Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1026/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X9 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X9 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Bəraət almış şəxs Əliyev Seyran Qeybulla oğlunun iştirakları ilə, Əliyev Seyran Qeybulla oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikas ı CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 1(103)-1470/2023 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X9 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Bəraət almış şəxs Əliyev Seyran Qeybulla oğlu 26 may 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olm aqla, faktiki həmin ünvanda yaşayır.
2. Bəraət almış şəxs Əliyev Seyran Qeybulla oğluna ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 1023 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Seyran Əliyev 05 iyun 2020-ci il tarixdə saat 14:30-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gət irilmiş və orada saat 16:00-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı ağ rəngli sellofan paketin içərisində olan bir ədəd polietilen bağlamada külli miqdarda - 1023 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X6 və X11 ibarət məhkəmə təkibində) 06 may 2021-ci il tarixli, 1(101)-421/2021 nömrəli hökmü ilə Əliyev Seyran Qeybulla oğlunun CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 05 iyun 2020-ci il tarixdən hesablanması, barəsində s eçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-in 93.1.2-ci maddəsinə əsasən Əliyev Seyran Qeybulla oğluna cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən məhkum edilmiş şəxs Əliyev Seyran Qeybulla oğlunun müdafiəçisi Müdafiəçi5 tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X12 və X2 ibarət məhkəmə tərkibində) 29 iyun 2021-ci il tarixli, 1(103)1019/2021 nömrəli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin Əliyev Seyran Qeybulla oğlunun barəsində olan 06 may 2021-ci il tarixli, 1(101)-421/2021 nömrəli hökmünün onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, həmin hökmlə Əliyev Seyran Qeybulla oğluna CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddətinin 09 (doqquz) ilə endirilməsi, hökmün qalan hissələrdə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X18 (sədrlik edən və məruzəçi), X21 və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət məhkəmə tərkibində) 07 iyun 2022-ci il tarixli, 1(102)-630/2022 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Əliyev Seyran Qeybulla oğlunun barəsində olan 29 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X22 (sədrlik edən və məruzəçi), X31 və X4 ibarət məhkəmə tərkibində) 30 noyabr 2022-ci il tarixli, 1(103)-1515/2022 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Əliyev Seyran Qeybulla oğlunun CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmünün dəyişdirilməsi, Əliyev Seyran Qeybulla oğluna CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə endirilməsi, Əliyev Seyran Qeybulla oğlunun cəzaçəkmə müddətinin başlanğıcının 05 iyun 2020-ci il tarixdən hesablanması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi X14 tərəfindən kassasiya şikayəti verilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X27 və X1 ibarət məhkəmə tərkibində) 31 may 2023-cü il tarixli, 1(102)-1005/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, məhkum Əliyev Seyran Qeybulla oğlunun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin məhkəmə baxışına təyin edilməsi müəyyən edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X17 və X16 ibarət məhkəmə tərkibində) 27 oktyabr 2023-cü il tarixli, 1(103)-1470/2023 nömrəli hökmü ilə məhkum edilmiş şəxs Əliyev Seyran Qeybulla oğlunun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin Əliyev Seyran Qeybulla oğlunun CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair 1(101)-421/2021 nömrəli, 06 may 2021-ci il tarixli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi, Əliyev Seyra n Qeybulla oğluna CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyinin sübuta yetirilmədiyi üçün bəraət verilməsi, Əliyev Seyran Qeybulla oğlunun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, qərarın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsinin Əliyev Seyran Qeybulla oğluna izah edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X9 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 Ağakərim oğlu tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
13. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik aktlarına istinadlar edərək, protestinin dəlilləri qismində göstərmişdir ki, Şahid5 və Şahid4 ifadələri yalnız onların xx.xx.2020ci il tarixə aid (Seyran Əliyevin saxlanana qədər) hərəkət trayektoriyasına aid inandırıcı kimi qəbul edilə bilər. Burada onu da qeyd etmək istəyir ki, heç ibtidai istintaq orqanı tərəfindən onların həmin günə aid hərəkət trayektoriyası şübhə altına qoyulmamışdır. Digər tərəfdən, Şahid5 və Şahid4 bazardan çıxarkən Seyran Ə liyevin əlində torbanın olmaması, onların da polis idarəsinə aparılması və orada saxlanılması hissəsi məhkəmə tərəfindən hansı səbəbə görə mötəbər sübut kimi qəbul olunması qeyrimüəyyəndir.
14. Kassator protestinin dəlilləri qismində eyni zamanda qeyd etmişdir ki, məhkəmə öz hökmündə qeyd etmişdir ki, “hazırkı cinayət işi üzrə protokollaşdırılmış şəxsi axtarış istintaq hərəkəti zamanı Əliyev Seyran Qeybulla oğlunun üzərindən aşkar edilmiş dövriyyəsi qadağan edilmiş predmetlərin, yəni əldə edilmiş sübutların saxlanılan şəxsin polisin nəzarəti altında saxlandığı müddətdə üzərinə yerləşdirilməsi mümkündür, bu hala dair haqlı şübhəyə əsas vardır və göstərilən hallar Əliyev Seyran Qeybulla oğlunun üzərində axtarışın keçirilməsinə dair protokolunu ümumiyyətlə şübhə altında qoymuşdur”. Bu cümləni məhkəmə nəyə əsasən yazır? Əliyev Seyran Qeybulla oğlunun polisin nəzarəti altında saxlandığı müddətdə üzərinə dövriyyəsi qadağan edilmiş predmetin yerləşdirilməsi mümkünatı barədə fərziyyəsi nəyə əsaslanır? Burada bir sual yaranır: kimin nə marağı var ki, Seyran Əliyevin üzərinə nə isə qoysun? Məhkəmə faktiki birbaşa yolla polisi qanunsuz hərəkətlərdə təqsirləndirir, bu ittihamı isə heç nə ilə əsaslandırmır.
15. Həmçinin, dəlillər qismində Əliyev Seyran Qeybulla oğlunun ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə istinadlar edərə qeyd etmişdir ki, ən etibarsız ifadə məhz təqsirləndirilən şəxsin ifadəsidir, lakin məhkəmə yekun qərarı çıxararkən, məhz onun və yanında olan tanışlarının ifadələrini rəhbər tutmuşdur.
16. Həmçinin, ibtidai istintaq zamanı həyata ke çirilən prosesslər sadalanaraq göstərilir ki, məhkəmə öz qərarında qeyd edir ki, Seyran Əliyev polis idarəsinə gətirilib üzərinə baxış keçirilənədək təxminən bir saata yaxın vaxt keçmişdir. Bunu da məhkəmə əsassız hesab etmişdir. Lakin ibtidai istintaqda bir neçə gün işləmiş hakim heç vaxt belə bir vaxt kəsiyinə şübhə ilə yanaşmaz.
17. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 1(103)-1470/2023 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsin də yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
18. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.
19. Hökmdən bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
20. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
21. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs Əliyev Seyran Qeybulla oğlu kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə ba xılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
23. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
24. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslard an biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
25. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Əliyev Seyran Qeybulla oğlunun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Re spublikası CPM-in 416.1.2 və 416.1.2-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
26. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
27. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
28. CPM-in 42.1.4-cü maddə sinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
29. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
30. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Əliyev Seyran Qeybulla oğlunun satış məqsədi ilə külli miqdarda, yəni 1 (bir) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi – 1023 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşıması sübuta yetirilməmişd ir. Apellyasiya instansiya məhkəməsi bəraət hökmündə aşağıdakı əsaslarla çıxış etmişdir.
31. Belə ki, qismən məhkəmə istintaqı keçirilməklə aparılmış apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Əliyev Seyran Qeybulla oğlu ona CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polislər tərəfindən saxlanılan gün təmir üçün lazım olan malları almaq məqsədi ilə tanışları Taleh və Sahiblə 5 iyun 2020-ci il tarixdə, saat təxminən 10:30 radələrində Türkan qəsəbəsində görüşərək, onlarla birlikdə Dərnəgüldəki inşaat bazarına, daha sonra isə “8-ci kilometr” bazarına aparmışdır. Bazardan lazım olan malları alıb çıxanda iki nəfər mülki geyimli şəxslər özlərini polis əməkdaşları kimi təqdim edib, polis idarəsinə getməli olduğunu bi ldirmişlər. Onlar, həmçinin bildirmişlər ki, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Daha sonra onu, Talehi və Sahibi Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən, onun əlində heç bir bağlama və ya çanta olmamış, üzərində də heç bir narkotik vasitə olmamışdır. Birinci instansiya məhkəməsində üzərində 1 qram çəkidə narkotik vasitənin olmasına dair izahatını onunla əsaslandırır ki, hesab etmişdir ki, izahatını belə verdiyi təqdirdə, ona daha yüngül cəza verə bilərlər. Əslində isə əlində və üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İdarədə təxminən 1 saatdan çox bir otaqda saxlanılmış və həmin müddətdə ona təzyiqlər göstərilərək, video çəkilişlə aparılan baxış zamanı guya üzərindən 1 kq-dan heroin aşkar olunmasının etiraf edilməsi tələb edilmişdir. O, döyüləcəyindən və işgəncələrə məruz qalacağından qorxaraq, polislər tərəfindən əvvəlcədən səhnələşdirilmiş qaydada üzərindən 1 kq-dan çox heroin aşkar olunması barədə videoçəkilişdə iştirak etmişdir. O, narkotik istifadəçisi olsa da, polislər tərəfindən saxlanılarkən, üzərində narkotik vasitə olmamışdır. İbtidai araşdırma zamanı sənədləri təzyiq nəticəsində, yəni polislər onu döyəcəkləri ilə hədələdiklərindən oxumadan imza etmişdir. İbtidai istintaq zamanı onun adından tərtib edilmiş ifadəni ümumiyyətlə təsdiq etmir. Göstərilənlərə əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
32. Həmçinin, apellyasiya baxışı zamanı şahid q ismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xatirindədir ki, 05 iyun 2020-ci il tarixdə, səhər radələrində usta Sahiblə və qonşusu Seyranla Türkan qəsəbəsində görüşürək, onları idarə etdiyi avtomaşınla Dərnəgüldəki inşaat bazarına, daha sonra isə “8-ci kilometr” bazarına aparmışdır. Bazardan lazım olan malları alıb çıxanda, iki nəfər mülki geyimli şəxslər hərəsi Seyranın bir qoluna girərək söhbət edə-edə onu maşına otuzdurub aparmışlar. Daha sonra Sahibi və onu da digər maşına əyləşdirib, Badamdar qəsəbəsində yerləşən BNMİ-nə aparmışlar. Dəqiq bildirir ki, Seyranla olduğu vaxt, sonuncunun əlində heç bir bağlama və ya çanta görməmişdir. Eləcə də, onların yanında olarkən, Seyran Əliyevin hər hansı şəxsdən nəsə almasının, satmasının və ya təqdim etməsinin şahidi olmamışlar.
33. A pellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 05 iyun 2020-ci il tarixdə, səhər radələrində o, Talehlə və Seyranla Türkan qəsəbəsində görüşərək, Talehin idarə etdiyi avtomaşınla Dərnəgüldəki inşaat bazarına, daha sonra isə “8-ci kilometr” bazarına getmişlər. Bazardan lazım olan malları alıb çıxanda, iki nəfər mülki geyimli şəxslər Seyrana yaxınlaşaraq polis işçiləri olduqlarını bildirib Seyranı maşına otuzdurub aparmışlar. Daha sonra Sahibi və onu da digər maşına əyləşdirib, Badamdar qəsəbəsində yerləşən BNMİ-nə aparmışlar. Dəqiq bildirir ki, Seyranla olduğu vaxt, sonuncunun əlində heç bir bağlama və ya çanta görməmişdir. Eləcə də, onların yanında olarkən, Seyran Əliyevin hər hansı şəxsdən nəsə almasının, satmasının və ya təqdim etməsinin şahidi olm amışlar.
34. Həmçinin, apellyasiya icraatında məhkəmə araşdırması zamanı məhkum edilmiş şəxs Əliyev Seyran Qeybulla oğlunun, həmçinin şahidlər Şahid5 və Şahid4 istifadələrində telefon nömrələrinin anten dairləri barədə məlumatlar əldə edilmişdir. Belə ki, məhkum Seyran Əliyevin istifadəsində olan (tel:***-***-**-**) mobil telefon nömrəsinin 05 iyun 2020-ci il tarixdə anten əhatə dairələri barədə məlumatlardan görünür ki, o, 05 iyun 2020-ci il tarixdə, saat 10:30 radələrində ilkin olaraq Türkan qəsəbəsində, daha sonra Bakı şəhəri Ziya Bünyadov prospektində (yəni Dərnəgül inşaat bazarının yerləşdiyi ərazidə), daha sonra Bakı şəhəri, Nizami rayonu Naxçıvanski küçəsində, 220 saylı orta məktəbin yaxınlığında (yəni “8-ci kilometr” bazarı ərazisində) daha sonra isə Bakı şəhəri, Səbail rayonu, Abb asqulu Abbaszadə küçəsində (Baş Narkotiklərlə Mübarizə İdarəsinin yerləşdiyi ərazidə) olmuşdur.
35. Apellyasiya baxışı zamanı təqdim edilmiş şahid qismində ifadə vermiş Şahid5 istifadəsində olan (tel:***-***-**-**) mobil telefon nömrəsinin 05 iyun 2020-ci il tarixdə anten əhatə dairələri barədə məlumatlardan görünür ki, Şahid5 istifadəsində olan ******-**-** telefon nömrəsinin dislokasiyasına əsasən, o, xx.xx.2020-ci il tarixində 10:30 radələrində həqiqətən də Türkan qəsəbəsində olub, saat 13:46-da Qara Qarayev prospekti 100C ünvanında “Uğur” mebel mağazası ərazisində olub ki, bu da Ziya Bünyadov prospektində, yəni Dərnəgül inşaat bazarının yanındadır, daha sonra 8-ci km bazarının yerləşdiyi ərazidə olub (Laçın Ticarət Mərkəzinin və 220 saylı məktəbin yerləşdiyi ərazi), saat 16:11-də Səbai l rayonunun Badamdar qəsəbəsində, yəni BNMİnin yerləşdiyi ərazidə olub, sonra təxminən saat 17:40 radələrində başqa istiqamətə hərəkət almışdır.
36. Apellyasiya baxışı zamanı təqdim edilmiş şahid qismində ifadə vermiş Şahid4 istifadəsində olan (tel:***-***-**-** və ***-***-**-**) mobil telefon nömrələrinin 05 iyun 2020-ci il tarixdə anten əhatə dairələri barədə məlumatlardan görünür ki, Şahid4 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin dislokasiyasına əsasən, o, xx.xx.2020-ci il tarixində ilk olaraq həqiqətən də Türkan qəsəbəsində olub, saat 13:58 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 100C ünvanında yerləşən “Uğur” mebel mağazasının ərazisində olub ki, bu da Dərnəgül inşaat bazarının yanındadır, saat 13:58-dən 18:02-dək məlumat yoxdur.
37. Həmçinin, şahid qismində dind irilmiş Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi 14 may 2021-ci ildə müqavilə əsasında alınmışdır və bu səbəbdən 05 iyun 2020-ci il tarixdə bu telefondan istifadə etməmişdir.
38. Həmçinin, şahid qismində dindirilmiş Şahid3, Şahid1 və Aqil Azadovun istifadələrində olan mobil telefon nömrələrinin dislokasiyaları barədə məlumat yoxdur.
39. Apellyasiya məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salaraq qeyd etmişdir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Əliyev Seyran Qeybulla oğlunun narkotik vasitələrin qanunsuz olaraq hər hansı bir şəxsdən alması, onun narkotik vasitəni kiməsə satması, bunun üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi faktları müəyyən edilməmiş, məhkəmə tərəfindən təqsirləndirilən şəxs S.Q.Əliyevi n barəsində ittiham hökmü yalnız maddi sübuta, yəni polis əməkdaşları tərəfindən S.Q.Əliyevin üzərində şəxsi axtarış nəticəsində narkotik vasitənin tapılmasına əsasən çıxarılmışdır. Məhkəmə kollegiyası iş materiallarına əsalanaraq belə nəticəyə gəlmişdir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokol mümkün olmayan sübut kimi qiymətləndirilərək, Azərbaycan Respublikası CPM-in 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilməklə sübutlar siyahısından xaric edilməlidir.
40. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Əliyev Seyran Qeybulla oğlunun sonuncu apellyasiya icraatınd akı məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini məhkəməyəqədər icraat zamanı və birinci instansiya məhkəməsi icraatı zamanı verilmiş ifadələri və cinayət işi materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edib araşdıraraq belə qənaətə gəlmişdir ki, Əliyev Seyran Qeybulla oğlunun ibtida istintaq zamanı “etiraf edici”, birinci instansiya məhkəməsi zamanı “qismən etiraf edici” ifadələri işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən məhkəmə onun məhkəməyədək və birinci instansiya məhkəməsi icraatı zamanı vermiş olduğu ifadələrinə şübhə ilə yanaşmış və bu ifadələrin ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişdir.
41. Kassasiya kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlilləri qismində qeyd etdiyi “Seyran Əliyevin ifadəsi ən etibarsız ifadə olmuşdur” kimi dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin Əliyev Seyran Qeybulla oğlunun apellyasiya instansiya məhkəməsində məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etməsi ilə bağlı qənaəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür.
42. Belə ki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, m əhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
43. Göründüyü kimi, apellyasiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və Əliyev Seyran Qeybulla oğlunun həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun apellyasiya məhkəməsi iclası nda vermiş olduğu ifadələri cinayət işi materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmişdir.
44. Göründüyü kimi, cinayət işi üzrə ittiham tərəfinin istinad etdiyi, dövlət ittihamçısının kassasiya protestinin əsasını təşkil edən bəraət almış şəxsin ibtidai araşdırma zamanı vermiş olduğu etirafedici, birinci instansiya məhkəməsində məhkəmə icraatı zamanı vermiş olduğu qismən etiraf edici ifadəsi yuxarıda qeyd edilən şəkildə təkzib edilməklə, cinayət işi üzrə bütün sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır.
45. Həmçinin, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində qeyd edilən “şahidlər Şahid5 və Şahid4 ifadələrinin, həmçinin bəraət hökmünün əsasını təşkil edən sübutların mötəbərliyinin-qeyri müəyyən olması ilə bağlı” dəlillərinə münasibətdə qeyd edir ki, cinayət işi materiallarından da göründüyü kimi apellyasiya instansiya məhkəməsi məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları (təqsirləndirilən şəxsin, şahidlərin (Şahid5 və Şahid4) ifadələri, onların və digər şahidlərin istifadəsində olan mobil telefon nömrələrinin anten əhatə dairələri barədə məlumatları və.s) ibtidai istintaq zamanı əldə edilmiş sübutlarla qarşılıqlı şəkildə araşdırıb tədqiq etmiş, bunun nəticəsində məhkəmə tərkibi X3 barəsində ittiham hökmünün çıxarılmasına əsas olmuş polis əməkdaşları tərərfindən S.Əliyevin üzərində şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinin nəticələrinə tənqidi yanaşmışdır Məhkəmə qeyd edilən nəticəyə tənqidi yanaşarkən buna əsas olan sübutları bir-bir araşdırıb ye kun məhkəmə aktında əsaslandırmışdır.
46. Məhkəmə kollegiyası təqsirsizlik prezumpsiyasını özündə ehtiva edən CPM-in 21.3-cü maddəsinə istinadən qeyd edir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət işi materiallarından və dövlət ittihamçısnın kassasiya protestinin dəlillərindən də göründüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəfindən Seyran Əliyevə bəraət verilməsinin əsası qismində sadalanan sübutların doğruluğunu təkzib edən və ya həmin sübutları şübhə altında qoyan hər hansı bir dəlil təqdim edilməmişdir.
47. Kassasiya protestinin məhkəmənin Seyran Əliy evin polisin nəzarəti altında saxlanıldığı müddətdə üzərindən aşkar edilmiş narkotik vasitənin polis orqanında onun üzərinə yerləşdirilməsi mümkünlüyünə münasibətdə qeyd etdiyi “Bu cümləni məhkəmə nəyə əsasən yazır? Əliyev Seyran Qeybulla oğlunun polisin nəzarəti altında saxlandığı müddətdə üzərinə dövriyyəsi qadağan edilmiş predmetin yerləşdirilməsi mümkünatı barədə fərziyyəsi nəyə əsaslanır? Burada bir sual yaranır: kimin nə marağı var ki, Seyran Əliyevin üzərinə nə isə qoysun? Məhkəmə faktiki birbaşa yolla polisi qanunsuz hərəkətlərdə təqsirləndirir, bu ittihamı isə heç nə ilə əsaslandırmır” mülahizəsinə münasibətdə kassasiya kollegiyası ilk öncə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin məzmununun ifadə şəklinə (“mümkünatı barədə fərziyyəsi”, “ibtidai istintaqda işlə miş hakim heç vaxt belə bir vaxt kəsiyinə şübhə ilə yanaşmaz” kimi nəqli cümlələr və bir sıra aqressiv formalı qrammatik sual cümlələri) tənqidi yanaşaraq onu Azərbaycan Respublikası prokurorluğunun əməkdaşına yaraşmayan üslub kimi qiymətləndirir. Həmçinin qeyd edilir ki, CPM-in 25.2-ci maddəsinin tələblərinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Məhkəmələr ibtidai istintaq orqanlarının gəldiyi nəticəni birtərəfli və birmənalı təsdiq etmək vəzifəsi daşımırlar. Əks halda, ümumiyyətlə, məhkəmə hakimiyyətinin mövcudluğu əhəmiyyətini itirmiş olar. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 355, 398, 406-cı maddələrinin tələblərinə əsasən, məhkəmələr tərəfindən məhkəməyədək icraat üzrə bu Məcəllənin tələblərinin pozulmasına yol verildiyi aşkar edildikdə məhkəmə baxışının nəticələrinə dair xüsusi qərar qəbul etmək səlahiyyətlərinə malikdirlər.
48. Həmçinin, dövlət ittihamçısı tərəfindən ibtidai istintaq zamanı həyata keçirilən prosesslər sadalanaraq Seyran Əliyevin polis idarəsinə gətirilib üzərinə baxış keçirilənədək təxminən bir saata yaxın vaxt qanunsuz saxlanılmasına dövlət ittihamçısı tərəfindən “ibtidai istintaqda işləmiş hakim heç vaxt belə bir vaxt kəsiyinə şübhə ilə yanaşmaz” kimi ifadələrlə haqq mülahizələrdən ibarət olmuşdur. qazandırılması absurd olmaqla subyektiv
49. Bununla da məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir.
50. Kassasiya kollegiyası sadalanan halları, həmçinin cinayət işi materiallarında olan, apellyasiya insta nsiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılaraq müəyyən edilmiş həmin hallara istinadən dövlət ittihamçısının kassasiya protestinə münasibətdə qeyd edir ki, Əliyev Seyran Qeybulla oğlundan alınmış “etirafedici” izahat və ifadələrə, şahidlər polis əməkdaşları olan Şahid1,Şahid2, Şahid3 vermiş olduqları “ifşaedici” məlumatlara ciddi şübhələr olduğu vəziyyətdə, məhkəmələrin həmin izahat və ifadələri, 05 iyun 2020-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolu, bu tədbirin gedişində əldə olunan predmeti sübut kimi qəbul etməməsi cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz.
51. Çünki, Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşla rın Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
52. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”.
53. Apellyasiya instansiya məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmə qeyd olunan normaların tələblərini pozmamışdır.
54. Belə olan halda, məhkəmənin təqdim olunmuş sübutların Əliyev Seyran Qeybulla oğlunu ona istinad edilən cinayət əməlini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz.
55. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildi yi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.
56. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5).
57. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
58. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
59. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). 60. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, ay dın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
61. Əliyev Seyran Qeybulla oğlunun verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya instansiya məhkəməsinin Əliyev Seyran Qeybulla oğluna Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verməsi Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.
62. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
63. Belə olan halda, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və Əliyev Seyran Qeybulla oğlunanın təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.4.3cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 1(103)-1470/2023 nömrəli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan R espublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Əliyev Seyran Qeybulla oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 1(103)-1470/2023 nömrəli hökmü Dövlət ittihamçısı4 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.