Məhkəmə qərarları › İş №1(102)-1025/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1025/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1025/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyə ti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I.İşin halları

1. Məhkum 4 avqust 1959-cu il tarixdə Tərtər rayonunun Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “X5” MMC-nin direktoru işləmiş, əvvəllər məhkum olunmuş, Tərtər rayonunun Borsunlu kəndində qeydiyyatda olmaqla yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 3 sentyabr 2012-ci il tarixdə təsis etdiyi (VÖEN **********), sahibliyində, istifadəsində və mülkiyyətində hər hansı əmlakı mövcud olmayan “X5” MMC-nin direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin avqust ayının ortalarında mənzil almaq üçün ona müraciət edə n Şahid2 və anası Zərərçəkmiş şəxs Sumqayıt şəhərində dəniz sahilində tikilməkdə olan hündür mərtəbəli yaşayış binasının rəhbəri olduğu Cəmiyyət tərəfindən tikilməsinə inandırıb göstərdiyi binanın 1-ci giriş, 3-cü mərtəbəsindəki 3 otaqlı, 112 m2 sahəsi olan 18 nömrəli mənzili Zərərçəkmiş şəxs 78.400 (yetmiş səkkiz min dörd yüz) manata satacağını yalandan vəd edib həmin adla xx.xx.2018ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən kafedə Şahid2lə görüşüb 78.400 (yetmiş səkkiz min dörd yüz) manat məbləğində pul vəsaitini nağd qaydada ondan aldıqdan sonra ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsindəki 3 otaqlı, 112 m2 sahəsi olan 18 nömrəli mənzilin Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri- xx.xx.2018-ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin ödənilməsi, mənzilə görə sonuncunun borcunun qalmamasına dair həmin tarixli və nömrəli maliyyə arayışını həmin gün Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən kafedə tərtib edib, imzası və rəhbərlik etdiyi Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək Şahid2 verməklə tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmiş, bundan sonra eyni niyyətlə 11 sentyabr 2018-ci il tarixdə vergilərin ödənilməsi adı ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən poçt vasitəsilə 500 (beş yüz) manat məbləğində pul vəsaitini özünə göndərməsinə nail olub həmin vəsaiti 11 sentyabr 2018-ci il tarixdə Bərdə rayonunda yerləşən poçtda götürməklə, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 78.900 (yetmiş səkkiz min doqquz yüz) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

3. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim N.M.Əliyev, hakimlər N.T.Əliyev və D.H.İmanovdan ibarət tərkibdə) 06 may 2022-ci il tarixli, 1(100)-32/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il müddətə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüq uqundan məhrum edilməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilmiş və məhkuma qəti olaraq 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

4. Hökmdən məhkum apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını məhkəməd ən xahiş etmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim S.B.Hüseynov, hakimlər Ç.B.Məmmədov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) 08 sentyabr 2022-ci il tarixli, 1(104)-532/2022 saylı qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri

7. Məhkum verdiyi kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə qeyd etmişdir ki, iş üzrə hökm və apellyasiya instansiyası məhkəməsini n qərarı qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə baxışını tam və ya qismən istintaq aparmaqla keçirilməsi üçün çox ciddi əsaslar təqdim olunmasına baxmayaraq, apellyasiya məhkəməsi istintaq aparmaqdan imtina etmiş, bütün vəsatətlər və məhkəmə tərkibinə qarşı etiraz rədd edilmişdir. Bundan başqa, CM-nin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilindiyi əməllərdən hər hansı birinin törədilməsi məhkəmə araşdırması zamanı təsdiqlənməmişdir. Məhkum qeyd edir ki, hazırkı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli 36 saylı “icraçı-payçı” müqaviləsini tərtib etməkdə məqsədi dələduzluq cinayəti törətmək deyil, həmin işdə yalan ifadə verərək şahid qismində tanınan Şahid3 tanışı Koreya dövlətinin vətəndaşı Riçard Soon adlı şəxsin həmin tikintiləri yerinə yetirərək başa çatdırılması üçün 30.000.000 ABŞ dolları miqdarında investisiya yatırdılacağı ilə bağlı Şahid3 aldatması olmuşdur. Bundan əlavə, 25 avqust 2018-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı etibarsız əqd hesab edilir. Bundan başqa, dövlət hesabına təyin edilmiş vəkillik tamamilə formal xarakter daşımış, cinayət təqibi qanun pozuntuları ilə həyata keçirilmiş, protokollara vəkil qol çəkərək saxtalaşdırılmışdır. Bundan əlavə, məhkum kassasiya şikayətində Avropa Konvensiyasının bir sıra maddələrinin tələblərinin kobud surətdə pozulmasını qeyd etmişdir.

8. Qeyd edilən məsələləri nəzərə alaraq kassasiya şikayətinin müəllifi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və barəsind ə olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş etmişdir. III. Hüquqi məsələlər

9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin no rmalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsi nin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

13. Məhkum kassasiya şikayətinin başlıca dəlili barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməməsinin əsassız olmasıdır.

14. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 1(104)-532/2022 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə.

16. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.

17. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzi b edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

18. Məhkumun qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri özü tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

19. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbay can Respublikası CM-nin 178.3.2 və 313-cü maddələri dispozisiyasından və Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

20. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məh kəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2 və 313-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

21. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin pr insiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirini təqdim etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübah isələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

22. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum verdiyi kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 1(104)-532/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 08 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar