Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1026/2022 13.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 1 81.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İmsyılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər X5 və X2 ibarət tərkibdə) 04 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxxx 1991-ci il tarixdə Cəbrayıl rayonu, Kavdar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonunun Kavdar kəndində qeydiyyatda olan və Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 224 saylı baxçada yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 26 aprel 2021-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 25 aprel 2021-ci ildə saat 20:20-də Zərərçəkmiş şəxs3 Bakı şəhəri Xətai rayonu İ.Zülfüqarov küçəsi 109-da yerləşən mağazasına müştəri qismində daxil olaraq kassa aparatından 1200 manat nağd pul götürməklə, hadisə yerindən qaçmaq istəyərkən, mağazanın müdir müavini Zərərçəkmiş şəxs1 i lə satıcı Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə qarşısı alınaraq 1200 manatın qaytarılması tələb edilməklə mağazadan qaçmasına mane olaraq pul geri alındıqda, Təqsirləndirilən şəxs üzərində saxladığı silah qismində istifadə etdiyi açılıbbağlanan bıçaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuracağı ilə hədələyib hücuma məruz qalmış şəxslərin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək, ələ keçirdiyi 1200 manat puldan yalnız 5 manat nağd pul vəsaiti ilə hadisə yerindən qaçıb gizlənməklə, Zərərçəkmiş şəxs3 MMC-nə maddi ziyan vurmaqla quldurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: X10 oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə) məhkum Təqsirləndiril ən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsindən ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkum ərizəsində müdafiəçisi tərəfindən verilmiş kassasiya şik ayətini geri götürdüyünü bildirmiş və kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq kassasiya şikayətinin geri qaytarılma sını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1026/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1026/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver