Məhkəmə qərarları › İş №1(102)-1026/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1026/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1026/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 iyul 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim X7) 14 aprel 2022-ci il tarixli hökmü ilə xx xxxxxxx 1962-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 7 nömrəli evin 33 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 ( iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcının məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X1 ibarət tərkibdə) 6 iyul 2022-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(010)-7/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 22 sentyabr 2020-ci il tarixdə, saat 14:58-də özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes E220 CDİ” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda yerləşən “Oba” marketin qarşısında yolun hərəkət hissəsinin sağ tərəfi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hər əkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməyərək idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin yerdə yolu soldan sağa doğru keçən piyada, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş və nəticədə Zərərçəkmiş şəxs baş beyinə, qişalarına və mədəciklərinə qansızına, kəllə qapağının kəllə əsasına keçən sınığı, hər iki ağciyərin əzilməsi, bədənin çoxsaylı sıyrıqları və qançırı ilə müşayiət olunan və onun ölümü ilə bilavasitə səbəbli əlaqəli olan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına və sonuncunun ağır qapalı kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızına səbəbindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı Şəhər Klinik Xəstəxanasında ölümünə səbəb olmuşdur. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərmişdir ki, Məhkum r oğluna təyin edilmiş cəza onun ittiham olunduğu maddənin sanksiyasında müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, onun şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamış, CM-in 60-cı maddəsinin tətbiqində səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönəldilmiş hərəkətlər etməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması məqsədilə mərhumun xəstəxana və dəfn xərclərini qarşılamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib və bu halları hökmdə əsas tutaraq ona aşağı həddə cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin mövqe ilə razılaşmışdır. Lakin məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi X3 təqsirləndirilən şəxs Məhkum qarşı şikayətçi olduğunu və sonuncuya sərt cəza təyin olunmasına dair xahişini nəzərə almamışdır. Məh kəməyədək icraat dövründə və birinci instansiyada məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 israrlı şəkildə hadisəni törətmiş Məhkum qarşı şikayətçi olduğunu bildirmişdir. Buna baxmayaraq, məhkəmə yuxarıda göstərilən halları cəzasını yüngülləşdirən hallar kimi qəbul etməklə ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsini yalnız təqsirləndirilən şəxs Məhkum maraqları ilə tamamlamış, bununla da cinayət hadisəsi ilə əlaqədar ziyana məruz qalmış tərəf kimi zərərçəkmiş şəxsin maraqlarını isə nəzərə almamışdır. Bundan başqa məhkəmə Məhkum hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, lakin Məhkum ilk dəfə törətdiyi cinayət hadisəsinin zərərçəkmiş şəxsin ölümünə səbəb olmasını, cəza təyin edərkən isə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsini şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almamışdır. Bu səbəbdən də məhkəmə həmin halı cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Məhkum tərəfindən törədilən CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyektini isə insan həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-nin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Məhkum törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid dir. Onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla avtomobili idarə etməsi insan ölümünə - ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə Məhkum cəza təyini zamanı yuxarıda sadalanan yüngülləşdirən halları əsas tutmaqla ona aşağı həddə cəza təyin etməkdə haqlı olmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi cəza təyin edən zaman cinayət qanunun normasını düzgün tətbiq etməmiş, apellyasiya instansiyası məhkəməsi də qanun normasının tətbiqində birinci instansiya məhkəməsinin buraxmış oiduğu səhvi təkrarlamışdır. Belə ki, birinci instansiya məhkəməsi öz hökmündə CM-in 59.1.11-ci maddəsinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını cə zanı yüngülləşdirən hal hesab etmişdir. Qeyd edilməlidir ki, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması təqsirləndirilən şəxsin vəzifəsi kimi deyil' hüququ kimi təsbit edilmişdir Qanunvericiliyin tələbinə əsasən, yol nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulduğu halda yol nəqliyyat hadisəsi törətmiş şəxsin hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması istiqamətində görmüş olduğu tədbirlər onun vəzifəsidir. Lakin, hazırkı iş üzrə baş vermiş hadisə zərərçəkmiş şəxsin ölməsi ilə nəticələnmişdir və buna görə CM-nin 59.1.11-ci maddəsi nə göstərilən hallar təqsirləndirilən şəxs üçün yüngülləşdirici hal hesab oluna bilməz. Bu səbəbdən də məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi hazırkı hökmdə Azərbaycan Respublikası CM-in 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilmədiyini göstərmişdir Nəticədə isə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məlum olduğu kimi, CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin, məhkəmə CM-nin 60-cı maddəsini rəhbər tutduğu halda, təqsirləndirilən şəxsə təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının həddi 4 il 06 aydan çox ola bilməzdi.Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı hökmdə cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiqi ilə bağlı da cinayət qanunvericiliyinin tələblərinə riayət etməmiş, apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan qanun normasının tətbiqində səhvə yol vermiş birinci instansiya məhkəməsinin yanlışlığını aradan qaldırmamışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassas iya protesti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübut a yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum təyin olunmuş cəzanın yüngül olması i ddia edilir və cəza təyin edilərkən Cinayət Məcəlləsinini 60-cı maddəsinini tətbiqi zamanı səhvə yol verilməsi göstərilmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət c əzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təy in edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiya kassasiya protestinin Məhkum təyin olunmuş cəzanın yüngül olması barədə dəlillərini əsassız hesab etsə də, aşağı instansiya məhkəmələri tərəfindən məhkum edilmiş şəxsə təyin edilən cəza nın həddinin müəyyən edilməsində səhvə yol verilməsi, Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin pozulması, həmçinin CM-in 60-cı maddəsinini tətbiq edilməsinə əsas olan yüngülləşdirici halın nəzərə alınmasının əsaslandırılmaması qənaətinə gəlir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönəldilmiş hərəkətlər etməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması məqsədilə mərhumun xəstəxana və dəfn xərclərini qarşılamasını Məhkum cəzasını yüngülləşdirən hallar hesab etmiş, iş üzrə Məhkum təyin edilən cəzanı ağırlaşdıran hallar mü əyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 59.1.11-ci maddəsinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hal hesab olunur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, yol nəqliyyat hadisəsi baş verdikdən dərhal sonra Məhkum idarə etdiyi nəqliyyat vasitəsi ilə mərhum Zərərçəkmiş şəxs təcili tibbi yardım stansiyasına çatdırmış, oradan isə sonuncu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmış dır. Apellyasiya məhkəməsi CM-in 59.1.11-ci maddəsində nəzərədə tutulan yüngülləşdirən halın hazırki cinayət işi üzrə mövcud olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etsə də, bu qənaətini kifayət qədər əsaslandırmamışdır.. Belə ki, göstərilən məhkəmə tərəfindən baş vermiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsin vəfat etdiyi nəzərə alınarsa, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsinin hansı səbəbdən sonuncunun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönəldilmiş hərəkətlər, həmçinin cinayət nəticəsində dəymiş ziyanın azaldılması kimi qiymətləndirilməsi aydın deyil. Qeyd edilən yüngülləşdirici halın mövcud olduğu təqdirdə belə Məhkum Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbi nə zərə alınmaqla, həmin Məcəllənin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın həddi düzgün müəyyən edilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Qanunvericiliyin məzmunundan göründüyü kimi, Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün aşağıdakı şərtlər ödənməlidir: 1) cinayət törətmiş şəxsin əməlində Cinayət Məcəlləsinin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş hallar mövcud olma lı 2) cinayət törətmiş şəxsin əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallardan hər hansı biri olmamalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 9-cu bəndində qeyd edilir ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçü ndən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Məhkəmə kollegiyası hasab edir ki, birinci instansiya məhkəməsi Məhkum barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməsi qənaətinə gəldiyi halda, ona təyin olunacaq cəzanın müddətini düzgün müəyyən etməmiş və Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının son həddinin -yəni 6 ilin dördə üçündən-4 il 6 aydan çox cəza (5 il) təyin etmişdir. Məhkəmə kollegiya sı hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən onun cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsinin onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması kimi müəyyən edilərək CM-in 59.1.11-ci maddəsində nəzərdə tutulan yüngülləşdirən hal qismində nəzərə alınması əsaslandırılmamış, həmçinin göstərilən maddənin tətbiqi zamanı səhvə yol verilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına riayət edilməsini yoxlayarkən bu hala qiymət verməmiş və bununla da hökmdə təqsirləndirilən şəxsə CM-in 60-ci maddəsi ilə cəza təyin edilməsində yol verilmiş səhvi aradan qaldırmam ışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmuşdur, buna görə də kassasiya protesti qismən təmin etməklə, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyul 2022-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi məqsədəmüvafiqdir. Məhkumun apellyasiya protesi üzrə yeni apellyasiya baxışı zamanı Məhkumnin cəzasının yüngülləşdirilən hallar müəyyən edilərkən qanunvericiliyin tələbləri nəzərə alınmalı, Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tətbiqi qənaətinə gəlindiyi zaman həmin maddənin tələblərinə riayət edilməklə yeni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Kassasiya protesti qismən təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar