Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1025/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 17 8.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1958-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2012ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2013-cü il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzası 3 ilə endirilmiş, xx xxx 2014-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuş, xx xxxxxx 2015-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2017-ci il tarixdən hesablanması qərara alınmış dır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.Y.Şamayev (sədrlik edən), S.A.Mirzəyev və F.A.Qasımovdan ibarət tərkibdə) Zərərçəkmiş şəxs2 müdafiəçisi X3 və məhkum tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından, Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsindən ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkum ərizəsində kassasiya şikayətini geri götürdüyünü bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətlərinin geri qaytarılması barədə proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq kassasiya şikayətinin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərba ycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum ərizəsi təmin edilsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1025/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1025/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver