Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1027/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Müdafiəçi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Məhkum iştirakları ilə 1979-cu il oktyabrın 19-da Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 1(103)-1560/2022 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 1(101)-302/2022 nömrəli hökmü ilə (hakimlər İ.X.Həsənzadə (sədrlik edən), A.İ.Paşayev və Ə.Q.Quliyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tə qsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2021-ci il tarixdən hesablanmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2022-ci il tarixli qərarı ilə, (hakimlər: F.A.Qasımov (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 2021-ci il sentyabrın 06-da istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 3,867 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 2021-ci il sentyabrın 10-da saat 18 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzinin 4-cü sıra, 5-ci korpusundakı 44 saylı dərzi dükanında saxlanılaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin inzibati binasına gətirilib orada inzibati otaqların birində s aat 18:55 radələrində Məhkum üzərində videoçəkilişlə şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən beş ədəd şəffaf sellofana bükülməklə ayrı-ayrılıqda 0,810 qram, 0,741 qram, 0,719 qram, 0,865 qram və 0,732 qram, ümumilikdə 3,867 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli tərkibindəki komponentlərə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, dindirilən şəxslərin ifadələri və digər sübutlar arasında olan ziddiyyətlər aradan qaldırılmamış, əlavə şahidlərin vermiş olduğu if adələrinə heç bir münasibət bildirilməmiş, nəticədə polis orqanının Məhkum götürülmüş narkotik vasitə kimi rəsmiləşdirdiyi 3,867 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinə aidiyyəti olmadığı, həmin narkotik vasitənin onun tərəfindən əldə edilib, saxlanılması və daşınması sübuta yetirilmədiyi halda, Məhkum əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçi5 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsini n kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdiri lməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, işi n faktiki hallarının yuxarıda - hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş qaydada müəyyən edilməsinə məhz Məhkum özünün ibtidai istintaqda verdiyi ifadələri əsas olmuşdur. Belə ki, Məhkum ibtidai istintaqda göstərmişdir ki, o, 06 sentyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə dörd bükümdən ibarət 3,867 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. İş üzrə dindirilmiş ittiham tərəfinin şahidləri əməliyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşları olmaqla, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətin nə cür baş verməsi haqqında deyil, müstəsna olaraq əməliyyat axtarış tədbirinin, baxış və götürmənin gedişində baş verənlər barədə məlumatlar verən şəxslərdir. Birinci instansiya məhkəməsində Məhkum ibtidai istintaq zamanı təzyiq altında ifadələr verdiyini, «Sədərək» ticarət mərkəzi, 4-cü sıra, 5-ci korpus, 44 saylı dükanda dərzi işləməklə ailəsini dolandırdığını, polis əməkdaşları tərəfindən iş yerində saxlanan zaman üzərində narkotik olmadığını, qeyd olunan vaxt yerindəcə baxış keçirilərkən X10 adlı şəxsdən narkotik vasitə aşkar edildiyini bildirmiş, daha sonra polis əməkdaşları tərəfindən əsassız olaraq saxlanılıb Qaradağ Rayon Polis İdarəsinə gətirildiyini, orada onun üzərində narkotik vasitə aşkar olunmasa da, barəsində cinayət işinin başlanıldığını göstərmişdir. (Məhkum bu dəlilləri apellyasiya məhkəməsində də müdafiə etmişdir). Başqa sözlə, Məhkum ibtidai istintaqda verdiyi ifadələrindən imtina etməklə yanaşı, narkotik vasitənin götürülməsi haqqında 10 sentyabr 2021-ci il tarixli şəxsi axtarış baxış və götürmə protokolunun, əməliyyat-axtarış tədbirini keçirmiş polis əməkdaşlarının ifadələrinin, ümumiyyətlə işdə olan sübutların həqiqəti əks etdirmədiyini, ittihamın saxtalaşdırılmış sübutlar üzərində qurulduğunu iddia etmişdir. Məhkum göstərmiş olduğu dəlillərə aydınlıq gətirilməsi məqsədi ilə birinci instansiya məhkəməsi müdafiə tərəfinin əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatətini təmin etmiş, vəsatətdə göstərilmiş 3 şəxsdən ikisinin yəni X17 və X13 məhkəmə iclasında şahid qismində dindirilmişlər. X13 şahid qismində vermiş olduğu ifadəsində göstərmişdir ki, 2021-ci il sentyabrın 10da saat 18 radələrində «Sədərək» ticarət mərkəzində olarkən özlərini polis əməkdaşı kimi təqdim edən üç nəf ər mülki geyimli şəxs onun, habelə orada olan Məhkum, X17, X10 və X18 adlı şəxslərin üzərində axtarış keçirmiş, X1 üzərindəki siqaret qutusundan və ayağının altından kağız bükümlər aşkarlansa da onun və qeyd edilən digər şəxslərin, eləcə də XX üzərindən qanunsuz heç bir predmet tapılmamışdır. Məhkəmə istintaqında dindirilmiş X17 digər şahid X5 ifadəsinə oxşar ifadə vermişdir. Məhkum, həmçinin əlavə şahidlər X14 və X5 məhkəmə iclasında vermiş olduğu ifadələrinin həqiqəti əks etdirdiyinin təsdiqi kimi müdafiəçi tərəfindən məhkəməyə X4 Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmünün surətini təqdim etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmündən görünür ki, müdafiə tərəfinin Məhkum təqsirsizliyi ilə bağlı iddiaları rədd edən məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq (hərçənd şəxs özünü ümumiyyətlə təqsirli bilməmiş) onun göstərdiklərinin işin faktiki hallarına uyğun olmadığını, digər mötəbər sübutlar o cümlədən Azərbaycan Respublikasının CPM-nin 142-ci maddəsinə əsasən preyudisial xarakter daşıyan X10 barəsində olan hökmdəki sonuncunun ifadələri ilə təkzib olunduğunu, bununla da, Məhkum ifadələrini özünümüdafiə xarakteri daşımaqla yalan ifadələr verdiyi, əlavə şahidlər X5 və X11 isə Məhkum cinayət məsuliyyətindən yayındırmağa çalışmalarını qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsinin Məhkum hazırkı cinayət iş üzrə məhkəmə iclasında vermiş olduğu ifadəsinin X4 özü barəsində həyata keçirilmiş cinayət təqibi üzrə verilmiş olduğu ifadəsi ilə təkzib edilməsinin və həmin ifadələrin Məhkum Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə preyudisiallığının nədə ifadə olunduğu başa düşmək mümkün deyil. Belə ki, X10 özü barəsində həyata keçirilmiş cinayət təqibi üzrə vermiş olduğu ifadəsində özünü qismən təqsirli bilərək 180 manat pul müqabilində 7,330 qram çəkidə narkotik vasitə heroin əldə etdiyini, 2021-ci il sentyabrın 10-da saat 18:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzi, 4-cü sıra, 5-ci korpus, 44 saylı dükanda olarkən polis əməkdaşları tərəfindən saxlandığını və onun Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə aparıldığını bildirmişdir. X10 ifadələri nə diqqət yetirdikdə, həmin ifadələrin Məhkum ifadələrini təkzib etməkdən çox, sonuncunun və iş üzrə dindirilmiş əlavə şahidlər X5 və X11 ifadələrində göstərmiş olduqları hadisələrinin davam etmə ardıcıllığını (hər iki şəxsin eyni yerdə, eyni vaxtda və eyni polis əməkdaşları tərəfindən saxlanılması hissəsində) təsdiq etdiyi görünür. Göründüyü kimi birinci instansiya məhkəməsində müdafiə tərəfinin təqdim etdiyi sübutların ittihamda göstərilənlərlə uzlaşmamasına baxmayaraq, məhkəmə bu uyğunsuzluqdan törəyən şübhəni aradan qaldırmaq üçün heç tədbir görməmiş, həmin sübutları digər sübutlarla müqayisə edib qiymətləndirməmiş, hökmdə Məhkum dəlillərini (sübutlar barədə iddialarını) araşdırmadan onları formal əsaslarla özünümüdafiə xarakterli olduğunu qeyd edib rədd etmişdir. Apellyasiya məhkəmə sində müdafiə tərəfinin Məhkum bəraət verilməsi barədə tələbin irəli sürüldüyü apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılsa da, Məhkum dəlilləri lazımınca yoxlanılmamış, birinci instansiya məhkəməsinin sübutların tədqiqi məsələsində yol verdiyi pozuntu (araşdırmanın natamamlığı) aradan qaldırılmamışdır. Belə ki, qismən məhkəmə istintaqı ilə keçirilmiş məhkəmə baxış iclasında yalnız əməliyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 şahid qismində dindirilmişlər və sonuncular vermiş olduqları eyni məzmunlu ifadələrində X6 tanımadıqlarını, Məhkum mağazadan tək apardıqlarını, həmin gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzi, 4-cü sıra, 5-ci korpus, 44 saylı dükandan başqa heç kimi polis idarəsinə aparma dıqlarını bildirmişlər. X1 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmünə diqqət etdikdə, X7 münasibətdə məhkəmə tərəfindən sübuta yetirilmiş cinayət əməlinin təsviri ilə Məhkum məhkəmələr tərəfində sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsvirində yeganə fərq sonuncularının üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı ilə bağlı olmuşdur. Belə ki, həm X10 həmdə Məhkum eyni yerdə (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzi, 4-cü sıra, 5-ci korpus, 44 saylı dükanda), eyni tarixdə (10 sentyabr 2021-ci il tarixdə), hətta eyni saatda (saat 18:00-da), eyni polis əməkdaşları (Şahid1, Şahid2 və Şahid3) tərəfindən saxlanılmışlar. Digər tər əfdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən hər iki cinayət işi üzrə verilmiş ekspertiza rəylərinə diqqət yetirdikdə verilmiş ekspert rəylərinin eyni tarixdə və ardıcıl nömrələrlə verildiyi müəyyən etmək mümkündür. Belə ki, Məhkum barəsində olan ambulator məcburi tibbi yoxlama rəyinin tarixi 25 sentyabr 2021-ci il, nömrəsi isə 3621 olduğu halda, X10 barəsində olan ambulator məcburi tibbi yoxlama rəyinin tarixi eyni ilə 25 sentyabr 2021-ci tarixə təsadüf olmaqla, nömrəsi isə 3622 olmuş, Məhkum barəsində olan kimyəvi ekspertiza rəyinin tarixi 11 sentyabr 2021-ci il, nömrəsi isə 6/3997 olduğu halda, X10 barəsində olan rəy 11 sentyabr 2021-ci il tari xə təsadüf olmaqla, nömrəsi isə 6/3998 olmuşdur. Qeyd olunan hallar apellyasiya instansiyası məhkəməsindən məhkəmə istintaqı keçirməklə ittihamın əsaslandırılması üçün hökmdə istinad edilmiş və müdafiə tərəfinin təqdim etdiyi sübutları bir-biri ilə müqayisə etməklə, zərurət olarsa başqa sübutlar əldə etməklə (o cümlədən, X15 və X9 dindirməklə) yoxlamağı, beləliklə də mövcud şübhələri aradan qaldırmağı tələb etsə də, apellyasiya məhkəməsi bunları etməmiş, beləliklə də cinayət-prosessual qanunun 8-ci maddəsi ilə ehtiva olunan, eləcə də cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsiplərindən (CPM, maddə 33) irəli gələn vəzifələrini lazımınca yerinə yetirməmişdir. Qeyd olunan prinsiplərə, sübutların tədqiqinə dair cinayət-prosessual qaydalara (CPM-in 143-146-cı maddələrinə) əməl olunmadan əldə edilmiş – Məhkum satış məqsədi ilə 3,867 qram heroin narkotik vasitəsini qanunsuz olaraq əldə edib, saxlayaraq daşımasının, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliyinin sübuta yetirilməsinə dair nəticə də mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki halla rını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübut ların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində apa rılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (birinci və apellyasiya instansiyası məhkəmələrində sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) mübahisləndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və onun müdafiəçisi Müdafiəçi5 və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 08 dekabr 2022-ci il tarixli, 1 (103)-1560/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 08 dekabr 2022-ci il tarixli, 1(103)-1560/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1027/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1027/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver