Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1028/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum x1nıniştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2017-ci il tarixli hökmü ilə x1nın Azərbaycan Respublikası C M-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarından məhkum x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: D.H.İmanov (sədrlik edən), F.N.Mahmudov və S.Ə.Əzizovdan ibarət tərkibdə) 17 sentyabr 2017-ci il tarixli hökmü ilə xx.xx.1970-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, İİ qrup əlil, himayəsində bir azyaşlı uşağı olan, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət ə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin 13 mart 2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 76-cı maddəsinə əsasən 11 ay 16 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış x1, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 09 fevral 2017ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum x1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 02 noyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarından məhkum x1 kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 mart 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 ay 16 günündən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədən və ödənilmədən yenidən qəsdən istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 99,75 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşıyaraq tanışı X2 6.000 ABŞ dollarına satmaq istədiyini bildirmiş, sonuncunun bu barədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsinə verdiyi məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən 09 fevral 2017-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbiri zamanı Məhkuma nəzarət qaydasında mal alınmasında şərti alıcı qismində iştirak edən BNMİ-nin QBRŞ-nin rəis müavini X5 və təlimatlandırılmış şəxs X2a narko tik vasitəni satmaq məqsədi ilə həmin gün saat 02.05-də sonuncularla Qazax rayonu, İİ Şıxlı kəndində yerləşən “Lukoyl” yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla qeyd olunan yerə daşıdığı narkotik vasitəni Vahid Cəfərova verib satdıqdan dərhal sonra X11 bir qədər əvvəl ona satdığı 01 ədəd üzərində “X12” yazıları yazılmış kauçuk qabda külli miqdarda 99,75 qram çəkidə həmin narkotik vasitə heroini təqdim etmiş və narkotik vasitə polis əməkdaşları tərəfindən götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cəza təyin edilərkən barəsində olan cəzanı yüngülləşdirən hallar nəzərə alınmamışdır. Əməlindən səmimi peşmanlığını, İİ qrup əlilliyini, him ayəsində biri azyaşlı olmaqla iki övladının olmasını, ailənin tək qazanc gətirəni olmasını nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə b axaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum x1 kassasiya şikayətində cinayət əməlinin hüquqi t övsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən məhkuma cəsa təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla, iş üzrə məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar mövcud olmadığından, məhkuma onun islah olunması məqlədini və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tütulan diğər məqsədləri təmin edə bilən cəza təyin olunmuşdur. Məhkəmə məhkum x1na cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, etmiş olduğu əməldən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və İİ qrup əlil olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini də nəzərə almışdır. Cəzanın ağırlığı ilə bağlı Kollegiyası qeyd edir ki, x1nın təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindədir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, x1nın müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. x1nın məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1028/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1028/2019
09.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver