Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1027/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və Məhkum müdafiəçisi Abdullayev İkram Yusif oğlunun iştiraklar ı ilə, Məhkum Gəncə Ağır Cinayətlər Məhkəmənin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.2.1, 120.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi İ.Y.Abdullayev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəmənin xx xxxx 2015-ci il tarixli hökmü ilə (hakimlər F.N.Mahmudov (sədrlik edən və məruzəçi), M.S.Məmmədov və S.Ə.Əzizovdan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1983-cü il tarixdə Bərdə rayonunun Hüseynbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məh kum olunmamış, ünvan 1 ünvanda yaşamış, CM-nin 120.2.1, 120.2.5 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 120.2.1. və 120.2.5-ci maddələri ilə 13 (on üç) il 09 (doqquz) ay müddətə, CM-nin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X16 da CM-nin 120.2.1, 120.2.5-ci maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 (on üç) il 06 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir İşin halları: Məhkəmənin hökmünə əsas ən, Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, əvvəllər tanıdığı Bərdə şəhər sakini X17 tamah niyyəti ilə qəsdən öldürmək məqsədi ilə sonuncu ilə birlikdə «KredAqro» bank olmayan kredit təşkilatı qapalı səhmdar cəmiyyətinin Bərdə filialından 2013-cü ilin əvvəllərində müxtəlif şəxslərin adlarına götürdükləri kreditlərin ödənilməsi zamanı aralarında yaranmış mübahisəni aydınlaşdırmaq adı ilə Anar Ələkbərovu xx xxxx 2013-cü il tarixdə saat 19 radələrində Bərdə şəhərində yerləşən dəmiryol vağzalının yanında özünün idarə etdiyi «Niva» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşdirib, Bərdə rayonunun Ağalı kəndi ilə Hüseynbəyli kəndi arasında, torpaq yol ilə hərəkət etməklə, Bərdə-Ağcabədi yolunun 19-cu km-də yerləşən «Aran» kafesinə 160 metr məsafə qalmış, Yuxarı Qarabağ su kanalının sağ sahilinə gətirərək orada Anar Ələkbərov ilə mübahisə etmiş və bu zaman əvvəllər tanıdığı AAA idarə etdiyi “ZİL-130” markalı, dövlət qeydiyyat nişanı olmayan avtomaşın ilə həmin yerdən keçərkən mübahisəni görüb avtomaşını saxlamış və mübahisəyə müdaxilə etməklə, tamah niyyəti ilə AAA qəsdən öldürmək məqsədi ilə onunla bir qrupda, idarə etdiyi avtomaşında saxladığı kauçuk rezin məmulatdan hazırlanmış şlanq və yerdən götürdüyü daş parçası, o isə idarə etdiyi «Niva» markalı avtomaşında qanunsuz olaraq saxlayıb, gəzdirdiyi kustar üsulla hazırlanmış soyuq silah hesab edilən kastetlə (beşbarmaq) AAA baş-beyin və bədəninin digər nahiyyələrinə zərbələr vuraraq sonuncuya başın ənsə nahiyyəsinin hematoması, baş beynin yumşaq qişasına, beyin toxumasına ocaqlı qansızmalar, xaya ətrafı yumşaq toxumalara qansızmalarla müşayiət olunan yaralar, yetirilən anda həyat üçün təhlükəli və ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə Anar Ələkbərovu qəsdən öldürmüşdür. Hökmdən narazı qalan Məhkum müdafiəçisi Əliyev Elçin Behbut oğlu,, məhkum X18 və zərərçəkmiş şəxsin hüquqi varisi X4 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər R.A.Məhərrəmli (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkum A.B.Bəbişovun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil X33 və Məhkum müdafiəçisi – fərdi fə aliyyət göstərən vəkil X30 tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov İlham Məmməd oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Nəsibov Hafiz Qənbər oğlundan ibarət tərkibdə) xx xxx 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ləğv edilərək iş yeni apellyasiya baxışına təyin olunmuşdur. İşə növbəti dəfə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ç.Məmmədov (sədrlik edən və məruzəçi), İ.Şəfiyev və Ə.Abdullayevdən ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2015ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum və X5 təqsirləndirildikləri CM-nin 120.2.5-ci maddəsi onların hər birisinə qarşı irəli sürülmüş ittihamdan xaric edilmiş, Məhkum CM-nin 120.2.1-ci maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza hökmlə ona CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanılaraq onun üzərində qəti olaraq 13 (on üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmçinin bu qərarla AAA CM-nin 120.2.1-ci maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məh kəməsinin Cinayət Kollegiyasının (hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov İnqilab Maşallah oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə təmin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilərək iş yenidən apellyasiya baxışına təyin olunmuşdur. Bu dəfə də işə apellyasiya qaydasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü dəyişdiri lmiş, Məhkum və X5 təqsirləndirildikləri CM-nin 120.2.5-ci maddəsi onların hər birisinə qarşı irəli sürülmüş ittihamdan xaric edilmiş, Məhkum CM-nin 120.2.1-ci maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza hökmlə ona CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanılaraq onun üzərində qəti olaraq 13 (on üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmçinin bu qərarla A.B.Bəbişova CM-nin 120.2.1-ci maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından da müdafiəçi İ.Y.Abdullayev kassasiya şikayəti verərək həmin qəra rın ləğv edilməsini və işin yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən Müdafiəçi İ.Y.Abdullayev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tətqiq etməmiş, Məhkum əməlləri düzgün tövsif edilməmiş, nəticədə isə Məhkum əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsir li bilinib məhkum olunmuşdur. Müdafiəçi öz şikayətində məhkəmə-tibbi və digər ekspertizaların rəylərinə istinad edərək bildirir ki, ekspertiza rəylərində ziddiyətlərin olması onların düzgünlüyünü və əsaslığını şübhə altına qoyduğundan həmin ziddiyyətlərin aradan qaldırması üçün komisyon məhkəmə-tibbi ekspertizası təyin edilərək keçirilməli, mərhum AAA ölümünün həqiqi səbəbi müəyyən olunmalıdır. Müdafiəçinin qənaətinə görə, zərərçəkmiş AAA onun Məhkum və AA tərəfindən döyülməsi nəticəsində aldığı xəsarətlərdən deyil, suda boğulması nəticəsində ölmuş, lakin məhkəmə-tibb ekspertləri öz rəylərində bununla bağlı düzgün nəticəyə gəlməmiş, məhkəmələr isə həmin rəylərdə olan ziddiyyətləri aradan qaldırmamışlar. Bundan başqa, müdafiəçi qeyd edir ki, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə sübu t edilir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclaslarında verdikləri ifadələr özlərini müdafiə xarakteri daşımır, onlar Anar Ələkbərovu öldürmək niyyətində olmamış və bu hal Məhkum, AAA ifadələri ilə yanaşı həmçinin işin obyektiv halları ilə də, yəni zərərçəkmişin hadisə zamanı suya tullanmasından sonra Turalın həyacanlı vəziyyətdə onu axtarması kimi halla da təsdiq olunur. Müdafiəçi həmçinin vurğulayır ki, Baş Prokurorluğun rəsmi məktublarında da AAA döyülməsi nəticəsində deyil, suda boğulması səbəbindən ölməsi göstərilmiş, lakin bunu nəzərə almayan ibtidai araşdırma orqanı və işə baxan məhkəmələr buna əhəmiyyət verməyərək iş üzrə rəsmi mövqedən fərqli olan əsassız nəticəyə, yəni AAA məhkumlar tərəfindən döyülməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barəd ə nəticəyə gəlmişlər. Sonda Müdafiəçi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafq olaraq xx xxx 2009-cu il tarixli və xx xxxxxx 2002-ci il tarixli Qərarlarını əsas kimi göstərərək onun kassasiya şikayətinin təmin olunmasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Zərər çəkmiş şəxsin hüquqi varisi AA Ali Məhkəməyə ünvanladığı müraciətində Müdafiəçi İ.Y.Abdullayev kassasiya şikayətinə etirazını bildirərək həmin şikayətin təmin edilməməsini, Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılmasını, bununla da oğlunun fac iəli şəkildə həlak olması ilə bağlı cinayət işi üzrə icraatın yekunlaşdırılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Göründüyü kimi, Müdafiəçi İ.Y.Abdullayev kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum qəsdən adam öldürmə cinayətini törətməsi sübuta yetirilməmiş, məhkəmələr əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş (iş üzrə komisyon məhkəmə-tibbi ekspertizasının keçirilməsinin zəruri olmasına baxmayaraq belə ekspertiza keçirilməmişdir), araşdırılmış, lakin ziddiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkumun əməli CM-nin 120.2.1-ci maddəsi ilə düzgün tövsif edilməmiş və hüquqlarını müdafiə etdiyi şəxs təqsiri sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq xüsusilə ağır cinayətin törədilməsinə görə təqsirli bilinib məhkum edilmiş, qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv olunmalı və işin yeni apellyasiya baxışına təyin edilməli olması haqqında tələblərini CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum və AAA məhkum olunmalarına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəmə sinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmiş dir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qər arın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalar ının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələbl ərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146 -cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmən in nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “AAA və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mü lahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və işin yenidən apellyasiya istansiyası məhkəməsinə göndərilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Apellyasiya instansiyası məh kəməsinin iş üzrə müəyyən etdiyi faktiki hallar isə ondan ibarətdir ki, Məhkum və AAAA xx xxxx 2013-cü il tarixdə saat 19 radələrində Yuxarı Qarabağ su kanalının sağ sahilində bir qrup şəxs şəklində, Məhkum idarə etdiyi avtomaşında qanunsuz olaraq gəzdirdyi və soyuq silah hesab edilən beşmarqla, AA isə kauçuk rezin məmulatdan hazırlanmış şlanqla X14 baş-beyin və bədəninin digər nahiyyələrinə zərbələr vuraraq sonuncuya başın ənsə nahiyyəsinin hematoması, baş beynin yumşaq qişasına, beyin toxumasına ocaqlı qansızmalar, xaya ətrafı yumşaq toxumalara qansızmalarla müşayiət olunan yaralar, yetirilən anda həyat üçün təhlükəli və ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə AA qəsdən öldürmüşlər. İş materiallarının təhlili göstərir ki, bu halları müəyyən edərkən, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslıranda isə hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri yekun məhkəmə aktlarında onlara qanuna müvafiq qaydada qiymət verilməklə əks etdirilmiş və kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, digər məhkum olumuş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şək ildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digə r əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ona apellyasiya instansiyası məhkəməsinin qərarında istinad olunan cinayət əməllərinin törədilməsinə dair onun təqs irliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Araşdırılmış sübutlar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edilsə də, məhkəmə kollegiyası onların bir hissəsinə hazırki qərarda da istinad etməyi zəruri bilir. Belə ki, məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2013-cü il tarixli, 86 saylı rəyinə (xx xxxx 2013-cü il tarixli, 25 saylı rəyə əlavə) əsasən, X14 meyitinin məhkəmə-tibbi müayinəsinə, laborator müayinələrin nəticələrinə, iş haqqında verilən ilkin məlumatlara əsasən və həll edilməsi üçün ekspertiza qarşısına qoyulan sualları nəzərə alaraq ekspertlər aşağıdakı nəticəyə gəlmişlər: 1) mərhum X14 bədənində aşağıdakı xəsarətlər müəyyən edildi: başın ənsə nahiyyəsinin hematoması, baş beynin yumşaq qişasına, beyin toxumasına ocaqlı qansızmalar, xaya ətrafı yumşaq toxumalara qansızına. Qeyd olunan xəsarətlər AAA ölümündən az qabaq bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər; 2) məhrum X14 bədənində olan xəsarətlər rezindən hazırlanmış su şlanqı və ucu vurucu-əzici xassəyə malik beşbarmaq-kastetin təsirindən də əmələ gəlməsi istisna edilmir; 3) mərhum X14 bədənində olan xəsarətlərin içərisi su ilə dolu kanala yıxılaraq bərk səthə dəyməsi nəticəsində əmələ gəlməsi inkar edilir; 4) mərhum X14 bədənində çürümə dəyişikliklərindən başqa hər hansı bir xəsarət müəyyən edilmədi; 5) xəsarətlərin özünün müdafiəyə və qarşılıqlı dalaşmaya xarakterik olub-olmamasını müəyyən etmək məhkəmə-tibbi ekspertlərinin səlahiyyətlərinə aid deyil; 6) mərh um X14 meyitinin müayinəsi zamanı onun daxili orqanlarında çürümə dəyişiklikləri fonunda hər-hansı bir xəstəlik keçirməsini təsdiq edən əlamətlər müəyyən edilmədi; 7) mərhum X14 ölümünə səbəb qapalı küt kəlləbeyin travması nəticəsində baş beynin yumşaq qişasına və beyin toxumasına qansızma olmuşdur; 8) ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edilir ki, ölümün müddəti müayinə olunan vaxta nəzərə 3-4 gündür; 9) mərhum X14 meyitindən götürülmüş qanın və daxili üzv hissələrinin kimyəvi tədqiqatı zamanı qanda 0,56 % promilli qatlığında etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılılığı obyektin çürüməsi ilə əlaqədar nisbi hesab olunmuşdur. Digər zəhərləyici və kəskin təsirə malik maddələr aşkar edilməmişdir. Beləliklə, iş üzrə verilmiş məhkəmə-tibbi ekspertizas ının xx xxxxxx 2013-cü il tarixli 25 saylı rəyini nəzərə almaqla ekspertlər belə nətiəcyə gəlmişlər ki, mərhum X14 bədənində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: başın ənsə nahiyyəsinin hematoması, baş beynin yumşaq qişasına, beyin toxumasına ocaqlı qansızmalar, xaya ətrafı yumşaq toxumalara qansızma. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyaların təsirindən əmələ gəlmişdir. Zərərçəkmişin istər baş nahiyyəsindən, istərsə də xaya nahiyəsindən aldığı xəsarətlərdən sonra müəyyən məqsədyönlü hərəkətlər (yerimək, qışqırmaq, oturmaq və s. o cümlədən 80-100 metr məsafə qət etməsi) istisna edilmir. Onun meyiti çürümə dəyişikliklərinə uğradığı üçün xarici müayinə zamanı bədən səthində qançır, sıyrıq kimi xəsarətlər olsaydı belə onlar müəyyən edilməyə bilərdi. Qeyd edilən xəsarətlərin Məhk um götürülmüş kastetlə (beşbarmaq) və Adil Bəbişovdan götürülmüş şlanqın təsirindən əmələ gəlməsi istisna edilmir. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2013-cü il tarixli 377 saylı rəyindən görünür ki, Məhkum bədəni üzərindəki xəsarətlər - başın ənsə, boyun, sol said döş qəfəsi nahiyyələrinin sıyrıqları, sağ gicgah və sağ bazu nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmiş və sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən və müddəti xx xxxx 2013-cü il tarixə uyğun gəlməklə, həmin xəsarətlər qeyd edilən tarixdə Bərdə rayonu, Hüseynbəyli kəndi ərazisində Yuxarı Qarabağ su kanalının yaxınlığında mərhum X27 ilə qarşılıqlı dava-dalaş zamanı əmələ gəlmişdir. Məhkəmə-tibb ekspertizasının xx xxxx 2013-cü il tarixli 378 saylı rəyinə əsasən, X5 bədəni üzərindəki xəsarətlə r - sol göz yuvası altı nahiyənin qançırı və sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmiş və sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən və müddəti xx xxxx 2013-cü il tarixə uyğun gəlməklə, həmin xəsarətlər qeyd edilən tarixdə Bərdə rayonu, Hüseynbəyli kəndi əzarisində Yuxarı Qarabağ su kanalının yaxınlığında mərhum X27 ilə qarşılıqlı dava-dalaş zamanı əmələ gəlmişdir. Apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında dindirilmiş məhkəmə-tibb eksperti X37 iş üzrə verdiyi məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunmuş nəticələri bir daha təsdiq edərək göstərmişdir ki, xx xxxx 2013-cü il tarixdə X14 meyiti müayinəsi olunması üçün ekspertizaya təqdim olunmuşdur. Meyit xarici və daxili müayinə olunaraq meyitin qanından və dalaqdan götürülərək qan qrupunu və alkoqolun, n arkotik vasitənin və ya psixotrop maddənin olub-olmamasını müəyyən etmək üçün MTE və PA Birliyinin məhkəmə-bioloji şöbəsinə, daxili orqanlardan tikələr, sol xaya ətrafı yumşaq toxuması ilə birlikdə və ənsə nahiyyəsində dəri parçası götürülərək patoloji dəyişikləri müəyyən etmək üçün məhkəmə-histoloji şöbəsinə, diatom-plaktonu müəyyən etmək üçün isə sol böyrək bütöv və sağ bazu sümüyündən 12 sm uzunluqda hissə götürülərək məhkəmə-bioloji şöbəsinə göndərilmişdir. MTE və PA Birliyindən alınmış məhkəmə-kimyəvi müayinənin aktı ilə müəyyən olunmuşdur ki, AAA meyitindən götürülmüş qanın və daxili üzv hissələrinin tədqiqatı zamanı narkotik vasitə və psixotrop maddə aşkar olunmamış, lakin qanda az miqdarda etil spirtinin olması müəyyən edilmişdir. Etil spirtinin qatılığı belə nəticəyə gəlmək üçün əsas vermişdir ki, həmin spirt meyitin çürüməsi zamanı əmələ gəlmişdir. Məhkəməhistoloji müayinənin aktı ilə müəyyən olmuşdur ki, AAA meyitindən götürülmüş daxili orqan tikələrinin mikroskopik müayinəsi nəticəsində meyitdə çürümə dəyişiklikləri, baş beyin maddəsinin ödemi, xaya ətrafında ocaqlı qansızmalar, ənsə nahiyyəsindən götürülmüş dəridə qansızmalar, ağ ciyər atelektaz və emfizema ocaqları aşkar olunmuşdur. Məhkəmə-bioloji müayinənin aktı ilə müəyyən olmuşdur ki, AA meyitindən götürülmüş böyrəkdə və sümük iliyində plakton-diatom aşkar olunmamışdır. Bütün bunlardan sonra belə nəticəyə gəlinmişdir ki, AA bədəni üzərində müəyyən edilmiş xəsarətlər - başın ənsə nahiyyəsinin hematoması, baş beynin yumşaq qişasına, beyin toxumasına ocaqlı qansızmalar, xaya ətrafı yumşaq toxumalara qansızm ası həyatidir, ölümündən az əvvəl bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmişin ölümünə səbəb isə küt kəllə-beyin travması nəticəsində baş beynin yumşaq qişasına və beyin toxumasına qansızma olmuşdur. Ekspert həmçinin bildirmişdir ki, AA meyiti sudan tapılarkən ətraf mühit şəraiti və meyitdə çürümə proseslərinin getdiyi nəzərə alındıqda onun meyiti üzəində zorakılıq əlamətlərinin olması görünməyə bilərdi. Hava şəraitinin isti olması da AA meyitinin çürüməsini sürətləndirmişdir. AA başından və xayasından göstərilən xəsarətləri aldıqdan sonra 80-100 metr məsafəni qaça bilib-bilməməsi orqanizmin fərdi fiziki xüsusiyyətlərindən asılıdır. Bununla belə, mərhumun başında və bədənində aşkar olunmuş xəsarətlər ona sağ ol arkən yetirilmiş, həmin xəsarətlərin suda üzərkən alması isə və onun suda ölməsi, yaxud da həmin xəsarətləri suya tullanarkən alması qeyri mümkündür, çünki onun böyrəyində plaktondiatom aşkar edilməmişir. Analoji ifadələri həmçinin həmin iclasda digər məhkəmə-tibb eksperti X21 da vermişdir. Şahid (ekspert-bioloq) X6 göstərmişdir ki, mərhum X13 meyitindən götülülmüş və ona müayinə olunması üçün təqdim edilmiş böyrək nümunəsində və sağ bazu sümüyündən parçada alman desruktatın tədqiqi zamanı plankton-diatomun zirehi aşkar olunmamışdır. Böyrək nümunəsinin tədqiqi kifayət etdiyindən mərhumun bədəninin sağ bazu sümüyündən götürülmüş parça onun tərəfindən və ya başqa şəxs tərəfindən tədqiq edilməmiş və həmin parça saxlanılması üçün birliyin arxivinə təhvil verilmişdir. (İşdə olan Azərbaycan Resp ublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən, böyrək nümunəsinin və sağ bazu sümüyünün parçası onların saxlama müddəti keçdiyindən məhv edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-tibbi eksertizasının rəylərinin həmin rəyləri vermiş və apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında onların nəticələrini təsdiq etmiş ekspertlərin ifadələri ilə birgə təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, birincisi, ekspertizaların keçirilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizaların nəticələri elmi əsaslandırılmış, ikincisi, ekspertizanın keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmiş, üçüncüsü, rəylərin nəticələri ekspertlərin ifadələri ilə üst-üst ə düşür. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən rəylərin və ekspertlərin ifadələrinin şübhə altına alınması üçün heç bir əsas olmadığından, A ölümü suda boğulması nəticəsində deyil, onun Məhkum və A tərəfindən döyülməsi nəticəsində aldığı həyat üçün təhlükəli olan xəsarətlər nəticəsində baş vermişdir. Bu baxımdan məhkəmə kollegiyası bunlara dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələri də əsaslı sayır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPM-nin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “X15rşı iş üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişd ir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəylərinə və ekspertlərin ifadələrinə əsaslanaraq, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutları araşdırıb onlara verdikləri qiymətləndirmə əsasında Məhkum cinayəti məhz ona elan olunmuş ittihamda göstərilmiş şəraitdə törətməsi barədə gəldikləri nəticəni əsas lı hesab edir və eyni zamanda qeyd edir ki, işin faktiki hallarının başqa cür müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və iş üzrə əlavə araşdırmanın aparılmasına heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, yuxarıda göstərilən sübutlarla müəyyən edilmiş hallar Məhkum soyuq silah – “beşbarmaq” (kastet) (bu əşyanın soyuq silah olması isə məhkəməkriminalistik ekspertizasının rəyi ilə təsdiq olunur) tətbiq etməklə AA bir qrup şəxs şəklində Anar Ələkbərovla qarşılıqlı dalaşma zamanı və şəxsi münasibətlər zəminində onu qəsdən həyatdan məhrum etməsi, yəni bu cinayətin obyektiv cəhətini icra etməsinə dəlalət edir. Belə olan halda, məhkəmə kollegiyası Məhkum əməllərinin CM-nin 120.2.1 və 228.4-cü maddələri ilə tövsif edilməsi ba rədə məhkəmələrin gəldikləri nəticə ilə də razılaşaraq eyni zamanda vurğulayır ki, həmin nəticə təkcə şahid ifadələrinə və məhkəmə ekspertizasının rəyinə deyil, iş üzrə məhz məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusuna, habelə qanunun normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin tövsiyələrinə əsaslanmışdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin ci nayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsi ni müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayətlərinə dair işlərə baxılarəkən vahid məhkəmə təcrübəsinin formalaşmasına xidmət edən həmin qərardakı Ali Məhkəmənin mövqeyi də hazırki iş üzrə məhkəmə kollegiyasının mövqeyi ilə üst-üstə düşür. Belə ki, qərarın 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etm ə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. O, ki qaldı müdafiəçinin istinad etdiyi Azərbaycan Respublikası Prokurorluğunun məktublarına və həmin məktublarda AA ölümünün baş vermə hallarını ittihamdan fərqli şəkildə təsvirinə, məhkəmə kollegiyası həm ibtidai araşdırma orqanı, həm də aşağı instansiya məhkəmələri kimi, bu məktu bların işin faktiki hallarının, o cümlədən törədilmiş cinayətin hallarının başqa cür müəyyən edilməsinə əsas ola bilən sənədlər kimi yanaşmır ona görə ki, əvvəla, həmin məktublar CPM-nin 124 və 125-ci maddələrinin tələbləri baxımından sübut əhəmiyyətinə malik deyil, digər tərəfdən isə - sübut növü kimi hesab edilməyən göstərilən sənədlərin mövcudluğu işin faktiki hallarının, o cümlədən Məhkum törətdiyi əməllərin başqa cür müəyyən edilərək həmin əməllərin CM-nin Xüsusi hissəsinin digər maddələri ilə tövsif edilməsinə əsas ola bilməzlər. Beləliklə, məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində göstərdiyi dəlilləri qəbul edilməz sayaraq qeyd edir ki, həmin şikayətin təmin edilməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməs ini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq cinayət və cinayət-prosessual qanunvericiliyinin düzgün tətbiq edilib-edilməməsini yoxlayan məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirli bilinərək məhkum edildiyi CM-nin 228.4-cü maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir iləd ək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 15.2-ci maddəsində göstərilir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, CM-nin 228.4-cü maddəsində nəzərdə tutuldmuş cinayət CM-nin 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. CM-nin 75.1.1-ci və 75.2-ci maddələrinin tələblərinə görə isə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CPM-nin 358.3-cü maddəsinə əsasən, məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı bir neçə təqsirləndirilən şəxs barəsində çıxarıldıqda, həmin yekun qərar barəsində apellyasiya qaydasında protest və ya şikayət verilməmiş şəxsə münasibətdə və yalnız ona aid hissədə bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. CPM-nin 384.1-ci maddəsində isə bu müddət 20 (iyirmi) gün müəyyən edilmişdir. CPM-nin 407.2-ci maddəsinin tələblərinə və mənasına görə, birinci instansiyası məhkəməsinin hökmündən (qərarından) apellyasiya şikayəti və ya apellyasiya protesti verildikdə, həm birinci instansiya məhkəməsinin yekun məhkəmə aktı, həm də apellyasiya instansiyası məh kəməsinin yekun qərarı onun elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Göründüyü kimi, iş üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qərarı (birinci instansiya məhkəməsinin hökmü ilə birlikdə) xx xxxxxx 2019-cu il tarixdə həmin qərarın elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə mindiyindən və beləliklə də Məhkum təqsirli bilinib məhkum olunduğu CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsindən 6 (altı) il 5 (beş) ay 24 (iyirmi dörd) gün keçdiyindən onun bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün CM-nin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçmişdir. Bu əsasla Məhkum CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət təqibinə xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi barədə müda fiə tərəfi həm cinayət təqibinin həyata keçirilməsi zamanı, həm də kassasiya şikayətində tələb irəli sürmədiyini nəzərə alaraq, məhkəmə kollegiyası prosessual qanunvericiliyin aşağıdakı normalarına əsaslanaraq onun barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından ona CM-nin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının və CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair hissələrin xaric edilməsini və onun üzərində CM-nin 120.2.1-ci maddəsi ilə təyin edilmiş cəzanın saxlanılmasını, bununla da həmin əsaslara görə apellyasiya instansiyası məhkəməsinin qərarının Məhkum aid hissədə dəyişdirilməsini qanuni hesab edir. CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3 (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə), 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 43.3 və 44.2.1-ci maddələrinin müqayisəli təhlili göstərir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə bağlı məhkəmə təqsirkar şəxsə cəza təyin etməməklə onun barəsində ittiham hökmünü o halda çıxarır ki, müdafiə tərəfi bu əsasla cinayət təqibinə xitam verilməsinə razılıq verməsin. Həm cinayət işinin mate riallarında, həm də kassasiya şikayətində Məhkum və onun müdafəiçisi İ.Y.Abdullayevin belə razılıqlarının olması müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum müdafiəçisi İ.Y.Abdullayevin kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə məhkumun müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə isə zərərçəkmiş şəxsin hüquqi varisi AA və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum CM-nin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının və CM-nin 66.3-cü maddəsinə əsasə n cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair hissələr xaric edilməklə və və onun üzərində CM-nin 120.2.1-ci maddəsi ilə təyin edilmiş cəza saxlanılmaqla həmin qərar adı çəkilən məhkuma aid hissədə dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum barəsində dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü və 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə az adlıqdan məhrum etmə cəzasının və CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi hissələri qərardan xaric edilsin və Məhkum üzərində qəti olaraq ona CM-nin 120.2.1-ci maddəsi ilə təyin edilmiş 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar kassasiya şikayətinə münasibətdə və Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1027/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1027/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver