Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1027/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və bəraət almış şəxs X4 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli hökmü ilə (Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə) X6, 11 avqust 1992-ci il tarixdə Lənkəran rayonunun Göyşaban kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəra n rayonunun Göyşaban kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in ) 42.1.4-cü maddəsinə əsasən bəraət verilmişdir. Hökmlə həmçinin X6yə cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilmiş, CPM-in 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi və maddi sübut kimi tanınaraq Lənkəran ŞəhərRayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,378 qram psixotrop maddə metamfetaminin həmin materiallara əlavə edilməsi qərara alınmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X6 qarşı CM-in 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 19 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri «Kiçik bazar» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə, təmiz çəkisi 2,428 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 15:00-da Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən keçirilmiş əmə liyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Göyşaban kəndində, küçədə piyada hərəkətdə olarkən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən satış məqsədi olmadan üzərində daşıdığı qeyd olunan çəkidə və bükümdə psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülüb qablaşdırılmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən X6nin ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməsi sübuta yetirilmədiyindən Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən onun barəsində yuxarıda göstərilən 23 aprel 2024-cü il tarixli bəraət hökmü çıxarılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Səfərov Tale Balabəy oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə) 8 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı R.P.Almazov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasıqnı xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CPM-in bir sıra maddələrinə, Azərbaycan Respublikasının müvafiq Sərəncamla rı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılması ilə mübarizəyə dair" 2007-2012, 2013-2018, 2019-2024-cü illər üçün Dövlət Proqramlarına, qüvvədən düşmüş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarına, ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, habelə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad etməklə həmin sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı R.P.Almazov kassasiya protes tini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-in 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-in 143146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq edib qiymətləndirməmiş və X6nin təqsirsizliyi barədə məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Dövlət ittihamçısının ehtimallar üzərində qurulmuş mövqeyinə görə, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktları yalnız X6nin ziddiyyətli ifadələrinə əsasən qəbul edilmiş, həmin aktlarda məhkəməyədək icraat zamanı toplanmış sübutlar dərindən və müqayisəli şəkildə təhlil edilməmiş, işin faktiki halları isə subyektiv mülahizələrə əsasən dəyərləndirilmişdir. Halbuki, istər məhkəmə iclasında, istərsə də ibtidai araşdırma zamanı toplanmış və araşdırılmış sübutlarla X6nin məhkəmədə verdiyi ifadələrində göstərdiyi xüsusatlar tam təkzib edilmiş və bu hal məhkəmələrin gəldikləri nəticələrin işin faktiki hallarına uyğun olmamasına dəlalət edir. Bununla yanaşı, apellysiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinin digər əsası məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Beləliklə, məhkəmələr iş üzrə toplanmış və araşdırılmış sübutları qarşılıqlı müqayisə etməklə onların təhlilini aparmadan işin faktiki hallarına uyğun gəlməyən əsassız nəticəyə gəlmiş, şahidlərin biri digərini tamamlayan və işin obyektiv hallarına tam uyğun gələn ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və digər sübutların qəbul edilməməsinin səb əbini göstərmədən yekun məhkəmə aktları qəbul etmiş, məhkəmələrin gəldikləri nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən işin bütün faktiki halları araşdırılmamış, bununla da hər iki məhkəmə X6nin təqsirliliyinin sübuta yetirilməməsi barədə yanlış qənaətə gəlməklə səhvə yol vermişlər. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı R.P.Almazov Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli qərarından verdiyi kassasiya protestinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı R.P.Almazov həmin protestində məhkəmələrin X6yə qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsi haqda nəticəyə gələrkən sübutlar və sübutetməyə dair cinayət-pr osessual qanununun tələblərinin pozulmasına yol verdiklərini, iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etdiklərini və məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı R.P.Almazovun kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri ola raq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəm əsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məh kəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyə tlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı to planmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Şirvan Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəs in hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə v ə bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə p rosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzi fəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada to planmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin C inayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönə lmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual s ənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham oluna n şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə a lınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin I-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında bu icraatın təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cü r təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borc lu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların ci nayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci madd əsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyy ən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərd ə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan ver sin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmən in ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh e dərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümləd ən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qəraralrında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etm əlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu s əbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdı r ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin cidd i pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onu n tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. X6nin cinayət məsuliyyətinə cəlb edildiyi dövrdə qüvvədə olmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq prot okolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsu z yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək ic raat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli qərarını yoxladıqda həmin yekun məhkəmə aktının birinci instansiya məhkəməsinin 23 aprel 2024-cü il tarixli hökmü ilə birlikdə yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CP M-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və birinci instansiya məhkəməsi tərəfindən cinayət işinə məhkəmədə baxılarkən əldə edilmiş əlavə sübutlar məhkəmə iclaslarında tam həcmdə araşdırılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz həmin sübutlara istinad etmiş və kassasiy a protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək X6nin ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırmalar zamanı isə sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmişlər. Məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə məhkəmələrdə baxılarkən məhkəmə iclaslarında iştirak edən dövlət ittihamçıları X6yə qarşı irəli sürülmüş ittihamın təsdiq edilməsi barədə nəticəyə gəlməyə əsas verə bilən əlavə və mötəbər sübutları məhkəmələrə təqdim etməmişlər. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məh kəmələrinin gəldikləri nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən isə ittihamın əsasına qoyulmuş sübutların əksəriyyəti kobud qanun pozuntularına, o, cümlədən X6nin azadlıq və müdafiə hüququnun pozulmasına yol verilməklə əldə edilmişdir. Belə olan halda məhkəmə kollegiyası X6nin barəsində bəraət hökmü çıxarmış birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etmələrini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməmələrini, nəticə etibarı ilə isə CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zam anda onu da qeyd edir ki, dövlət ittihamçısı R.P.Almazov məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin aktların əsasına qoyulmuş, bundan əvvəl isə həm birinci, həm də apellyasiya instansiya məhkəmələrinin məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi olaraq cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş (halbuki CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür), həmin sübutl arın, o cümlədən bəraət almış şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrin CPM-in 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Məhkəmələrin gəldikləri nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün isə məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı cinayət işinin materiallarında olan, o cümlədən birinci instansiya məhkəməsinin 23 aprel 2024-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkə məsinin 8 oktyabr 2024-cü il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə müraciət edərək həmin sübutları hazırki qərarda da təhlil etməyi zəruri sayır. Belə ki, iş üzrə toplanmış ilkin sənədlərə əsasən 19 oktyabr 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin Liman Polis Bölməsinə X6nin narkotik vasitələri qəbul etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş (Polis Bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 19 oktyabr 2023-cü il tarixli raportu), həmin məlumatın yoxlanılması məqsədilə adı çəkilən polis əməkdaşı tərəfindən eyni tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olun muş, həmin qərarın surətinin isə 48 saat ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına göstərilən və iki vərəqdən ibarət olan qərarın Lənkəran rayon prokuroruna və Lənkəran Rayon Məhkəməsinə göndərilməsi barədə 19 oktyabr 2023-cü il tarixli 3-13-96-1/2-1784/2023 saylı (eyni nömrə ilə qeyd alınmış) müşaiyət məktubları əlavə olunsa da, həmin qərarın və onun əsasında toplanmış ilkin materialların (məktublara qərarın surətindən başqa heç bir material əlavə edilməmişdir) birinci instansiya məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında yoxlanılması iş materialları ilə müəyyən edilməmişdir. Halbuki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyə ti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.2-ci maddəsinin tələblərindən isə görünür ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saa t müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyataxtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Həmin Qərarda eyni zamanda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından q anuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olun duqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənl iyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əm əliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana q arşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhk əmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Həm CPM-in 137 və 445.2-ci maddələrinin tələblərindən, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən, həm də “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası cinay ət işinin materiallarına müraciət edib