (yetmiş iki min dörd yüz doxsan beş) manat; zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs7 vurulmuş maddi ziyana görə 179.500 (yüz yetmiş doqquz min beş yüz) manat və mülki iddia üçün ödənilmiş 470 (dörd yüz yetmiş) manat dövlət rüsumu, ümumilikdə 179.970 (yüz yetmiş doqquz min doqquz yüz yetmiş) manat; zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 vurulmuş maddi ziyana görə 71.920 (yetmiş bir min doqquz yüz iyirmi) manat və mülki iddia üçün ödənilmiş 306 (üç yüz altı) manat dövlət rüsumu, ümumilikdə 72.226 (yetmiş iki min iki yüz iyirmi altı) manat; zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs11 vurulmuş maddi ziyana görə 57.450 (əlli yeddi min dörd yüz əlli) manat və mülki iddia üçün ödənilmiş 263 (iki yüz altmış üç) manat dövlət rüsumu, ümumilikdə 57.713 (əlli yeddi min yeddi yüz on üç) manat; zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs10 vurulmuş maddi ziyana görə 354.600 (üç yüz əlli dörd min altı yüz) manat və mülki iddia üçün ödənilmiş 645 (altı yüz qırx beş) manat dövlət rüsumu, ümumilikdə 355.245 (üç yüz əlli beş min iki yüz qırx beş) manat pul vəsaitinin təqsirl əndirilən şəxs Məhkum alınaraq adları çəkilən zərərçəkmiş şəxslərə ödənilməsi, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş Məhkum mülkiyyətində olan, cinayət yolu ilə ələ keçirdiyi pul vəsaitləri hesabına əldə etdiyi ünvan 1 ünvanında yerləşən mənzil və ünvan 2rləşən qeyri-yaşayış sahəsi barədə, həmçinin üzərinə məhdudiyyət qoyulmuş Maraqlı şəxs adına qeydiyyatda olan “Hunday SantaFe” markalı ** VD *** nömrəli avtomobil barədə xüsusi müsadirə tətbiq edilməsi və həmin əmlakların zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilməsi hökm edilmişdir. İşin halları: Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apelyasiya instansiyası məhkəməsinin qə rarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Elmar Rəhimov) 21 may 2024-cü il tarixli 1(103)-323/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 1(101)-179/2023 nömrəli hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs14 2007-ci ilin yanvar ayından 2016-cı ilin dekabr ayına qədər olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər ay 40 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 4800 manat təşkil edən zəkat qismində özünə göndərdiyi pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etməsi, bununla da Zərərçəkmiş şəxs14 ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat məbləğdə maddi ziyan vurması, Zərərçəkmiş şəxs16 2016-cı ilin yanvar ayından 2021-ci ilin may ayına qədər olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər ay 70 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 4550 manat təşkil edən zəkat qismində özünə göndərdiyi pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etməsi, bununla da Zərərçəkmiş şəxs16 ümumilikdə 4550 (dörd min beş yüz əlli) manat məbləğdə maddi ziyan vurması, Zərərçəkmiş şəxs18 2009-cu ilin oktyabr ayından 2021-ci ilin may ayına qədər olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər ay 30 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 4200 manat təşkil edən zəkat qismində özünə göndərdiyi pul vəsaitini aldatma və etibardan suiı-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etməsi, bununla da Zərərçəkmiş şəxs18 ümumilikdə 4.200 (dörd min iki yüz) manat məbləğdə maddi ziyan vurması, Zərərçəkmiş şəxs21 2011-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayına qədər olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər ay 30 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 3720 manat təşkil edən zəkat qismində özünə göndərdiyi pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək verdiyi və dlərə əməl etməyib dələduzluq etməsi, bununla da Zərərçəkmiş şəxs21 ümumilikdə 3720 (üç min yeddi yüz iyirmi) manat məbləğdə maddi ziyan vurması, Zərərçəkmiş şəxs23 2007-ci ilin yanvar ayından 2020-ci ilin mart ayına qədər olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər ay 30 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 4770 manat təşkil edən zəkat qismində özünə göndərdiyi pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etməsi, bununla da Zərərçəkmiş şəxs23 ümumilikdə 4770 (dörd min yeddi yüz yetmiş) manat məbləğdə maddi ziyan vurması, Zərərçəkmiş şəxs25 2016-cı ilin yanvar ayından 2021-ci ilin may ayına qədər olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bak ı şəhərinin müxtəlif yerlərində hər ay 30 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 1950 manat təşkil edən zəkat qismində özünə göndərdiyi pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etməsi, bununla da Zərərçəkmiş şəxs25 ümumilikdə 1950 (min doqquz yüz əlli) manat məbləğdə maddi ziyan vurması, Zərərçəkmiş şəxs26 2012-ci ilin iyun ayından 2021-ci ilin may ayına qədər olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər ay 30 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 3240 manat təşkil edən zəkat qismində, 2012-2020-ci illər ərzində isə ildə bir dəfə müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər il 50 manat məbləğində olmaqla ona məxsu s ümumilikdə 450 manat təşkil edən fitrə qismində özünə göndərdiyi pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etməsi, bununla da Zərərçəkmiş şəxs26 ümumilikdə 3690 (üç min altı yüz doxsan) manat məbləğdə maddi ziyan vurması, Zərərçəkmiş şəxs28 2017- ci ilin iyun ayından 2021-ci ilin may ayına qədər olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər ay 20 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 960 manat təşkil edən zəkat qismində, 2017-2020-ci illər ərzində isə ildə bir dəfə müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər il 150 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 600 manat təşkil edən fitrə qismində özünə göndərdiyi pul və saitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etməsi, bununla da Zərərçəkmiş şəxs28 ümumilikdə 1560 (min beş yüz altmış) manat məbləğdə maddi ziyan vurması epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyini zamanı nəzərə alınmamış, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə təyin edilmiş 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 11 (on bir) il 09 (doqquz) ay müddətə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 18 avqust 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 21 iyun 2019-cu il tarixli hökmü üzrə Məhkum qəti olaraq təyin olunmuş 2 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 7 (yeddi) ay 20 (iyirmi) günü Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək Məhkum qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 12 (on iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli 1(103)-323/2024 nömrəli qərarından məhkum və müdafiəçisi Müdafiəçi10 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə baxılması 04 iyun 2025-ci il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxıl arkən Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət etmişdir. Həmin ərizədə məhkum göstərmişdir ki, o, özü və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhk um və müdafiəçisi Müdafiəçi10 tərəfindən birgə verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli 1(103)-323/2024 nömrəli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi10 tərəfindən birgə verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinə baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-1023/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1023/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver