Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1025/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, Hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum1 müdafiəçisi Şahverdi Eymur Ağaveys oğlunun, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Sarıyev Əjdər Hakim oğlunun, Məhkum2 müdafiəçisi Kərimli Nurlan Əzizağa oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs60, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs48, Zərərçəkmiş şəxs48 nümayəndəsi Nümayəndə15, Zərərçəkmiş şəxs35 nümayəndəsi Nümayəndə16 Mübariz oğlunun, Zərərçəkmiş şəxs53 nümayəndəsi Nümayəndə11 Şücahət oğlunun, Zərərçəkmiş şəxs18 nümayəndəsi Nümayəndə8, Zərərçəkmiş şəxs32 nümayəndəsi Nümayəndə12, zərərçəkmiş Zərərçəkmiş şəxs26 nümayəndəsi X4, Maraqlarına toxunan şəxslər (mülki iddiaçılar) Şahid1, X9 və X16 nümayəndəsi Nümayəndə5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1, Məhkum1 müdafiəçisi Şahverdi Eymur Ağaveys oğlu, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs53 nümayəndəsi Nümayəndə11, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs48 nümayəndəsi Nümayəndə15, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs35 nümayəndəsi Nümayəndə16 Mübariz oğlu, Zərərçəkmiş şəxs44, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs65, Zərərçəkmiş şəxs60 və nümayəndəsi X19 tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxxx 1970-ci il tarixdə Kürdəmir rayonunun Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" MMC-nin rəhbəri, “X37” MMC-nin təsisçisi, məhkumluğu olan, ünvan 1 ünvanında q eydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamışdır. Məhkum Təqsirləndirilən şəxs1 xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, “X37” MMC-nin direktoru vəzifəsində işləmiş, məhkumluğu olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Məhkum Təqsirləndirilən şəxs2 xx xxxxxx 1959-cu il tarixdə Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, “X37” MMC-nin təsisçisi, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 5 ünvanında yaşayır. Məhkum2 xx xxxxxxxx 1973-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətən daşı, ali təhsilli, ailəli, “X37” MMC-nin təsisçisi, məhkumluğu olan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Bağlar massivi”ndə yaşamışdır. 2. 27 fevral 2021-ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.3.2, 308.2, 311.3.2, 313 və 320.1-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 311.2 və 313-cü maddələri, X10 Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.2, 311.3.2 və 313-cü maddələri, Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5,308.1, 32.5,313 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 09 aprel 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1, Təqsirləndirilən şəxs1, X20, Məhkum2 və Təqsirləndirilən şəxs3 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ayrı-ayrı şəxslərə məxsus əmlakı xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti təkrarən rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah və şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları qeyrisinin köməkçiliyi ilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən saxta möhür hazırlamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qan unsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Ümumilikdə otuz üç mənzili qırx yeddi şəxsə 1.826.521,13 manata satmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla əmlaklarını ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsu s 63.500 manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirmiş, 12.400 manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxta möhür hazırlamış, həmin hərəkətləri ilə cəmi on dörd nəfərin, yəni kütləvi surətdə zərərçəkmiş şəxslərin mənzil sahələrinə maneəsiz sahiblik etmək və ondan sərbəst istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaitini təkrarən rüşvət qismində istəməklə təkrarən almışdır. Bundan başqa, o, təkrarən, xx.xx.1997-ci il tarixdə 292 saylı qeydiyyat nömrəsi ilə (VÖEN **********) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 7irmasının faktiki rəhbəri kimi müəssisənin Nizamnaməsinə əlavə və dəyişiklilər etmək, onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, müəssisənin növbədənkənar ümumi yığıncaqlarının çağırılması hallarını və qaydalarını müəyyən etmək, müəssisənin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmə k, müəssisənin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək, müəssisənin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək, müəssisənin başqa təşkilatlarda iştirakı, habelə hüquqi şəxsləri, filiallar və nümayəndəliklərin yaradılması, yenidən təşkili və ləğv edilməsi, müəssisənin icra orqanının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi, müəssisənin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasını müəyyən etmək və digər təşkilatisərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri etmək hüququna m alik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 285 nömrəli sərəncamına əsasən Xırdalan şəhəri, Quba-Bakı magistralının qərbində "xxxx" MMC-nin təsisçisi X3 Torpağa Mülkiyyət Hüququna dair JN-0040 KOD 30801006 Dövlət Aktı ilə 0,17 ha, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin MA seriyalı ******* saylı çıxarışı ilə 0,21 ha, cəmi 0,38 ha mülkiyyətində olan torpaq sahəsində faktiki fəaliyyət göstərən istehsalat obyektlərinin sökülərək JN0040 Kod 30801006 Dövlət Aktı ilə 0,17 ha torpaqda hər biri bir girişli olan iki ədəd altımərtəbəli mansardlı və MA seriyalı ******* saylı çıxarışla 0,21 ha torpaq sahəsində hər biri bir girişli olan iki ədəd altımərtəbəli mansardlı evlərin layihələndirilməsinə və tikintisinə icazə verilməsi ilə əlaqədar, qeyd olunan MMC-nin direktoru X1 ilə 2013-cü ilin ortalarından etibarən həmin tikinti sahəsinə özünün tikinti materialları tədarük edəcəyinə dair şifahi şəkildə razılaşdıqdan sonra, qeyd olunan binaların özünə məxsus olmaqla, faktiki olaraq rəhbəri olduğu «İDEAL-R» şirkətinin inşa etdiyini və həmin binalardan mənzil rəsmiləşdirib satmaq səlahiyyətinin olmasını tanışı Zərərçəkmiş şəxs56 2013-cü ilin oktyabr ayında Bakı şəhəri ərazisində yalandan bildirib, "xxxx" MMC-nə məxsus binalardan mənzil satmağa heç bir səlahiy yətinin olmadığı halda, həmin binalardan Zərərçəkmiş şəxs56 adına mənzil rəsmiləşdirməyi və aralarındakı işgüzar münasibətlərlə əlaqədar sonuncuya borclu olduğu 20.000 manat məbləğində öhdəlikdən yayınmaq məqsədi ilə həmin məbləği mənzilin dəyərindən ilkin ödəniş kimi qəbul edəcəyini, qalan hissəsinin isə mərhələli şəkildə ödənilməsinin zəruri olduğunu aldatmaqla deyib, inandırmaq üçün məzmununa Bakı şəhəri «Ağşəhər» adlanan ərazidə yerləşən ofisində Bakı şəhəri, Xırdalan qəsəbəsi, Quba-Bakı magistralının qərbində inşa edilən yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 134,64 m2 olan üçotaqlı mənzilin tamah niyyəti ilə guya xx.xx.2013-cü il tarixdə Zərərçəkmiş şəxs56 satılmasına dair, bilə-bilə yalan məlumat daxil etməklə faktiki olaraq müxtəlif ictimai-iaşə müəssisələrinə meyvə-tərəv əz tədarükü ilə məşğul olmaqla bina tikintisi ilə məşğul olmayan «İDEAL-R» şirkəti ilə Zərərçəkmiş şəxs56 arasında, cinayətdən xəbərsiz olan qohumu X2 Cəmiyyətin guya direktoru olmasına dair də bilə-bilə yalan məlumatlar daxil etdiyi eyni tarixli 01 nömrəli müqaviləni, Zərərçəkmiş şəxs56 tərəfindən 34.750 manat ödənilməsinə dair kassa mədaxil orderinin qəbzini hazırlayıb həmin sənədlərin mətnində olan «direktor: Şahid75», «Rəhbər» sözlərinin qarşısında qəsdən başqa cür imza edərək üzərində «İDEAL-R Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti və Azerbaijan Republic Limited Liability Company» sözləri həkk olunmuş möhürlə təsdiq edib Zərərçəkmiş şəxs56 təqdim etməklə, sonuncudan həmin gün saat 11 radələrində qeyd olunan ofisdə 14.750 manat, xx.xx.2013-cü il tarixdə həmin möhürlə təs diq etdiyi eyni tarixli kassa mədaxil orderi qəbzini tərtib edib verməklə Bakı şəhəri ərazisində cinayətdən xəbərsiz olan Şahid73 vasitəsi ilə 15.000 manat, xx.xx.2013-cü il tarixdə həmin möhürlə təsdiq etdiyi eyni tarixli kassa mədaxil orderi qəbzini tərtib edib verməklə Bakı şəhəri ərazisində cinayətdən xəbərsiz olan X5 vasitəsi ilə 20.000 manat, xx.xx.2013-cü il tarixdə həmin möhürlə təsdiq etdiyi eyni tarixli kassa mədaxil orderi qəbzini tərtib edib verməklə Xaçmaz rayonunun Pirqulu-oba kəndində Zərərçəkmiş şəxs56 fərdi yaşayış evinin həyətində, onun özündən 4.300 manat, cəmi 74.050 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf etməklə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs56 məxsus 74.050 ma nat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, təkrarən vəzifə saxtakarlığı edib, həmin hərəkətləri ilə "xxxx" MMC-nin cəmiyyətdə nüfuzuna xələl gətirib hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, eyni niyyətlə, təkrarən, "xxxx" MMC-nə məxsus qeyd olunan binaların təmirinin ona həvalə olunduğunu 2013-cü ilin sonlarında tanışı Zərərçəkmiş şəxs12 yalandan bildirib, sonuncudan şəxsi ehtiyacları üçün həmin dövrdə 5.000 manat, xx.xx.2014-cü il tarixdə isə 8.000 manat məbləğində borc adı ilə pul vəsaiti istəyib, binaların təmir işləri ilə Zərərçəkmiş şəxs12 məşğul olmasını təklif edib, həmin binalardan mənzil satmağa heç bir səlahiyyətinin olmadığı halda, 13.000 manat məbləğində borcunun, həmçinin görəcəyi işlərin əvəzində Zərərçəkmiş şəxs12 adına həmin binalardan mənzil rəsmiləşdirməklə hesablaşacağını aldatmaqla deyib, inandırmaq üçün məzmununa Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən ünvanda Bakı şəhəri, Xırdalan qəsəbəsi Quba-Bakı magistralının qərbində inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 53,6 kv.metr olan birotaqlı mənzilin tamah niyyəti ilə guya xx.xx.2014-cü il tarixdə Zərərçəkmiş şəxs12 satılmasına dair bilə-bilə yalan məlumat daxil etməklə faktiki olaraq özünə məxsus olmaqla təşkilati və sərəncamverici səlahiyyətə malik olduğu, faktiki olaraq müxtəlif ictimai-iaşə müəssisələrinə meyvə-tərəvəz tədarükü ilə məşğul olmaqla bina tikintisi ilə məşğul olmayan «İDEAL-R» şirkəti ilə Zərərçəkmiş şəxs12 arasında, cinayətdən xəbərsiz olan qohumu X2 Cəmiyyətin guya direktoru olmasına dair də bilə-bilə yalan məlumatlar daxil etdiyi eyni tarixli müqaviləni, həmçinin eyni tarixli ödəniş cədvəlini və 13.000 manat ödənilməsinə dair kassa mədaxil orderinin qəbzini hazırlayıb həmin sənədlərin mətnində olan «direktor: Şahid75», «İDEAL-R-nin direktoru Şahid75Ə», «Rəhbər» sözlərinin qarşısında qəsdən başqa cür imza edərək qeyd olunan möhürlə təsdiq etdiyi xx.xx.2014-cü il tarixli müqaviləni Zərərçəkmiş şəxs12 təqdim etməklə, sonuncudan Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə 2013-cü ilin sonlarında 5.000 manat, xx.xx.2014-cü il tarixdə isə 8.000 manat, cəmi 13.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf etməklə öz qulluq mövqeyindən istifadə etmə klə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs12 məxsus 13.000 manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, təkrarən vəzifə saxtakarlığı edib, həmin hərəkətləri ilə "xxxx" MMC-nin cəmiyyətdə nüfuzuna xələl gətirib hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, eyni niyyətlə, təkrarən, "xxxx" MMC-nə məxsus qeyd olunan binaların özünə məxsus olmaqla, faktiki olaraq özünə məxsus olan «İDEAL-R» şirkətinin inşa etdiyini və həmin binalardan qeyri-yaşayış sahəsi rəsmiləşdirib satmaq səlahiyyətinin olmasını tanışı Zərərçəkmiş şəxs57 2014cü ilin əvvəllərində Bakı şəhəri ərazisində yalandan bildirib, "xxxx" MMC-nə məxsus binalardan yaşa yış və ya qeyri-yaşayış sahəsi satmağa heç bir səlahiyyətinin olmadığı halda, aralarındakı işgüzar münasibətlərlə əlaqədar 250.000 manat məbləğində pul borclu olduğu sonuncunun adına, öhdəlikdən yayınmaq üçün həmin binalardan qeyri-yaşayış sahəsi rəsmiləşdirib bu yolla borcunu ödəyəcəyini aldatmaqla deyib, inandırmaq üçün məzmununa Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə tamah niyyəti ilə Bakı şəhəri, Xırdalan qəsəbəsi QubaBakı magistralının qərbində inşa edilən yaşayış binasında 100 m2 sahəsi olan qeyriyaşayış sahəsi, zirzəminin guya xx.xx.2014-cü il tarixdə Zərərçəkmiş şəxs57 100.000 manata eyni binada 100 m2 sahəsi olan qeyri-yaşayış sahəsi, mağaza yerinin isə 150.000 manata satılmasına dair, tamah niyyəti ilə bilə-bilə yalan məlumat daxil etməklə faktiki olaraq özünə məxsus olmaqla təşkilati və sərəncamverici səlahiyyətə malik olduğu, faktiki olaraq müxtəlif ictimai-iaşə müəssisələrinə meyvə-tərəvəz tədarükü ilə məşğul olmaqla bina tikintisi ilə məşğul olmayan «İDEAL-R» şirkəti ilə Zərərçəkmiş şəxs57 arasında, cinayətdən xəbərsiz olan qohumu X2 Cəmiyyətin guya direktoru olmasına dair də, bilə-bilə yalan məlumatlar daxil etdiyi eyni tarixli iki ədəd müqaviləni və qeyd olunan qeyri-yaşayış sahələrinə görə Zərərçəkmiş şəxs57 şirkətə borcunun olmamasına dair eyni tarixli 09 və 10 nömrəli maliyyə arayışlarını hazırlayıb həmin sənədlərin mətnində olan «direktor: Şahid75», «İdeal-R MMC-nin direktoru Şahid75Ə» sözlərinin qarşısında qəsdən başqa cür imza edərək üzərində «İDEAL-R Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti və Azerbaijan Republic Limite d Liability Company» sözləri həkk olunmuş möhürlə təsdiq edib Zərərçəkmiş şəxs57 təqdim etməklə vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs57 məxsus 250.000 manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, təkrarən vəzifə saxtakarlığı edib, həmin hərəkətləri ilə "xxxx" MMC-nin cəmiyyətdə nüfuzuna xələl gətirib hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə, iki mənzili iki şəxsə 87.050 manata, bir halda bir şəxsə qeyri-yaşayış sahəsini 250.000 manata satmaqla, üç şəxsə cəmi 337.050 manata satmaqla öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifa də etmə yolu ilə həmin şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla əmlaklarını ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə "xxxx" MMC-nin cəmiyyətdə nüfuzuna xələl gətirib hüquqlarına və qanuni mənafelərinə təkrarən ağır nəticələrə səbəb olan mühüm zərər vurub vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, «X37» Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Təqsirləndirilən şəxs1 və özünün A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə məhkəmə istintaqı zamanı barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanıldığı dövrdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində xx.xx.2007-ci il tarixdə 0107-P312-48183 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış (VÖEN №**********) «X37» MMC-nin təsisçisi Təqsirləndirilən şəxs2 Cəmiyyətdəki payının özünə satılmasına dair aralarında bağlanmış xx.xx.2010-cu il tarixli «Müəssisədəki payın alqı-satqı müqaviləsi»nin vergi orqanlarına təqdim olunma ması səbəbindən Təqsirləndirilən şəxs2 təsisçilikdən kənarlaşdırılmadığına görə, Cəmiyyətə aid möhürlər isə istintaq orqanı tərəfindən götürüldüyündən, qanunsuz yollarla yeni saxta möhür düzəltmək və müvafiq saxta sənədlər tərtib olunmaqla Təqsirləndirilən şəxs2 MMC-nin təsisçiliyindən kənarlaşdırılması, həmçinin xx.xx.2007-ci il tarixdə Cəmiyyətin direktoru vəzifəsinə təyin olunmuş Təqsirləndirilən şəxs1 həmin vəzifədən azad edilməsinə nail olmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 Cəmiyyətin nizamnaməsinin dəyişdirilməsi və təsisçilərin adından yeni məzmunlu qərar qəbul olunmasına dair məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi yardımda ifadə olunan köməkçiliyi ilə sonuncunun 2019-cu il aprel ayının sonlarından sentyabr ayının əvvəllərinədək olan müddət də Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə və şəraitdə aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində üzərində «Azərbaycan Respublikası Azerbaijan Republic «X37» Məhdud Məsuliyyətli Cəmiyyəti Limited Liability Company» yazıları həkk olunmuş Cəmiyyətin saxta möhürünü hazırlayıb, Təqsirləndirilən şəxs3 həmin müddətdə kompüterdə tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə eyni xarakterli köməkçiliyi ilə, yəni «X37» MMC-nin təsisçilərinin Cəmiyyətin təsisçi dəyişikliyi ilə əlaqədar olaraq nizamnaməsinin 3-cü redaksiyada hazırlanması və təsdiq edilməsi, MMC-nin direktoru Təqsirləndirilən şəxs1 tutduğu vəzifədən azad edilməsi, MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Şahid77 təyin edilməsi, dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edilməsi və bununla bağlı lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın, digər lazımi sənədlərin götürülməsi və ya bununla bağlı digər şəxsə etibarnamə verilməsinin direktor Şahid77 həvalə edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarının, habelə «X37» MMC-nin Təqsirləndirilən şəxs2 adının təsisçilər sırasında göstərilmədiyi nizamnaməsinin (3-cü redaksiyada) məzmununa daxil edilib, həmin qərarda «Təsisçi: Məhkum2» və «Təsisçi: Şahid1» qrafalarında, MMC-nin nizamnaməsində (3-cü redaksiyada) «Məhkum2» və «Şahid1» ya zıları qarşısında Təqsirləndirilən şəxs3 tərəfindən imza olunmaqla və qərarın, həmçinin nizamnamənin birinci səhifəsinin istintaqla müəyyən edilməyən şəraitdə hazırlanıb dairəvi möhürlə təsdiq edilməklə, Təqsirləndirilən şəxs3 vasitəsilə vəzifə saxtakarlığı edərək hazırladığı həmin saxta rəsmi sənədlərin vergi xidməti orqanlarına xx.xx.2019-cu il tarixdə təqdim olunmasına nail olmaqla, vəzifəli şəxs qismində Təqsirləndirilən şəxs3 köməkçiliyi ilə etdiyi həmin hərəkətlərlə Azərbaycan Respublikası müvafiq dövlət orqanlarının, hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasının şəffaflığı və qanuniliyi ilə əlaqədar fəaliyyətini pozmaqla dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində Təqsirləndirilən şəxs3 kömək çiliyi ilə rəsmi sənədlərin məzmununa vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istifadə etmək məqsədilə təkrarən qanunsuz olaraq saxta möhür hazırlamışdır. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ayrı-ayrı şəxslərə məxsus əmlakı xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, xidmət i vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah və şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Ümumilikdə, otuz iki mənzili qırx beş şəxsə 1.801.021,13 manata satmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla əmlaklarınıələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus 63.500 manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirmiş, 12.400 manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmək lə təkrarən vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxta möhür hazırlamış, həmin hərəkətləri ilə cəmi on dörd nəfərin, yəni kütləvi surətdə zərərçəkmiş şəxslərin mənzil sahələrinə maneəsiz sahiblik etmək və ondan sərbəst istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi biləbilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaitini rüşvət qismində istəməklə almışdır. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlak ını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti təkrarən rüşvət qismində istəyərək təkrarən almış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlə rindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Ümumilikdə, qeyd edilən qaydada iki mənzilin iki şəxsə satılması adı ilə həmin şəxslərdən cəmi 78.500 məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, bir mənzilin təkrar qanunsuz satışını həyata keçirməklə öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, iki şəxsə qarşı təkrarən dələduzluğa cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi tamah ni yyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, bir halda mənzili dələduzluq yolu ilə əmlakını ələ keçirdiyi şəxsə təhvil verməklə mənzilin qanuni sahibinin öz əmlakından sərbəst şəkildə birgə yaşayış qaydalarına uyğun istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi üç halda xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə şəxsən birbaşa yolla özü üçün maddi nemət olan cəmi 10.000 manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəməklə 6.000 manatı həmin niyyətlə təkrarən rüşvət qismində almışdır. Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişd ir. Ümumilikdə, qeyd edilən qaydada üç mənzilin üç şəxsə satılması adı ilə həmin şəxslərdən cəmi 132.260 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, bir halda bir şəxsə 45.000 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə biləbilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, bir halda mənzili dələduzluq yolu ilə əmlakını ələ keçirdiyi şəxsə təhvil verməklə mənzilin qanuni sahibinin öz əmlakından sərbəst şəkildə birgə yaşayış qaydalar ına uyğun istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2023 nömrəli, 10 mart 2023-cü il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1, 311.3.2, 313 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respub likası CM-nin 308.1-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ilk 37 epizod üzrə, Azərbaycan Respublikası CM-nin 313 və 320.1-ci maddələri ilə cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Məhkum1 02 (iki) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rə hbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərarı ilə üzərində müəyyən edilmiş qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının həmin hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 71 -ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli hökmü ilə ona tətbiq edilmiş şərti məhkum etmənin ləğv edilərək Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının həmin hökmə qismən birləşdirilərək qəti olaraq 03 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası çəkildiyindən qəti cəzadan çıxılaraq üzərində 3 (üç) il müddətə dövlət və yerli özünüi darə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 29 mart 2022-ci il tarixdən hesablanması; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 311.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 311.2-ci maddəsi ilə 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ilk 36 epizod üzrə, 308.2-ci maddəsi ilə irəli sürülmüş ilk 09 epizod üzrə və Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə 03 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərarı ilə üzərində müəyyən edilmiş qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasını həmin hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum et mə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası çəkildiyindən qəti cəzadan çıxılaraq üzərində 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 29 iyul 2021-ci il tarixdən hesablanması; Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi, 178.2.4-cü maddəsi ilə ikinci epizod (X11 ilə bağlı), 308.2-ci maddəsi ilə birinci epizod üzrə cəza təyin edilməməsi, Azərbaycan Respublikası CMnin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə q əti olaraq 03 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə qəti olaraq təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.2, 311.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə barəsində həmin Mə cəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 29,178.2.2-ci maddəsi ilə ikinci epizod üzrə və 313-cü maddəsi ilə cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona qəti olaraq təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi; Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs37 tərəfindən təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Məhkum1 və Təqsirləndirilən şəxs1 qarşı verilmiş mülki iddianın tam təmin edilməsi, 86.400 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla, 10.000 manat məbləğdə mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun Məhkum1 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq ona verilməsi; Zərərçəkmiş şəxs25 tərəfindən Məhkum1 və Təqsirləndirilən şəxs1 qarşı verilmiş mülki iddianın tam təmin edilməsi, 50.000 manat məbləğində maddi ziyanın Məhkum1 və Təqsirləndirilən şəxs1 alınaraq ona ödənilməsi; Zərərçəkmiş şəxs5 nümayəndəsi Nümayəndə7 tərəfindən Təqsirləndirilən şəxs1 və Məhkum1 qarşı verilmiş mülki iddianın tam təmin edilməsi, 41.130 ABŞ dolları (ödəniş gününə uygun olaraq Azərbaycan Respublikasının manatının məzənnəsi nəzərə alınmaqla) dəymiş maddi ziyan və 300 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada Məhkum1 və Təqsirləndirilən ş əxs1 tutularaq Eyvar Yusubova ödənilməsi; Zərərçəkmiş şəxs26 tərəfindən Məhkum1 və Təqsirləndirilən şəxs1 qarşı verilmiş mülki iddianın tam təmin edilməsi, 51.200 manat məbləğində maddi ziyanın cavabdehlərdən alınaraq ona verilməsi; Zərərçəkmiş şəxs4 tərəfindən Məhkum1 və Təqsirləndirilən şəxs1 qarşı verilmiş mülki iddianın tam təmin edilməsi, dəymiş maddi ziyana görə 31.200 manat məbləğində pulun Məhkum1 və Təqsirləndirilən şəxs1 alınaraq ona ödənilməsi; Zərərçəkmiş şəxs35 tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi, 44.800 manat dəmiş ziyan və 224 manat 40 qəpik ödənilmiş dövlət rüsumunun Məhkum1 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq ona ödənilməsi; Zərərçəkmiş şəxs54 tərəfindən Məhkum1 və Təqsirləndirilən şəxs1 qarşı verilmiş mülki iddianın tam təmin edilməsi, 34.000 manat Məhkum1 və Təqsirləndirilən şəxs1 alınaraq ona ödənilməsi; Zərərçəkmiş şəxs9 mülki iddasının qismən təmin edilməsi, ona dəymiş ziyanın miqdarında 61.440 manat məbləğində pulun Məhkum1 və Təqsirləndirilən şəxs1 alınaraq ona ödənilməsi; Zərərçəkmiş şəxs48 mülki iddasının qismən təmin edilməsi, ona dəyən zərər 48.000 manat manat məbləğində pulun Məhkum1 və Təqsirləndirilən şəxs1 alınaraq ona ödənilməsi; Zərərçəkmiş şəxs18 mülki iddasının qismən təmin edilməsi, ona dəymiş zərər 33.705 manat və 10.000 manat mənəvi ziyanın Məhkum1 və Təqsirləndirilən şəxs1 alınaraq ona ödənilməsi; zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs62 və Zərərçəkmiş şəxs60 mülki iddalarını qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində vermədikləri üçün onların verdikləri mülki iddialarının təmin edilməməsi; Mar aqlarına toxunan şəxslər Şahid1, X21, X6 hüquqi varisi X16 nümayəndələri Nümayəndə5 mülki iddasının qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-244/2021 nömrəli, 19 fevral 2021-ci il tarixli qərarı ilə "xxxx" MMC tərəfindən ünvan 10 ünvanında inşa edilən 1 girişli, 21 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 5 nömrəli, 3-cü mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 9 nömrəli, 5-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 33 nömrəli, 10-cu mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 65 nömrəli, 8-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 49 nömrəli, 11-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 73 nömrəli, 14-cü mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi o lan 1 otaqlı 97 nömrəli, 14-cü mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 101 nömrəli, 15-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 109 nömrəli, 17-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 125 nömrəli, 17-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 129 nömrəli, 19-cu mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 141 nömrəli, 20-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 149 nömrəli, 20-ci mərtəbəsində yerləşməklə 50,2 kv.m sahəsi olan 1 otaqlı 153 nömrəli, hər birinin orta bazar dəyəri 47.991,20 manat olmaqla cəmi dəyəri 671.876,80 manat olan 14 ədəd mənzilin, binanın 3-cü mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 16 nömrəli, 4-cü mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 24 nömrəli, 6cı mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 36 nömrəli,7-ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 48 nömrəli,9-cu mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 60 nömrəli,10-cu mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 72 nömrəli,12-ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 88 nömrəli,13-cü mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 96 nömrəli,14-cü mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 104 nömrəli,17-ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 124 nömrəli,18- ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 136 nömrəli,20-ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 152 nömrəli,21-ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 ot aqlı 156 nömrəli, hər birinin orta bazar dəyəri 87.378,40 manat olmaqla cəmi dəyəri 1.135.919,2 manat olan 13 ədəd mənzilin, binanın 3-cü mərtəbəsində yerləşməklə 96,3 kv.m sahəsi olan 3 otaqlı 14 nömrəli, 4-cü mərtəbəsində yerləşməklə 96,3 kv.m sahəsi olan 3 otaqlı 18 nömrəli, 9cu mərtəbəsində yerləşməklə 96,3 kv.m sahəsi olan 3 otaqlı 58 nömrəli, 13-cü mərtəbəsində yerləşməklə 96,3 kv.m sahəsi olan 3 otaqlı 90 nömrəli, 15-ci mərtəbəsində yerləşməklə 96,3 kv.m sahəsi olan 3 otaqlı 106 nömrəli, hər birinin orta bazar dəyəri 92.062,80 manat olmaqla cəmi dəyəri 460.314 manat olan 5 ədəd mənzilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 180.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının izah edilməsi, cinayət işi üzrə dələduzluq cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyan 2.277.571,13 manat və həmin ziyandan ümumilikdə 181.610 manat hissənin ödənilməsinin nəzərə alınması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər də həll edilmişdir.
6. Həmin hökmlə Təqsirləndirilən şəxs3 da Azərbaycan Respublikası CM-nin 32.5,308.1, 32.5,313 və 320-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur.
7. Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Şahverdi Eymur Ağaveys oğlu, Təqsirləndirilən şəxs2 müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu, Təqsirləndirilən şəxs1, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs65, X12, Zərərçəkmiş şəxs53, Zərərçəkmiş şəxs60, Zərərçəkmiş şəxs32 nümayəndəsi Nümayəndə12, Zərərçəkmiş şəxs14 (qızı) nümayəndəsi Nümayəndə9 və maraqlarına toxunan şəxslər (mülki iddiaçılar) Şahid1, X21, X7 hüquqi varisi X16 nümayəndələri Nümayəndə5 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Şahverdi Eymur Ağaveys oğlu, Təqsirləndirilən şəxs2 müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu, Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs48, Zərərçəkmiş şə xs53, Zərərçəkmiş şəxs65, Zərərçəkmiş şəxs60, Zərərçəkmiş şəxs44 Zərərçəkmiş şəxs32 nümayəndəsi Nümayəndə12, Zərərçəkmiş şəxs14 nümayəndəsi Nümayəndə9 və maraqlarına toxunan şəxslər (mülki iddiaçılar) Şahid1, X21, X7 hüquqi varisi X16 nümayəndələri Nümayəndə5 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, apellyasiya protestinin qismən təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2023 nömrəli, 10 mart 2023-cü il tarixli hökmünün Məhkum2 aid hissədə dəyişdirilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti məhkum etmənin tətbiq olunması və bununla bağlı göstərişlərin hökmdən xaric edilməsi, onun təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2-ci maddələri ilə Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirməklə qəti olaraq təyin edilmiş 03 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 noyabr 2023-cü il tarixdən hesablanması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Təqsirləndirilən şəxs1, Məhkum1 müdafiəçisi Şahverdi Eymur Ağaveys oğlu, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu, zərərçəkmiş şəxs (mülki iddiaç ı) Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs53 nümayəndəsi Nümayəndə11, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs48 nümayəndəsi Nümayəndə15, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs35 nümayəndəsi Nümayəndə16 Mübariz oğlu, Zərərçəkmiş şəxs44, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs65, Zərərçəkmiş şəxs60 və nümayəndəsi X19 tərəfindən birgə kassasiya şikayətləri, eləcə də dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Kassasiya protestində qeyd edilir ki, məhkəmələr Məhkum1 aşağı həddə cəza təyin edərkən vurulmuş ziyanın qismən ödənilməsini yüngülləşdirici hal kimi nəzərə alsalar da, elan edilmiş ittiham üzrə dələduzluq əməli nəticəsində vurulmuş 2.277.571,13 manat ziyandan cəmi 32. 000 manatı, yəni 1.4 faiz hissəsi ödənilmişdir. Bundan başqa, Məhkum1 törətmiş olduğu cinayət əməlindən zərərçəkmiş şəxslərin çoxluğu və vurulmuş ziyanın məbləği nəzərə alınmamışdır. Hökmlə müəyyən edildiyi kimi Məhkum1 56 nəfər zərərçəkmiş şəxsdən müxtəlif məbləğlərdə pulu ələ keçirərək ümumilikdə 2.277.571,13 manat ziyan vurmuşdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 aşağı həddə cəza təyin edərkən iş yerindən müsbət xasiyyətləndirilməsini yüngülləşdirici hal kimi qəbul etmişdir. Qeyd olunan xasiyyətnamənin özünün təsisçisi olduğu şirkət tərəfindən verilməsini nəzərə almadan həmin halı əsassız olaraq yüngülləşdirici hal kimi qəbul etməkdə haqlı olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 cinayət əməlindən zərərçəkmiş şəxslərin çoxluğu və vurulmuş ziyanın məbləğini nəzərə almam ışdır. Belə ki, hökmlə müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs1 50 nəfər zərərçəkmiş şəxsdən müxtəlif məbləğlərdə pulu ələ keçirərək ümumilikdə 1.876.921 manat ziyan vurmuş və həmin ziyandan ümumiyyətlə heç bir ödəniş edilməmişdir. Bundan başqa, cinayətin ictimai təhlükəliliyini daha da artıran hal kimi Məhkum1 və Təqsirləndirilən şəxs1 tərəfindən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşməklə törədilməsini də nəzərə alınmamışdır. Digər ağır cinayətlər törətmiş Təqsirləndirilən şəxs2 ilk məhkumluğu, yaşının çox olması, rüşvət qismində aldığı pulların bir hissəsinin tikilən binaya sərf etməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə əsasssız olaraq şərti hesab edilmiş, cəza təyin edilərkən tör ətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alındığını göstərilsə də, faktiki olaraq buna əməl edilməmişdir. Bundan başqa, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının nəticə hissəsində dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin üzərinə həbs qoyulmuş əmlakların xüsusi müsadirə olunmaqla dəyişdirilməsi hissəsində təmin olunub-olunmaması, hökmün həmin hissədə dəyişdirilmədən saxlanılması ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
11. Məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətində ilk dəfə məhkum olduğunu, ailəli olmasını, səmimi peşmançılığını nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkum1 müdafiəçisi Şahverdi Eymur Ağaveys oğlu kassasiya şikayətində qeyd etmişdir ki, həm ibtidai istintaq, həm də məhkəmədə cinayət təqibi ilə bağlı hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış və Məhkum1 əməllərində ittiham edildiyi cinayətlərin əlamətlərinin olması, ümumiyyətlə onun təqsirli olması sübuta yetirilməmiş, əksinə onun təqsirsiz olmasına dəlalət edən birbaşa sübutlar olmasına baxmayaraq törətmədiyi və sübuta yetirilməyən cinayətə görə cəza verilərək, qanunsuz və əsassız olaraq məhkum edilmişdir. Eyni i şlə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə aktı vardır. Bu səbəbdən Məhkum1 təkrarən eyni cinayətlər üzrə təqsirli bilinməsi yolverilməzdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 ilə bağlı epizoda diqqət yetirildikdə müəyyən olunur ki, 2019-cu ilin aprel ayının sonlarından sentyabr ayının əvvəllərinədək olan müddətdə Təqsirləndirilən şəxs3 vasitəsilə təkrarən vəzifə saxtakarlığı etmiş, təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və təkrarən qanunsuz saxta möhür hazırlamışdır. Halbuki, Məhkum1 2019-cu ildə həbsdə olmuşdur. İş materiallarında olan ekspert rəylərinin heç birində Məhkum1 hansısa rəsmi sənədə imza atması qeyd olunmamışdır. İş materiallarında olan mülki mühakimə icraatı qaydasında aparılan işlərə dair çıxarılmış məhkəmə qəralarına diqqət yetirildikdə görünür ki, həm in işlərdə cavabdeh "xxxx" MMC-dir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum1 əməlində cinayət tərkibi və onun hər hansı cinayət təqsiri olmadığından cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Zərərçəkmiş şəxs18 kassasiya şikayəti və ona əlavəsində qeyd etmişdir ki, məhkəmə mülki iddia ilə bağlı yekun qərara gəlməsi üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və buna görə də məhkəmənin mülki iddia ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə heç bir tutarlı sübut təqdim edilmədiyi halda, yalnız maraqlı şəxslər arasında olan qanunsuz razılaşma haqqında yazılar ı əsas götürərək üzərindən həbsi götürdüyü “X37” MMC-nə məxsus olan 32 ədəd mənzilin maraqlı şəxslərin tikdiyi qəanətinə gələrək həmin mənzillərə tutmanın yönəldilməsinin mümkün olmaması haqqında qanunsuz qənaətə gəlmişdir. Apellyasiya şikayətində onun tələbini və ya mülkiyyətçisi olduğu mənzilin ona verilməsi, bu mümkün olmasa mülki iddianın baxılmamış saxlanılmasını xahiş etsə də, onun tələbi təmin edilməmişdir. Göstərilənlərə əsasən tərəfindən verilmiş mülki iddia ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında mülki işə baxıldığına görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarının ona münasibətdə dəyişdirilməsi, onun mülki iddiasına aid təmin olunmuş hissədə ləğv edilməsi və iddianın baxılmamış saxla nılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Zərərçəkmiş şəxs53 nümayəndəsi Nümayəndə11 kassasiya şikayətində qeyd etmişdir ki, X13 adına rəsmiləşdirilməsinə dair 12 noyabr 2008-ci il tarixli, 117 nömrəli müqavilənin 09 iyun 2014-cü il tarixdən sonrakı istintaqla müəyyən edilməyən tarixdə alınmasını təsdiq edən hər hansı bir sübut cinayət işi materiallarında mövcud olmamışdır. Buna görə də həmin müddəa hökmdən xaric edilməli və 12 noyabr 2008ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində “X37” MMC tərəfindən inşa olunan 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 91,4 kv.metr olan üçotaqlı mənzilə dair həmin tarixli, 117 saylı müqavilənin tərtib edildiyi, yəni 12 noyabr 2008-ci il tarixdə tərtib edilməsi və həmin tarixdə Vüqar Şahbazlıya s atılması müəyyən edilmiş hal kimi yeni qəbul edilmiş hökmdə qeyd edilməlidir. Bundan başqa məhkəmə əsassız olaraq Azərbaycan Respublikası CPM-nin 127 və 145-ci maddələrinə əsaslanmamış, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 155 nömrəli, 28 fevral 2020-ci il tarixli ekspert rəyini sübut kimi qiymətləndirmiş və CPM-nin tələblərini pozmuşdur. Ekspert rəyində göstərilmişdir ki, mənzil sahəsinin X17 adına rəsmiləşdirilməsi barədə 12 noyabr 2008-ci il tarixli, 117 nömrəli müqavilədə, onun adına verilmiş eyni tarixi nömrəsiz arayışda müvafiq olaraq “satıcı” qrafalarında, həmçinin “direktor: Təqsirləndirilən şəxs1A” qrafasındakı imzanın Təqsirləndirilən şəxs1 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspert rəyi şübhə doğurduğu üçün təkr ar məhkəmə sənədlərin texniki ekspertizasının və xəttşünaslıq ekspertizası təyin edilməsi barədə qərar qəbul edilməli və ziddiyyət aradan qaldırılmalı idi. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
15. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs48 nümayəndəsi Nümayəndə15 kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələrin gəldiyi qənaət ümumi işin xarakteri ilə uyğunluq təşkil etmir, əsassız olmaqla, maddi və prosessual hüquq normalarına ziddir. Cinayət işi materialları ilə müəyyən olunur ki, məhkəmə yekun məhkəmə aktı çıxararkən təqdim olunan mülki iddianı təmin etmiş, lakin onu cinayət əməlini törətdikləri zaman "xxxx" MMC-nin səlahiyyətli şəxsləri olan Məhkum1 və Təqsirləndirilən şəxs1 həmin Cəmiyyətin vəzifəli şəxsləri olmasını, həmçinin baş verən cinayətin birbaşa həmin Cəmiyyətlə əlaqəli olmasını, yəni cinayət törətməyə əsas olan əmlakın Cəmiyyətə məxsus olması və məhkum edilmiş şəxslərin birbaşa həmin əmlakla bağlı verdikləri qanunsuz sərəncamları nəzərə almamış, məhkum edilmiş şəxsləri sıravi vətəndaş kimi zərərçəkmiş şəxslərə qarşı dələduzluq əməli törətmiş şəxs kimi ittiham etməklə kifayətlənmişdir. Hesab edilir ki, şəxsin əməlində istinad edilən cinayət əməli qulluq mövqeyindən istifadə etməklə törədilmiş olmasına baxmayaraq məhkəmə qanunsuz olaraq şəxsin hərəkətlərinə görə hüquqi şəxsin məsuliyyət daşımadığı qənaətilə yetinməmiş, əlavə olaraq hüquqi şəxsə məxsus olan əmlakın təsisçilərə məxsus olması barədə heç bir mülki hüquq normaları ilə bir yerə sığmayan nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2023 nömrəli, 10 mart 2023-cü il tarixli hökmü ilə "xxxx" MMC-nə aid 32 ədəd mənzil üzərinə qoyulmuş həbsin ləğvinin qüvvəsində saxlanılması hissəsində ləğv edilməsi, mülki iddianın hüquqi şəxsdən tutulması hissəsində yenidən baxılması üçün işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
16. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs35 nümayəndəsi Nümayəndə16 Mübariz oğlu kassasiya şikayətində digər zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs48 nümayəndəsi Nümayəndə15 kassasiya şikayətində göstərilən dəlillərlə eyni dəlillər irəli sürərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2023 nömrəli, 10 mart 2023-cü il tarixli hökmü ilə "xxxx" MMC-nə aid 32 ədəd mənzil üzərinə qoyulmuş həbsin ləğvinin qüvvəsində saxlanılması hissəsində ləğv edilməsi, mülki iddianın hüquqi şəxsdən tutulması hissəsində yenidən baxılması üçün işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
17. Zərərçəkmiş şəxs44 kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarının qanunsuz və əsassız olduğunda n ləğv edilməsi, məhkum Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə sanksiyada göstərilən ən ağır cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 kassasiya şikayətində qeyd etmişdir ki, “X37” MMC-nə məxsus üzərinə həbs qoyulmuş ünvan 10 ünvanında inşa edilən bir girişli 21 mərtəbəli binada üç otaqlı mənzilin əvəzində ona pulun ödənilməsi barədə qərarla razı deyil. Məhkəmə hökm çıxararkən onun maddi vəziyyətini nəzərə almayaraq daha çox məhkum edilmiş şəxslərin hüquqlarını müdafiə edərək, qeyd olunan binada üzərinə həbs qoyulmuş evlərdən birinə onun mülkiyyət hüququnu tanımalı olduğu halda, məhkum edilmiş şəxslər tərəfindən qaytarıla bilməyən məbləğin ona verilməsini qət et mişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarının ona aid mülki iddia hissəsində dəyişdirilərək, pul məbləğinin verilməsi əvəzində həmin binada üç otaqlı mənzillərdən birinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Zərərçəkmiş şəxs65 kassasiya şikayətində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 vətəndaşlara maddi ziyan vurduğu, aldatdığı, bütün cinayət edən digər şəxslərə rəhbərlik etdiyi halda ona şərti cəza təyin edilmişdir. Buna görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarının Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilməsi və barəsində sanksiya həddində ağır cəza təyin edilməsi barədə qərar qəbu l edilməsini xahiş etmişdir.
20. Zərərçəkmiş şəxs60 və nümayəndəsi X19 birgə verdikləri kassasiya şikayətində qeyd etmişlər ki, Təqsirləndirilən şəxs2 və Məhkum2 təyin edilmiş cəza qanunvericiliyin, eləcə də «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tələblərinə ziddir, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarın Təqsirləndirilən şəxs2 və Məhkum2 aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
21. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu kassasiya şikayətində qeyd etmişdir ki, məhkum edilmiş şəxslərin, həmçinin iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin verdikləri ifadələrindən və işdə olan sübutlardan aydın olur ki, “X38” MMC tərəfindən ünvan 11 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında tikinti işləri yarımçıq qaldığından binadakı mənzil sahiblərinin və “X38” MMC-nin rəhbərlərinin qarşılıqlı razılaşması əsasında binada mənzili olan sakinlərdən hər kvadrat metr üçün əlavə olaraq 30 manat pul vəsaiti yığılması “AKT”la rəsmiləşdirilərək razılaşdırılmışdır. “X38” MMC-nin digər təsisçisi barəsində hüquq mühafizə orqanlarında istintaq hərəkətləri aparıldığından həmin şəxs binaya gəlməmiş, Təqsirləndirilən şəxs2 təsisçi kimi vəzifələrini icra edərək binada tikinti işlərini başa çatdırmışdır. Bu isə onu sübut edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən adıçəkilən şəxslərdən rüşvət kimi hər hansı məbləğdə pul vəsa iti alınmamışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarının Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə Zərərçəkmiş şəxs55 və Zərərçəkmiş şəxs14 münasibətdə verilmiş ittiham üzrə dəymiş zərər ödənildiyi üçün, dəymiş zərərin həcminin ¼ hissəsi dövlət nəfinə tutulmaqla iş üzrə icraata xitam verilməsi, həmin maddələrlə verilmiş ittiham üzrə digər epizodlar üzrə və Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddələri ilə verilmiş ittiham üzrı bəraətverici əsaslarla, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə verilmiş i ttiham üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
22. Kassasiya şikayətlərinə və kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
24. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya inst ansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
25. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
26. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respu blikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
27. Məhkum1 müdafiəçisi Şahverdi Eymur Ağaveys oğlu kassasiya şikayətində Məhkum1 əməlində cinayət tərkibinin olmadığı əsası ilə sonuncu barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməli olduğunu iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.6 və 416.1.10-cu maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
28. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu kassasiya şikayətində verilmiş ittihamın dələduzluq cinayət əməllərinə dair iki epizodu, eləcə də Azərbaycan Respublikası CM-nin 308.2 və 311.3.2-ci maddələri üzrə bəraətverici əsaslarla xitam verilməli olduğunu iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
29. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs53, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs48, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs35 nümayəndəsi Nümayəndə16 Mübariz oğlu ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində mülki iddialara dair hissədə məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilmədiyini iddia edib, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.
30. Məhkum Məmmədova Elnur Adil oğlu kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs44 və Zərərçəkmiş şəxs65 isə kassasiya şikayətlərində məhkum Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın yüngül olduğunu, Zərərçəkmiş şəxs60 və nümayəndəsi X19 birgə verdikləri kassasiya şikayətində Təqsirləndirilən şəxs2 və Məhkum2 təyin edilmiş cəzanın yüngül olduğunu, həmçinin dövlət ittihamçısı kassasiya protestində Məhkum1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzasının yüngül olduğunu iddia etməklə xahişlərini faktiki o laraq Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.
31. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələrinə münasibətdə aşağıdakıları qeyd edir.
32. Məhkum1 əməllərində cinayət tərkibinin olmaması əsası ilə onun barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi ilə bağlı müdafiəçisi Şahverdi Eymur Ağaveys oğlunun, eləcə də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs55 və Zərərçəkmiş şəxs14 vurulan zərər ödənildiyindən dəymiş zərərin həcminin iyirmi beş faizi hissəsinin dövlət nəfinə tutulmaqla məhkum Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə cinayət işinin təqibinə həmin hissədə xitam verilməsi, Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraətverici əsaslarla, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə verilmiş ittiham üzrə icraata xitam verilməsi barədə müdafiəçi Sarıyev Əjdər Hakim oğlunun dəlillərinə münasibətdə məhkəmə kollegiyası xatırladır ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit o lunmuş qaydaya görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
33. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
34. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
35. Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
36. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarını və mövcud məhkəmə təcrübəsini nəzərə almaqla, toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum1 və Təqsirləndirilən şəxs2 hazırki qərarın işin hallarına aid hi ssəsində təsvir edilmiş cinayət əməllərini törətmələri, çoxsaylı zərərçəkmiş şəxslər və şahidlərin ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, zərərçəkmiş şəxslərin adına rəsmiləşdirilmiş müqavilələr, maliyyə arayışları, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, məhkumlar Məhkum1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinin tədqiqindən, onların təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin dispozisiyasından və həmin Mə cəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, həmin məhkumların əməllərində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələrlə onların təqsirli bilinmələrini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
38. Məhkum1 müdafiəçisi kassasiya şikayətində eyni işlə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə aktının olduğu, onun yenidən eyni cinayətlər üzrə təqsirli bilinməsinin yolverilməz olduğuna dair irəli sürdüyü dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, eyni dəlillər apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş, bununla bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı ar aşdırma aparılmaqla Məhkum1 və Təqsirləndirilən şəxs1 barələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli hökmü öyrənilmiş və müəyyən edilmişdir ki, həmin cinayət işi üzrə Məhkum1 tərəfindən törədilmiş cinayət əməlləri törədilmə üsullarına və əməllərin motivinə görə oxşar olub eyni hüquqi şəxs, yəni “X37” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən eyni mənzillərin bir neçə şəxsə satılması ilə bağlı olsa da, həmin və hazırda baxılan cinayət işləri üzrə zərərçəkmiş şəxslərin dairəsi eyni deyil və tamamilə fərqlənir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum1 eyni cinayət əməlinə görə təkrarən təqsirli bilinməsi halları mövcud olmadığından, bu barədə müdafiə tərəfinin dəlilləri subyektiv mülahizələr üzəri ndə qurulmaqla, əsassızdır.
39. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs55 və Zərərçəkmiş şəxs14 vurulan zərər ödənildiyindən dəymiş zərərin həcminin iyirmi beş faizi hissəsinin dövlət nəfinə tutulmaqla məhkum Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə cinayət işinin təqibinə həmin hissədə xitam verilməsinə dair kassasiya tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər də apellyasiya instansiyası məhkəməsi qarşısında irəli sürülmüş, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar aşkar edilmədiyindən həmin dəlillərin əsassız olduğu müəyyən edilmişdir.
40. Qeyd edilən nəticəyə g ələrkən, apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərin hamısı ilə barışıq əldə etməmiş, yalnız iki epizod üzrə ziyanın ödənilməsi, onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tətbiq edilməsinə əsas vermir. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyanın iyirmi beş faizi miqdarı dövlət nəfinə ödənilməmiş, apellyasiya baxışı zamanı belə ödəməni təsdiqləyən müvafiq sənədlər təqdim edilməmişdir.
41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşır və əlavə olaraq onu da qeyd edir ki, məhkumun müdafiəçisi dəymiş zərərin həcminin iyirmi beş faiz hissəsinin ödənilmiş maddi ziyan məbləğindən dövlət nəfinə tutulmaqla Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tə tbiq edilməsini xahiş edir. Halbuki həmin maddi normanın tətbiqi üçün zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi ilə yanaşı, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə əlavə ödəniş edilməsi imperativ şərtdir. Yəni cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı məbləğı məbləğində pul vəsaiti zərərçəkmiş şəxsə ödənilmiş maddi ziyan məbləğindən əlavə olaraq dövlət nəfinə ödənilməlidir. Cinayət qanunu normasının bu tələbinin məhkum tərəfindən icra edilməsini təsdiqləyən hər hansı sübut istər aşağı instansiya məhkəmələrində icraat zamanı, istərsə də hazırki məhkəmə baxışı dövründə məhkəmələrə təqdim edilmədiyindən, kassasiya şikayətinin həmin dəlili əsassızdır.
42. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələlər üzrə gə ldiyi nəticə Məhkum1 və Təqsirləndirilən şəxs2 müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş eyni məzmunlu apellyasiya şikayətlərində irəli sürülən dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPMin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
43. Verilən kassasiya şikayətlərinin - məhkum Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanın ağır olması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs44 və Zərərçəkmiş şəxs65 məhkum Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza nın yüngül olması, Zərərçəkmiş şəxs60 və nümayəndəsi X8 məhkumlardan Təqsirləndirilən şəxs2 və Məhkum2 təyin edilmiş cəzanın yüngül olması, eləcə də Məhkum1 və Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın, həmçinin Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın şərti tətbiq edilməklə yüngül olmaları ilə bağlı kassasiya protestinin dəlillərini təhlil edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, həmin hissədə məhkəmənin qəbul etdiyi qərar maddi və prosessual cinayət-hüquqi normalara uyğundur.
44. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əm əlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və c əzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
46. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağı rlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
47. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzə rdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
48. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
49. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CMnin 61-ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində sadalanmış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
50. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəza nın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
51. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
52. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər.
53. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməs i və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cina yət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
54. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
55. Kassasiya müraciətlərində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, onlar məhkumlar Məhkum1, Məhkum2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
56. Belə ki, birinci instansiyası məhkəməsi törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndirən halları, Məhkum1 cəzasını yüngülləşdirən hallar olaraq dələduzluq cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyanın qismən ödəməsini və himayəsində iki yetkinlik yaşına çatmamış uşağının olmasını, cəzasını ağırlaşdıran hallar olaraq vəzif ə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və saxta möhür hazırlama cinayətlərini təkrar, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsini, məhkumluğunun və əməlində cinayətlərin residivinin olmasını nəzərə alaraq, təqsirli bilindiyi Cinayət Məcəlləsinin maddələrinin sanksiyaları həddində residivə görə cəza təyin etmiş, təyin edilmiş cəzaları cinayətlərin məcmusu qaydasında toplamaqla qəti cəza müəyyən etmişdir. Bununla da cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.
57. Məhkum2 cəza təyin edən birinci instansiyası məhkəməsi törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələnd irən halları, cəzasını yüngülləşdirən hallar olaraq dələduzluq cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyanın qismən ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran hallar olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərini təkrar, həmçinin vəzifə saxtakarlığı cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsini nəzərə alaraq, onun barəsində təqsirli bilindiyi Cinayət Məcəlləsinin maddələrinin sanksiyaları həddində cəza təyin etsə də, həmin cəzaları Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi qənaətinə gəlmişdir.
58. Lakin apellyasiya instansiyası məhkəməsi Məhkum2 kriminal niyyətli şəxs olmaqla cinayət törətməyə, o cümlədən dələduzluq cinayətləri və vəzifə səlahiyyətlərindən sui- istifadə cinayətlərini törətməyə meylli şəxs olduğunu, məhkumun şəxsiyyətini səciyyələndirən halların birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmadığını, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsinin açıq-aydın ədalətsiz nəticə olduğunu, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və cəza təyin etmənin ümumi prinsiplərinə uyğun olmadığını hesab edib, F.Z.Nuriyev barəsində cəzanın şərti tətbiq olunması ilə bağlı müddəaları hökmdən xaric etmişdir. Nəticədə, Məhkum2 cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin edilmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri düzgün icra edilmişdir.
59. Məhkum Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı n yüngül olmasına dair kassasiya müraciətlərinin dəlillərinə nəzər yetirən məhkəmə kollegiyası qeyd edir ki, kassatorların dəlilləri cəzanın şərti olaraq tətbiq edilməsi ilə əlaqəlidir.
60. Bu dəlillərə münasibətdə məhkəmə kollegiyası xatırladır ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxım ından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).
61. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir.
62. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
63. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tu tulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir.
64. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir.
65. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla məhkum Təqsirləndir ilən şəxs2 şərti məhkum etmənin əsassız olaraq tətbiq edilməsinə dair kassasiya müraciətlərinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, bu dəlillərin əsassız olduğu müəyyən olunur.
66. Belə ki, baxılan işdə məhkəmələr məhkum Təqsirləndirilən şəxs2 ilk məhkumluğunu və ittiham üzrə dələduzluq cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyanı ödəməsini, yaşının çox olmasını (64 yaş), rüşvət qismində aldığı pulların bir hissəsinin tikilən binaya sərf etməsini cəzasını yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərini təkrar, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsini cəzasını ağırlaşdıran hallar kimi nəzərə alıb, bu hallar ı təyin olunmuş cəzanı çəkmədən islah olunmasını mümkün edən kimi qiymətləndirmiş, bu zaman Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 70ci maddələrinin tələblərinin pozuntusuna yol verməmişlər.
67. Məhkəmə kollegiyası həmçinin məhkum Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın ağır olması ilə bağlı kassasiya müraciətinin, əksinə ona təyin edilmiş cəzanın yüngül olmasına dair kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, qəbul edilən qərar həmin hissədə maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.
68. Belə ki, məhkəmələr məhkum Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndi rən halları, cəzasını yüngülləşdirən hallar olaraq himayəsində azyaşlı uşağının olmasını və iş yerindən müsbət xasiyyətləndirilməsini, cəzasını ağırlaşdıran hallar olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərini təkrar, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsi və məhkumluğunun olmasını nəzərə alaraq, onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin etmişdir.
69. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
70. Məhkəmə kollegiyası verilmiş kassasiya protestinə və kassasiya şikayətlərinə əsasən iş üzrə mülki iddia və əmlak müsadirəsi məsələlərini də müzakirə edərək aşağıdakıları əsasən əsassız hesab edir.
71. Belə ki, zərərçəkmiş şəxs (mülk i iddiaçı) Zərərçəkmiş şəxs18, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs48 nümayəndəsi Nümayəndə15, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs35 nümayəndəsi Nümayəndə16 Mübariz oğlu, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş kassasiya şikayətlərinin, eləcə də kassasiya protestinin bu hissəyə aid dəlillərinin ümumi məzmunundan görünür ki, kassatorlar hüquqi şəxs “X37” MMC-nə məxsus olan 32 ədəd mənzilin üzərindən həbsin götürülməsi, bu mənzillərə cinayət prosesi çərçivəsində tutmanın yönəldilməsinin mümkünsüz olması barədə məhkəmələrin qənaətinin əsassız hesab edərək, mülki iddianın hüquqi şəxsdən tutulmalı olmasını iddia edirlər.
72. Bununla bağlı eyni dəlillər apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və məhkəmə haqlı olara q birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticəni əsaslı hesab etmişdir.
73. Belə ki, cinayət işinin araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qərarında qeyd edilən əmlaklar məhkumların törətmiş olduğu cinayət nəticəsində əldə olunmamışdır və hüquqmüəyyənedici sənədlərə əsasən mülkiyyətçiləri tərəfindən hazırki cinayət işi üzrə hər hansı cinayətin törədilməsi halı müəyyən edilməmişdir. Göstərilən təqdirdə məhkum edilmiş şəxslərə mənsub olmayan əmlaklar onların törətmiş olduğu cinayət nəticəsində əldə olunmadığından, qanuni sahibləri tərəfindən cinayətlərin törədilməsindən əvvəl əldə edilmiş əmlaklar olduğundan xüsusi müsadirənin predmetini təşkil edə bilməz. Üstəlik, hüquqi şəxs "xxxx" MMC hazırki cina yət işi üzrə hər hansı bir prosessual statusa malik olan tərəf olmadığından, onun barəsində cinayət-hüquqi tədbirlərin, hüquqi şəxsin əmlakının xüsusi müsadirəsinin tətbiq edilməsi istisna edilir.
74. Apellyasiya instansiyası məhkəməsinin təsviri verilən hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, üzərinə həbs qoyulmuş daşınmaz əmlakların hüquqmüəyyənedici sənədlərlə mülkiyyətçiləri tərəfindən hazırki cinayət işi üzrə hər hansı cinayətin törədilməsi müəyyən edilmədiyindən, eyni zamanda, cari cinayət işi üzrə məhkumlar tərəfindən törədilmiş cinayətlər mülkiyyətçilərinə məxsus olan və üzərilərinə həbs qoyulmuş əmlaklarla bağlı olmadığından, cinayət təqibi daxilində həmin mənzillərə münasibətdə hər hansı prosessual tədbirin tətbiqi mümkünsüz olduğundan, onların üzərinə qoyu lmuş həbs əsaslı olaraq ləğv edilmişdir.
75. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs9 maddi ödəmənin əvəzinə ona qeyd edilən binadan üçotaqlı mənzilin verilməsi barədə kassasiya şikayətinin dəlillərini də əsassız hesab edir.
76. Belə ki, eyni dəlillər apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş, onları araşdıran apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, törədilmiş cinayət əməlinin (eyni mənzillərin bir neçə şəxsə satılması) onun tələblərinin naturada təmin olunması, yəni mənzil verilməsi barədə tələbinin təmin edilməsi hissəsində çətinliklər yaradır. Nəticədə Zərərçəkmiş şəxs9 mülki iddiası qismən təmin edilərək, dəymiş ziyanın miqdarında 61.440 manat məbləğində pulun mülki cavabdehlər Məhkum1 və Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsi q ərara alınmışdır.
77. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, məhkəmələr Zərərçəkmiş şəxs9 dəyən maddi ziyanın pul vəsaitinin ödənilməsi vasitəsilə aradan qaldırılması barədə nəticəyə gəlməkdə haqlı olmuş, bu zaman nəzərə almışlar ki, konkret parametrləri müəyyən olan mənzilin verilməsi barədə zərərçəkmiş şəxsin tələbinin təmin edilməsi, məhkəmə qərarının icrası mərhələsində həlli mümkün olmayan vəziyyətə gətirib çıxarılması ilə nəticələnə bilər.
78. Məhkəmə kollegiyası həmçinin onu da nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qərarı bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklə r, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikası Qanununu ilə tənzimlənir. Həmin qanunun tələbləri üzrə məhkəmə qərarının icrası könüllü icra müddəti ərzində təmin edilmədiyi təqdirdə, borclu şəxslər barəsində qanunla nəzərdə tutulmuş məcburi icra tədbirləri, o cümlədən, tələbin əmlaka yönəldilməsi tətbiq edilir.
79. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs X13 12 noyabr 2008-ci il tarixli, 117 nömrəli müqavilənin 09 iyun 2014-cü il tarixdən sonrakı istintaqla müəyyən edilməyən tarixdə alınmasına dair müddəanın hökmdən xaric edilməsi və Bakı şəhəri, Yasam al rayonu, Talıblı küçəsində “X37” MMC tərəfindən inşa olunan 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 91,4 kv.metr olan üçotaqlı mənzilə dair həmin tarixli, 117 saylı müqavilənin tərtib edildiyi, yəni 12 noyabr 2008-ci il tarixdə tərtib edilməsi və həmin tarixdə satılmasının qeyd edilməsinə dair kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, X13 zərərçəkmiş şəxs olduğu həmin epizod üzrə işin faktiki halları cinayət işi materiallarında olan sübutların məcmusu ilə sübuta yetirilmiş, həmin epizod üzrə Təqsirləndirilən şəxs1 və Məhkum1 təqsiri müəyyən olunmuşdur.
80. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktları na dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
81. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkə mələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
82. Məhkəmə kollegiyası baxılan kassasiya müraciətlərində təsvir edilən, kassatorların birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya müraciətlərində istinad edilənlərlə tam eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin müraciətlərin araşdırması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında bu dəlillərə müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandı rma verilmiş, kassatorlar isə hazırda mübahisəsi aparılan qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə də istinad etməmişlər.
83. Məhkəmə kollegiyası bu halı da baxılan kassasiya müraciətlərinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və təkrarlayır ki, hazırda qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya müraciətlərində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisəsi edilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir.
84. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1, Məhkum1 müdafiəçisi Şahverdi Eymur Ağaveys oğlu, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs53 nümayəndəsi Nümayəndə11, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs48 nümayəndəsi Nümayəndə15, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs35 nümayəndəsi Nümayəndə16 Mübariz oğlu, Zərərçəkmiş şəxs44, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs65, Zərərçəkmiş ş əxs60 və nümayəndəsi X19 tərəfindən birgə verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs1, Məhkum1 müdafiəçisi Şahverdi Eymur Ağaveys oğlu, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs53 nümayəndəsi Nümayəndə11, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs48 nümayəndəsi Nümayəndə15, zərə rçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs35 nümayəndəsi Nümayəndə16 Mübariz oğlu, Zərərçəkmiş şəxs44, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs65, Zərərçəkmiş şəxs60 və nümayəndəsi X19 tərəfindən birgə verilmiş kassasiya şikayətləri və dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1058/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.