qeyd etməyi zəruri bilir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 19 oktyabr 2023cü il tarixli qərarın və onun əsasında toplanmış ilkin materialların əsaslığı və qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından bu qərar əsasında toplanmış sübutlar da X6yə qarşı ittihamın irəli sürülməsində istifadə edilə bilməzdi. Daha sonra əməliyyat müvəkkili Şahid1 Liman Polis Bölməsinin rəisinə ünvanladığı 19 oktyabr 2023-cü il tarixli digər raportundan görünür ki, həmin raportda Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qəbulunda, üzərində saxlamasında, daşımasında və satışında şübhəli bilinən X6nin Lənkəran rayonunun Göyşaban kəndində olarkən həmin tarixdə saat 15.00-da saxlanılaraq Lənkəran ŞRPŞ-nin Liman PB-nə gətirilməsi göstərilmiş və onun paltarında, əşyalarında və bədənində olması ehtimal olunan narkotik vasitələrin və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müfaviq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarının təhlili göstərir ki, X6 saxlanılaraq Liman PB-nə gətirildikdən sonra Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X29 tərəfindən şübhəli şəxsin tutulması barədə 19 oktyabr 2023-cü il tarixli qərar (qeydiyyat nömrəsi 2134) qəbul edilmiş, bunun ardınca eyni tarixli 2135 nömrəsi ilə qeydə alınmış tutma protokoluna əsasən saat 15.15-d ə X6 şübhəli şəxs qismində tutulmuş və yalnız bundan sonra ona Lənkəran rayon Vəkillər Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunmuş (2136 nömrəsi ilə qeydə alınmış 19 oktyabr 2023-cü il tarixli protokol), X6 isə həmin siyahı ilə tanış olduqdan sonra ərizə ilə təhqiqatçıya müraciət edərək onun barəsində aparılan araşdırma ilə əlaqədar hüquqlarının müdafiə olunması üçün müdafiəçiyə ehtiyacının olmasını, hüquqlarının isə adı siyahıda qeyd olunmuş vəkil X16 tərəfindən müdafiə olunmasının istədiyini bildirmişdir. Bu ərizəyə əsasən 2138 nömrəsi ilə qeyd alınmış 19 oktyabr 2023-cü il tarixli qərarla araşdırma materialı üzrə X6nin hüquqlarını müdafiə etmək məqsədilə Lənkəran rayon Vəkil Bürosunun vəkili X16 müdafiəçi qismində təyin olunmuş və yalnız bundan sonra eyni tarixli pro tokolla (qeydiyyat nömrəsi 2139) adı çəkilən vəkil ona təqdim olunmuş, daha sonra göstərilən tarixli protokolla X6yə CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilərək ona bu haqda bildiriş verilmişdir (qeydiyyat nömrəsi 2140). Bütün bu sənədlərdən və onların qeydə alınması ardıcıllığından belə nəticə hasil olur ki, X6nin müdafiə hüququ o, şübhəli şəxs qismində tutularkən deyil, yalnız bundan sonra təmin olunmuş, yəni o, müdafiəçinin iştirakı olmadan tutulmuş, müdafiəçi X16 da istintaq hərəkətlərinin aparılmasında yalnız sonradan iştirak etmiş və burada diqqəti cəlb edən məqamlardan biri də odur ki, sonuncu şübhəli şəxs qismində tutulmuş şəxsə yuxarıda göstərilən 2139 nömrəsi qeydə alınmış protokolla təqdim olunsa da, o, buna qədər tərtib olunmuş prosessual sənəd ləri də iştirakçı kimi yalnız sonradan imzalamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, təsvir edilən hallar X6nin şübhəli şəxs qismində tutularkən müdafiə hüququnun kobud şəkildə pozulmasına dəlalət etməklə yanaşı, həmçinin yuxarıda göstərilən prosessual sənədlərin də təhqiqatçı tərəfindən sonradan tərtib edilməsi barədə fikir yürütməyə əsas yaradır. X6nin ilkin araşdırma zamanı müdafiə hüququnun pozulmasına dəlalət edən hallardan biri də odur ki, cinayət işinin materiallarına əsasən, X6 ümumiyyətlə iş üzrə təhqiqat və ibtidai araşdırmalar zamanı kompyuterdə tərtib edilərək çap olunmuş bütün prosessual sənədlərdə öz xətti ilə heç bir qeyd aparmamış, bunu isə o, məhkəmə iclasında verdiyi ifadələrində orta təhsil almadığını, məktəbdə cəmisi 2 sinif bitirərək sonradan oxumaması və buna g örə də yazıb-oxumağı bacarmaması, prosessual sənədləri isə oxumadan imzalaması ilə izah etmiş, bu hal da Lənkəran rayonu M.F.Səhban adına Göyşaban kənd orta məktəbindən birinci instansiya məhkəməsinə göndərilmiş 26 fevral 2024-cü il tarixli məktubla təsdiq edilmişdir. Həmin məktuba görə, X6nin həm ümumi orta, həm də tam orta təhsil alması barədə sənəd (attestat) alması faktı məktəbin arxiv sənədlərində aşkar edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə göstərilən hal qanunvericiliyin tələblərinə əsasən X6nin cinayət təqibinin bütün mərhələlərində, o cümlədən şübhəli şəxs qismində tutularkən mütləq şəkildə müdafiəçi ilə təmin edilməsini zəruri etmişdir. Təsvir edilənlərlə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CPM-in 92.3.4-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən ş əxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə (yazıb-oxumağı bacarmadıqda-m.k.) cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. İmperativ xarakter daşıyan CPM-in 92.3.9-cu maddəsinin tələbinə görə, şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə) cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Həmçinin, 92.4.6-cı maddəsində təsbit edilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxs tutularkən və ya həbs qətimkan tədbirinin seçilməsi barədə prokurorun təqdimatına məhkəmədə baxılarkən - bu Məcəllənin 92.3.9-cu maddəsində nəzərdə tutulmuş halda cinayət prosesində müdafiəçinin iştirakı həmin andan t əmin olunur. CPM-in 92.6-cı maddəsinin tələbindən görünür ki, cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. CPM-in 92.12-ci maddəsinin 3-cü cümləsində müəyyən edilmişdir ki, hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2-92.3.5 (o cümlədən 92.3.4-m.k.), 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi barədə milli qanunvericiliyin və beynəlxalq müqavilələrin (“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin) tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən çıxış edərək cinayət işinin materiallarına nəzər saldıqda müəyyən edir ki, təhqiqat və ibtidai araşdırma zaman X6nin hüquqlarının müdafiə olunması Lənkəran rayon Vəkil Bürosunun vəkili X16a həvalə edilərək sonradan o, müxtəlif istintaq hərəkətlərinin aparılmasında və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsində iştirak etsə də, onun fəaliyyəti səmərəli və keyfiyyətli olmamış və sonuncu hazırki iş üzrə həqiqətin müəyyən edilməsi üçün keyfiyyətli xidmət göstərməyərək lazımi fəallıq nümayiş etdirməmiş, hətta X6nin alın nahiyyəsi ndə xəsarətin olmasını, onun ümumiyyətlə yazıb-oxumağı bacarmadığını müəyyən etdikdə belə bunlarla bağlı səmərəli araşdırmanın aparılmasına təşəbbüs göstərməmiş, özü isə yalnız tərtib edilmiş prosessual sənədləri imzalamaqla kifayətlənmişdir. Belə olan halda vəkil X16 tərəfindən X6nin hüquqlarının səmərəli şəkildə müdafiə olunması barədə nəticəyə gəlmək mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə hüququ pozulmaqla tutulmuş X6 ilə bundan sonra müxtəlif istintaq hərəkətlərinin aparılması (onun üzərində şəxsi axtarışın keçirilməsi, ondan izahatın və ifadələrin alınması, məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsi haqqında qərarla və həmin ekspertizanın rəyi ilə tanış edilməsi) və onların nəticəsində əldə edilmiş sübutlar, o cümlədən maddi sübut da qanunsuz yolla əldə edilmiş s übutlar kimi qiymətləndirilməli, həmin istintaq hərəkətlərinin, əsasən də onun üzərində şəxsi axtarışın aparılması, onun verdiyi ilkin izahat və ifadələr belə sübutlara aid edilməlidir. Təsadüfi deyil ki, CPM-in 125.2.1 və 125.27-ci maddələrində də insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilməməsi nəzərdə tutul muşdur. Halbuki, cinayət işinin materiallarına əsasən, ibtidai araşdırma orqanı tərəfindən X6nin qanunsuz olaraq tutulduqdan sonra ona qarşı CM-in 234.1-1-ci maddəsi ilə ittiham məhz belə sübutlara – onun üzərində şəxsi axtarışın və götürmənin aparılması haqqında 19 oktyabr 2023-cü il tarixli protokola (videogörüntülərlərlə birlikdə), bu istintaq hərəkətinin aparılması nəticəsində psixotrop maddəyə bənzər kütlənin aşkar edilib götürülməsinə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərinə, habelə X6nin saxlanılmasında və üzərində şəxsi axtarışın aparılmasında iştirak etmiş polis əməkdaşlarının ifadələrinə əsasən irəli sürülmüşdür. Cinayət işinin materiallarından eləcə də görünən odur ki, X6 yuxarıda göstərilən pozuntularla şübhəli şəxs qismində tutulduqdan sonra heç bir qərar qəbul edilmədən, bu haqda tərtib edilmiş protokola əsasən 19 oktyabr 2023-cü il tarixdə saat 15.25-dən 15.55dək təhqiqatçı X29 tərəfindən Liman Polis Bölməsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və müdafiəçi X16un iştirakları ilə onun üzərində şəxsi axtarış aparılmış, bundan əvvəl X6yə üzərində hər hansı qanunla qadağan edilmiş əşya, predmet və maddə varsa təqdim olunması təklif edilmiş, o, da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf selofanda olan bir bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını və bunu həmin gün səhər saatlarında Lənkəran şəhərində “Kiçik bazar” deyilən yerdə tanımadığı şəxsə 50 manat məbləğində pul verməklə istifadə etmək məqsədilə aldığını bildirmişdir. X6nin təqdim etdiyi bükümdə yerləşdiril miş kütlə elektron tərəzidə çəkilərək onun çəkisinin 2,67 qram olması müəyyən edilmiş, büküm zərfə qablaşdırılaraq zərfin üzəri DİN-nin 134 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu istintaq hərəkətinin aparılması haqqında protokola görə, təsvir edilənlər Liman Polis Bölməsinin polis nəfəri polis baş serjantı Şahid3 tərəfindən məlum olmayan qurğu və ya texniki vasitə ilə aparılmış videoçəkilişlə qeydə alınmış, videogörüntülər isə protokola əlavə olunması üçün DVD diskə köçürülmüşdür. Əvvəla, məhkəmə kollegiyası qeyd olunan istintaq hərəkətinin də prosessual hüquq normalarının tələblərinin pozulması ilə aparılmasını onda görür ki, həmin istintaq hərəkəti heç bir qərar qəbul edilmədən aparılmış, bundan əvvəl isə həm X6yə, həm də digər iştirakçılara bununla bağ lı hüquq və vəzifələri izah edilməmiş, digər tərəfdən isə bu istintaq hərəkətinin aparılmasında X6ni saxlayaraq təhqiqat orqanına təhvil vermiş polis əməkdaşlarının iştiraklarının hansı zərurətdən irəli gəlməsinə təhqiqatçı tərtib etdiyi protokolda heç bir izah verməmişdir. Eyni zamanda, videogörüntülərlə X6nin alın nahiyyəsində xəsarətin olması da müəyyən edilir və o, bununla bağlı müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, həmin xəsarəti o, polis əməkdaşlarından yayınmaq istəyərkən yıxılması və başının yerdəki daşa dəyməsi nəticəsində almışdır )müdafiəçinin sualı və ona verilmiş cavab şəxsi axtarışın keçirilməsi haqqında protokolda əks etdirilməmişdir). Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 246.1-ci maddəsinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə m alik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. CPM-in 246.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; 246.2.2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; 246.2.3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Prosessual qanunun bu normalarının, habelə CPM-in 243.3 və 243.4-cü maddələrinin tələblərindən və mənasından belə nəticə hasil olunur ki, təxirə salına bilinməyən hallarda da, o cümlədən CPM-in 246.2-ci maddəsində nəzərdə tutulmuş hallarda şəxsi axtarış və götürmə istintaq hərəkəti məhkəmənin qərarı alınmadan, lakin müstəntiqin və ya təhqiqatçının əsaslandırılmış qərarı əsasında aparılmalı, bu qaydada həmin istintaq hərəkətinin aparılmasının zəruriliyi və təxirə salına bilinməməsi əsasları isə həmin qərarda göstərilməlidir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, CPM-in 247.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir: 247.1.1. axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt; 247.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 247.1.3. axtarış və ya götürmədə iştirak etmiş d igər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer (digər şəxslər barəsində belə məlumatlar 4 may 2023-cü il tarixli protokolda əks etdirilməmişdir); 247.1.4. barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd (təhlil edilən protokoldan bunların X6yə izah edilməsi görünmür);... 247.1.8. axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd (X6nin üzərində şəxsi axtarışın aparılması bunlardan hansından istifadə olunmasını müəyyən etmək mümkün olmur). CPM-in 247.4-cü ma ddəsində axtarış və götürmə protokolunun surətinin barəsində istintaq hərəkəti aparılan şəxsə verilməsi nəzərdə tutulsa da, hazırki iş üzrə bu istintaq hərəkətinin aparılması haqqında 19 oktyabr 2023-cü il tarixli protokolun X6yə və onun müdafiəçisinə verilməsi təmin edilməmişdir. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, həmin materiallara alınması tarixi və vaxtı göstərilməyən və X6nin adından kompyuter vasitəsilə çap olunmuş izahat əlavə edilmiş və həmin izahatda onun üzərində şəxsi axtarışın keçirilməsi haqqında protokolda əksini tapmış hallar təkrarlanmış, oxumağı bacarmayan X6nin adından isə həmin izahatı oxuması, əlavə və düzəlişlərin olmaması, bu izahatın doğruluğunu imzası ilə təsdiq etməsi barədə qeyd aparılmışdır. Yalnız 20 oktyabr 2023-cü il tarixdə X6 saat 12.3 0-dan 13.30-dək, yəni tutma protokoluna əsasən o, tutulduqdan 22 saatdan artıq müddət keçdikdən sonra şübhəli şəxs qismində dindirilmişdir ki, bu halda da ibtidai araşdırma orqanı tərəfindən prosessual qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmişdir. Belə qənaət ondan irəli gəlir ki, CPM-in 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. X6nin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi haqda 20 oktyabr 2023cü il tarixli protokollarda isə X6nin adından yazılmış ilkin izahatda göstərilənlər eyni ilə həmin protokollara köçürülmüş və eyni zamanda qeyd olunmuşdur ki, o, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, həmin maddəni satmaq niyyəti izləməmiş, həm belə maddələrin, həm də narkotik vasitələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı zor tətbiq olunmamış, alnında olan xəsarəti isə sürüşüb yıxılarkən almışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən isə X6 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 19 oktyabr 2023-cü il tarixdə səhər saat 8-9 radələrində yaşadığı evdə yatdığı vaxt polis əməkdaşları evə gələrək onu oyadıb özləri ilə aparmış və bu zaman onun yaşadığı ərazidə oğurluq törədildiyini, ondan şikayət edilməsini, buna görə polis şöbəsinə getməli olmasını və orada araşdırma aparılacağını bildirmişlər. O, da polis əməkdaşları ilə razılaşaraq sonuncularla birlikdə Liman Polis Bölməsin ə getmiş, bundan əvvəl isə alt paltarında olduğuna görə, anası ona şalvarını vermiş və Polis Bölməsində də onun əynində həmin şalvar olmuşdur. Onunla birlikdə həmçinin Polis Bölməsinə həmin vaxt evlərində qalan dayısı X3 da aparılmış, lakin sonradan o, polis əməkdaşları tərəfindən oradan buraxılmışdır. Bölmədə o, yəni X6 polis əməkdaşları tərəfindən döyülmüş, ona işgəncələr verilmiş və ondan ilk növbədə oğurluq cinayətini törətməsini etiraf etməsi tələb olunmuşdur. Sonradan bu cinayətin ona aidiyyəti olmaması bildirilsə də, polis əməkdaşları onun üzərinə bir bükümdə psixotrop maddə olan metamfetamin qoyaraq həmin maddənin ona aid olması barədə ifadələr verməyi tələb etmiş, o, da ona qarşı edilmiş zorakılığa və işgəncələrə dözməyərək bu tələblə razılaşmış, buna görə də şəxsi axtarış aparılm ası zamanı polis əməkdaşlarının onu öyrətdiyi şəkildə izahat vermişdir. Halbuki, o, əvvəllər qurudulmuş marixuanadan, arabir isə metamfetamindən istifadə etsə də, 19 oktyabr 2023-cü il tarixdə saxlanılarkən onun üzərində narkotik vasitələr və psixotrop maddələr olmamış, Polis Bölməsində döyülməsi nəticəsində isə onun alnı partlamış, videoçəkiliş aparılmazdan əvvəl onun alnına plastır yapışdırılmış, qeyd edilən xəsarətin olması isə həm videogörüntülərlə, həm də barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiq edilir. Bundan başqa, X6 qeyd etmişdir ki, ilkin və ibtidai araşdırmalar zamanı tərtib edilmiş sənədləri və dindirmə protokollarını o, oxumadan imzalamışdır, çünki o, məktəbdə cəmisi iki il oxumuş və buna görə də yazıb-oxumağı bacarmır. İbtidai araşdırma zamanı onun barəsində həbs qətimkan tədbiri seçilərkən o, polis əməkdaşlarının hədələrindən qorxaraq məhkəmə iclasında işgəncələrə və qeyri-insani rəftara məruz qalmasını bildirməmiş, savadsız olduğuna görə sonradan da ona qarşı edilmiş qanunsuz hərəkətlər barədə şikayət etmək qaydasını bilməmişdir. Hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından, o cümlədən kassasiya qaydasında mübahisələndirilən 8 oktyabr 2024-cü il tarixli qərardan göründüyü kimi, məhkəmələr əsaslı olaraq X6nin məhkəmə iclaslarında kifayət qədər təsdiq edilməyən və onun tərəfindən ibtidai araşdırma zamanı verdiyi ifadələrini, habelə əksəriyyəti prosessual hüquq normalarının tələblərinin pozulması ilə əldə edilmiş sübutları onun təqsirliliyini təsdiq edən sübutlar kimi qəbul etməkdən imtina etmiş və bu zaman həm də aşağıda göstərilənlərə də əməl etmişlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda belə etiraf ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bu normanın mənasına görə, təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi etirafedici ifadələri məhkəmə iclasında araşdırılmış sübutlarla təkzib edildikdə, onlara şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi istinad edilərək belə ifadələrə əsasən onun haqqında ittiham hökmünü çıxar ılması yolverilməzdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onu n ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Kassasiya protestində X6nin məhkəmə iclasında ətraflı olaraq verdiyi ifadələrinin yolverilməz sübut olması iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 91-ci maddəsinə əsasən, hər bir təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə sərbəst ifadələr vermək, bu zaman ittihamla razılaşmayaraq onu təkzib etmək, ittihama uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr vermək onun hüququdur və buna görə o, heç bir məsuliyyət daşımır. Belə ifadələrdə göstərilən halların əksini sübut etmək vəzifəsi isə ittiham tərəfinin üzərinə düşür və eyni zamanda təqsirləndirilən şəxsin ittihamı təkzib etməsi barədə verdiyi ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsinə əsas vermir, çünki bu hal CPM-in 125.2-ci maddəsində qanunsuz yolla əldə edilmiş sübutların sırasında nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə yekun məhkəmə aktları qəbul edərkən əsas sübut növlərindən biri kimi X6nin məhkəmə iclasında verdiyi ifadələrini qəbul etmələrində hər hansı qanun pozuntusuna, o cümlədən CPM-in 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etməyərək bununla bağlı kassasiya protestinin dəlillərini qəbul etmir, həmin ifadələrin iş üzrə araşdırılmış digər sübutlarla uzlaşmasını, ilkin araşdı rma zamanı isə X6yə qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən bəzi sübutların prosessual hüquq normalarının tələblərinin, o cümlədən sonuncunun müdafiə hüququnun pozulması ilə əldə edilməsini qeyd edir. X6nin məhkəmə iclasında verdiyi ifadələrin fövqündə isə məhkəmə kollegiyası hesab edir ki, bütün şübhələri onun xeyrinə həll edən məhkəmələr tamamilə haqlı olaraq toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmış, həmin ifadələrlə uzlaşan digər sübutlara əsaslanıb onların həqiqətə uyğun olması barədə düzgün nəticəyə gəlmiş və kassasiya protestində inkar edilsə də, onun məhz məhkəmə iclaslarında verdiyi ifadələrini yekun məhkəmə aktlarının əsasına qoymuşlar. X6nin bu ifadələrinin digər sübutlarla müqayisəli təhlili göstərir ki, onun ittihamda göstə rilən deyil, məhkəmə iclasında verdiyi ifadələrində göstərdiyi vaxtda və şəraitdə saxlanılması, həm bu vaxt, həm də bundan sonra fiziki zorakılığa məruz qalması birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş və araşdırılmış digər sübutlarla təsdiq olunmuş və məhkəmələr haqlı olaraq bu sübutlara da əsaslanmaqla X6nin ona qarışı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi barədə qanuni və mötəbər nəticəyə gəlmişlər. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X18 göstərmişdir ki, o, 19 oktyabr 2023-cü il tarixdə səhər saat 8-9 radələrində işə gedən zaman qonşusu olan X6nin polis əməkdaşları tərəfindən yaşadığı evdən çıxarılaraq özləri ilə aparılmasını görmüş, lakin bunun səbəbini bilməmiş, bu haqda sonuncudan heç soruşmamış, polis əməkdaşlarını isə tanımamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6nin anası - X2 göstərmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə səhər təxminən saat 08:30 radələrində o, xəstəliyi ilə bağlı dərmanlar qəbul etmək yuxudan oyandıqda qəflətən 8 nəfər polis əməkdaşları onun yaşadığı evə daxil olaraq oğlu X6 özləri aparacaqlarını bildirmiş, bunun səbəbini isə kənddə oğurluq törədilməsi ilə bağlı izah etmişlər. Həmin vaxt X6 dayısı X3 ilə bir otaqda yatmış və polis əməkdaşları onların hər ikisini yuxudan oyadıb həyətə çıxarmışlar. Həmin vaxt X6 alt paltarlarında olduğu üçün o, polis əməkdaşlarından o, oğluna üst paltarlarını geyinməsinə icazə vermələrini xahiş etmiş, sonuncular da buna etiraz etmədiklərinə görə o, evə girərək oğlunun şalvarını, corablarını, köy nəyini və qolsuz gödəkçəsini setkaya qoyub onlara vermişdir. Bu vaxt onun xəstə olan, danışa və eşidə bilməyən digər oğlu polis əməkdaşlarına qardaşını özləri ilə aparmalarına imkan verməməyə cəhd etdikdə, həmin əməkdaşlar buna məhəl qoymamış, X6 isə qışqıraraq onlara qardaşının xəstə olmasını bildirib ona toxunmamalarını tələb etmiş, onun səsinə hətta qonşular da həyətə gəlmişlər. X6 həbs olunduqdan sonra əynində olan köynəyini yumaqdan ötrü ona göndərmiş və o, həmin vaxt köynəyin arxa hissəsində qan izlərinin olmasını görmüş, bunun səbəbini isə oğlu başına xəsarət yetirilməsi ilə izah etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 verdiyi ifadələrindən görünür ki, 19 oktyabr 2023-cü il tarixdə səhər vaxtı bacısı oğlu X6la bir otaqda yatmış vəziyyətdə olarkən çoxlu sayda polis əməkdaşı evə girərək X6nı yuxudan durğuzmuş və onun əllərini bağlayıb onu elə alt paltarında sürüyə-sürüyə özləri ilə aparmağa başlamışlar. O, polis əməkdaşlarından bunun səbəbini soruşduqda sonuncular ona da Polis Bölməsinə getməli olmasını bildirib X6la birlikdə avtomaşına əyləşdirərək özləri ilə aparmışlar. Bundan əvvəl isə X6nın anası X2 oğlunun paltarlarını yığaraq polis əməkdaşlarına vermişdir ki, sonuncu alt paltarında olmasın. Liman Polis Bölməsində onlar ayrı-ayrı otaqlarda saxlanılmış, o, Bölmədə sorğu-sual edilmiş, orada kağızda nəsə yazılaraq ona imza etdirilmiş, lakin sonra o, buraxılmış, X6 isə orada saxlanılmışdır. Bakı İstintaq Təcridxanasında X6nin adına açılmış və məhkəmə tərəfindən tələb edilərək tədqiq olunmuş tibbi kitabçadan göründüyü kimi, sonuncu həmin Təcri dxanaya daxil olarkən o, tibbi müayinədən keçirilmiş və onun alın nahiyəsində qərtməkli yara, burnunun sol yan tərəfində isə bənövşəyi rəngli qançır izləri aşkar olunmuş, sonuncu bu xəsarətləri həbs olunarkən aldığını bildirmiş və Təcridxana rəisinin 25 oktyabr 2023-cü il tarixli, 3-16-17/38/2-7365/2023 nömrəli məktubu ilə bu haqda Lənkəran rayon prokurorluğuna məlumat verilmişdir. Lakin, iş materialları ilə bu fakt üzrə, yəni X6nin baş nahiyəsində xəsarətlərin müəyyən edilməsi ilə bağlı Lənkəran rayon prokurorluğunda hər hansı araşdırmanın aparılması müəyyən edilmir və iş üzrə ibtidai araşdırma aparan müstəntiq X10 sübutların qiymətləndirilməsi haqqında 12 yanvar 2024-cü il tarixli qərarı ilə bu xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Halbuki, həm prosessual qanunvericilin tələblərinə əsasən, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Avropa Konvensiyasının 3-cü maddəsinin pozuntusu ilə bağlı bir çox Qərarlarında sərgilədiyi hüquqi mövqeyə görə, X6nin məhkəməyədək icraat zamanı işgəncələrə və onun şərəf və ləyaqətini alçaldan qeyri-insani rəftara məruz qalıbqalmaması faktı üzrə məhz prokurorluq orqanları tərəfindən səmərəli araşdırmanın aparılması labüd olmuşdur, çünki sonuncunun həmin dövrdə xəsarət alması nəinki onun məhkəmə iclasında verdiyi ifadələri ilə, həm də obyektiv olaraq üzərində 19 oktyabr 2023cü il tarixdə şəxsi axtarışın aparılmasını özündə əks etdirən videogörüntülərlə, X6nin müayinə edilməsi və bunun nəticələri barədə Bakı İstintaq Təcridxanasında açılmış tibbi kitabçada aparılmış qeydlərlə, habelə məhkəmə-tibbi ekspertizasının 23 oktya br 2023-cü il tarixli 1066 saylı və 5 avqust 2024-cü il tarixli 04/1066 saylı rəyləri ilə də tam təsdiq edilmişdir (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli hökmündə təhlil edilən məsələ ilə bağlı Avropa Məhkəməsinin bir çox Qərarlarına istinad olunduğundan məhkəmə kollegiyası həmin Qərarların hazırki qərarda təkrarən təsvir edilməsinə ehtiyac görmür). Birinci instansiya məhkəməsi isə X6nin baş nahiyəsində aşkar edilmiş xəsarətlərin əməliyyatçılar və ya digər şəxslər, yaxud da özü tərəfindən yetirilməsini müəyyən edə bilməyərək yaranmış şübhələri onun xeyrinə həll etmiş və sonuncunun həqiqətən polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə nəticəyə gələrək bu yolla da əldə edilmiş sübutların yolveri lməz hesab edilməsini mümkün bilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin X6nin həqiqətən polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra işgəncələrə və onu şərəf və ləyaqətini alçaldan qeyri-insani rəftara məruz qalması, saxlanılarkən isə onun üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşyanın, o cümlədən psixotrop maddənin olmaması barədə ifadələrini mötəbər sübut kimi qəbul etmələrini tam qanuni və əsaslı sayır və bir daha qeyd edir ki, bu ifadələr məhkəmə iclasında araşdırılmış və yuxarıda təsvir edilmiş başqa sübutlarla da tam uzlaşır. Bundan başqa, cinayət işinin materiallarına əsasən hazırki iş üzrə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3, ibtidai araşdırma zamanı hər birisi ayrı-ayrılıqda yuxarıda təsvir edilən digər, əlavə şahidlərin ifadələrinin ziddinə olaraq X6nin 19 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində Lənkəran rayonunun Göyşaban kəndində küçədə hərəkət edərkən saxlanıldığını, oradan Liman Polis Bölməsinə gətirdiklərini və Bölmədə sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən bir bükümdə psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsini bildirsələr də, məhkəmə iclasında adları çəkilən şahidlərin dindirilmələri zamanı X6nin saxlanılması vaxtı və şəraiti barədə biri-birinə ziddiyyətli ifadələr vermələri müəyyən edilmiş və bu ziddiyyətlərin də aradan qaldırılması üçün birinci instansiya məhkəməsi tərəfindən lazımi araşdırma aparılaraq onların ibtidai araşdırma zamanı həqiqətə uyğun olmayan ifadələr vermələri aşkar edilmi şdir. Belə ki, "xxxx" MMC-dən götürülmüş telefon anten dairəsinə dair məlumatlarla aşağıdakılar müəyyən edilmişdir: - Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 19 oktyabr 2023-cü il tarixdə saat 09:53-də Lənkəran rayonunun Göyşaban kəndinin anten dairəsində olması, həmin tarixdə saat 15.00-da isə orada olmaması; - şahidlər Şahid2 istifadəsində olan 051-764-0707 saylı mobil nömrənin və Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 19 oktyabr 2023-cü il tarixdə saat 07:00-dan saat 16:00-dək olan müddət ərzində ümumiyyətlə Lənkəran rayonunun Göyşaban kəndininin anten əhatə dairəsində olmaması, Şahid3 mobil nömrəsinin həmçinin göstərilən tarixdə saat 15:45-də Lənkəran rayonunun Viravul kəndininin anten əhatə dairəsində olması. Məhkəmə kollegiyası hesab edir ki, bu obyektiv məlumatlar X6nin həqiqətən də, onun və iş üzrə əlavə şahid qismində dindirilmiş şəxslərin göstərdikləri kimi, 19 oktyabr 2023-cü il tarixdə səhər saat 8-9 radələrində yaşadığı evdə saxlanılaraq Liman Polis Bölməsinə aparılmasına, 6-7 saat ərzində polis orqanının nəzarətində olmasına və yalnız bundan sonra onun üzərində şəxsi axtarış istintaq hərəkətinin aparılmasına, bu zaman Şahid3 həmin istintaq hərəkətinin aparılmasında iştirak etməməsinə dəlalət edir (bu haqda tərtib edilmiş protokola görə X6nin üzərində şəxsi axtarış 19 oktyabr 2023-cü il tarixdə saat 15:25-dən saat 15:55-dək, yəni Şahid3 başqa ərazidə olduğu vaxt aparılmışdır), iş üzrə əsas sübutlardan biri olan şəxsi axtarışın aparılması haqqında 19 oktyabr 2023-cü il tarixli protokolun və onun əsasında toplanmış di gər sübutların (polis əməkdaşlarının ifadələrinin və məhkəmə-kimyəvi ekspertizasının 20 oktyabr 2023-cü il tarixli 19/942 saylı rəyinin) isə mötəbər olmayan və şübhə doğuran sübutlar kimi qiymətləndirilməsinə əsas yaradır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq X6nin təhqiqat zamanı işgəncələrə və şərəf və ləyaqətini alçaldan qeyri-insani rəftara məruz qalması, habelə bu mərhələdə və iş üzrə ibtidai araşdırma aparılarkən kobud qanun pozuntularına yol verilməsi məsələsinə bu prizmadan yanaşmış və apardığı məhkəmə araşdırılmaları nəticəsində X6nin barəsində bəraət hökmü çıxarmaqla yanaşı cinayət törətmiş şəxsin müəyyən edilməsi üçün cinayət işinin materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyə göndərilməsini qərara almış (CPM-in 350.4-cü ma ddəsinin tələblərinə uyğun olaraq), həmin materiallar 19 sentyabr 2024-cü il tarixdə Lənkəran RŞPŞ-nin İstintaq bölməsinin müstəntiqi polis mayoru X10 tərəfindən icraata qəbul edilmiş, həmin müstəntiqin eyni tarixli qərarı ilə isə iş üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (kassasiya protestində bu məsələyə hər hansı münasibət bildirilməmişdir). Ümumilikdə isə araşdırılmış bütün sübutların fonunda Lənkəran Ağır Cinayətlər Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə belə nəticəyə gəlmişlər ki, X6 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə deyil, başqa – oğurluq cinayətini törətməsi şübhəsi ilə 19 oktyabr 2023-cü il tarixdə saat 8.30 radə lərində yaşadığı evdə saxlanılaraq Lənkəran RŞPŞ-nin Liman PB-nə gətirildikdən sonra işgəncəyə və qeyri-insani rəftara məruz qalmış, bunun da nəticəsində onun üzərində psixotrop maddənin olması barədə həqiqətə uğun olmayan heç bir hüquqi qüvvəyə malik olmayan izahat və ifadələr verməyə məcbur edilmiş, ona qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlar isə yuxarıda təsvir olunan qanun pozuntuları ilə əldə edilmiş, bütün bu hallar da həmin sübutların qanuni qüvvəsinin olmaması, X6nin isə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin bu haqda gəldikləri nəticə ilə razılaşaraq onu qanuni və əsaslı hesab edir və buna görə həmin nə ticənin şübhə altına alınması üçün heç bir əsas görməyərək eyni zamanda X6nin ilkin araşdırma zamanı məhkəmə-tibbi ekspertizasının rəyləri ilə müəyyən edilmiş xəsarətlərin alması ilə bağlı qeyd etməyi lazım bilir ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-in 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarl arın qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-in 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-in 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsasla r gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməsi yükü dövlətin, yəni cinayət prose sində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olma sı üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokurorluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olması nı isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-in 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bundan başqa, məhkəmə kollegiyası kassasiya protestində də sübut kimi istinad olunan polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ziddiyyətli ifadələrin hazırki iş üzrə sübut növü kimi qəbul edilməsinin mümkünlüyünə də nəzər yetirilməsini və təhlil olunmasını zəruri hеsab еdir. Əvvəla iş materiallarına görə, adları çəkilən şəxslərin ifadələrinə görə, onlar X6nin barəsində daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə onun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərini həyata keçirmiş və bu tədbirlər nəticəsində onu 19 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində Lənkəran rayonunun Göyşaban kəndində saxlayıb Lənkəran RŞPŞ-nin Liman PB-nə gətirərək təhqiqatçıya təhvil vermişlər. Bundan sonra məhz təhqiqatçı tərəfindən X6nin üzərində şəxsi axtarışın aparılmasında həmin polis əməkdaşlarının iştirak etmələrinin hansı zərurətdən irəli gəlməsi nə t əhqiqatçı tərəfindən aydınlaşdırılmamış, nə də ki, bunun əsası X6yə izah edilməmişdir. Sonuncu isə birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında verdiyi ifadələrində göstərmişdir ki, o, Polis Bölməsində fiziki zorakılığa məruz qaldıqdan sonra şəxsi axtarış zamanı Şahid1 başqa onun saxlanılmasında iştirak etmiş bir çox digər polis əməkdaşları iştirak etməmiş, Şahid2 həmin istintaq hərəkətinin aparılması zamanı görmüş, Şahid3 isə görməmiş, o, hər hansı cinayət əməli törətməsə də başqa polis əməkdaşlarının ona qarşı etdikləri təsir nəticəsində ona qarşı irəli sürülmüş ittihama uyğun olan etirafedici izahat və ifadələr verməyə məcbur olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3, hər birisi ayrı-ayrılıqda verdikləri ifa dələrində X6nin 19 oktyabr 2023-cü il tarixdə onlar tərəfindən saxlanılması və sonuncunun üzərində şəxsi axtarışın aparılmasında iştirak etmələrini göstərdikləri həqiqət kimi qəbul edilsə belə, onların təkcə əməliyyat-axtarış tədbirlərinin keçirilməsində deyil, həm də onlara aid olmayan istintaq hərəkətinin aparılmasında da iştirak etmələri psixotrop maddənin ona aid olması barədə X6yə ünvanlanmış tələbin yerinə yetirilməsinin sığortalanması zərurətindən irəli gəlmişdir. Məhz buna görə də ibtidai araşdırma orqanı və kassasiya protestinin müəllifi tərəfindən adları çəkilən polis əməkdaşlarının ifadələri X6yə qarşı CM-in 234.1-1-ci maddəsi ilə ittihamın irəli sürülməsinə əsas olan və onun bu ittiham üzrə təqsirliliyinə dəlalət edən sübut növü kimi qiymətləndirilmiş, lakin sonuncunun həqiqətə n ittihamda göstərilən cinayət əməlini törətməsini təsdiq edən qərəzsiz və mötəbər sübutlar (ekspertiza rəyləri istisna olmaqla) məhkəmələrə təqdim olunmamış, qalan digər sübutlar isə prosessual qanunvericiliyinin tələblərinin, X6nin müdafiə hüququnun pozulması ilə və yuxarıda göstərilən başqa pozuntulara yol verilməklə əldə edilmişdir. Şübhəli şəxsin saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının öz fəaliyyətləri barədə ifadələrinin sübut kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından isə Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” iş üzrə 18 yanvar 1978-ci il tariхli qərarın da, həmçinin bir sıra digər Qərarlarda Məhkəmə göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Belə hüquqi mövqedən çıxış edərək məhkəmə kollegiyası hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin polis əməkdaşları tərəfindən verilmiş ifadələrin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə də şübhə ilə yanaşmalarını haqlı hesab edir və qeyd ed ir ki, X6nin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tam qanuni və əsaslı olaraq X6yə elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə onun hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə əsaslı nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmiş, apellyasiya instansiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nə ticə ilə razılaşmışdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir k, X6nin CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də məhkəmələr tərəfindən təqsirsizlik prezumpsiyası prinsipinə uyğun şəkildə əsaslı olaraq onun xeyrinə təfsir olunduğundan bu haqda məhkəmələrin iş üzrə gəldikləri nəticə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində məhkəmələrin gəldikləri nəticə mübahisələndirilsə də, onun müəllifi hazırki iş üzrə cinayət təqibinin təhqiqat və ibtidai araşdırma mərhələləri ndə sübutların toplanması zamanı kobud qanun pozuntuların yol verilməsini təkzib edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı əsaslandırıcı və inandırıcı dəlillər irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiklərini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-in 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməklə əldə olunmuş yolverilməz sübutlardan istifadə etmədiklərini, ümumi şəkildə isə CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək X6yə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və buna görə dövlət ittihamçısı R.P. Almazovun kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək və kassasiya pro testinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin olunmaması haqda isə bəraət almış şəxs X6nin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X6yə CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəm əsinin 23 aprel 2024-cü il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1027/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1027/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver