Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1024/2019 23.07.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-1024/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 23 iyul 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi) Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 və zərərçəkmiş şəxsin hüquqi varisi X5 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Al i Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayon Məhkəməsinin (hakim Zülfüqar Əhmədov) 24 yanvar 2019-cu il tarixli 1(111)-1/2019 nömrəli hökmü ilə 14 fevral 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xok kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Kəngərli rayonunun Xok kəndində pasport qeydiyyatında olan; Məhkum Azərbaycan Respublikası CM-in 123.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəs ində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 10 oktyabr 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 06 oktyabr 2018-ci il tarixdə təxminən saat 20:00 radələrində Kəngərli rayon Xok kəndində yerləşən yaşadığı evin həyətində olarkən qəfildən kiminsə arxadan onun qolundan tutduğunu hiss etmiş, həmin istiqamətə dönərkən onu tutan şəxs onun sağ döş qəfəsindən bıçaqla bir zərbə vurmuş, o, qışqırmış, səsə birlikdə yaşadıqları atası və anası evdən çölə çıxmış, onu vuran şəxs qəsdini davam etdirərək onun ata və anasına da hücum edərək əlindəki bıçaqla yaşayış evinin balkonunda olan atası X3 və anası X2 bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmiş, bu zaman həmin şəxsin həmkəndlisi Zərərçəkmiş şəxs2 olduğu nu tanımış, özünün, həmçinin ata və anasının həyat və sağlamlığı üçün real təhlükə yarandığını görüb, evdə olan gəlinləri və qardaşı uşaqlarının da həyətə çıxarlarsa Zərərçəkmiş şəxs2 onları da bıçaqla vura biləcəyini düşünərək müdafiə olunmaq məqsədilə balkonda olan baltanı götürərək Zərərçəkmiş şəxs2 baş nahiyyəsindən bir zərbə vurmuş. Zərərçəkmiş şəxs2 yerə yıxıldıqdan sonra qəsdin xarakterinə açıq-aşkar uyğun gəlməyən tərzdə təkrarən onun başına balta ilə zərbələr endirərək zəruri müdafiə həddini aşmaqla onu qəsdən öldürmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Mirzəyev (sədrlik edən və məruzəçi), Fəxrəddin Məmmədov və Əsgər Novruzovdan ibarət tərkibdə) 05 mart 2019-cu il tarixli 1(108)-3/2019 nömrəli qərarı ilə Naxçıvan MR Kəngərli Ra yon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 verdiyi kassasiya şikayətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2019-cu il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 onunla əsaslandırır ki, ibtidai istintaq tərəfindən sözügedən cinayət işi hərtərəfli araşdırılmamış, təqsirləndirilən şə xsin ailə üzvlərinin şahidliyi əsasında əməli tövsif edilmişdir. Nəticədə zəncirvari olaraq həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində ədalətsiz qərar çıxarılmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 bildirir ki, bu cinayət nəticəsində onun oğlu Zərərçəkmiş şəxs2 vəfat etmişdir. O, aldığı çoxsaylı balta zərbələri nəticəsində dünyasını dəyişmişdir. Bu sadə bir qətl hadisəsi deyildir. Bu insaf, vicdan, mərhəmət və bu kimi insani xüsusiyyətlərdən məhrum bir insanın qəddarcasına, zalımcasına etdiyi bir əməldir. Mərhum aldığı xəsarətlər nəticəsində hətta yaxınları tərəfindən tanınmayacaq şəklə salınmışdır. Bu cür insanlığa yaraşmayan bir əməli törətmiş şəxs cəmi bir il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Buna görə də Məhkum 1 (bir) il 6 (al tı) ay müddətə deyil, daha ağır cəzaya məhkum edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini müvafiq olaraq hökm və qərarda göstərmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əmə li Azərbaycan Respublikası CM-in 123.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 120-ci maddəsi ilə deyil, həmin Məcəllənin 123.1-ci maddəsi ilə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı kassasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsinin dispozisiyasına görə zəruri müdafiə həddini aşmaqla adam öldürmə əməli törədilməlidir. Zəruri müdafiə həddini aşma dedikdə qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər başa düşülür. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə müxtə lif, yəni müdafiədə və hücumda istifadə edilən vasitələrin uyğun olmaması, müdafiənin qəsdlə müqayisədə daha intensiv şəkildə həyata keçirilməsi, müdafiə zamanı qəsdlə müqayisədə açıq-aşkar uyğun olmayan tədbirlərin seçilməsi formalarında təzahür edə bilər. Azərbaycan Respublikası CM-in 36.2-ci maddəsinə görə peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Azərbaycan Respublikası CM-in 36.3-cü maddəsinə görə isə qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafi ə həddini aşmaq hesab edilir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum 06 oktyabr 2018-ci il tarixdə təxminən saat 20:00 radələrində Kəngərli rayon Xok kəndində yerləşən yaşadığı evin həyətində olarkən qəfildən kiminsə arxadan onun qolundan tutduğunu hiss etmiş, həmin istiqamətə dönərkən onu tutan şəxs onun sağ döş qəfəsindən bıçaqla bir zərbə vurmuş, o, qışqırmış, səsə birlikdə yaşadıqları atası və anası evdən çölə çıxmış, onu vuran şəxs qəsdini davam etdirərək onun ata və anasına da hücum edərək əlindəki bıçaqla yaşayış evinin balkonunda olan atası X3ün və anas ı X2 bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmiş, bu zaman həmin şəxsin həmkəndlisi Zərərçəkmiş şəxs2 olduğunu tanımış, özünün, həmçinin ata və anasının həyat və sağlamlığı üçün real təhlükə yarandığını görüb, evdə olan gəlinləri və qardaşı uşaqlarının da həyətə çıxarlarsa Zərərçəkmiş şəxs2 onları da bıçaqla vura biləcəyini düşünərək müdafiə olunmaq məqsədilə balkonda olan baltanı götürərək Zərərçəkmiş şəxs2 baş nahiyyəsindən bir zərbə vurmuş. Zərərçəkmiş şəxs2 yerə yıxıldıqdan sonra qəsdin xarakterinə açıq-aşkar uyğun gəlməyən tərzdə təkrarən onun başına balta ilə zərbələr endirərək zəruri müdafiə həddini aşmaqla onu qəsdən öldürmüşdür. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə eksper tizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticənin işin hallarına uyğun hesab etməklə yanaşı qeyd edir ki, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, kassasiya kollegiyası onu qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qanunun normasının tələbindən göründüyü kimi, məhkəmə yalnız verilmiş ittiham üzrə cinayət işinə baxır və onun verilmiş ittihamı ağırlaşdırmaq hüququ yoxdur. İşdən görünür ki, Məhkum CM-nin 123.1-ci maddəsi ilə ittiham verilmiş və məhkəmə də onu həmin maddə ilə təqsirli bilmişdir. Odur ki, Məhkum daha ağır maddə ilə, yəni CM-nin 120ci maddəsi ilə təqsirli bilinmə si barədə zərərçəkmiş şəxsin hüquqi varisinin tələbi qanuna zidd olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri təqsirləndirilən şəxs Məhkum əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Kassasiya şikayətinin digər dəlili Məhkum təyin olunmuş cəzanın yüngül olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə ki, cəza təyin edilərkən Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə o lunması, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, əvvəllər məhkum olunmaması, səmimi peşmançılığı, gəncliyi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş (iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) daha ağır cəzanın yuxarı həddinə yaxın olan həddə cəza edilmişdir. İşin materiallarında Məhkum cəzasını daha da ağırlaşdırılması üçün heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmi n dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2018-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 05 mar t 2019-ciu il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1024/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1024/2019
23.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver