Məhkəmə qərarları › İş №1(102)-1024/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1024/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1024/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Novruzov X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 yanvar 2022-ci il tarixli, 1(103)-151/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə m ahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamışdır. 2. 02 iyun 2021-ci il tarixli ittiham aktına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 iyun 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfin dən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs 20 mart 2021-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, 158 nömrəli evin qarşısında küçədə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə vaxtı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində saxladığı soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağı ilə onun qarın nahiyəsinə bir dəfə vuraraq, qaraciyər bağının və qaraciyərin zədələnməsi və qarın boşluğuna çoxlu qanaxma (300 ml) ilə müşayiət olunan qarının ön divarının sağ yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və həyat üçün təhlükəli olan xəsarət yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1(101)1239/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 70ci maddəsinə əsasən şərti hesab edilmiş və ona 02 (iki) il sınaq müddəti müəyyən edilmiş, hökmlə digər məsələlər həll edilmişdir.

6. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsini və onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə məhkum olunmasına dair qərar qəbul edilməsinin xahiş etmişdir.

7. Hökmdən həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi X5 apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və müdafiə etdiyi şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini, Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasının minimum həddində olan 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair şərti məhkum etmə müddəalarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 yanvar 2022-ci tarixli, 1(103)-151/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsir ləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, onun şübhəli şəxs qismində tutularaq, 21 mart 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək həbsdə olduğu 06 (altı) ay 21 (iyirmi bir) gün müddət çıxılmaqla, cəzasının əvvəli 05 yanvar 2022-ci ildən hesablanmaqla və cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə, üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 05 yanvar 2022-ci il tarixli, 1(103)-151/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində qeyd edilmişdir ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi şəxsi münasibətlər zəminində baş vermiş hadisəni əsassız olaraq xuliqanlıq niyyəti ilə törədilmiş cinayət əməli kimi qiymətləndirməklə məhkum olunmuş şəxsin əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi İlə tövsif edilməsinə dair səhv nəticəyə gəlmişlər. Hesab edir ki, şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş vermiş hadisənin məhkəmələr tərəfindən “məhkum olunmuş şəxsin heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə ağır xəsarət yetirməsi” kimi qiymətləndirilməsi və həmin əsaslarla Fərid Cahangirinin əməlinin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif olunması barədə nəticəsi iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmamışdır. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsinə dair nəticəsi əsassız olmaqla iş üzrə müəyyən edilmiş faktiki hallara və cəzanı yüngülləşdirən hallara uyğun olmamış, apellyasiya instansiyası məhkəməsinin müvafiq qərarı maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 (103)-151/2022 nömrəli, 05 yanvar 2022-ci il tarixli qərarının dəyişdirilməsi, məhkum Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunması, sonuncuya həmin maddənin sanksiyası ilə müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsi və təyin olunmuş cəzanın Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş edir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Re spublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-ver məməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifini mübahisələndirmiş və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilərək cəzasının şərti tətbiq edilməsini xahiş etməklə, tələbini faktiki olaraq məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 yanvar 2022-ci il tarixli, 1(103)-151/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarında n bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiya sı ilə müqayisə edilməsi tələb olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, inayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət v erilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı).

22. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad edilən maddi və prosessual cinayət hüququ normalarını və mövcud məhkəmə prak tikasını nəzərə almaqla, toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış, bu sübutları tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirmiş, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməli ni törətməkdə təqsirli bilinmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

24. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayətin yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etməklə, həm məhkumlar və həm başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün çəkindirici (preventiv) rol oynayan cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərindən kənara çıxmaqla cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə məhkumun şəxsiyyətinə uyğun olmadığını nəzərə alıb, düzgün olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs ba rəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsinin tətbiqinə dair müddəalarını xaric etməklə dəyişdirmişdir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən müəyyən edilmiş işin hallarını Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsinə (o cümlədən, Azərbaycan Respublikası CM-nin 70-ci maddələrinin tətbiq edilməsinə) yol verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən əsaslı cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.

25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyas iya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi barədə nəticəyə gəlmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, y əni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

26. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual cinayət hüququ normalarına uyğun qəbul edilmişdir.

27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 yanvar 2022-ci il tarixli, 1(103)-151/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419. 10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 05 yanvar 2022-ci il tarixli, 1(103)-151/2022 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar